141
- Təkmil Qafqaz qüvvələrinin tək və müştərək bir hüdud
daxilində birləşmədən, bu məqsədə nail olmanın son dərəcə
müşkül olacağını;
- Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin
müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini;
- Qafqaz Cümhuriyyətləri Konfederasyonunun məmləkətin
siyasi və iqtisadi vəhdətindən irəli gələn siyasi bir şəkil olduğunu”
[37, N-11-12, 1952] nəzərə alan Azərbaycan, Gürcüstan və Şimali
Qafqaz Milli Mərkəzləri Qafqaz Konfederasiyasının aşağıdakı
əsaslarını elan etdilər:
1. Qafqaz Konfederasiyası xaricdə tərkibinə aldığı
cümhuriyyətlər adına hərəkət edəcək və müştərək siyasi gömrük
hüduduna malik olacaq.
2. Konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici
siyasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən idarə
ediləcək.
3. Konfederasiyanın hüdudları Cümhuriyyətlərin ordula-
rından təşkil olunan və vahid komandanlıq altına alınan Kon-
federasiya Ordusu tərəfindən müdafiə olunacaq.
4. Konfederasiyadaxili mübahisəli məsələ Yüksək
Konfederasiya Məhkəməsinə veriləcək.
Paktı Azərbaycan adından M. Ə. Rəsulzadə, Ə. M. Topçu-
başov, Şimali Qafqaz adından M. Girey Sunc, İbrahim Çulik,
Tausultan Şakman, Gürcüstan adından N. Jordaniya, A. Çxenkeli
imzaladı. Bu tarixi andlaşmanı imzaladıqdan dörd ay sonra-
noyabrın 5-də rəhmətə gedən Ə. M. Topçubaşovun dəfn məra-
simində M. Ə. Rəsulzadə demişdir: “Xəstəliyin, qocalığın və
mühacirətdəki yoxsulluğun yıpratdıqları (zəif saldığı X. İ.)
həyatının son günlərində imzaladığı Qafqasya Konfederasyonu
Misakının elanından Əli Mərdan bəy son dərəcə məmnun idi” [39,
N-2, 1934].
14 iyul Paktının məqsədləri ilə bağlı Qafqaz İstiqlal
Komitəsi yaydığı bəyannamədə-“yaxında bir konfrans çağırıla-
cağını və QİK-in istefasını qəbul edəcək olan bu konfransın
142
müştərək bir Qafqaz orqanı yaradacağını bildirmişdir” [39, N5,
1935].
Nəhayət, 1935-ci il fevralın 14-də (fevralın 23-nə qədər davam
etdi) nəzərdə tutulan konfrans çağırıldı. Konfrans Qafqaz
Konfederasiyası ideyasının gerçəkləşməsi və öz mıllətlərinin
hürriyyəti uğrunda son nəfəsinə qədər mübarizə aparan Ə. M.
Topçubaşov, İ. Ramişvili (1934-cü ildə sui-qəsd nəticəsində Pa-
risdə qətlə yetirilmişdi) və Əhməd bəy Solikattinin xatirəsini yad
edərək, 8 illik mücadilənin yekunu kimi Qafqaz Konfederasiyası
Şurasının yaradılmasını bəyan etdi. “Qafqaz məsələsi və Rusiya”
adlanan on bəndlik sənəddə İvan Qroznıdan üzü bəri Rusiya-
Qafqaz münasibətlərinə tezislər şəklində qiymət verən konfrans
bolşevik işğalı altında olan Qafqazın gələcək taleyi ilə bağlı
Şuranın qarşısında aşağıdakı vəzifələrin dayandığını bildirdi:
“1. Kafkasyadakı rus istila hökumətinin likvidə edilməsi üçün
Kafkasya cümhuriyyətlərinin bərqərar olması və bu cüm-
huriyyətlərin Konfederasyon halında birləşməsi yolunda Kaf-
kasya millətlərinin hazırlanmasına çalışmaq.
2. Bu məqsədlə Sovetlər Birliyindəki başqa əsir millətlərin
təşkilatları ilə siyasi və təşkilati irtibata girmək.
