Dövlət və hüquq nəzəriyyəsi
hesab edilir ki, bütün mühüm ictimai münasibətlər hər hansısa başqa
bir hüquqi aktla deyil, məhz qanunla tənzimlənməlidir. Qanunun özü
isə əsas hüquqi sənəd olmalı, qalan hüquqi aktlar və hakimiyyət
orqanlarının fəaliyyəti ona uyğunlaşdırılmalıdır. Qanunlar bütün
hakimiyyət orqanları, hüquq münasibətlərinin digər iştirakçıları
tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha xatırladaq ki,
hüquqi dövlətdə qanunun aliliyi yalnız hüquqi qanunun aliliyi
deməkdir.
Hüquqi dövlətin yaradılması həyatın bütün sahələrində qanunun
formal olaraq yox, real olaraq hökm etməsini, onun ictimai
münasibətlərə bilavasitə təsir göstərməsini ehtiva edir. Təbii ki, heç
bir dövlətdə qanun qüvvəli aktlarsız keçinmək olmaz, ilk növbədə, bu,
konstitusion qanunların realizasiyasına aiddir. Yəni ictimai
münasibətlər o dərəcədə mürəkkəbdir ki, onların tənzimlənməsi üçün
qanunlarla bərabər, onlarla qarşılıqlı əlaqədə olan və onlarda əks
olunan tələbləri və müddəaları inkişaf etdirən, konkretləşdirən aktlar
sisteminin yaradılması zəruridir.
Demək, qanunun aliliyi qanun qüvvəli aktların inkar olunması
kimi başa düşülməməlidir. Qanun qüvvəli aktların olması zəruridir və
qaçınılmazdır. Burada söhbət ondan gedir ki, hüquqi aktlar
sistemində qanun qüvvəli aktların keyfiyyət və kəmiyyət baxımından
dominantlıq təşkil etməsinə yol verilməsin. Ən əsas məsələlərdən biri
də odur ki, həmin aktlar qanunlardakı müddəaları inkişaf etdirərkən
və konkretləşdirərkən qanunların mahiyyətinin və məzmununun təhrif
edilməsinə gətirib çıxarmasın.''
Qanunun aliliyi prinsipi aşağıdakıları tələb edir:
-
bütün qanunlar (həmçinin onların yaradılması fəaliyyəti)
konstitusiyaya uyğun olmalıdır;
-
qanun qüvvəli normativ aktlar (həmçinin onların yaradılması
fəaliyyəti) qanunlara uyğun olmalıdır:
-
hüquq tətbiqetmə aktı və hüquq tətbiqetmə fəaliyyəti
qanunlara və onlara əsaslanan qanun qüvvəli aktlara uyğun
olmalıdır;
' Общая теория государства и права. Академический курс в 3- X
томах, том 1 . 8 . 364.
615
ilqar Mammadov
-
fərdi davranış aktları isə qanunlara, onlara əsaslanan qanun
qüvvəli aktlara və hüquq tətbiqetmə aktlarına uyğun olnna- lıdır.
Hüquqi dövlətin bir vacib əlaməti də dövlətlə vətəndaş arasında
qarşılıqlı məsuliyyətin olmasıdır. İnsanın dövlət qarşısında məsuliyyəti
bütün dövlətlərdə mövcuddur. Ancaq dövlətin vətəndaşları qarşısında
məsuliyyət daşıması və həm formal-hüquqi, həm də faktiki cəhətdən
bunun təmin olunması yalnız inkişaf etmiş demokratik cəmiyyətdə və
hüquqi dövlətdə mümkündür. Bu ideya, hələ Kant tərəfindən
formalaşdırılmışdır. O göstərirdi ki, hakimiyyət nümayəndəsi
vətəndaşı qanunların icrasına məcbur etdiyi kimi, hər bir vətəndaş da
hakimiyyət nümayəndəsini qanunun dəqiq və qeyd-şərtsiz icrasına
məcbur etmək imkanına malik olmalıdır. Göründüyü kimi, hüquqi
dövlətin spesifikliyi də onun insan fərdləri qarşısında məsuliyyət
daşımasındadır. Bu halda dövlət vətəndaşlar qarşısında özünün və
onu təmsil edən, onun adından çıxış edərək insanların həyatına təsir
göstərə bilən siyasi vəzifəli şəxslərin və digər vəzifəli şəxslərin,
dövlət qulluqçularının fəaliyyətinə görə, vətəndaşlər isə dövlət
qarşısında öz əməllərinə görə məsuliyyət daşıyırlar.
