123
reaksiyasını yaradır, nəticədə bu reaksiya A- ın da davranıĢına
təsir göstərir. Deməli qarĢılıqlı təsir prosesi baĢ verir.
Sosial normalar və sosial nəzarət. Adətən birgə
fəaliyyət və ünsiyyət zamanı qarĢılıqlı təsir müvafiq sosial
normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün
səmərəli nəticəsini verir.
Sosial normalar insanların qarĢılıqlı təsir və qarĢılıqlı
münasibətlərini tənzim etmək üçün cəmiyyət tərəfindən qəbul
edilmiĢ normalardır.
Cəmiyyət spesifik sosial davranıĢ normaları sistemi
nümunələrini hazırlayır və müvafiq Ģəraitdə həmin normalara
əməl etməyi özünün bütün üzvlərindən tələb edir. Bu normalar
pozulduqda sosial nəzarət mexanizmi iĢə düĢür (bəyənməmək,
danlamaq, cəzalandırmaq Ģəklində) və davranıĢın
korrersiyasına gətirib çıxarır. Burada həmin normların
cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, həmin
normaları etalon kimi qəbul etmələri və öz davranıĢlarını eta-
lona uyğun qurmağa çalıĢmaları əsas Ģərtdir. Lakin bu hələ
kifayət deyildir. Həmin normalara əməl olunmasına sosial
nəzarət edilmədən bu normaların iĢləyəcəyi Ģübhə doğurur.
Bunu gündəlik həyati faktlar da sübut edir. Adətən, sosial
nəzarət zəif olduqda və ya ikili münasibət xarakteri daĢıdıqda
sosial normaların pozulması halları tez – tez özünü göstərir.
Ünsiyyət prosesində rol və rol gözləmələri. QarĢılıqlı
təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların
rollarına uyğun Ģəkildə həyata keçirilir. Psixologiyada rol
altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı
davranıĢ modelini yerinə yetirməsi nəzərdə tutulur. Subyekt
müəllim və ya Ģagird, bacı və ya qardaĢ, həkim və ya xəstə,
müdir və ya iĢçi, ev yiyəsi və ya qonaq və s. rolunu yerinə
yetirə bilər. Hər bir rol tamamilə müvafiq tələbə və
ətrafdakılarının müvafiq gözləmələrinə cavab verməlidir.
Adətən ünsiyyətdə olan adamlar bir- birindən öz rolunu onun
gözlədiyi kimi yerinə yetirməsini istəyirlər. Məsələn, Ģairdlər
124
gözləyirlər ki, müəllim onlara yaxĢı dərs desin, yüksək qiymət
versin, onların istəyini yerinə yetirsin və s. Müəllim isə
gözləyir ki, Ģagirdlər dərsə yaxĢı hazırlaĢsın, intizamı
pozmasın, müəllimin tapĢırıqlarını yerinə yetirsin. Məhz buna
görə də müxtəlif rolları yerinə yetirən adamların qarĢılıqlı təsiri
onların rol gözləmələri ilə tənzim olunur. Ġnsanın istəyib –
istəməməsindən asılı olmayaraq onu əhatə edənlər ondan
müvafiq nümunəyə uyğun davranıĢ gözləyirlər. Rolun bu və
ya digər Ģəkildə yerinə yetirilməsi mütləq sosial qiymət alır,
roldan hər hansı bir kənara çıxma halı bəyənilmir.
Ġnsanın baĢqalarının ondan eĢitmək istədiklərini və onda
görmək istədiklərini səhvsiz, dəqiq çatdırmaq qabiliyyət və
bacarığı mərifət adlanır.
Lakin əgər subyektin prinsip və inamı ondan gözlənilənə
ziddirsə onun baĢqa cür hərəkət etməsini mərifətsizlik
adlandırmaq olmaz.
Dostlar arasında ünsiyyətitn xarakteri. Ġnsanlar
arasında ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dos-
tluq davamlı fərdi – seçici qarĢılıqlı münasibət və qarĢılıqlı
təsir sistemindən ibarətdir. Dostlar arasında olan ünsiyyət
adamların bir – birilə qarĢılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri
ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarĢılıqlı hiss və
arzuları gözləmələri ilə səciyyələnir. Dostluğun inkiĢafı
qarĢılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarĢılıqlı kömək,
bir – birinin iĢlərinə qarĢılıqlı maraq, səmimilik və təmənnasız
hisslərin olması kimi yazılmamıĢ kodeksə əməl etməyi tələb
edir. Dostluq kodeksinin ciddi Ģəkildə pozulması ya dostluğun
dayandırılmasına, ya üzdən həyata keçən yoldaĢlığa keçməsinə,
ya da düĢmənçiliyə səbəb ola bilər.
Ünsiyyətdə maneələr və onların qarĢısını almaq yolları.
Ġnsanların birgə yaĢayıĢı, birgə fəaliyyəti prosesi daima
ünsiyyətlə müĢayət olunur. BaĢqa sözlə ünsiyyət insanlar
arasında təmasın yaranması və inkiĢafı prosesi kimi meydana
çıxır. Bu prosesdə insanlar öz fikir və arzularını bir- birlərinə
125
çatdırır, bir- birlərinə qarĢılıqlı təsir göstərir, bir- birlərini
qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların
birgə fəaliyyətinə, qarĢılıqlı münasibətlərinə özünəməxsus
təsir göstərir. Bir çox hallarda ünsiyyət prosesi münaqiĢələrlə
müĢayət olunur və qarĢılıqlı münasibətə neqativ təsir göstərir.
Hamımız olmasaq da bəzilərimiz bu cür münaqiĢəli Ģəraitdən
çıxmaq üçün müvafiq yol tapa bilmirik. Ünsiyyət zamanı baĢ
verən bu cür maneələri aradan qaldırmaq yollarını nə orta, nə
də ali məktəblərdə öyrətmirlər. Lakin sosial psixologiya və
pedaqogikada bununla bağlı olduqca zəngin empirik və nəzəri
məlumatlar toplanmıĢdır ki, onlardan istifadənin ünsiyyət
maneələrinin qarĢısını almaqda rolu inkarolunmazdır.
Ünsiyyət prosesinə mənfi təsir göstərən bu cür
maneələrin bəziləri və onların qarĢısını almaq yollarını qısaca
nəzərdən keçirək.
Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, müxtəlif
fəaliyyət növlərində bu cür maneələr müxtəlif Ģəkildə özünü
təzahür etdirir. Məsələn, görkəmli psixoloq V.A. Kan-Kalik
gənc müəllimlərin pedaqoji ünsiyyətində özünü göstərən
çətinlikləri «psixoloji maneələr» adlandırmıĢ və bunları peda-
qoji fəaliyyətin spesifik xüsusiyyətləri ilə əlaqələndirmiĢdir.
1
ġübhəsiz həmin materialdan istifadə olunması gənc müəl-
limlərin
pedaqoji
ünsiyyətindəki
çətinlikləri
aradan
qaldırmalarında onlara köməklik göstərə bilər. Ona görə də
burada həmin fikirləri təkrar etməyi lazım bilmədik. Burada
ümumiyyətlə insanların ünsiyyətində özünü göstərən bəzi
çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi Ģərh
etməyə çalıĢmıĢıq.
Ünsiyyət zamanı diqqəti cəlb edən çətinliklərdən,
maneələrdən biri qavrayıĢla Ģərtlənən səhvlərdir. Bir çox hal-
larda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya
bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət
1
Бах, дярслийин ВЫ.2
–ъü бюлмясиня
Dostları ilə paylaş: |