Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə194/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   189   190   191   192   193   194   195   196   197

 

 

 



634 

 

Söhbəti  uzatmadan  bilavasitə  eksperimental  yoxlamaya 



keçmək tələb olunur. Adətən, psixoloq uĢaqlara bu cür müraciət 

edir: "Ġndicə səninlə birlikdə məĢğul olacağıq. Mən sənə tapĢırıq 

verəcəm,  sən  isə  onları  yerinə  yetirəcəksən.  Bunlar  bir  az 

məktəbdə sənə verəcəkləri tapĢırıqlara oxĢayır, lakin əsil məktəb 

tapĢırığı deyil. Məncə onlar sənin xoĢuna gələcək". 

Bundan sonra "Seqen lövhəsi" üzrə iĢ aparmaq olar. Bu 

tapĢırıq bağça yaĢlı uĢaqlar tərəfindən asanlıqla yerinə yetiri-

lir. O, bir növ oyun xarakteri daĢımaqla uĢaqların xoĢuna gəlir, 

onları  sakitləĢdirir,  gərginliyi  aradan  qaldırır.  Bununla  yanaĢı, 

dərhal müvəffəqiyyət Ģəraiti yaradır. UĢaq öz iĢinin nəticəsini 

qiymətləndirə bilməsə də, onun üçün əsas məsələ ümümiyyətlə 

tapĢırığı  yerinə  yetirə  bilməsindən  və  tanımadığı  adamın  onu 

tərifləməsindən ibarətdir. 

"Seqen  lövhəsi"  bir  neçə  topludan  ibarətdir.  Həmin 

lövhələrin  çətinliyi  fiqurların  miqdarından  və  onların  bir  neçə 

hissəyə kəsilməsindən asılıdır. 

Yoxlama  zamanı  həmin  toplulardan  ikisindən  istifadə 

etmək  olar.  Birinci  (1  №-li)  lövhə  toplusu  aĢağıdakı doqquz 

bütöv  fiqurdan  ibarətdir:  dairə,  xaç,  kvadrat,  üçbucaq,  romb, 

oval,  trapesiya,  ulduz,  altıguĢəli  fiqur.  Ġkinci  lövhə  (2  №-li)  iki 

hissəyə  bölünmüĢ  fiqurdan  (dairə,  oval,  altıguĢəli,  kvadrat)  və 

üç  hissəyə  bölünmüĢ  bir  fiqurdan  (xaç)  ibarətdir.  TapĢırığı 

yerinə  yetirmək  üçün  uĢağa  aĢağıdakı  Ģəkildə  təlimat 

verilməlidir:  "Bax,  bu  lövhədə  fiqurlar  var.  Mən  onları  yerə 

tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran 

kimi  fiqurları  tökmək,  uĢağın  iĢə  baĢlamasını  gözləmədən 

saniyəölçəni  iĢə  salmaq  lazımdır.  Əgər  uĢaq  iĢə  dərhal 

baĢlamırsa  bunu  protokolda  qeyd  etmək,  nə  qədər  vaxt 

keçdiyini  göstərmək  lazımdır.  Protokolda  uĢağın  bütün 

hərəkətləri, fəallığı, iĢgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə 

və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq 

həmin iĢə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla 

həmin uĢağın fərdi tempini müəyyənləĢdirmək olar. Həmin yaĢ 



 

 

 



635 

 

dövründə  birinci  lövhə  üzrə  iĢin  orta  vaxt  göstəricisi  30-35 



saniyə, ikinci lövhə üzrə bir dəqiqə təĢkil edir. 

TapĢırığı yerinə yetirərkən uĢaq çətinlik çəkərsə, psixoloq 

həmin  çətinliyin  nədən  ibarət  olduğunu:  uĢağın  buna  necə 

münasibət  bəslədiyini,  onu  aradan  qaldırmağa  necə  cəhd 

göstərdiyini  protokola  qeyd  etməlidir.  UĢağa  necə  hərəkət 

etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona bi-

rinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan 

qaldırsın. Əgər uĢaq elə ilk andan ona köməklik göstərilməsini 

istəyirsə,  onu  dərhal  protokola  qeyd  edib  uĢağı  müstəqil  iĢə 

istiqamətləndirmək  lazımdır.  Çox  zaman  uĢaqlar  ən  azacıq 

çətinlikdən  kömək  üçün  böyüklərə  müraciət  edir  və  deyirlər: 

"Mən 


bunu 

edə  bilmərəm",  "bilmirəm  necə  edim", 

"bacarmıram".  Belə  olduqda  çox  mülayim  Ģəkildə  uĢağı 

tapĢırılan  iĢi  müstəqil  Ģəkildə  yerinə  yetirməyə  məcbur  etmək 

lazımdır.  Çətinliyin  mürəkkəb  xarakter  daĢıdığını  hiss  etdikdə 

uĢağın  köməyinə  gəlmək  lazımdır.  Köməyi  daima  ehtiyatla 

etmək  lazımdır,  uĢağın  özünün  yerinə  yetirə  biləcəyi  iĢə 

qarıĢmaq lazım deyildir. 

