Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə205/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   197   198   199   200   201   202   203   204   205

Dövlət və hüquq nəzəriyyəsi 

hesab edilir ki, bütün mühüm ictimai münasibətlər hər hansısa başqa 

bir hüquqi aktla deyil, məhz qanunla tənzimlənməlidir. Qanunun özü 

isə  əsas  hüquqi  sənəd  olmalı,  qalan  hüquqi  aktlar  və  hakimiyyət 

orqanlarının  fəaliyyəti  ona  uyğunlaşdırılmalıdır.  Qanunlar  bütün 

hakimiyyət  orqanları,  hüquq  münasibətlərinin  digər  iştirakçıları 

tərəfindən  qeyd-şərtsiz  yerinə  yetirilməlidir.  Bir  daha  xatırladaq  ki, 

hüquqi  dövlətdə  qanunun  aliliyi  yalnız  hüquqi  qanunun  aliliyi 

deməkdir. 

Hüquqi dövlətin yaradılması həyatın bütün sahələrində qanunun 

formal  olaraq  yox,  real  olaraq  hökm  etməsini,  onun  ictimai 

münasibətlərə bilavasitə təsir göstərməsini ehtiva edir. Təbii ki, heç 

bir dövlətdə qanun qüvvəli aktlarsız keçinmək olmaz, ilk növbədə, bu, 

konstitusion  qanunların  realizasiyasına  aiddir.  Yəni  ictimai 

münasibətlər o dərəcədə mürəkkəbdir ki, onların tənzimlənməsi üçün 

qanunlarla  bərabər,  onlarla  qarşılıqlı  əlaqədə  olan  və  onlarda  əks 

olunan tələbləri və müddəaları inkişaf etdirən, konkretləşdirən aktlar 

sisteminin yaradılması zəruridir. 

Demək,  qanunun  aliliyi  qanun  qüvvəli  aktların  inkar  olunması 

kimi başa düşülməməlidir. Qanun qüvvəli aktların olması zəruridir və 

qaçınılmazdır.  Burada  söhbət  ondan  gedir  ki,  hüquqi  aktlar 

sistemində qanun qüvvəli aktların keyfiyyət və kəmiyyət baxımından 

dominantlıq təşkil etməsinə yol verilməsin. Ən əsas məsələlərdən biri 

də odur ki, həmin aktlar qanunlardakı müddəaları inkişaf etdirərkən 

və konkretləşdirərkən qanunların mahiyyətinin və məzmununun təhrif 

edilməsinə gətirib çıxarmasın.'' 

Qanunun aliliyi prinsipi aşağıdakıları tələb edir: 

-

 



bütün  qanunlar  (həmçinin  onların  yaradılması  fəaliyyəti) 

konstitusiyaya uyğun olmalıdır; 

-

 

qanun  qüvvəli  normativ  aktlar  (həmçinin  onların  yaradılması 



fəaliyyəti) qanunlara uyğun olmalıdır: 

-

 



hüquq  tətbiqetmə  aktı  və  hüquq  tətbiqetmə  fəaliyyəti 

qanunlara  və  onlara  əsaslanan  qanun  qüvvəli  aktlara  uyğun 

olmalıdır; 

'  Общая  теория  государства  и  права.  Академический  курс  в  3-  X 

томах, том 1 . 8 .  364. 

615 



ilqar Mammadov 

-

  fərdi  davranış  aktları  isə  qanunlara,  onlara  əsaslanan  qanun 



qüvvəli aktlara və hüquq tətbiqetmə aktlarına uyğun olnna- lıdır. 

