15
6. Nigahın pozulması qaydaları
1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır?
Ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqalrı yoxdursa, və yaxud uşaqlar 18
yaşına çatıbsa, o halda nikahı pozmaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Vətəndaşlıq
Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır.
Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa
o halda məhkəməyə müraciət olunmalıdı.
Ər-arvadın razılığı olduqa, lakin onlardan biri VVAQ orqanında nikahın pozulmasından yayınırsa
(məsələn ərizə yazmaqdan imtina edirsə), o halda nikahın pozulması məhkəmə qaydasında həyata
keçirilir.
Qeyd: Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın
razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir?
Ərlə arvad arasında boşanma haqqında qarşılıqlı razılıq varsa, onlar nikahın pozulması haqda VVAQ
orqanına ərizə təqdim edirlər. Bu ərizədə yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təstiq
etməyə borcludurlar.
Nikahın pozulması haqqında ərizə ər-arvadın yaşadığı və ya onlardan birinin yaşadığı və ya nikahın
qeydiyyata alındığı yerdə VVADQ orqanına verilir.
Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun
ödənilməsi barədə qəbz əlavə edilməlidir.
Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama
və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya
ayrı-ayrı ərizələrini təqdim edir. Gəlməmiş tərəfin imzasının həqiqiliyi o\nun yaşadığı yerin VVADQ
otqanı və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təstiq edilməlidir.
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
Qeyd: Azərbaycan Respublikasının hüdudlarından kanarda daimi və müvəqqəti yaşayan Azərbaycan
vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır.
3. Nikahın məhkəmə qaydasında pozulması: Məhkəməyə nikahın pozulması üçün necə müraciət
edilir?
Boşanmaq istəyən insan məkəməyə iddia ərizəsi yazaraq şəxsən və ya nümayəndə vasitəsi ilə müraciət
edir. Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir.
Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir.
Qeyd: idddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə
cavabdehin yaşadığı yerə getməyə çətinlik cəkdikdə iddia iddiaçının yaşadığı yerə görə verilə bilər.
Ərizədə aşağıdakılar qöstərilməlidir:
ərizənin verildiyi məhkəmənin adı,
iddiaçı və cavabdehin adları, poçt ünvanları,
iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və s.),
ərizəyə əlavə edilən sənədlərin siyahısı.
16
Nikahın pozulması ilə bağlı tələbləri, məsələn uşaqların kiminlə qalmağı məsələsi və ya aliment tələbi,
ərizədə göstərilə bilər.
Ərizəyə aşağıdaki sənədlər əlavə olunur:
iddia ərizəsinin surəti,
dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə “KapitalBanka ödənilir),
nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd,
nikah haqqında şəhadətnamə,
birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti.
4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə pozulur?
Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez
olmayaraq həyata keçirilir.
Əgər ər və arvad ikisidə boşanmağa razıdılarsa, məhkəmədə boşanma səbəbləri araşdırılmadan nikah
pozulur.
Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər. 3
aydan sonra barışıq olmadıqda nikah pozulur.
5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır?
Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə saziş
təqdim edə bilərlər.
Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə
boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını
uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına,
valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı,
onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir.
Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı
məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi sağlamlığına zərər yetirməyən
digər valideynə mane olmamalıdır. Əks halda uşaqlardan ayrı yaşayan valideyn uşaqla ünsiyyətdə olmaq
hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan valideynin uşaqla görüşmə
qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.
6. Aliment necə ödənilir?
Aliment ödənilməsi barədə valideynlər öz aralarında razılıq əldə edib bu barədə saziş bağlaya bilərlər.
Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur.
Alimentin ödənilməsi barədə saziş
Bu saziş alimenti ödəməli olan şəxslə alimenti alan şəxs arasında yazılı formada bağlanır və notariat
qaydasında təsdiq olunur. Notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə malik olur.
Sazişdə alimentin miqdarı, ödənilmə qaydası və şərtləri əksini tapmalıdır. Saziş tərəflərin qarşılıqlı
razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat qaydasında təsdiq
edilməklə. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etmək və onun
şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik
olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə edilmədikdə bu barədə məhkəmə
qarşısında iddia qaldırmaq olar.