"Seqen  lövhəsi"ndən  sonra  uĢaqlara  N.  A.  Brenşteynin 

"ardıcıl hadisələr" tapĢırığını vermək olar. 

Bunun  üçün  "Canavarlar"  seriyasından  ibarət  beĢ  süjetli 

Ģəkildən  istifadə  etmək  olar.  Hər  bir  Ģəkil  müəyyən  bitkin 

situasiyanı əhatə edir. Həmin Ģəkillərin məzmunu aĢağıdakı ki-

midir:  birinci  Ģəkildə  əlində  çanta  tutmuĢ  gülərüz  bir  oğlan 

uĢağı  qarla  örtülmüĢ  meĢə  yolu  ilə  gedir.  Ġkinci  Ģəkildə  -

nədənsə çox qorxmuĢ həmin uĢaq əlində çanta meĢə ilə qaçır, 

Ģəklin  sağ  tərəfində  uĢağın  yolu  üstündə  böyük  ağaclar 

görünür. Üçüncü Ģəkildə ağaca dırmaĢan uĢaq görünür. 

Sifətində qorxu əlaməti hiss olunur. Onun  çantası ağacın 

altında  görünür.  Sol  tərəfdə  pöhrəlikdə  üç  canavar  uĢağın 

dırmaĢdığı  ağaca  tərəf  qaçır.  Dördüncü  Ģəkildə  uĢaq  ağacın 

ortasındakı  aĢağı  budağın  üstündə  uzanmıĢdır.  Ağacın  altında 

onun  çantası  və  ətrafa  səpələnmiĢ  kitab  dəftərlər  görünür. 



 

 

 



636 

 

Ağacın  dövrəsində  üç  canavar  dayanmıĢdır.  Onlardan  biri  qa-



baq  pəncələrini  ağacın  gövdəsinə  söykəyib,  ikinci  dayanıb 

ağzını  uĢaq  olan  tərəfə  qaldırıb,  üçüncü  isə  ağacın  yanında 

nəyisə  iyləyir.  BeĢinci  Ģəkildə  sağ  tərəfdə  hündür  ağac 

çəkilmiĢ, onun gövdəsini qucaqlayıb aĢağı düĢmək istəyən uĢaq 

və ona aĢağıdan kömək edən saqqallı kiĢi görünür. Sol tərəfdə 

arxa planda xizəyə qoĢulmuĢ at görünür. Xizəkdə oturmuĢ adam 

fiquru var. Xizəyin qarĢısında baĢqa bir adam fiquru çəkilmiĢdir. 

O,  ensiz  ağaca  bənzəyən  bir  əĢyanı  üfüqi  vəziyyətdə  çiyninə 

söykəmiĢ, onun ucundan qırmızıya çalan bir iz uzanır. 

ġəkillər  uĢağa  ardıcıl  deyil,  qarıĢıq  verilir.  Məsələn, 

beĢinci, ikinci, dördüncü, birinci, üçüncü. Bu, aĢağıdakı təlimatla 

müĢayət  olunur:  "Mən  sənə  bir  hadisəni  təsvir  edən  Ģəkillər 

verəcəm.  Lakin  həmin  Ģəkillər  qarıĢıb.  Sən  həmin  Ģəkillərə 

diqqətlə  baxıb,  yaxĢı-yaxĢı  düĢünüb  ardıcıl  Ģəkildə  stolun 

üstünə  düzməlisən.  Bax  bura  hadisənin  baĢlanğıcını  göstərən 

Ģəkli,  sonra  qalanlarını  qoymalısan  (ikincini  və  sonrakı 

Ģəkillərin  hər  birini  hara  qoyacağını  göstərməklə).  Onda 

Ģəkilləri götür, diqqətlə bax və hər birini öz yerinə qoy». 

ġəkilləri uĢağa verdikdən sonra psixoloq daha onun iĢinə 

qarıĢmır, uĢağın hər bir hərəkətini, emosional vəziyyətini proto-

kola daxil edir. 

Əgər  uĢaq  bir  dəqiqə  ərzində  iĢə  giriĢmirsə  onu  bu  kimi 

sözlərlə  ruhlandırmaq  olar:  "ġəklə  bax,  sən  onları  sıra  ilə 

düzməlisən" və yaxud "Qorxma, bir düz görüm". 

UĢaq  iĢi  yerinə  yetirməyə  baĢlayıbsa  onun  nə  dərəcədə 

düzgün  iĢləməsi  barədə  heç  nə  demək  lazım  deyildir.  Yalnız 

uĢaq  bütün  Ģəkilləri  düzüb  qurtardıqdan  sonra  demək  olar: 

"ġəkillərin hamısını sıra ilə düzmüsənmi?" Ġndi göstər görüm 

birinci  Ģəkil  hansıdır?  Ġkinci  hansıdır?  Üçüncü,  dördüncü,  so-

nuncu  hansıdır?"  UĢağın  düzdüyü  ardıcıllığı  protokolda  qeyd 

etmək  lazımdır.  Əgər  ardıcıllıq  düzgündürsə,  sadəcə  (+)  iĢarəsi 

qoymaqla kifayətlənmək olar. 

Bundan  sonra  demək  lazımdır:  "Ġndi  mənə  bu  hadisəni 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə