614
öz məktəbinin sahibi olması hissinin, öz kollektivinin təlim-
tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin
təkmilləĢdirilməsinə təsir etməyə yönəldilən tələbat və
bacarıqların inkiĢafı.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1.
Pedaqoji fəaliyyət hansı fəaliyyətdir? Onun əsas
cəhətləri hansılardır?
2.
Müəllimin cəmiyyətdə yeri və funksiyaları haqqında
danıĢın.
3.
Müəllim Ģəxsiyyətinə nə kimi psixoloji tələblər veri-
lir?
4.
Müəllim Ģəxsiyyətinin pedaqoji fəaliyyətdə oynadığı
rol haqqında danıĢın.
5.
Müəllimdə hansı pedaqoji bacarıq və vərdiĢlər
formalaĢmalıdır?
6.
Pedaqoji qabiliyyətləri xarakterizə edin.
7.
Pedaqoji ünsiyyət və onun rolu haqqında danıĢın.
8.
ġagirdlərlə pedaqoji ünsiyyət zamanı gənc müəllimlər
nə kimi çətinliklərlə qarĢılaĢırlar?
9.
Pedaqoji fəaliyyət zamanı müəllimin qarĢılaĢdığı
psixoloji çətinliklər hansılardır?
10.
Müəllimin pedaqoji mərifəti haqqında danıĢın.
11.
Pedaqoji kollektivdə psixoloji iqlim dedikdə nəyi
baĢa düĢürsünüz? Həmin iqlimin yaranmasına hansı
amillər təsir edir.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
1. Pedaqoji fəaliyyətin psixoloji təhlili.
2. ġagird Ģəxsiyyətinin və sinif kollektivinin
615
öyrənilməsi.
3. Dərsin psixoloji təhlili.
4. Müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyinin
psixoloji göstəriciləri.
5. Pedaqoji kollektivin idarə olunmasının psixoloji
əsasları.
6. Müəllimin pedaqoji ustalığının psixoloji məsələləri.
7. Pedaqoji ünsiyyətin psixologiyası.
Ədəbiyyat
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991,
səh. 168-216; 226-235; 235-241.
Məmmədov A. Təlimn psixoloji əsasları.- Bakı, 1993.
Leontğev A.A. Pedaqoqiçeskaə obhenii. – M.,1979.
Markova A.K. Aktualğnıe problemı psixoloqii trudı
uçitelə// Sovetskaə pedaqoqika, 1986. №6
Anikieva N.Q. Uçitelğö o psixoloqiçeskom klimate v
kollektive. – M., 1983.
Kan-Kalik V.A. Uçitelğö o pedaqoqiçeskom obhenii. –
M., 1987.
ġakurov R.X. Soüialğno-psixoloqiçeskie problemı ru-
kovodstva pedaqoqiçeskim kollektivom. –
M., 1987.
Stolərenko L.D. Pedaqoqiçeskaə psixoloqiə. - Rostov-
na-Danu 2000, s.209-259.
616
2 6 - c ı F Ə S Ġ L
MƏKTƏBƏ PSĠXOLOJĠ XĠDMƏTĠN ƏSASLARI
Qısa xülasə
Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri. Psixoloji xidmət
anlayıĢı və məktəbə psixoloji xidmətin zəruriliyi. Məktəbə psixoloji
xidmətin aktual və perspektiv istiqamətləri.
Məktəbə psixoloji xidmətin prinsipləri və həyata keçirilmə
mərhələləri. Məktəbə psixoloji xidmətin təĢkilinin sistemli xarakter daĢıması
üçün nəzərə alınması zəruri olan prinsiplər: 1) sistemli məqsədəuyğunluq prin-
sipi; 2) tamlıq prinsipi; 3) peĢə-pedaqoji fəallıq prinsipi; 4) kifayət qədər
məhdudluq prinsipi; 5) qarĢılıqlı əlaqə prinsipi; 6) inkiĢaf prinsipi.
Məktəbə psixoloji xidmətin həyata keçirilmə mərhələləri: məktəbə psix-
oloji xidmətin ilkin mərhələsi; məktəbin müəllimləri üçün psixoloji-pedaqoji
seminarlar seriyası keçirilməsi mərhələsi; diaqnostik iĢlər zamanı əldə edilmiĢ
nəticələrin iĢlənməsi mərhələsi; əldə edilmiĢ nəticələrin psixoloq və müəllimlər
tərəfindən birgə təhlili mərhələsi; əldə edilmiĢ nəticələr əsasında psixokorrek-
siya iĢlərinin aparılması mərhələsi; iĢin nəticələri barədə valideyn iclasında
məlumat verilməsi və pedaqoji Ģurada müzakirəsi mərhələsi.
Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik iĢlər.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət iĢləri.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik iĢlər.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya iĢləri.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımcı iĢlər.
Məktəbə psixoloji hazırlığın diaqnostikası. Çətin tərbiyə olunan Ģagirdlərlə
aparılan psixoloji iĢ. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iĢ.
617
VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və
vəzifələri
Psixoloji xidmət anlayıĢı və məktəbə psixoloji xidmətin
zəruriliyi. Ġnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada psix-
oloji biliklərin zəruriliyi duyulmasın. Mübaliğəsiz demək olar
ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan
münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində
görürlər. Ona görə də psixologiya insan haqqında əsas
elmlərdən biri kimi insana xidməti ön plana çəkmiĢdir. Ġndiki
dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji
mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki qanunauyğun-
luqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk
baxıĢda hər Ģey öz yerində, öz qaydasında olduğu halda, nəticə
sevindirici olmur: əmək məhsuldarlığı aĢağı düĢür, qarĢılıqlı
münasibətlər pozulur, iĢçi axını baĢlanır. Yaxud, hər cəhətdən
yüksək imkanlara malik hesab edilən idman kollektivi birdən-
birə sanki dəyiĢilir, öz pərəstiĢkarlarını narahat etməyə baĢlayır
və s. Bu kimi hallarda psixoloji iĢin aparılması, baĢqa sözlə
psixoloqun iĢə qarıĢması lazım gəlir və səmərəli nəticə verir.
Deməli, həmin sahələrdə psixoloji xidmət həyata keçirilmiĢ
olur. Məhz bu cür münasibət tərzindən "psixoloji xidmət"
anlayıĢı meydana gəlmiĢ və qeyd etdiyimiz kimi özünə geniĢ
yer etmiĢdir. Məktəbə psixoloji xidmət də eyni zərurət üzündən
meydana gəlmiĢdir. Müasir məktəbin qarĢısında duran
vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı
böyükdür. Biz tez-tez Ģagirdlərin təlimə münasibətlərinin
zəifləməsi, tərbiyəlilik səviyyəsinin aĢağı düĢməsi, müəllim-
Ģagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-
valideyn
münasibətlərində çətinliklərin olması barədə
mülahizələrin
Ģahidi
oluruq.
ġagirdlərin
intellektual
səviyyələrinin müxtəlifliyi, çətin tərbiyə olunan uĢaqların
xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və
düzgün yanaĢmağı tələb edir. Müasir psixologiyada belə bir