Hüquqi dövlətin bir vacib əlaməti də dövlətlə vətəndaş arasında 

qarşılıqlı məsuliyyətin olmasıdır. İnsanın dövlət qarşısında məsuliyyəti 

bütün dövlətlərdə mövcuddur. Ancaq dövlətin vətəndaşları qarşısında 

məsuliyyət daşıması və həm formal-hüquqi, həm də faktiki cəhətdən 

bunun təmin olunması yalnız inkişaf etmiş demokratik cəmiyyətdə və 

hüquqi  dövlətdə  mümkündür.  Bu  ideya,  hələ  Kant  tərəfindən 

formalaşdırılmışdır.  O  göstərirdi  ki,  hakimiyyət  nümayəndəsi 

vətəndaşı qanunların icrasına məcbur etdiyi kimi, hər bir vətəndaş da 

hakimiyyət  nümayəndəsini  qanunun  dəqiq  və  qeyd-şərtsiz  icrasına 

məcbur  etmək  imkanına  malik  olmalıdır.  Göründüyü  kimi,  hüquqi 

dövlətin  spesifikliyi  də  onun  insan  fərdləri  qarşısında  məsuliyyət 

daşımasındadır.  Bu  halda  dövlət  vətəndaşlar  qarşısında  özünün  və 

onu təmsil edən, onun adından çıxış edərək insanların həyatına təsir 

göstərə  bilən  siyasi  vəzifəli  şəxslərin  və  digər  vəzifəli  şəxslərin, 

dövlət  qulluqçularının  fəaliyyətinə  görə,  vətəndaşlər  isə  dövlət 

qarşısında öz əməllərinə görə məsuliyyət daşıyırlar. 

A.V.Malkonun  yazdığı  kimi,  hüquqi  dövlət  şəraitində  siyasi 

hakimiyyətin  bu  qaydada  məhdudlaşdırılması  dövlətlə  onun  həyata 

keçirilməsinin  iştirakçıları  arasındakı  münasibətlərin  mənəvi-hüquqi 

əsasını  təşkil  edir.  Dövlət,  qanunvericilik  formasında  cəmiyyətin  və 

şəxsiyyətin  azadlığını  müəyyən  edərkən  özü  öz  qərarlarında  və 

fəaliyyətində  məhdudlaşmadan  azad  olunmur.  «Hüquqa  tabe 

olmaqla  dövlət  orqanları  onun  göstərişlərini  poza  bilməz  və  bu 

öhdəlikləri  pozduqları  və  ya  onları  yerinə  yetirmədikləri  halda 

məsuliyyət  daşıyırlar.  Dövlət  hakimiyyəti  üçün  qanunun  məcburiliyi 

inzibati özbaşınalığı istisna edən təminatlar sistemi ilə həyata keçirilir. 

Həmin  təminatlara  aiddir:  a)  hökumətin  nümayəndəli  orqanlar 

qarşısında məsuliyyəti; b) hər bir səviyyədə dövlətin vəzifəli şəxsləri 

tərəfindən konkret şəxslərin hüquq və azadlıqları pozulduqda, onlar 

hakimiyyət  səlahiyyətlərini  aşdıqda,  vəzifələrindən  sui-istifadə 

etdikdə və s. hallarda 



616 


Dövlət və hüquq nəzəriyyəsi 

intizam,  mülki-hüquqi  və  ya  cinayət  məsuliyyətinin  yaranması;  c) 

impiçment və s.».'' 

Vətəndaşların  məsuliyyəti  isə  konstitusiyanın  və  digər  hüquqi 

qanunların tələblərinə riayət olunması, dövlət və cəmiyyət qarşısında 

vəzifələrin  yerinə  yetirilməsi  ilə  bağlıdır.  Vətəndaşın  vəzifələri  və 

dövlət  qarşısındakı  məsuliyyəti  bir  sıra  hallar  üzrə  birbaşa 

konstitusiyada  öz  əksini  tapır.  M.N.Marçenko  Qərb  dövlətlərinin 

hüquqi  sənədlərinə  əsaslanaraq  göstərir  ki,  həmin  inkişaf  etmiş, 

demokratik  hüquqi  dövlətlərin  özündə  belə,  hal-hazırki  şəraitdə 

dövlətin  və  vətəndaşın  qarşılıqlı  məsuliyyətində  disba-  lans  var. 