A.V.Malkonun yazdığı kimi, hüquqi dövlət şəraitində siyasi
hakimiyyətin bu qaydada məhdudlaşdırılması dövlətlə onun həyata
keçirilməsinin iştirakçıları arasındakı münasibətlərin mənəvi-hüquqi
əsasını təşkil edir. Dövlət, qanunvericilik formasında cəmiyyətin və
şəxsiyyətin azadlığını müəyyən edərkən özü öz qərarlarında və
fəaliyyətində məhdudlaşmadan azad olunmur. «Hüquqa tabe
olmaqla dövlət orqanları onun göstərişlərini poza bilməz və bu
öhdəlikləri pozduqları və ya onları yerinə yetirmədikləri halda
məsuliyyət daşıyırlar. Dövlət hakimiyyəti üçün qanunun məcburiliyi
inzibati özbaşınalığı istisna edən təminatlar sistemi ilə həyata keçirilir.
Həmin təminatlara aiddir: a) hökumətin nümayəndəli orqanlar
qarşısında məsuliyyəti; b) hər bir səviyyədə dövlətin vəzifəli şəxsləri
tərəfindən konkret şəxslərin hüquq və azadlıqları pozulduqda, onlar
hakimiyyət səlahiyyətlərini aşdıqda, vəzifələrindən sui-istifadə
etdikdə və s. hallarda
616
Dövlət və hüquq nəzəriyyəsi
intizam, mülki-hüquqi və ya cinayət məsuliyyətinin yaranması; c)
impiçment və s.».''
Vətəndaşların məsuliyyəti isə konstitusiyanın və digər hüquqi
qanunların tələblərinə riayət olunması, dövlət və cəmiyyət qarşısında
vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır. Vətəndaşın vəzifələri və
dövlət qarşısındakı məsuliyyəti bir sıra hallar üzrə birbaşa
konstitusiyada öz əksini tapır. M.N.Marçenko Qərb dövlətlərinin
hüquqi sənədlərinə əsaslanaraq göstərir ki, həmin inkişaf etmiş,
demokratik hüquqi dövlətlərin özündə belə, hal-hazırki şəraitdə
dövlətin və vətəndaşın qarşılıqlı məsuliyyətində disba- lans var.
Həmin dövlətlərin konstitusiyasında bir qayda olaraq vətəndaşın
dövlət qarşısında məsuliyyəti və vəzifələri açıq şəkildə təsbit olunsa
da, dövlətin vətəndaşlar qarşısındakı vəzifələrinin və məsuliyyətinin
açıqlanmasından yayınma hallarına yol verildiyi müşahidə olunur.
Həmçinin elan olunmuş hüquq və azadlıqların özü də (birbaşa və ya
dolayısıilə) həm realizasiya zamanı, həm də onların formal-hüquqi
qaydada möhkəmləndirilməsi prosesində tez-tez məhdudlaşdırılır.
M.N.Marçenko İsveçin konstitusiyasını buna misal göstərərək yazır
ki, bu dövlətin rəhbər sənədində hüquq və azadlıqlar çox geniş
dairdə, o cümlədən, söz və informasiya azadlığı, sərbəst toplaşmaq
və nümayiş keçirmək azadlığı, birləşmək hüququ və s. elan edilməklə
bərabər, həm də məhdudlaşdırılır. Söz və informasiya azadlığı
«dövlət təhlükəsizliyi, ictimai qayda və iqtisadi maraqların»
qorunması naminə konstitusion məhdudiyyətə məruz qalır. Və ya
konstitusiyaya əsasən, «toplantılar və nümayişlərdə təhlükəsizliyin və
asayişin», həmçinin «küçə hərəkətləri və epidemiyaların qarşısının
alınması maraqlarının» pozulması ehtimalı bəhanə edilməklə sərbəst
toplaşmaq və nümayiş azadlığı məhdudlaşdırıla bilər. Bütün bunlara
görə, tanınmış hüquqşünas alim belə hesab edir ki, hüquq və
azadlıqlarla bağlı Qərbdə mövcud olan vəziyyət idealizə olunmamalı,
reallstcəsinə qiymətləndirilməlidir.
' rioJiMTOJiorHH
jxm
lopHcxoB. S. 362.
