315
«Bütün xüsusi isimlər yazıda böyük hərflə baĢlayır». «Bakı»
xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə
yazılır» nəticəsini çıxarırıq.
Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan
bənzətmə üzrə nəticə çıxarılır.
IV.11.6. Təfəkkürün fərdi xüsusiyyətləri
Adamların hamısında təfəkkür eyni Ģəkildə inkiĢaf etmir.
Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda
müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaĢı olaraq
adamlar ağlın keyfiyyətləri nə görə bir-birlərindən daha çox
fərqlənirlər. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi,
tənqidiliyi və s. Aid etmək olar.
Ağlın dərinliyi cisim larda. və hadisələr arasındakı və
onların daxilindəki Ən əsas, baĢlıca əlamətləri tapmaq
bacarığından ibarətdir. Dərin ağla malik olan Adam zəruri
sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və
hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas
cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl
dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri, əsas
cəhəti aĢkara çıxara bilmir, formal, zahiri cəhətlərə istinad
etdiyinə görə onun fikirlərində dərinlik olmur.
Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət
keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan Ani bir
vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona
görə də həmin keyfiyyətə malik olan adam düĢdüyü vəziy-
yətdən baĢ çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın
çevikliyi və dərinliyi birləĢdikdə insanda ağlın itiliyi keyfiy-
yətinin meydana gəlməsinə səbəb olur.
Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə
bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi ba-
carmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz
316
bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik
olan adamlar baĢqalarından asılı olmur, onların öz düĢüncə, fi-
kir tərzləri mövcud olur.
Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz
idrak obyektlərinə tənqidi yanaĢmaq bacarığında ifadə olunur.
Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub
qavradıqları cisim və hadisələr arasındakı yğunsuzluğu asan-
lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini
əsaslandıra bilirlər.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1.Təfəkkür nəyə deyilir?
2.Təfəkkürlə hissi idrak arasında əlaqəni Ģərh edin.
3.Hissi idrakla məntiqi idrak arasındakı fərqlər nədədir?
4.Təfəkkürün ümumi xarakteristikasını Ģərh edin.
5.Fikri proseslər hansılardır? Onları Ģərh edin.
6.Təfəkkürün formaları hansılardır? Onlar haqqında ayrı-
ayrılıqda danıĢın.
7.Təfəkkürün növlərini Ģərh edin.
8.Ağlın keyfiyyətləri dedikdə nəyi baĢa düĢürsünüz?
Onları ayrı-ayrılıqda Ģərh edin.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Təfəkkür və məsələ həlli.
2. Yaradıcı təfəkkürün psixologiyası.
3. Ağlın keyfiyyətləri və onların inkiĢafı vasitələri.
4. Təfəkkür proseslərinin qarĢılıqlı əlaqəsi.
5. Dil və təfəkkürün qarĢılıqlı əlaqəsi.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, 2-ci nəĢri –
Bakı, 2002 səh.326-357
317
Bayramov Ə.S. ġagirdlərdə əqli keyfiyyətlərin inkiĢaf
xüsusiyyətləri. – Bakı, 1987
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. – Bakı, 2004 səh 37-90
Qədirov Ə.Ə. UĢaqlarda idrak proseslərinin inkiĢafı. –
Bakı, 1970
Vozrastnıe i individualğnıe osobennosti obaznoqo
mıĢleniə. – M, 1989
Qalğperin P.Ə. ,
Kotin N.R. K psixoloqii tvorçeskoqo
mıĢleniə// Voprosı psixoloqii. – 1982. - №5,
s.80-84
Qleytman Q. , Fridlund A., Raysberq D. Osnovı
psixoloqii. – Sankt-Peterburq, 2001. s.349-
399; 449-458
Luriə A.R. Əzık i mıĢleniə. – M., 1979
Mayers D. Psixoloqiə. – Minsk. 2001. s. 28-67; 412-
449
Ġssledovaniə reçevoqo mıĢleniə v psixolinqvistike. –
M., 1976
Slobin D., Qrin Dj. Psixolinqvistika. – M., 1976
Xomski Noam. Dil və təfəkkür. – Bakı, 2006
Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972
Tixomirov O.K. Psixoloqiə mıĢleniə. – M., 1984. s.6-
33; 87-100; 107-210
Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə mıĢleniə. /
Pod red. Ö.B.Qippenreyter, V.V.Petuxov. –
M.1981
RubinĢteyn S.L. Osnovı obhey psixoloqii. T.1. – M.,
1989, s.360-400
RubinĢteyn S.L. O mıĢlenii i putə eqo issledovanii. –
M., 19