114
çətinliklərdən biri də nitqdəki səslərin tələffüz sürəti ilə
bağlıdır.
Xarici ölkə psixoloqlarının tədqiqatları göstərmiĢdir ki,
yaĢlı adamlar nitqdə saniyədə 16 fonem olmaqla bir dəqiqə
ərzində 250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir
nitq vahidini müəyyənləĢdirən sərhəd rolunu oynayaraq fasilə
olmadan ötüb gedir. Həqiqətən çox vaxt bir fonemin
yaradılması digərinin üzərinə düĢür. Məsələn, insan əvvəlki
samitin tələffüzünü qurtarmamıĢ sait səsi tələffüz etməyə
baĢlayır. Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem,
eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal he-
sab olunur. Məhz buna görə də bəzən sözü «xəz əl», yoxsa
«xəzəl» kimi eĢitdiyini anlamaq çətindir. Deməli, çox vaxt
dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini
yerinə yetirməli olur. Bu prosesi düzgün həyata keçirmək
üçünsə dinləyənin həmin dilin lüğət tərkibi və strukturu
haqqında zəruri biliyinin olması tələb edilir.
Nitqin növləri və formaları. Nitqin funksiyaları,
xüsusiyyətləri ilə yanaĢı özünəməxsus formaları və növləri də
vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda
müxtəlif əlamətlərdən istifadə olunur.
Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin
iki əsas növü mövcuddur: xarici və daxili nitq. Xarici nitq
baĢqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiĢ
olub, eĢidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə
gəldikdə, o hər Ģeydən əvvəl təfəkkür prosesinin təmin
olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca
mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarĢılıqlı əlaqəsini
təmin edir.
Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü
mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından
istifadə etməyimizdən asılı olmayaraq o həmiĢə həmin əsas
növlərdən birinə aid olur.
Şifahi nitq tələffüz edilən, eĢidilərək qavranılan, baĢa
115
düĢülən nitq növüdür. Bu nitqin köməyi ilə danıĢanlar arasında
bilavasitə əlaqə yaranır. ġifahi nitq zamanı ünsiyyətdə olan
adamlar bir-birini görür, eĢidirlər. DanıĢan adamın mimikası və
bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi nitqin
məzmununun, buna bəslədiyi münasibətinin anlaĢılmasına
yardım göstərir.
Ünsiyyət Ģəraitindən, onun məqsəd və məzmunundan
asılı olaraq Ģifahi nitq ya dialoji, ya da monoloji formada
cərəyan edə bilər.
Dialoji nitq iki və daha artıq adamın sual-cavab Ģəklində
həyata keçirdiyi nitqdir. Dialoji nitqin özünəməxsus
xüsusiyyətləri
vardır.
Psixoloji
ədəbiyyatda
həmin
xüsusiyyətlərə aĢağıdakıları aid edirlər.
Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb
edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə
öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar
edir. Dialoji nitqin bu cəhəti danıĢanan öz fikrini ifadə etmək
istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir.
Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danıĢan
adamların emosional-ekspressiv rabitəsi Ģəraitində baĢ
verməsidir. Bu zaman dialoji nitqin iĢtirakçıları bir-birlərini
bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir
lər.
Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən
şəraitlə və ya obyektlə bağlı olmasıdır. Bu mənada o situativ
səciyyə daĢıyır, söhbətin obyekti dəyiĢən kimi dialoqun
istiqaməti və xarakteri də dəyiĢir.
Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir
və mülahizələrini müntəzəm və ardıcıl surətdə Ģərh etməsi,
baĢqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal
və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam
hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun ola-
raq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı
bacarmalıdır. Monoloji nitq tamamilə mütəĢəkkil nitq növü he-
116
sab olunur. Bu baxımdan müəllimin mühazirəsini monoloji
nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu mono-
loqa rast gəlirik, məsələn, Ġsgəndərin monoloqu, Hamletin mo-
noloqu və s. monoloqlara diqqət yetirdikdə onun fasiləsiz,
əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük.
Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən
adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi,
zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik,
emosionallıq xüsusiyyətlərinə, danıĢdığı dilin qayda-qanun
larına mükəmməl yiyələnməsi zəruridir.
Ġstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola
bilir. Hər iki termin Ģərti xarakter daĢımaqla danıĢanın və ya
dinləyənin fəaliyyətini səciyyələndirir. Aktiv nitq forması
ünsiyyət zamanı danıĢan adamın, baĢqa sözlə kommunikatorun
nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv
formada cərəyan edir. Belə ki, biz baĢqasını dinləyən zaman
bir növ danıĢanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edi-
rik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti bu-
rada özünü göstərir.
Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uĢaqlarda nit-
qin aktiv və passiv formaları eyni vaxtda baĢ vermir. Belə ki,
uĢaqlar birinci növbədə passiv nitqə yiyələnirlər. Onlar
böyüklərin danıĢığını baĢa düĢür, onların dedikləri sözlərə
reaksiya verirlər. Tədricən uĢaqlarda aktiv nitq formalaĢır və
onlar da sözlərdən bilavasitə fəal Ģəkildə istifadə etməklə
ünsiyyətə girirlər. Xarici dillərin öyrənilməsi zamanı bu hal
daha aydın təzahür edir. Xarici dilin öyrənilməsinin ilkin
mərhələsində passiv nitq üstünlük təĢkil edir. Xarici dili
öyrənən adam həmin mərhələdə xeyli sözü aydın baĢa düĢdüyü
halda onlardan öz fəal nitqində istifadə etməkdə çətinlik çəkir.
Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən
sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir.
Yazılı nitq. ġifahi nitq kimi yazılı nitq də xarici nitqin
bir növü kimi verbal ünsiyyətə aiddir. Yazılı nitq vasitəsilə
Dostları ilə paylaş: |