Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə191/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   187   188   189   190   191   192   193   194   ...   197

 

 

 



625 

 

nəticələrin  psixoloq  və  müəllimlər  tərəfindən  birgə  təhlili 



mərhələsi baĢlayır. Bu iĢ aĢağıdakı Ģəkildə həyata keçirilir: 

4.1.Bütün  siniflər  üzrə  fərdi  («psixoloq-sinif  rəhbəri» 

diadında)  qrafik  tərtib  olunur.  Psixodiaqnostikanın  psixoloji 

xəritələrdə  əks  olunan  nəticələrinin  təhlili  prosesində  sinif 

rəhbəri  psixoloqun  köməyi  ilə  sinifdəki  psixoloji  iqlimi 

müəyyənləĢdirir  və  bu  və  ya  digər  Ģagirdə  fərdi  yanaĢmağın 

pedaqoji strategiyasını, eləcə də Ģəxsiyyətlərarası səviyyədə və 

bütövlükdə  sinifdə  qarĢılıqlı  təsirin  taktikasını  iĢləyib 

hazırlayır. 

4.2.Sonrakı  mərhələdə  eyni  tipli  iĢ  «psixoloq-fənn 

müəllimi» diadında həyata keçirilir. 

4.3.ġagirdlərin  psixoloji-pedaqi  aspektdə  psixodiaqnos-

tikasının  nəticələri  onların  valideynləri  ilə  müzakirə  oluna 

bilər.  Bu  ən  çox  valideynlərə  psixoloji  məsləhət  məqsədi 

daĢıyır. 

5.Əldə  edilmiĢ  nəticələr  əsasında  məktəb  psixoloqu 

tərəfindən  Ģagirdlərlə  psixokorreksiya  iĢlərinin  aparılması 

mərhələsi. 

6.ĠĢin  nəticələri  barədə  valideyn  iclasında  ümumiləĢmiĢ 

məlumat  verilir,  eləcə  də  məktəbin  pedaqoji  Ģurasında  müza-

kirə olunur. 

 

VI. 26. 3. Məktəbə  psixoloji  xidmətin  funksiyaları  



və  əsas  istiqamətləri 

 

Məktəbə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini 



aĢağıdakı  Ģəkildə  müəyyənləĢdirmək  olar:  psixoprofilaktik  işlər, 

konsultativ işlər, diaqnostik işlər, korreksiya işləriyardımçı işlər

Bu  iĢlər  bir  növ  məktəbə  psixoloji  xidmətin,  o  cümlədən 

məktəb psixoloqunun funksiyalarını təĢkil edir. həmin fəaliyyət 

sahələrini ayrı-ayrılıqda nəzərdən keçirək. 



Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixo-

profilaktik iĢlər. Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmiĢdir 


 

 

 



626 

 

ki,  Ģagirdin  psixi  inkiĢafında  baĢ  verən  bu  və  ya  digər  qüsuru 



aradan  qaldırmaq,  əvvəlcədən  həmin  qüsurun  baĢ  verməsinin 

qarĢısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilak-

tik  iĢlərin  əhəmiyyəti  xüsusi  olaraq  diqqəti  cəlb  edir.  Həmin 

cəhət  məktəbə  psixoloji  xidmət  zamanı  da  nəzərə  alınmalıdır. 

Bəs bu iĢin mahiyyəti nədən ibarət olmalıdır? 

Psixoprofilaktik  iĢlər  baĢlıca  olaraq  məktəb  təlimi 

prosesində  uĢaqların  psixi  inkiĢafında  baĢ  verə  biləcək 

qüsurların  qarĢısını  almaq  məqsədilə  həmin  inkiĢafın  gediĢi 

üzərində  nəzarətin  təĢkilindən  ibarətdir.  Müəllimlə  birlikdə 

psixoloq  Ģagirdin  əqli  inkiĢafında  və  Ģəxsiyyətinin  inkiĢafında 

müəyyən  qüsurların,  yayınma  hallarının  baĢ  verməsinə  səbəb 

ola  biləcək  xüsusiyyətləri  aĢkara  çıxarmağa  cəhd  göstərir  və 

müvafiq  tədbirləri  həyata  keçirir.  Bu  zaman  birinci  növbədə 

uĢağın  həyatının  keçid  mərhələləri,  məsələn,  onun  əsas 

fəaliyyət  növünün  kəskin  Ģəkildə  dəyiĢməsi  ilə  nəticələnən 

məktəbə  daxil  olma  dövrü,  yaxud  yeniyetməlik  dövrünün 

baĢlanması  və  s.  üzərində  nəzarətə  xüsusi  yer  verilməsi  lazım 

gəlir.  Ona  görə  də  məktəb  psixoloqu  uĢaqların  birinci  sinfə 

qəbulunda  iĢtirak  etməli  və  bu  zaman  onların  zəif,  normalara 

uyğun  gəlməyən  cəhətlərini  aĢkara  çıxarmalı,  onların  nail 

olduqları  səviyyə  ilə  yanaĢı  müvəffəqiyyətlə  oxumalarına 

müsbət  və  ya  mənfi  təsir  göstərə  biləcək  idrak  fəallığının, 

məktəbə  motivləĢmə,  emosional-iradi  cəhətdən  hazırlığın 

inkiĢaf  xüsusiyyətlərinə  xüsusi  diqqət  yetirməlidir.  Məktəbə 

hazırlıqla  bağlı  qüsurları  aradan  qaldırmaqla  əlaqədar 

valideynlərə 

məsləhət 

verməlidir. 

