Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə94/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   90   91   92   93   94   95   96   97   ...   197

 

 

 



315 

 

«Bütün  xüsusi  isimlər  yazıda  böyük  hərflə  baĢlayır».  «Bakı» 



xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə 

yazılır» nəticəsini çıxarırıq. 



Analogiyaya  gəldikdə  bu  zaman  ayrı-ayrı  hallardan 

bənzətmə üzrə nəticə çıxarılır.  



 

IV.11.6. Təfəkkürün fərdi xüsusiyyətləri 

 

Adamların hamısında təfəkkür eyni Ģəkildə inkiĢaf etmir. 



Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda 

müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaĢı olaraq  

 adamlar  ağlın  keyfiyyətləri  nə  görə  bir-birlərindən  daha  çox 

fərqlənirlər.  Buraya  ağlın  dərinliyi,  çevikliyi,  müstəqilliyi, 



tənqidiliyi və s. Aid etmək olar. 

Ağlın  dərinliyi  cisim  larda.  və  hadisələr  arasındakı  və 

onların  daxilindəki  Ən  əsas,  baĢlıca  əlamətləri  tapmaq 

bacarığından  ibarətdir.  Dərin  ağla  malik  olan  Adam  zəruri 

sualları  qoymaqla  hadisənin  mahiyyətini  aça  bilir,  cisim  və 

hadisələri  dərindən  və  hərtərəfli  öyrənir.  Bu  cür  adamlar  əsas 

cəhətləri  ikinci  dərəcəli  cəhətlərdən  ayıra  bilirlər.  Lakin  ağıl 

dayaz  olduqda  belə  adam  öyrəndiyi  faktlarda  Ən  zəruri,  əsas 

cəhəti  aĢkara  çıxara  bilmir,  formal,  zahiri  cəhətlərə  istinad 

etdiyinə görə onun fikirlərində dərinlik olmur. 

Ağlın  çevikliyi  də  insan  üçün  zəruri  olan  müsbət 

keyfiyyətlərdəndir.  Bu  keyfiyyət  xüsusilə  insandan  Ani  bir 

vaxtda  qərar  qəbul  etmək  lazım  gəldikdə  tələb  olunur.  Ona 

görə  də  həmin  keyfiyyətə  malik  olan  adam  düĢdüyü  vəziy-

yətdən baĢ çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın 

çevikliyi  və  dərinliyi  birləĢdikdə  insanda  ağlın  itiliyi  keyfiy-

yətinin meydana gəlməsinə səbəb olur. 

Ağlın  müstəqilliyi  yeni  sual  və  problemləri  irəli  sürə 

bilmək, onu müstəqil olaraq öz  gücü ilə həyata  keçirməyi ba-

carmaqdan  ibarətdir.  Təfəkkürün  yaradıcılıq  xüsusiyyəti  məhz 



 

 

 



316 

 

bu  cür  müstəqillikdə  öz  əksini  tapır.  Həmin  keyfiyyətə  malik 



olan adamlar baĢqalarından asılı olmur, onların öz düĢüncə, fi-

kir tərzləri mövcud olur. 



Ağlın  tənqidiliyi  keyfiyyətinə  gəldikdə  bu  insanın  öz 

idrak  obyektlərinə  tənqidi  yanaĢmaq  bacarığında  ifadə  olunur. 

Ağlın  tənqidiliyi  keyfiyyətinə  malik  olan  adamlar  duyub 

qavradıqları  cisim  və  hadisələr  arasındakı  yğunsuzluğu  asan-

lıqla  görə  bilir  və  bununla  əlaqədar  olaraq  öz  fikirlərini 

əsaslandıra bilirlər.  

 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

 

 1.Təfəkkür nəyə deyilir? 

          2.Təfəkkürlə hissi idrak arasında əlaqəni Ģərh edin. 

          3.Hissi idrakla məntiqi idrak arasındakı fərqlər nədədir? 

          4.Təfəkkürün ümumi xarakteristikasını Ģərh edin. 

          5.Fikri proseslər hansılardır? Onları Ģərh edin. 

          6.Təfəkkürün formaları hansılardır? Onlar haqqında ayrı-

ayrılıqda danıĢın. 

           7.Təfəkkürün növlərini Ģərh edin. 

           8.Ağlın  keyfiyyətləri  dedikdə  nəyi  baĢa  düĢürsünüz? 

Onları ayrı-ayrılıqda Ģərh edin. 

 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular 



 

1Təfəkkür və məsələ həlli. 

2. Yaradıcı təfəkkürün psixologiyası. 

3. Ağlın keyfiyyətləri və onların inkiĢafı vasitələri. 

4. Təfəkkür proseslərinin qarĢılıqlı əlaqəsi. 

5. Dil və təfəkkürün qarĢılıqlı əlaqəsi. 

 

Ədəbiyyat 

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, 2-ci nəĢri – 

Bakı, 2002 səh.326-357 




 

 

 



317 

 

Bayramov  Ə.S.  ġagirdlərdə  əqli  keyfiyyətlərin  inkiĢaf 

xüsusiyyətləri. – Bakı, 1987 

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji 

problemləri. – Bakı, 2004 səh 37-90 



Qədirov Ə.Ə. UĢaqlarda idrak proseslərinin inkiĢafı. – 

Bakı, 1970 

Vozrastnıe  i  individualğnıe  osobennosti  obaznoqo 

mıĢleniə. – M, 1989 



Qalğperin P.Ə. , Kotin N.R. K psixoloqii tvorçeskoqo 

mıĢleniə//  Voprosı  psixoloqii.  –  1982.  -  №5, 

s.80-84 

Qleytman  Q.  ,  Fridlund  A.,  Raysberq  D.  Osnovı 

psixoloqii.  –  Sankt-Peterburq,  2001.  s.349-

399; 449-458 

Luriə A.R. Əzık i mıĢleniə. – M., 1979 

Mayers  D.  Psixoloqiə.  –  Minsk.  2001.  s.  28-67;  412-

449 


Ġssledovaniə  reçevoqo  mıĢleniə  v  psixolinqvistike.  – 

M., 1976 



Slobin D., Qrin Dj. Psixolinqvistika. – M., 1976 

Xomski Noam. Dil və təfəkkür. – Bakı, 2006 

Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972 

Tixomirov  O.K.  Psixoloqiə  mıĢleniə.  –  M.,  1984.  s.6-

33; 87-100; 107-210 

Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə mıĢleniə. / 

Pod  red.  Ö.B.Qippenreyter,  V.V.Petuxov.  – 

M.1981 

RubinĢteyn  S.L.  Osnovı  obhey  psixoloqii.  T.1.  –  M., 

1989, s.360-400 



RubinĢteyn  S.L.  O  mıĢlenii  i  putə  eqo  issledovanii.  – 

M., 19 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə