111
kodlaĢdırma prosesini həyata keçirir.
Dinləmə prosesində həmsöhbət (resipient) əldə etdiyi
məlumatı açır, anlayır. Bu da öz növbəsində müvafiq
mərhələlər keçir. Dinləyici eĢitdiyi səsləri mərhələlər üzrə
sözün mənası ilə əlaqələndirir ki, bu da kommunikatorun nə
demək istədiyini anlamasını təmin edir.
Nitq ifadələrinin kodlaĢdırılması və həmin kodun
açılması (anlama) o zaman mümkün olur ki, verbal ünsiyyətin
həyata keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri
sağlam olsun. Ġnsanda bu sistemin pozulması müxtəlif nitq
pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri
ifadə, tələffüz edə bilmədiyi halda onları baĢa düĢür, anlayır;
baĢqa halda ayrı-ayrı səsləri tələffüz edə bildiyi halda onları
müəyyən ardıcıllıqla birləĢdirə bilmir; baĢqa bir halda eĢitdiyi
sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir
və s.
Hələ XIX əsrin ortalarında iki alim tərəfindən beyinin
müəyyən sahəsində zədə olduqda nitq pozğunluğunun da baĢ
verdiyi aĢkara çıxarılmıĢdır. P.Broka müəyyən etmiĢdir ki,
beyinin sol yarımkürələrinin alın qırıĢlarının arxa hissəsinin
üçdə biri zədələnərsə tələffüzün pozulması baĢ verir.
K.Vernike isə müəyyən etmiĢdir ki, sol yarımkürələrin yuxarı
qırıĢlarının arxa hissəsinin üçdə biri zədələnərsə nitqi
anlamağın pozulması baĢ verir. Beyinin həmin sahələri nitqin
hərəki (Broka mərkəzi) və nitqi anlama (Vernike mərkəzi)
mərkəzi adlandırılmıĢdır. Lakin sonralar psixofizioloqların
(A.R.Luriya, N.A.Bernsteyn, P.K.Anoxin və b.) tədqiqatları
göstərmiĢdir ki, nitqin fizioloji əsasını beyinin təcrid olunmuĢ
bir sahəsinin (nitq mərkəzləri) fəaliyyəti deyil, bütövlükdə
beyin fəaliyyəti təĢkil edir.
Nitqin
qavranılması
və
anlaĢılması.
Nitqin
qavranılması, anlaĢılması və mənilsənilməsi özünəməxsus
xüsusiyyətləri ilə fərqlənir. Təcrübə göstərir ki, nitqin
112
qavranılması heç də həmiĢə eyni Ģəkildə cərəyan etmir.
AparılmıĢ tədqiqatlar göstərmiĢdir ki, nitqin qavranılması
qavrayıĢ zamanı qarĢıya qoyduğumuz məqsəddən,
fəaliyyətimizin gediĢində onun hansı funksiyanı yerinə
yetirməsindən, qavranılan nitqin məzmunu, anlaĢıqlılığı,
emosionallığından, nitqi qavrama Ģəraitindən və qavrayanın
Ģəxsi təcrübəsindən, qavrama ustanovkasından asılıdır.
Nitqin qavranılması və anlaĢılması insanın nitqə nə
dərəcədə yiyələnməsindən, baĢqa sözlə nitq prosesində istifadə
olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır. Dili,
onun fonetik, leksik, qrammatik qanunlarını mükəmməl
mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq
prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir.
Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavra-
maq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-birlərindən
fərqlənir. Ana dilinə birbaĢa yiyələnən insan həm imitasiya,
həm də sistemli təlim prosesində onun bütün çalarlarına
yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə
nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır. Xarici
dilin mənimsənilməsi və qavranılması isə xeyli fərqlənir.
TanınmıĢ psixolinqvist A.A.Leontyevin qeyd etdiyi kimi
1
ikin-
ci dilin öyrənilməsi onu öyrənməyə baĢlayan adamın yaĢından
asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin
mənimsənilməsi ilə paralel və ya azacıq gec baĢ verə bilər; bu
cür hallar iki dilli ailələr üçün adi haldır. Burada o, psixoloji
cəhətdən ana dilinin mənimsənilməsi ilə oxĢardır. Ġkinci dilin
öyrənilməsi bir qədər sonra, məktəbəqəbər yaĢ dövründə də
baĢlaya bilər. Bu dövr dili, onun fonetika və qrammatikasını
dərk etmədən birbaĢa metodla mənimsəmək üçün səmərəli,
necə deyirlər, senzitiv dövrdür. Lakin ikinci dilin
öyrənilməsinə uĢaqlarda ana dili faktlarına ixtiyari olaraq isti-
1
Бах, Леонтйев А.А. Нитг вя üнсиййят //Üмуми психолоэийа. – Бакы,
1982, сящ. 232
113
nad etmək bacarığı yarandıqdan sonra baĢlamaq daha səciyyəvi
haldır. Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi
məhz həmin bacarıqların əsasında baĢ verir. Əgər ana dili
«aĢağıdan yuxarıya» doğru mənimsənilirsə, daha doğrusu, bu-
rada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mex-
anizmi yaranırsa, sonra dilin ali səviyyələri mənimsənilirsə,
daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil
vahidləri ilə Ģüurlu əməliyyat ən axırda təĢəkkül tapırsa, ikinci
dil «yuxarıdan aĢağıya» - dil vasitələrini tam ixtiyari seçməklə,
dil
üzərində Ģüurlu əməliyyat aparmaqdan nitqin
avtomatlaĢmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz
xarici dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.
Xarici ölkə psixoloqlarının əsərlərində
1
qeyd edildiyi ki-
mi, insanın nitq aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq
imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından
istifadə olunmur. Ġngilis dilində qırxa qədər müxtəlif
fonemlərdən istifadə olunur. BaĢqa dillər də özünün xüsusi fo-
nem qrupunu seçir. Məsələn, alman dilində bəzi xirtlək
səslərindən istifadə olunur ki, bu cür səslərə ingilis dilində
təsadüf olunmur. Fransız dilində istifadə olunan bəzi sait
səslərə də ingilis dilində rast gəlmirik.
UĢaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə
öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq
rigidliklə yanaĢırlar. Onlar öz ana dillərində ifadə olunmayan
səsləri tələffüz etməkdə, həmin yad səsləri bir- birindən
fərqləndirməkdə çətinlik çəkirlər (J.Verker). Məhz bu hal çox
vaxt xarici nitqin qavranılması və anlaĢılmasını çətinləĢdirir.
Bu səbəbdən çox vaxt xarici nitq bizim üçün aydın olmur,
ayrı-ayrı səslərin ardıcıl deyil, qarıĢıq, anlaĢılmaz toplusu
təsirini bağıĢlayır.
Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən
1
Глейтман Г. ,Фридлинд А., Райсберг Д. Основы психологии. -
Санкт-Петербург, 2001, с. 405-406.
Dostları ilə paylaş: |