89
olar. Bununla əlaqədar baĢ verən səhvləri N.Ġmedadze nitq
səviyyəsində leksik interferensiya hadisəsinə aid etmiĢdir.
Müəllifin fikrincə bu cür interferensiyanın qarĢısını almaq üçün
qavrayıĢ zamanı ana dilindəki çoxmənalı sözlərin müxtəlif
mənalarını fərqləndirməyi təmin etmək lazımdır. Ona görə də
burada ana dili ilə ikinci dildə qarıĢdırılan sözlərin
müqayisəsini verməyə və ana dilinə istinad etməyi zəruri hesab
etmiĢdir.
N.Ġmedadze
müəyyənləĢdirmiĢdir ki, ikinci dilin
semantik quruluĢunun ana dili quruluĢu ilə əvəz edilməsi
zamanı özünü göstərən ikinci tip çətinlik o zaman meydana
gəlir ki, öyrənilən ikinci dildə ana dilinə nisbətən hadisələri
ifadə edən simvollar daha çox olsun. Müəllif bu cür çətinliyi
daha mürəkkəb çətinlik hesab edir və onu dekotatlar
səviyyəsində leksik interferensiya adlandırır. Ġkinci dilin
mənimsənilməsi zamanı bununla əlaqədar səhvlər daha çox
yayılmıĢ olur. Buradakı çətinlik ikinci dildə bir neçə korrelyatı
olan ana dili sözünün dekotatları dəqiq, fərqləndirilmiĢ Ģəkildə
qavramamaqdan irəli gəlir. Bu zaman ana dilinə və onun deko-
tatlar sisteminə istinad etmək imkanı aradan çıxır. Ona görə də
müəllif belə bir fikrə gəlir ki, dekotatlar səviyyəsində leksik
interferensiyanı aradan qaldırmaq üçün gerçəkliyi gerçək
münasibətləri yeni yolla əks etdirməyin mənimsənilməsinə
diqqət yetirmək lazımdır.
Bacarıqlar. Fəaliyyətin mənimsənilməsi zamanı vərdiĢ-
lərlə yanaĢı bacarıqlar da formalaĢır.
Bacarıqlar – qarĢıya qoyulmuĢ məqsədə müvafiq olaraq
iĢ priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud
bilik və vərdiĢlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda
insan qarĢıda duran məsələnin həllində lazım olan yolları və
əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün
zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiĢ olur.
Bacarıqların formalaĢması biliklərə daxil olan məlumatların
iĢlənməsi ilə bağlı olan əməliyyatların, bu məlumatın aĢkara
90
çıxarılması, həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona
aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir.
Ġnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata
keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd
edirlər. Birinci yolda öyrənən, fəaliyyyəti mənimsəyən adam
zəruri biliklərə malik olur. Onun qarĢısında həmin bilikləri
lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. Ġnsan
fəaliyyətinin müvafiq istiqamətlərini, məlumatları iĢləmək
yollarını və priyomlarını səhv və sınaq yolu ilə aĢkara
çıxarmaqla bu vəzifənin həllinə çalıĢır. Mütəxəssislər az
səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniĢ
yayılmıĢ yol oldugunu göstərirlər. İkinci yol, Ģagirdlərin
bilikləri tətbiq etməsi üçün zəruri olan psixi fəaliyyətini
müəllimin idarə etməsindən ibarət olan yoldur. Bu zaman
müəllim Ģagirdləri lazım olan əlamətləri və əməliyyatları
seçmək istiqamətləri ilə tanıĢ edir, qarĢıya qoyulmuĢ məsələni
həll etmək üçün Ģagirdlərin aldıqları məlumatları iĢləmək və
onlardan istifadə etmək sahəsindəki fəaliyyətlərini təĢkil edir.
Bu yol hazırda pedaqoji psixologiyada səmərəli Ģəkildə iĢlənən
yoldur. Bacarıqlara yiyələnmənin səmərəliliyini təmin edən
ümumi Ģərtlərə a) Ģagirdin ümumiləĢmiĢ qaydanı anlaması və
b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir.
VərdiĢlərdən fərqli olaraq bacarıqlar həmiĢə fəal əqli
fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil
edir. Zəruri əqli nəzarət bacarıqları vərdiĢlərdən fərqləndirən
baĢlıca cəhətdir.
Adətlərə gəldikdə, o da vərdiĢlər kimi iĢin, hərəkətlərin
icrasının avtomatlaĢmasıdır. Lakin vərdiĢlərdən fərqli olaraq
adət yarandıqda həmin iĢ və ya hərəkətin icrası insanın
tələbatına çevrilir. Ġnsan daima özünün həmin tələbatını
ödəməyə can atır. Məsələn, insanda oxu vərdiĢi yarandıqda o,
çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya
bilir, lakin bu iĢi yalnız lazım olduqda həyata keçirir. Adətdə
isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmaqdan qabaq
91
kitab oxumağa adət etmiĢ adam bu iĢi görmədən yata bilmir.
Yaxud, həmiĢə bayırdan gəldikdə və ya yeməkdən qabaq
əllərini yumağa adət etmiĢ adam buna əməl etməyə bilmir.
VərdiĢlər Ģüurlu təkrarlar – mümarisələr sayəsində
yaranır. Adətlər isə bəzən bu cür Ģüurlu təkrarlar olmadan da
yarana bilir. Məsələn, Ģagird dərsdə yerindən danıĢmağı
qarĢısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən
danıĢır və nəticədə danıĢqanlığa adət edir.
Həyati faktlardan aydın olur ki, insanın yiyələndiyi
düzgün vərdiĢ əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur.
Lakin insanda formalaĢan adət həm xeyirli, həm də ziyanlı ola
bilər. Məsələn, böyük gələndə ayağa qalxmaq, baĢqasının
sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda,
böyüyə qarĢı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq
və s. ziyanlı, mənfi adətdir.
II.3.5. Fəaliyyətin əsas növləri
Ġnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və
çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz
tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən
istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyiĢkən, digərləri isə
uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını
ödəyəcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki,
istisnasız olaraq bütün insanların hamısı üçün xas olan
fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar. Ġnsanın
bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə
oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu
növlərindən biri müəyyən yaĢ dövründə aparıcı fəaliyyət,
digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir.
Belə ki, məktəbəqədər yaĢ dövründə oyun aparıcı fəaliyyət
növü hesab olunur. Bu dövrdə uĢaqlar öz tələbatlarını əsasən
oyunun köməyi ilə ödəyirlər. Bununla yanaĢı olaraq həmin
Dostları ilə paylaş: |