617
ilqar Məmmədov
Hüquqi dövlətin başqa bir əlaməti isə dövlət hakimiyyətinin
hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsidir. Müasir
demokratik dövlətlərin inkişafında böyük rol oynamış bu prinsip,
hakimiyyət tərəfindən cəmiyyətə və ayrı-ayrı insanlara qarşı törədilən
ədalətsizliklərin, kütləvi şəkildə hakimiyyətdən sui-istifadə hallarının,
özbaşınalıqların qarşısının alınması, siyasi azadlıqların və
vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, hakimiyyətin sosial
ədalətə xidmət etməsi mexanizminin formalaşdırılması məqsədilə
yaradılmışdır. Hakimiyyətlərin bölünməsi prinsipi tələb edir ki,
hakimiyyətin müxtəlif qolları bir-birini qanunsuz və ədalətsiz
hərəkətlərdən çəkindirsin, hakimiyyət bir şəxsdə və ya bir orqanda
cəmləşərək təkbaşınalıqdan və nəza- rətsizlikdən doğan
özbaşınalığa çevrilməsin, hakimiyyət nümayəndələrindən heç kim
qanunun icazə vermədiyi fəaliyyətlə məşğul olmasın və başqasını
qanunsuz hərəkətlərə məcbur edə bilməsin.
Hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq hakimiyyətin
müxtəlif qollara, yəni qanunvericilik, icra və məhkəmə hakimiyyətinə
ayrılması hakimiyyətin hər bir qolunun öz səlahiyyətləri daxilində
müstəqil fəaliyyət göstərməsinə və biri digərinin səlahiyyətlərini qəsb
etməməsini təmin etməyə yönəlir. Bununla bərabər, hakimiyyətlərin
fəaliyyəti elə qurulur ki, onlar bir-birin- dən təcrid olunmur və seperat
hakimiyyətə çevrilmir. Beləliklə, onlar həm öz funksiyalarına,
səlahiyyətlərinə görə bir-birindən ayrılır, müstəqil fəaliyyət göstərir,
həm də onların qarşılıqlı əlaqəsi nəticəsində dövlət hakimiyyəti
həyata keçirilir.
Sözsüz ki, hakimiyyətlərin bölünməsi dövlət orqanları arasında
funksiyaların bölünməsi deməkdir. Hakimiyyətlərin bölünməsi, həm
də hakimiyyətin hər bir qoluna spesifik səlahiyyətlərin verilməsi ilə
müşayiət olunur ki, nəticədə də onların arasında «çəkindirmə və
qarşısınıalma» və ya «çəkindirmə və qarşılıqlı balanslaşdırma»
sistemi formalaşır. Səlahiyyətlərin müstəsnalığı hər bir hakimiyyət
qolunun qanunsuz olaraq digər sahələrə müdaxilə etməsinin, öz
hakimiyyət imkanlarını genişləndirməsinin qarşısını alır.
678
Dövlət və hüquq nəzəriyyəsi
Odur ki, belə bir sistem və ya mexanizm çərçivəsində fəaliyyət
göstərən hakimiyyətin hər bir qolunun digər hakimiyyət qollarında
yarana biləcək qəsbkarlıq niyyətlərinin qarşısını almağa və ya onu
neytrallaşdırmağa imkanı olur.
Hüquqi dövlətin əlamətlərindən biri də fikir plyuralizmi, siyasi və
ideoloji plyuralizmdir. Bunlar insanlara azad şəkildə qəbul etdikləri
fikirlər, görüşlər əsasında siyasi-ictimai fəaliyyətlə məşğul olmaq
imkanı verir. Cəmiyyətdə özünə yer alan maraqların müstəqil ifadə
olunması və həmin maraqları təmsil edən fərdlər, qruplar arasında
əldə olunan konsensus ictimai həmrəyliyə müsbət təsir göstərərək
destruktivlik tendensiyalarını zəiflədir və ya neytrallaşdırır. Plyuralizm
şəraiti maraq qrupları arasında əməkdaşlıq sahəsinin qorunub
saxlanılmasına imkan verir və bu da cəmiyyətin ehkamçılıqdan, «ya
yaxşı ya da pis» ölçülü dixo- tomik yanaşmanın doğurduğu kor
inkarçılıq və düşmənçilik münasibətlərindən azad olmasına gətirib
çıxarır; cəmiyyətdə müxtəliflik təhlükəli hal kimi yox, azadlığın və
inkişafın təzahürü kimi qəbul edilir.
