300
Dilin fikri formalaĢdırmaq və ya ifadə etmək vasitəsi ki-
mi qiymətləndirilməsi dilin idraki fəaliyyəti ilə bağlıdır. Dil
ünsiyyət prosesində fikrin ifadə vasitəsi kimi həm də qarĢılıqlı
anlama üçün vasitədir. Dilin fikri ifadə etmək, ünsiyyəti yarat-
maq, inikas vasitəsi, ətrafda baĢ verən hadisələri, Ģeylərin
əlamət və xassələrini əks etdirmək keyfiyyəti vardır.
Eksperimental tədqiqatlara görə orta məktəbi bitirən
Ģagird 80 minə qədər söz bilir, bu orta hesabla hər ilə 5000,
gündəlik isə 13 sözün mənimsənilməsi deməkdir. Sintaksisin
qanunauyğunluqlarını çətinliklə izah etmək mümkün olsa da,
uĢaq dili çox asanlıqla baĢa düĢür və insanın dilə qabiliyyəti
çoxlu suallar doğurur.
UĢaqlarda dilin inkiĢafı onun strukturu ilə bağlıdır.
Körpə dilə yiyələnməyib (in fautis – danıĢmayan deməkdir),
lakin 4 aylıq uĢaq ananın dodaqlarından onun nə demək istədi-
yini seçir və səsləri tanımağa baĢlayır. UĢaq sifətə baxmaqla,
tələffüz edilən səsləri ayırd etməyə çalıĢır və səslərin tələffüzü
zamanı dodaqların vəziyyəti uĢaq üçün həm də ona qarĢı
davranıĢ tərzi kimi anlanılır.
3-4 aylıq uĢağın qığıltıları, müxtəlif səslərlə müĢayiət
olunur və ilk dövrlərdə o, dillə bağlı deyil. UĢağın dilə
yiyələnməsi bir neçə mərhələ keçir. Bir sözlü mərhələ 1
yaĢdan 2 yaĢa qədər olan dövrdür. Cüttərkibli mərhələ isə 2
yaĢdan sonra baĢlayır, əsasən uĢaq iki sözdən ibarət cümlələr
ifadə etməyə baĢlayır. Universal qrammatika artıq ifadə
olunmağa baĢlayır.
UĢaqların dilə yiyələnməsində səs və intonasiyanın
ailədəki mərhələsi çərçivəsində baĢ verir. 10 aylıq uĢağın
qığıltıları ana üçün artıq aydın səs rolunu oynayır. Ana dilinin
fonem səslərinə uyğun olmayan səslər yoxa çıxır, uĢaq
eĢitmədiyi səslərin fərqləndirmək qabiliyyətinə malik olmur.
Səsli dil fonemdüzəldən tərkibə malikdir, əl hərəkət və
formaları ilə müəyyənləĢir, uĢaq qığıltılarında nitq səsləri
ayrılmağa baĢlayır (4 aylıq), 10 aylığında ana dili səsləri və s.
301
inkiĢaf edir.
Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla
aĢağıdakı mərhələlərdən ibarətdir, irsi
amil,
nitqin
anlanılmasına cavab verən mexanizmlərin quruluĢuna, dil
mühiti inkiĢafına davranıĢ isə ana dilini mənimsəməyə kömək
edir.
Təfəkkür və nitq. Nitq fikrin mövcudluq formasıdır.
Nitq və təfəkkür arasında vahidlik var. Lakin bu vahidlikdir,
eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə
malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu
dəqiq, düzgün, tam bütöv Ģəkildə ifadə edə bilmir. Ona görə də
nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil.
Nitq o zaman nitq forması alır ki, onun dərk edilmiĢ
mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-
özlüyündə nitqi təĢkil etmir. Nitqi yaradan hərəkətlər sistemi,
bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri
ilə tənzim olunur. Nitq intellektual əməliyyatdır. Təfəkkürü
nitqlə eyniləĢdirmək və onlar arasında bərabərlik iĢarəsi qoy-
maq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun
təfəkkürə münasibəti ilə bağlıdır.
Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz.
Nitq – fikrin xarici görkəmi deyil, onu dəyiĢməklə fikri
dəyiĢmək olmaz. Nitqlə fikir formalaĢır, lakin fikri
formalaĢdıraraq, onun özü də formalaĢır. Bu ideya Moskva
psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri
tərəfindən geniĢ iĢıqlandırılmıĢdır. Nitq fikrin xarici vasitəsidir,
söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı
olan bir hadisə kimi daxil olur. Nitq formasını yaradaraq
təfəkkür özü formalaĢır. Təfəkkür və nitq eyniləĢdirilməyərək
eyni prosesin vahidliyinin təminatçısıdırlar. Təfəkkür nitqdə
nəinki ifadə olunur, həm də onda təkmilləĢir, tamamlanır, icra
olunur.
Təfəkkürdə icra olunan obrazlar, nitq funksiyası daĢıyır
və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını
302
təĢkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaĢır.
Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər.
Obrazların hissi məzmunu təfəkkürdə anlamın məzmununun
daĢıyıcıları kimi çıxıĢ edir.
Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir,
qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün
strukturunu ifadə edir. Nitq fikirdən arxaikdir və arxaik
formaları təbiətinə uyğun olaraq saxlayır.
IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar
Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri
proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluĢuna
görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin
fəaliyyəti üçün Ģəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya
digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən
fikri akt subyektin hər hansı motivlərindən çıxıĢ edir. Fikri
proseslərin baĢlanğıc məqamı adətən problem situasiya ilə
bağlıdır. Ġnsan nəyi isə anlayanda fikirləĢməyə baĢlayır.
Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən baĢlanır.
Bu problem situasiya Ģəxsiyyətin fikri proseslərə cəlb edilməsi
ilə müəyyənləĢir, O həmiĢə nəyinsə həllinə istiqamətlənib.
Bütün təfəkkür prosesləri Ģüurlu tənzim edilən əməliyyatlar xa-
rakteri daĢıyır.
ġüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri
xarakterizə edir. Təfəkkür qarĢısında dayanan məsələ həllinin
dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür Ģüurlu
tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Dü-
Ģünmə prosesində yaranan hər hansı fikri təfəkkür
uyğunlaĢdırır,
müqayisə
edir
və
fikri
prosesləri
istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü
Ģüurlu proses kimi xarakterizə edir. Fikrin bu Ģüurluluğu onun
xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə
Dostları ilə paylaş: |