3. Şura Kafkasyanın və Rusiya məhkumu bütün millətlərin
istiqlallarını qeyd-şərtsiz tanıyan rus qüvvələri ilə təmasa gəlməyə
hazırdır.
4. Kəndi müstəqillikləri yolunda Şura...kəndi qüvvətinə
dayanır” [39. N-5, 1935].
QKŞ Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Milli
təşkilatlarının nümayəndələrindən ibarət olub, paritet əsaslarla
qurulmuşdu. Şura nizamnaməyə uyğun olaraq mütəmadi toplanır,
Qafqaza aid bütün siyasi məsələlərlə məşğul olur və rəyasət
Divanının tətbiq edəcəyi siyasətin əsas xətlərini müəyyənləşdirirdi.
Azərbaycanı Şurada təmsil edən səlahiyyətli nümayəndə Milli
Mərkəzin sədri M. Ə. Rəsulzadə idi.
Qafqaz Konfederasiyası Şurası Ermənistan mühacir
təşkilatları üçün açıq elan olunsa da, uzun müddət onlar Şuraya
143
girməkdən çəkindilər. M. Ə. Rəsulzadənin göstərdiyi kimi ancaq:
“İkinci Dünya müharibəsi ərəfəsində-1940-da erməni müməssil-
ləri (nümayəndələri-X. İ.) də sözükeçən misaka qoşuldular” [37,
N-11-12, 1952].
Yuxarıda qeyd etmişdik ki, Qafqaz mühacirlərindən bir
qrup H. Bammatın liderliyi ilə radikal millətçilik xəttini tutaraq
“Prometey”ə qarşı müxalifətdə dayanmışdı. Qafqaz Konfede-
rasiyası Paktını imzalayanlar və QKŞ-ni yaradanlar əski “Pro-
metey”çilər olduğundan bammatçılar təbii ki, QKŞ-yə loyal
münasibətdə deyildilər. P. Mühlen bunun səbəbini Qafgaz Fede-
rasiyası məsələsinə prinsipial baxış fərqlərində görərək yazırdı:
“Bammat və onun ətrafındakılar Qafqaz Federasiyasının Türkiyə-
yə bağlı olmasını istəyirdilər” [284, s.21]. Alman tədqiqatçısının
bu nöqsanlı mülahizəsi Qərbi Avropada pantürkizm və
panislamizim barədə yayılan dumanlı və qeyri-real təsəvvürlərin
nəticəsidir. H. Bammatın mövqeyinə gəldikdə isə o, “Qafqazla
Rusiya arasına Səddi Çin çəkəsi deyilik” fikrini söyləməklə yanaşı,
Cənub qonşuları Türkiyə və İrana münasibətin də çox bəsit və
aydın olduğunu bildirirdi: “Qafqaz millətlərinin məqsədi bir ağanı
başqa ağayla dəyişmək deyildir” [38, s.9, 1936].
H. Bammat hər birisində “axilles dabanı” olan Qafqaz millət-
lərinin birinin digəri üzərində hegemonluğunun qeyri-mümkün-
lüyünü qeyd edir, eyni zamanda heç kimi kənardan yardım istə-
məməyə çağırırdı. O, yaxın tarixi keçmişi xatırladaraq göstərirdi
ki, bir Qafqaz Cümhuriyyətinin kənardan kömək istəməsi başqa
cümhuriyyəti də həmin fikrə və yola sürükləyir. Qafqaz və Tür-
kiyənin birliyi isə ortaq mənafe birliyidir, çünki Qafqazın müs-
təqilliyi Türkiyənin cənub sərhədlərindən tam rahatlığı deməkdir.
P. Mühlenin mülahizəsinin doğru olduğunu təsdiq edən fi-
kirlərə H. Bammatın digər cəbhədaşlarının yaradıcılığında da
təsadüf olunmur.
Təbii ki, maraq doğuran məsələlərdən biri də Qafqaz
Konfederasiyası ideyası ətrafında meydana gələn fikir ayrılıqları
və qruplaşmalar idi. Istər N. Jordaniyaya müxalif gürcülər (Q.
Dostları ilə paylaş: |