Həmin  dövlətlərin  konstitusiyasında  bir  qayda  olaraq  vətəndaşın 

dövlət qarşısında məsuliyyəti və vəzifələri açıq şəkildə təsbit olunsa 

da,  dövlətin  vətəndaşlar qarşısındakı  vəzifələrinin və  məsuliyyətinin 

açıqlanmasından  yayınma  hallarına  yol  verildiyi  müşahidə  olunur. 

Həmçinin elan olunmuş hüquq və azadlıqların özü də (birbaşa və ya 

dolayısıilə)  həm  realizasiya  zamanı,  həm  də  onların  formal-hüquqi 

qaydada  möhkəmləndirilməsi  prosesində  tez-tez  məhdudlaşdırılır. 

M.N.Marçenko  İsveçin  konstitusiyasını  buna  misal  göstərərək  yazır 

ki,  bu  dövlətin  rəhbər  sənədində  hüquq  və  azadlıqlar  çox  geniş 

dairdə, o cümlədən, söz və informasiya azadlığı, sərbəst toplaşmaq 

və nümayiş keçirmək azadlığı, birləşmək hüququ və s. elan edilməklə 

bərabər,  həm  də  məhdudlaşdırılır.  Söz  və  informasiya  azadlığı 

«dövlət  təhlükəsizliyi,  ictimai  qayda  və  iqtisadi  maraqların» 

qorunması  naminə  konstitusion  məhdudiyyətə  məruz  qalır.  Və  ya 

konstitusiyaya əsasən, «toplantılar və nümayişlərdə təhlükəsizliyin və 

asayişin»,  həmçinin  «küçə  hərəkətləri  və  epidemiyaların  qarşısının 

alınması maraqlarının» pozulması ehtimalı bəhanə edilməklə sərbəst 

toplaşmaq və nümayiş azadlığı məhdudlaşdırıla bilər. Bütün bunlara 

görə,  tanınmış  hüquqşünas  alim  belə  hesab  edir  ki,  hüquq  və 

azadlıqlarla bağlı Qərbdə mövcud olan vəziyyət idealizə olunmamalı, 

reallstcəsinə qiymətləndirilməlidir. 

' rioJiMTOJiorHH 

jxm

 lopHcxoB. S. 362. 



617 


ilqar Məmmədov 

Hüquqi  dövlətin  başqa  bir  əlaməti  isə  dövlət  hakimiyyətinin 

hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsidir. Müasir 

demokratik  dövlətlərin  inkişafında  böyük  rol  oynamış  bu  prinsip, 

hakimiyyət tərəfindən cəmiyyətə və ayrı-ayrı insanlara qarşı törədilən 

ədalətsizliklərin, kütləvi şəkildə hakimiyyətdən sui-istifadə hallarının, 

özbaşınalıqların  qarşısının  alınması,  siyasi  azadlıqların  və 

vətəndaşların  təhlükəsizliyinin  təmin  edilməsi,  hakimiyyətin  sosial 

ədalətə  xidmət  etməsi  mexanizminin  formalaşdırılması  məqsədilə 

yaradılmışdır.  Hakimiyyətlərin  bölünməsi  prinsipi  tələb  edir  ki, 

hakimiyyətin  müxtəlif  qolları  bir-birini  qanunsuz  və  ədalətsiz 

hərəkətlərdən çəkindirsin, hakimiyyət bir şəxsdə və ya bir orqanda 

cəmləşərək  təkbaşınalıqdan  və  nəza-  rətsizlikdən  doğan 

özbaşınalığa  çevrilməsin,  hakimiyyət  nümayəndələrindən  heç  kim 

qanunun  icazə  vermədiyi  fəaliyyətlə  məşğul  olmasın  və  başqasını 

qanunsuz hərəkətlərə məcbur edə bilməsin. 

Hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq hakimiyyətin 

müxtəlif qollara, yəni qanunvericilik, icra və məhkəmə hakimiyyətinə 

ayrılması  hakimiyyətin  hər  bir  qolunun  öz  səlahiyyətləri  daxilində 

müstəqil fəaliyyət göstərməsinə və biri digərinin səlahiyyətlərini qəsb 

etməməsini təmin etməyə yönəlir. Bununla bərabər, hakimiyyətlərin 

fəaliyyəti elə qurulur ki, onlar bir-birin- dən təcrid olunmur və seperat 

hakimiyyətə  çevrilmir.  Beləliklə,  onlar  həm  öz  funksiyalarına, 

səlahiyyətlərinə  görə  bir-birindən  ayrılır,  müstəqil  fəaliyyət  göstərir, 

həm  də  onların  qarşılıqlı  əlaqəsi  nəticəsində  dövlət  hakimiyyəti 

həyata keçirilir. 

Sözsüz ki, hakimiyyətlərin bölünməsi dövlət orqanları arasında 

funksiyaların  bölünməsi  deməkdir.  Hakimiyyətlərin  bölünməsi,  həm 

də  hakimiyyətin  hər  bir  qoluna  spesifik  səlahiyyətlərin  verilməsi  ilə 

müşayiət  olunur  ki,  nəticədə  də  onların  arasında  «çəkindirmə  və 

qarşısınıalma»  və  ya  «çəkindirmə  və  qarşılıqlı  balanslaşdırma» 

sistemi  formalaşır.  Səlahiyyətlərin  müstəsnalığı  hər  bir  hakimiyyət 

qolunun  qanunsuz  olaraq  digər  sahələrə  müdaxilə  etməsinin,  öz 

hakimiyyət imkanlarını genişləndirməsinin qarşısını alır. 



678 


Dövlət və hüquq nəzəriyyəsi 

Odur ki, belə bir sistem və ya mexanizm çərçivəsində fəaliyyət 

göstərən  hakimiyyətin  hər  bir  qolunun  digər  hakimiyyət  qollarında 

yarana  biləcək  qəsbkarlıq  niyyətlərinin  qarşısını  almağa  və  ya  onu 

neytrallaşdırmağa imkanı olur. 

Hüquqi dövlətin əlamətlərindən biri də fikir plyuralizmi, siyasi və 

ideoloji  plyuralizmdir.  Bunlar  insanlara  azad  şəkildə  qəbul  etdikləri 

fikirlər,  görüşlər  əsasında  siyasi-ictimai  fəaliyyətlə  məşğul  olmaq 

imkanı  verir.  Cəmiyyətdə  özünə  yer  alan  maraqların  müstəqil  ifadə 

olunması  və  həmin  maraqları  təmsil  edən  fərdlər,  qruplar  arasında 

əldə  olunan  konsensus  ictimai  həmrəyliyə  müsbət  təsir  göstərərək 

destruktivlik tendensiyalarını zəiflədir və ya neytrallaşdırır. Plyuralizm 

şəraiti  maraq  qrupları  arasında  əməkdaşlıq  sahəsinin  qorunub 

saxlanılmasına imkan verir və bu da cəmiyyətin ehkamçılıqdan, «ya 

yaxşı  ya  da  pis»  ölçülü  dixo-  tomik  yanaşmanın  doğurduğu  kor 

inkarçılıq  və  düşmənçilik  münasibətlərindən  azad  olmasına  gətirib 

çıxarır;  cəmiyyətdə  müxtəliflik  təhlükəli  hal  kimi  yox,  azadlığın  və 

inkişafın təzahürü kimi qəbul edilir. 

Dövlətin fəaliyyətində rəhbər tutulan aşkarlıq prinsipi və kütləvi 

informasiya  vasitələrinin  müstəqilliyi  də  hüquqi  dövlətin  mühüm 

əlamətlərindən  biridir.  Bunsuz  dövlət  orqanlarının  və  məmurların 

fəaliyyəti üzərində ictimaiyyətin nəzarəti, ümumiyyətlə, demokratiya 

mümkün deyil. Vətəndaşların dövlət orqanlarının fəaliyyəti barəsində 

məlumat almaq imkanına malik olması cəmiyyətin hakimiyyətə təsir 

edə bilməsinin mühüm şərtidir. Bu yolla ictimaiyyət dövlətin hüquqla 

bağlı olmasına nəzarət edir, pozuntulara dərhal reaksiya verə bilir və 

onların qarşısının alınması imkanı artır. Məhdudiyyətin yaradılmasına 

yalnız dövlət sirlərinin, təhqiqat və istintaq zamanı qorunan sirlərin, 

kommersiya sirlərinin və s. qorunması və bu kimi bir sıra hallarda yol 

verilir. 

Kütləvi informasiya vasitələrinin azadlığı isə cəmiyyətdə dövlətin 

fəaliyyəti  ilə  bağlı  məlumatların  əldə  edilə  bilməsinin  vacib  şərtidir. 

Bu, həm də fikir və söz azadlığının təmin edilməsinin çox mühüm bir 

vasitəsidir. 



619 


ilqar Məmmədov 

Hüquqi,  azad  iqtisadiyyatın  oiması  da  hüquqi  döviətin  vacib 

əiaməti  hesab  oiunur.  Hüquqi  iqtisadiyyatın  oiması  müikiyyətin  heç 

bir növünə üstüniük veriiməməsi, müikiyyət hüququnun ciddi şəkildə 

təmin edilməsi və qorunması, müikiyyət münasibətlərində tərəflərin 

bərabərhüquqluluğuna  real  imkanların  yaradılması,  dövlətin  hüquqi 

məkanında  mülkiyyət  hüququnun  müdafiəsinin  səmərəli  və  yüksək 

səviyyədə  təşkili  və  s.  mühüm  amillərlə  bağlıdır.  Odur  ki.  Qərb 

alimləri hesab edirlər ki, hüquqi dövlətlə bazar iqtisadiyyatı əkizdirlər. 

Hüquqi  dövlətin  qurulması  inkişaf  etmiş  vətəndaş  cəmiyyəti 

olmadan  təsəvvür  edilmir  və  hərtərəfli  inkişaf  etmiş  vətəndaş 

cəmiyyətinin  olması  hüquqi  dövlətin  ən  mühüm  əlamətlərindən  biri 

kimi  çıxış  edir.  Tədqiqatçılar  hesab  edirlər  ki,  bunlar  bir-birini 

tamamlayan  müstəqil  hadisələrdir.  Yəni  hüquqi  dövlət  vətəndaş 

cəmiyyətinin inkişafının və mövcudluğunun təminatçısı kimi yaranmış 

və  inkişaf  etmişdir.  Hüquqi  dövlətin  özü  vətəndaş  cəmiyyətinin 

mütləq  monarxiyalı  bürokratik  dövlətə  qarşı  mübarizəsi  şəraitində 

meydana  gəldiyindən,  tədqiqatçılar  hüquqi  dövlət  anlayışının 

vətəndaş cəmiyyətinə tabe olduğu qənaətindədirlər. 

Belə  ki,  vətəndaş  cəmiyyətinin  inkişafı  feodal  strukturlarının 

dağılması  və  tədricən  bərabərhüquqluluq  imkanı  qazanan 

mülkiyyətçilər arasında azad rəqabət şəraitinin formalaşması ilə bağlı 

olmuşdur.  Bu  cür  transformasiya  dövlət  hakimiyyətini  bir  sıra 

problemlərlə  üzləşdirir.  Həmin  problemlər  isə  şəxsi  azadlığın, 

vətəndaş  suverenliyinin,  ümumi  maraqlara  qəsd  etmədən  xüsusi 

maraqların  necə  qorunması,  demokratik  institutların  dayanıqlı 

fəaliyyətinin  hansı yolla  təmin  edilməsi  məsələləri ilə  bağlı  olmaqla 

dövləti yeni istiqamətdə inkişafa sövq etmiş və bu proseslər hüquqi 

dövlət quruculuğunun zəruri sosial tələbə çevrilməsinə çox ciddi təsir 

göstərmişdir. 



620 


MUNDƏRICAT 

Ön söz


 .................................................................................................................. 3

 

MÖVZU:



 

DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN ÜMUMİ 

XARAKTERİSTİKASI 

§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN ANLAYIŞI 

VƏ FUNKSİYALARI ..................................................................................... 5 

§ 2. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN 

HