128
yasının adını dəyişərək “Milli İstiqlal” adı altında fəaliyyətə baş-
lamaq fikrinə düşmüşlər. Bu addımı “Müsavat” sözünün Azər-
baycan əhalisi tərəfindən yaxşı qarşılanmadığı ilə izah edən
Zülqədərov Azərbaycandakı partiya təşkilatlarına addəyişmə ilə
bağlı gizli təlimatlar da göndərmişdi. Yuxarıda toxunduğumuz
məqalənin müəllifi Yusif Əliyev də həmin cərəyanın nümayəndəsi
kimi M. Ə. Rəsulzadəyə müxalif mövqedə dayanırdı.
Müsavatın Azərbaycandaxili taktiki səhvləriylə bağlı ana-
loji ittihamlara Parisdəki Azərbaycan mühacirlərinin də yaradıcı-
lığında təsadüf olunur. “Əhməd Cavad faciəsi” məqaləsində C.
Hacıbəyli yazırdı; “İstanbulda bəzi mühacir qrupu tərəfindən dü-
şünmədən işlənmiş bir xətadan (Azərbaycandakı mövcud bütün
müqtədir vətəndaşları mənimsəmək: “filankəs də bizimdir!”)
bolşevik zalımları istifadə edərək Milli Şairimizi zalım bir tərzdə
sıxışdırdılar” [227, N14, 1952].
Mühacirətin hansı taktikanı seçməsindən asılı olmayaraq
bolşevik hakimiyyətinin işə saldığı repressiya maşını öz işini
görməkdə idi. Təkcə mühacirətlə əlaqəsi olan daxildəki siyasi
təşkilatlar, ayrı-ayrı adamlar deyil, kasıb və ortabab kəndlilər,
günahsız ziyalılar, hətta E. Xanbudaqov, R. Axundov, M. D.
Hüsüynov, Ə. Qarayev kimi qatı kommunistlər özləri də bu aman-
sız repressiyanın qurbanı oldular. Konfransda qəbul edilən “Firqə
taktikasında” deyildiyi kimi: “... Bu siyasətə qarşı Müsavat seyrçi
durmazdı. O, savaşacaqdı” [40, N-1, 1936].
Mühacirətdə fərqli mülahizələrə baxmayaraq, Konfrans
partiyanın Azərbaycanın daxilində və xaricdə yürütdüyü kəskin
müqavimət taktikasını yüksək qiymətləndirməklə, eyni zamanda,
“1928-1932-ci illərdə kollektivləşməyə qarşı qanlı üsyanlar
əsasında bütün millətlə bərabər “Müsavatın” da sarsılmasını”[40,
N-1, 1936] qeyd etməklə yanaşı aşağıdakı tələbləri mücadilə şüarı
kimi irəli sürdü:
“1. Müsavat firqəsi, istiqlal və cümhuriyyət pozisyonunda
israrla, rus ordusunun Azərbaycanı boşaltmasını, Azərbaycanın
129
Sovetlər Birliyindən çıxıb tam istiqlalını elan və Qafqaz millət-
ləriylə konfederasasyon bayrağı altında birləşməsini tələb edir.
2. Bütün dövlət müəssisələrinin gərək məmur, gərəksə dil
etibarilə türkləşməsini israr edir və s.” [40, N-1, 1936].
Bunlardan əlavə, Müsavat Partiyası “Fəaliyyət taktikası-
na”- Azərbaycanın öz hürriyyətinə qovuşması üçün Qafqaz
Konfederasiyası bayrağı altında hərəkət etməsini; “Prometey”
cəbhəsindəki fəallığın bundan sonra daha da artırılmasını; məh-
kum türk elləri arasında müştərək savaş cəbhəsinin möhkəm-
ləndirilməsini və rus mühacirlərinə qarşı kəskin mübarizə aparıl-
masını da daxil edir, partiya üzvlərini fitnəkar hərəkətlərə
uymamağa çağırırdı.
Konfrans 1928-1934-cü illər böhranına son qoydu. Bir
neçə nəfəri öz sıralarından çıxarmaqla Müsavat parçalanmadı,
əksinə Azərbaycan milli müqavimət hərəkatını daxildə və xaricdə
təşkil, ideya-siyasi cəhətdən təmin etdiyinə, bütün millətin
idealının gerçəkləşməsinə çalışdığına görə yeganə, tək siyasi
partiya kimi ümumxalq partiyasına çevrildi.