Dövlətin fəaliyyətində rəhbər tutulan aşkarlıq prinsipi və kütləvi
informasiya vasitələrinin müstəqilliyi də hüquqi dövlətin mühüm
əlamətlərindən biridir. Bunsuz dövlət orqanlarının və məmurların
fəaliyyəti üzərində ictimaiyyətin nəzarəti, ümumiyyətlə, demokratiya
mümkün deyil. Vətəndaşların dövlət orqanlarının fəaliyyəti barəsində
məlumat almaq imkanına malik olması cəmiyyətin hakimiyyətə təsir
edə bilməsinin mühüm şərtidir. Bu yolla ictimaiyyət dövlətin hüquqla
bağlı olmasına nəzarət edir, pozuntulara dərhal reaksiya verə bilir və
onların qarşısının alınması imkanı artır. Məhdudiyyətin yaradılmasına
yalnız dövlət sirlərinin, təhqiqat və istintaq zamanı qorunan sirlərin,
kommersiya sirlərinin və s. qorunması və bu kimi bir sıra hallarda yol
verilir.
Kütləvi informasiya vasitələrinin azadlığı isə cəmiyyətdə dövlətin
fəaliyyəti ilə bağlı məlumatların əldə edilə bilməsinin vacib şərtidir.
Bu, həm də fikir və söz azadlığının təmin edilməsinin çox mühüm bir
vasitəsidir.
619
ilqar Məmmədov
Hüquqi, azad iqtisadiyyatın oiması da hüquqi döviətin vacib
əiaməti hesab oiunur. Hüquqi iqtisadiyyatın oiması müikiyyətin heç
bir növünə üstüniük veriiməməsi, müikiyyət hüququnun ciddi şəkildə
təmin edilməsi və qorunması, müikiyyət münasibətlərində tərəflərin
bərabərhüquqluluğuna real imkanların yaradılması, dövlətin hüquqi
məkanında mülkiyyət hüququnun müdafiəsinin səmərəli və yüksək
səviyyədə təşkili və s. mühüm amillərlə bağlıdır. Odur ki. Qərb
alimləri hesab edirlər ki, hüquqi dövlətlə bazar iqtisadiyyatı əkizdirlər.
Hüquqi dövlətin qurulması inkişaf etmiş vətəndaş cəmiyyəti
olmadan təsəvvür edilmir və hərtərəfli inkişaf etmiş vətəndaş
cəmiyyətinin olması hüquqi dövlətin ən mühüm əlamətlərindən biri
kimi çıxış edir. Tədqiqatçılar hesab edirlər ki, bunlar bir-birini
tamamlayan müstəqil hadisələrdir. Yəni hüquqi dövlət vətəndaş
cəmiyyətinin inkişafının və mövcudluğunun təminatçısı kimi yaranmış
və inkişaf etmişdir. Hüquqi dövlətin özü vətəndaş cəmiyyətinin
mütləq monarxiyalı bürokratik dövlətə qarşı mübarizəsi şəraitində
meydana gəldiyindən, tədqiqatçılar hüquqi dövlət anlayışının
vətəndaş cəmiyyətinə tabe olduğu qənaətindədirlər.
Belə ki, vətəndaş cəmiyyətinin inkişafı feodal strukturlarının
dağılması və tədricən bərabərhüquqluluq imkanı qazanan
mülkiyyətçilər arasında azad rəqabət şəraitinin formalaşması ilə bağlı
olmuşdur. Bu cür transformasiya dövlət hakimiyyətini bir sıra
problemlərlə üzləşdirir. Həmin problemlər isə şəxsi azadlığın,
vətəndaş suverenliyinin, ümumi maraqlara qəsd etmədən xüsusi
maraqların necə qorunması, demokratik institutların dayanıqlı
fəaliyyətinin hansı yolla təmin edilməsi məsələləri ilə bağlı olmaqla
dövləti yeni istiqamətdə inkişafa sövq etmiş və bu proseslər hüquqi
dövlət quruculuğunun zəruri sosial tələbə çevrilməsinə çox ciddi təsir
göstərmişdir.
