144
Kvinitadze, Z. Avalişvili, Ş. Karumidze və b.), istərsə də M. Ə.
Rəsulzadəyə müxalif olan Azərbaycan mühacirlərindən bir qrupu
(Ş. Rüstəmbəyli, X. Xasməmmədov və b.) Qafqaz millətlərinin
birliyinin zəruriliyini dönə-dönə qeyd edir, onun reallaşmasına
çalışırdılar. Bu məsələ ilə bağlı gürcü mühacirlərindən Ş. Ami-
racibi yazırdı: “Qafqazın bütün millətlərini içinə alan Qafqaz Kon-
federasiyası qurulmalıdır” [183, s.15-17]. Prof. M. Sereteli isə
qafqazlıları isveçrəlilər kimi bir-birlərinin dilinə və milli hüquq-
larına hörmətə vərdiş etməyə çağırır, “Qafqaz Konfederasiyonuna
da, bütün millətlərin istiqballarının təmini üçün ən əmin bir çarə
olan idealizmə də inandığını” bildirirdi [183, s.20].
Ümumiyyətlə nə Qafqaz Konfederasiyası Paktını imzala-
yıb, sonra isə Şuranı yaradanlar (M. Ə. Rəsulzadə, N. Jordaniya,
S. Əhməd və b.), nə də müxalifətdə dayananlar (H. Bammat, X.
Xasməmmədov, Q. Kvinitadze və b.) Qafqaz Konfederasiyasının
yaranmasına qarşı olmamışdır. Əksinə hər iki tərəf mühacirətdə
bu ideyanın reallaşması üçün xeyli əziyyət çəkmişlər. Bəs fikir
ayrılıqlarına,
münaqişələrə, parçalanmaya rəvac verən nə idi?
Yuxarıda qeyd etdiyimiz kimi parçalanmaya səbəb Kon-
federasiyanın Türkiyə ilə və yaxud Türkiyəsiz yaranması fikri
deyildi. Paktı imzalayanlar və Şuranı yaradanlar ən çox Qafqaz
Cümhuriyyətlərinin süqutuna qədər bu ideyaya əhəmiyyət ver-
məməkdə ittiham olunurdu. Müxalif tərəf bildirirdi ki, vaxtında
Qafqaz birliyi yaradılsaydı indi nə M. Ə. Rəsulzadə, nə də N. Jor-
daniya mühacirətdə belə birlik yaratmaq haqqında fikirləşməz-
dirlər. Mühacirlərlə yanaşı Qafqaz əsilli bəzi Türkiyə təd-
qiqatçıları da Qafqazın istilasına zəmin yaradan amillər sırasında
bölgə cümhuriyyətlərinin bir-birlərinə, başlıcası isə işğala məruz
qalan Şimali Qafqaza yardım etməmələrini göstərmişlər.
Şərafəddin Erəl “Azərbaycan politikaçılarının yanlışları” əsərində
Azərbaycanın Şimali Qafqaza hərbi kömək etməməsini bağış-
lanmaz səhv adlandırıb yazırdı: “Azərbaycana yardımda şəhid
olan bir çox Şimali Qafqaz zabit və əsgərinə qarşı bir tək hərbçi
belə Azərbaycandan şimala göndərilməmişdi” [223, s.10]. H.