Sonrakı dövrlərdə beynəlxalq aləmdə Azərbaycanın azad-
lığı məsələsinin aktuallaşması ilə mühacirətdəki qruplararası
ziddiyyətlərin kəskinləşməsini görürük (“Qafqaz Konfederasiyası
Şurası” ətrafında gedən çəkişmələr, Azərbaycanın gələcək taleyi
ilə bağlı nasıst Almaniyası ilə aparılan danışıqlar, “Vahid
antibolşevik cəbhəsi”nin yaranmasında meydana gələn münaqişə-
lər və s.).
130
2. 4. Azərbaycan mühacirəti və “Prometey” ittifaqı,
“Qafqaz Birliyi” ideyası
Mühacirlər ayrı-ayrılıqda öz təşkilatlarını qurmaqla yanaşı,
məqsəd və hədəfləri eyni olduqlarından bolşevizmə qarşı imkan-
larını, güclərini səfərbər edərək beynəlxalq birliklər də yara-
dıldılar. Hər bir mühacir təşkilatının, o cümlədən azərbaycan-
lıların fəaliyyətini bu kontekstdən kənar təsəvvür və tədqiq etmək
çətindir.
1920-1930-cu illərdə təşəkkülündə və fəaliyyətində
Azərbaycan mühacirətinin də yaxından iştirak etdiyi iki belə
birlik-“Qafaqz Konfederasiyası Şürası” və “Prometey” meydana
gəldi.
Prometey Birliyində (Liqus Promethee) erməni və rus-
lardan başqa SSRİ-dən olan bütün milli mühacir təşkilatlarının-
Ukrayna, Belorusiya, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan,
Türküstan, Moldova, İdil-Ural, Krım, Kareliya, İngeriya, İnqu-
şetiya, Komi və Kubanın nümayəndələri təmsil olunurdu. Bu
nümayəndələrin böyük əksəriyyəti hələ Ι Dünya müharibəsi
dövründə (1916) Lozanna konfransına toplaşan Rusiya Dövlət
131
Dumasının bir-birlərini yaxşı tanıyan və başa düşən əski üzvləri
idi.
“Prometey”in yaradılmasında ilk təşəbbüs Başqırdıstan
mühaciri, prof. Əhməd Zəki Vəlidi Toğana və M. Ə. Rəsulzadəyə
məxsusdur. Hələ 1923-cü il iyunun 26-da çıxan “Yeni Qafqasya”
məcmuəsinin birinci nömrəsində M. Ə. Rəsulzadə Zevsin
Prometeyi Qafqaz dağlarına zəncirləməsini və qartalın onun
ciyərlərini hər gün didməsini Azərbaycanın, eyni zamanda
Qafqazın mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı:
“Qafqasyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir
xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən daha gözəl
bir rəmz tanımaq mümkün deyil” [42, N-1, 1926]. Azərbaycanı və
Qafqazı Prometey adlandıran müəllif onu parçalayıb, qanına
qəltan edənin, gerbində ikibaşlı qartal həkk edilən Rusiya
imperiyası olduğunu göstərirdi. Bu yazının analoji variantı
Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyni adlı
jurnalının birinci sayında da dərc edilmişdi.
“Prometey”in yaranma tarixi və onun təşəbbüsü ilə bağlı
alman tədqiqatçısı P. Mühlen yazır: “Əslində birlik 1928-ci ildə
Varşavada iki il öncə eyni adı daşıyan bir Qafqaz mason lojası
Parisə yerləşdikdən sonra quruldu. Quruluş Rəsulzadənin ini-
siativi (təşəbbüsü-X. İ.) və birliyi mali yöndən dəstəkləyən Polon-
ya (Polşa-X. İ.) hökümətinin onayı ilə gerçəkləşdi” [284, s.20]. Bu
sitatdan da məlum olduğu kimi “Prometey” əsasən Qafqaz
mühacirlərinin birliyi şəklində hələ 1926-cı ildən fəaliyyətə
başlamışdı.
Polşa tarixçisi Mikuliç isə birliklə bağlı aşağıdakı məlumatı
verir: “Qeyri-rus ağ mühacirlər”...Parisdə mühacir təşkilatı
“Prometey”i yaratdılar. Qədim yunan mifoloji qəhrəmanı adı
altında antisovet fəaliyyət göstərən bu təşkilat sovet quruluşunu
sıradan çıxarmaq vəzifəsini qarşıya qoymuşdu” [410, s.157].
Təşkilatda Ukraynanı prof. Roman Smal Stotski, A. Şulqin,
Azərbaycanı M. Ə. Rəsulzadə, Mir Yaqub Mehdiyev, Türküstanı
Mustafa Çokayev, Gürcüstanı N. Jordaniya, G. Qvazava, Şimali
Dostları ilə paylaş: |