620
MUNDƏRICAT
Ön söz
.................................................................................................................. 3
MÖVZU:
DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN ÜMUMİ
XARAKTERİSTİKASI
§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN ANLAYIŞI
VƏ FUNKSİYALARI ..................................................................................... 5
§ 2. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN
HÜQUQ ELMLƏRİ SİSTEMİNDƏ YERİ..................................................... 17
§ 3. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ ELMİNİN
İNKİŞAF TARİXİ ........................................................................................ 30
MÖVZU:
DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN OBYEKTİ,
PREDMETİ VƏ METODOLOGİYASI
§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN QBYEKTİ
VƏ PREDMETİ .......................................................................................... 45
§ 2. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN
METQDQLQGİYASI ................................................................................. 56
§ 3. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN METODLARININ TƏSNİFATI
........................................................................................................ 67
MÖVZU:
DÖVLƏT VƏ HÜQUQUN ƏMƏLƏ GƏLMƏSİ
§ 1. DÖVLƏTƏQƏDƏRKİ CƏMİYYƏTDƏ HAKİMİYYƏT VƏ
SOSİAL NORMALAR ................................................................................ 81
§ 2. DÖVLƏTİN MEYDANA GƏLMƏSİ ................................................................ 93
§ 3. HÜQUQUN MEYDANA GƏLMƏSİ .............................................................. 108
§ 4. DÖVLƏTİN VƏ HÜQUQUN ƏMƏLƏ GƏLMƏSİ
HAQQINDA NƏZƏRİYYƏLƏR ............................................................... 129
621
MÖVZU:
DÖVLƏT ANLAYIŞI, ƏLAMƏTLƏRİ VƏ TİPLƏRİ
§ 1. DÖVLƏT ANLAYIŞI ................................................................................... 150
§ 2. DÖVLƏTİN ƏLAMƏTLƏRİ ........................................................................ 168
§3. DÖVLƏTİN TİPLƏRİ ................................................................................... 191
§ 3. DÖVLƏTİN MAHİYYƏTİ ........................................................................... 207
MÖVZU:
DÖVLƏTİN FORMALARI
§ 1. DÖVLƏTİN FÖRMASI ANLAYIŞI ............................................................. 224
§ 2. İDARƏETMƏ FÖRMALARI ..................................................................... 236
§ 3. DÖVLƏT OURULUŞU FÖRMALARI ....................................................... 267
§ 4. SİYASİ REJİM (DÖVLƏT REJİMİ) .......................................................... 291
MÖVZU:
DÖVLƏTİN FUNKSİYALARI
§ 1. DÖVLƏTİN FUNKSİYALARININ
ÜMUMİ
XARAKTERİSTİKASI ............................................................................. 314
§ 2. DÖVLƏTİN FUNKSİYALARININ
TƏSNİFATI ............................... 327
§ 3. DÖVLƏTİN FUNKSİYALARININ
HƏYATA KEÇİRİLMƏSİNİN
FÖRMA VƏ METÖDLARI ...................................................................... 372
MÖVZU:
DÖVLƏT MEXANİZMİ
§ 1. DÖVLƏT MEXANİZMİNİN ANLAYIŞI, ƏLAMƏTLƏRİ
VƏ ELEMENTLƏRİ ................................................................................ 382
§ 2. DÖVLƏT MEXANİZMİNİN STRUKTURU .................................................. 402
§ 3. DÖVLƏT MEXANİZMİNİN TƏŞKİLİNİN
VƏ FƏALİYYƏTİNİN PRİNSİPLƏRİ ................................................................ 452
MÖVZU:
CƏMİYYƏT VƏ HAKİMİYYƏT
§ 1. CƏMİYYƏT: ANLAYIŞI VƏ STRUKTURU .............................................. 472
§ 2. HAKİMİYYƏT ........................................................................................... 488
§ 3. DÖVLƏT HAKİMİYYƏTİ VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ _____________ 508
622
MÖVZU:
CƏMİYYƏTİN SİYASİ SİSTEMİ
§ 1. SİYASİ SİSTEMİN ANLAYIŞI, STRUKTURU
VƏ FUNKSİYALARI ................................................................................ 528
§ 2. SİYASİ SİSTEMİN TİPLƏRİ (NÖVLƏRİ) ................................................... 542
§ 3. CƏMİYYƏTİN SİYASİ SİSTEMİNDƏ DÖVLƏTİN YERİ . . . .557
MÖVZU:
HÜQUQİ DÖVLƏT
§ 1.HÜQUQİ DÖVLƏT İDEYASININ YARANMASI
VƏ İNKİŞAFI ........................................................................................... 575
§ 2. MÜASİR HÜQUQİ DÖVLƏTİN ƏSAS ƏLAMƏTLƏRİ ................................ 600
623
M
ə
mm
ədov İlqar Aydın oğlu
DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ
(d ər s və sa iti)
BaKi, «Çıraq», 2005
Nəşriyyatın direKtoru:
Hacı Əliağa Cəfərli
TexnİKİ redaKtoru;
Pərvanə İmran qızı
Yığılmağa verilib 03.05.2005. Çapa imzalanıb 26.07.2005.
Formatı 60x90l/l6. Həcmi 39 ç.v. Tirajı 500.
Qiyməti müqavilə ilə.
Dostları ilə paylaş: |