599
gözlənilməməsi nəticəsində müəllimlə Ģagirdlər arasında
qarĢılıqlı təsir prosesində məna maneələri yarana bilir. Bu cür
maneələr Ģəxsiyyətlərarası münaqiĢələrin mənbələrindən birini
təĢkil edir. Təcrübə göstərir ki, müəllimə qarĢı məna maneəsi
yaranan Ģagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək
istəmir. Adətən, uĢaqların daha çox küsəyən və tez özündən
çıxan dövrü olan yeniyetməlik dövründə məna maneəsi daha
tez yaranır, daha parlaq təzahür edir və çətinliklə aradan
qaldırılır. Ona görə də müəllim öz ünsiyyətini elə təĢkil
etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin.
VI.25.4.ġagird Ģəxsiyyəti və sinif kollektivinin
öyrənilməsi və onlara psixoloji xarakteristika
tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili
ġagird Ģəxsiyyətini hərtərəfli inkiĢaf etdirmək və sinif kol-
lektivini təĢkil etmək üçün birinci növbədə onları hərtərəfli
öyrənmək lazımdır. Bu tələbi həyata keçirmədən müəllim öz
qarĢısında duran vəzifəni müvəffəqiyətlə həyata keçirməyə nail
ola bilməz. Ona görə də müəllim bir növ tədqiqatçılıq
qabiliyyətinə malik olmalı, bu qabiliyyətin köməyi ilə
Ģagirdlərini, onların daxil olduqları sinif kollektivini öyrənməli,
onlar haqqında zəruri biliyə malik olmalıdır. Təcrübə göstərir
ki, müəllimin, sinif rəhbərinin öz Ģagirdlərini, sinif kollektivini
öyrənmək əsasında tərtib etdiyi psixoloji-pedaqoji xarakteristi-
ka Ģəxsiyyətin formalaĢmasını idarə etməkdə ona lazımi im-
kanlar yaradır. Bu cür xarakteristikanın tələb edilən səviyyədə
olması üçün onun tərtibi zamanı müəyyən prinsiplərə, tələblərə
əməl olunmalıdır.
Gələcək müəllimin bu sahədə müəyyən təcrübəyə malik
olması, pedaqoji təcrübə zamanı ayrı-ayrı Ģagirdlər və sinif kol-
lektivi üzərində müĢahidəni necə təĢkil etmək və bunun
əsasında psixoloji-pedaqoji xarakteristika tərtibi bacarığına
600
yiyələnməsi zəruridir.
ġagird Ģəxsiyyətinin, eləcə də sinif kollektivinin yararlı
psixoloji-pedaqoji xarakteristikasını tərtib etmək üçün müəllim
– təcrübəçi birinci növbədə Ģagird və sinif kollektivi haqqında
kifayət qədər məlumata malik olmalıdır. Bu məlumatı əldə
etmək üçün müasir psixologiyanın tədqiqat metodlarından,
xüsusilə müĢahidə və müsahibə metodundan geniĢ istifadə
edilməlidir. Həmin metodların köməyi ilə əldə edilən faktlar
mütləq gündəlik Ģəklində qeyd olunmalıdır. Əks təqdirdə
yalnız hafizəyə istinad edilərək tərtib olunan xarakteristikada
bəzən zəruri cəhətlər, detallar nəzərdən qaçır. ġagirdin və ya
sinif kollektivinin öyrənilməsi nəticəsində əldə edilən material
ciddi təhlil edildikdən sonra sistemləĢdirilir. Xarakteristikanın
əsas məqsədi Ģagird Ģəxsiyyətinin əsas cəhətlərini açmaq, onun,
əlamətlərinin, keyfiyyətlərinin və təzahürünün ümumi
istiqamətini göstərməkdən ibarətdir. Xarakteristikada Ģagirdin
bir fərd kimi özünəməxsus xüsusiyyətləri öz əksini tapmalıdır.
Belə olduqda həmin Ģagirdlə gələcəkdə aparılacaq təlim-tərbiyə
iĢinin proqramını müəyyənləĢdirmək mümkün olur. Xarak-
teristikada irəli sürülən hər bir fikir yaxĢı əsaslandırılmalı,
Ģagird Ģəxsiyyətində və sinif kollektivində baĢ verən
dəyiĢikliklər burada öz əksini tapmalıdır. Bunun üçün Ģagirdi
və ya sinif kollektivini müxtəlif vəziyyətlərdə öyrənmək,
kifayət qədər tutarlı və bir-birini tamamlayan faktlar əldə
etmək lazımdır. Təsadüfən təzahür edən bir hərəkətə, bir
davranıĢ tərzinə əsasən Ģagird Ģəxsiyyətini və sinif kollektivini
xarakterizə etmək səmərəli nəticə vermir. Ġmkan daxilində
müĢahidə zamanı əldə edilmiĢ faktın əsaslı olub-olmamasını
müsahibə, sadə eksperimentlərdən istifadə etməklə yoxlamaq
lazımdır. ÇalıĢmaq lazımdır ki, əldə olunmuĢ faktlar Ģagird
Ģəxsiyyətinin və sinif kollektivinin tipik xüsusiyyətlərini,
dəyiĢmə və inkiĢafını əks etdirsin. ġagird Ģəxsiyyətinə aid
tərtib olunmuĢ xarakteristikada Ģagird Ģəxsiyyətində hansı
keyfiyyəti, əlaməti və təzahür xüsusiyyətini inkiĢaf etdirməyin,
601
hansıları aradan qaldırmağın zəruri olduğu öz əksini tapmalıdır.
Xarakteristika qısa nəticələrlə baĢa çatmalıdır. Burada Ģagirdin
fərdi psixi xüsusiyyətlərinin təhlili əsasında onunla gələcəkdə
aparılması zəruri olan tərbiyəvi iĢin istiqaməti, konkret
tərbiyəvi təsir metodları və priyomları qeyd olunmalıdır.
Bu cəhətlər sinif kollektivinə tərtib olunan psixoloji-
pedaqoji xarakteristikada da nəzərə alınmalıdır. Burada da sinif
kollektivinin inkiĢaf xüsusiyyətləri və gələcəkdə kollektivlə
aparılacaq iĢin məzmunu və təĢkilinə dair təkliflər verilməlidir.
Burada bir cəhəti də qeyd etmək lazımdır ki, istər Ģagird
Ģəxsiyyətinin, istərsə də sinif kollektivinin gələcək inkiĢafı
üçün irəli sürülən təkliflər ünvansız olmamalıdır. Konkret ola-
raq bu və ya digər cəhətin inkiĢafında kimin məsul olduğu, ki-
min müvafiq tədbiri həyata keçirəcəyi göstərilməlidir.
ġagird Ģəxsiyyətinin psixoloji xarakteristikası özündə
aĢağıdakı göstəriciləri əks etdirməlidir:
I. ġəxsiyyət haqqında ümumi məlumat.
II. ġagirdin daxil olduğu kollektivin qısa xarakteristikası.
III. Xarakterizə olunan Ģagirdin sinifdə, ailədə və yoldaĢ-
ları arasında mövqeyi.
IV. ġəxsiyyətin istiqaməti və iddia səviyyələri.
V. Fəaliyyətinin ümumi xarakteristikası.
VI. Psixi proseslərinin fərdi xüsusiyyətləri.
VII. ġəxsiyyətin struktur komponentləri (qabiliyyətləri,
temperamenti və xarakteri).
VIII. ġagird Ģəxsiyyətinin müsbət və mənfi kompo-
nentləri barədə nəticələr, onunla gələcəkdə aparılacaq iĢ barədə
təklif və məsləhətlər.
ġagird Ģəxsiyyətinin öyrənilməsi və ona psixoloji-
pedaqoji xarakteristika tərtibini aĢağıdakı təxmini sxem üzrə
aparmaq olar
.
ġagird Ģəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji
xarakteristika tərtibi üçün təxmini sxem
Dostları ilə paylaş: |