264
düĢdükdə digər qəbuledici elementlər yüksək duyma
qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaĢıl rəng görürük.
Bu halı neqativ Ģəkillərə baxdıqda da müĢahidə edə bilirik.
Məsələn, neqativ insan Ģəklinə baxdıqdan sonra ağ lövhəyə
baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eĢitmə,
temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların
təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar.
1. Duyğu nəyə deyilir?
2. Duyğuların insan həyatındakı əhəmiyyətindən
danıĢın.
3. Analizator nədir və onun hansı hissələri vardır?
4. Duyğular haqqında bildiyiniz nəzəriyyələri Ģərh
edin.
5. Duyğuları hansı prinsiplərə görə təsnif edirlər?
6. Xarici duyğuları Ģərh edin.
7. Daxili və əzələ-hərəkət duyğuları hansılardır?
8. Duyğularda həssaslıq və hədlər dedikdə nəyi baĢa
düĢürsünüz? Onları Ģərh edin.
9. Adaptasiya nədir? Onun insan həyatında rolu nədən
ibarətdir?
10. Duyğuların qarĢılıqlı təsiri, sensibilizasiya, sineste-
ziya və ardıcıl surətləri səciyyələndirin.
Referat, məruzə və müstəqil tədqiqat üçün
mövzular
1.
Duyğular
və onların qanunauyğunluqları.
2.Duyğuların növləri və insan həyatında rolu.
265
Ə d ə b i y y a t
Bayramov Ə.S.,
Əlizadə
Ə.Ə
.
Psixologiya 2- NəĢri. –
Bakı, 2002, səh. 256-265.
Qleytman Q., Fridlund A., Raysberq D. Osnovı psix-
oloqii.-S.P.,2001,S.201-251
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1.- M., 1988, s.
166-181.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 164-
199.
Mayers D. Psixoloqiə.- Minsk,2001,s.208-249
Luriə A.R. Ohuheniə i vospriətie. – M., 1965, s. 4-42
RubinĢteyn S.L.Osnovı obhey psixoloqii. T. 1, - M.,
1998, s. 208-300
Xrestomatiə po ohuheniö i vospriətiö. - M., 1975
Fress P., Piaje
j.
Gksperimentalğnaə psixoloqiə, vıp. 1-
2, - M. 1966, s. 241
266
9-cu FƏSĠL
QAVRAYIġ
Qısa xülasə
QavrayıĢın ümumi xarakteristikası. QavrayıĢ haqqında
anlayıĢ. QavrayıĢ və duyğular. Onları fərqləndirən cəhətlər. QavrayıĢ
hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin surətlərinin
beyində bütövlükdə əks etdirilməsindən ibarət olan idrak prosesi ki-
mi.
QavrayıĢın əsas xüsusiyyətləri. ƏĢyaviliyi, tamlığı, sabitliyi,
mənalılığı, seçiciliyi. Appersepsiya.
QavrayıĢın təsnifi. QavrayıĢın analizatorların iĢtirakından asılı
olan sadə növləri: görmə, eĢitmə, lamisə. QarĢıya qoyulmuĢ
məqsəddən asılı olaraq qavrayıĢın növlərə ayrılması: qeyri-ixtiyari və
ixtiyari qavrayıĢ. MüĢahidə ixtiyari qavrayıĢ kimi. MüĢahidə və
müĢahidəçilik. Materiyanın mövcudluq formasından asılı olaraq
qavrayıĢın növləri: məkan, zaman, hərəkət qavrayıĢı.
QavrayıĢda illüziyalar.
IV . 9.1. QavrayıĢın ümumi xarakteristikası
QavrayıĢ haqqında anlayıĢ. Cisim və hadisələr hiss
üzvlərimizə təsir edir və duyğu Ģəklində subyektiv effekt
yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə
heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə si-
nir sisteminə malik olan həm bizə, həm də bütün canlılara
xasdır. Aləmi obrazlar Ģəklində qavrama ancaq insanlara və ali
heyvanlara aiddir. Bu prosses həyat təcrübəsinin geniĢlənməsi
ilə bağlı olaraq inkiĢaf edir.
Həm duyğu, həm də qavrayıĢ hər ikisi hissi idrak
267
prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayıĢdan
baĢlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın
duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. Bununla
belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.
Məlum olduğu kimi, duyğu hal-hazırki anda hiss
üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı
xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir.
QavrayıĢ isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Ci-
sim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində
onların insan beynində bütövlükdə inikasından ibarət olan
psixi prosesə qavrayış deyilir.
IV.9.2. QavrayıĢın əsas xüsusiyyətləri
QavrayıĢın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara
qavrayıĢın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini
aid etmək olar. Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks
etdirən duyğulardan fərqli olaraq, qavrayıĢ cisimləri bütöv-
lükdə, onun bütün əlamətləri ilə birlikdə əks etdirir. Bir psixi
prosses kimi qavrayıĢın özünəməxsus xüsusiyyətləri var. Bu
xüsusiyyətlərdən biri qavrayıĢın əşyaviliyidir. QavrayıĢın
əĢyaviliyi obyektləĢdirmə aktında ifadə olunur. Yəni biz ayrı-
ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə
mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən
alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks et-
diririk. QavrayıĢın əĢyaviliyi anadangəlmə keyfiyyət deyil. O,
həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının
görmə duyğusuna qoĢulması nəticəsində formalaĢır. Belə bir
fakta diqqət yetirək. Kliniki müĢahidələr göstərir ki, kantuziya
nəticəsində beyni zədələnmiĢ xəstədə göz almacıqlarının tam
hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər Ģeyi iĢıq seli
kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən
Dostları ilə paylaş: |