28
[157, N-3 (7), 1995]. Müsavat partiyasının Türkiyədə ikən qurul-
duğu xəbərini eşidən M. Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra
onun rəhbərliyinə gətirildi.
Mühacirətdə azərbaycanlılar təkcə Rusiya türkləri ilə deyil,
Qafqaz millətləri ilə də iş birliyi qurmuşdu. 1915-ci ildə Şimali
Qafqaz, Azərbaycan, Gürcüstan mühacirləri Türkiyədə, “Qafqaz
Komitəsi” adlı bir təşkilat yaratdılar. 1915-ci ilin dekabrında
“Qafqaz Komitəsi”nin İsa Paşa, Əziz Məkər və Fuad Paşa (Şimali
Qafqaz), Səlim bəy Behbudov (Azərbaycan), knyaz Maçabeli və
Kamil bəy Toqiridzedən (Gürcüstan) ibarət bir heyəti Avropa
dövlətlərinə memorandum təqdim etmək
üçün Berlin və Vyanaya
getmişdi. Bu sənəddə mərkəzi dövlətlərdən “Qafqazın xilas
edilməsi və dörd dövlətdən (ermənilər də unudulmamışdı – X. İ.)
ibarət bir konfederasiya halında qurulması üçün “Qafqaz
Komitəsi”nə kömək göstərilməsi xahiş olunurdu” [145, s.172-
173].
Sədri Şimali Qafqaz mühaciri Marşal Fuad Paşa olan
“Qafqaz Komitəsi” Qafqazın istiqlaliyyətinə çalışır və Rusiyadan
ayrıldıqdan sonra onun konfederativ bir siyasi qurum kimi
formalaşacağının nəzəri əsaslarını hazırlayırdı. Avropada ictimai
rəy formalaşdırmaq üçün komitə üzvləri bu istiqamətdə güclü
təbliğat aparırdı: əsərlər, müxtəlif mətbuat orqanlarında məqalələr
dərc edilir, dövlətlərə rəsmi müraciətnamələr imzalanır,
mühazirələr oxunurdu.
Rəsmən komitənin üzvü olmayan Ə. Ağaoğlu və Ə.
Huseynzadə də Ι Dünya müharibəsi ərəfəsində neytral İsveçrədə
məskunlaşaraq Qafqazın rus pəncəsindən xilas olması məsələsi ilə
bağlı “Avropa dövlətlərinə muhtıralar (dipnot – X. İ.) verib
Qafqaz türklərinin həqiqi vəziyyətini təsvirə çalışırdılar” [39, N-
28, 1937].
Komitənin Qafqazla gizli əlaqəsi var idi. Alman tədqi-
qatçısı prof. Dr. C. Yeşke yazır ki, azərbaycanlı Səlim Behbud bəy
(Behbudov) Bakı və Qarabağ milli təşkilatları ilə gizli münasibət
təsisinə müvəffəq olur və müəyyən siyasi vəzifələr üçün sualtı