Məktəb 

psixoloqu 



müəllimlərlə birlikdə uĢaqların məktəb təliminə alıĢmaları üçün 

fərdi iĢ proqramı hazırlamalı və həyata keçirməlidir. 

Eyni  iĢi  yeniyetməlik  dövrünə  keçid  mərhələsində  də 

həyata keçirmək zəruridir. Bu mərhələdə Ģagirdin fəaliyyətində 

əsaslı dəyiĢiklik baĢ verir. Ġbtidai məktəbdən orta məktəbə keç-

id  dövründə  Ģagirdlə  əvvəlkindən  fərqli  olaraq  bir  deyil,  bir 

neçə  müəllim  məĢğul  olur,  təlim  materiallarının  məzmunu 



 

 

 



627 

 

mürəkkəbləĢir.  Ona  görə  də  bu  dövrdə  Ģagirdin  inkiĢa-fındakı 



qüsurları  aĢkara  çıxarmaq  və  sonradan  baĢ  verə  biləcək 

çətinliklərin qarĢısını almaq lazım gəlir.  

Digər  tərəfdən,  yeniyetməlik  dövrünün  özünəməxsus 

xüsusiyyətləri ayrı-ayrı Ģagirdlərdə müxtəlif Ģəkildə təzahür edə 

bilər.  Bütün  bu  cəhətlər  məktəbə  psixoloji  xidmətin  əsasında 

dayanmalıdır. 

Nəhayət, böyük məktəb yaĢı dövrünə keçid də Ģagirdlərdə 

həmiĢə  rəvan  getmir.  Məktəb  psixoloqu  nəzərə  almalıdır  ki, 

VIII sinfi baĢa vurmaqla sonrakı təhsil yolunu, peĢə yönümünü 

müəyyənləĢdirməyə yönələn Ģagirdlərdə bir sıra qüsurlar özünü 

göstərə bilər. ġübhəsiz onların qarĢısının qabaqcadan alınması 

zəruri bir iĢ kimi qarĢıda durur. 

Bütün  bu  cəhətləri  nəzərə  alaraq  məktəb  psixoloqu  fərdi 

və  trup  halında  məsləhətlərdən  geniĢ  istifadə  etməli,  bu 

prosesdə  Ģagirdləri  zəruri  bilik,  təlim  əməyi  bacarıq  və 

vərdiĢlərinə yiyələnmənin qanunauyğunluqları ilə tanıĢ etməlidir. 

Məktəb  psixoloqunun  profilaktik  fəaliyyətinin  ən  pers-

pektiv  formalarından  biri  psixoloji-pedaqoji  konsiliumun 

keçirilməsindən  ibarətdir.  Psixoloji-pedaqoji  konsilium  zamanı 

sinifdə  dərs  deyən  müəllimlər  psixoloqla  birlikdə  bu  və  ya 

digər  Ģagird  və  ya  bütövlükdə  sinif  haqqında  fikirlərini 

birlikdə,  kollektiv  Ģəkildə  müzakirə  edir,  çətinliyin  və  geridə 

qalmanın  səbəblərini  aĢkara  çıxarır,  eyni  zamanda  bu  və  ya 

digər  çətinliyin  qarĢısını  almaq,  onu  aradan  qaldırmaq  üçün 

səmərəli  yollar  düĢünürlər.  Psixoloji-pedaqoji  konsilium,  eyni 

zamanda,  ümumi  orta  təhsil  Ģəraitində  xüsusi  aktuallıq  kəsb 

edən  və  mürəkkəb  xarakterə  malik  olan  Ģagirdlərdə  meyl, 

qabiliyyət  və  talantın  inkiĢaf  etdirilməsi  problemini  dərindən 

həll etməyə imkan verir. 

Ġ.  V.  Dubrovinanın  fikrincə,  psixoloji-pedaqoji  konsili-

umun  keçirilməsi zamanı  psixoloqun  baĢlıca  vəzifəsi  -  Ģagirdin 

əqli 


inkiĢafını, 

Ģəxsiyyətinin 

əsas 

keyfiyyətlərini 



qiymətləndirərkən  müəllimlərin  ona  müxtəlif  cəhətdən 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə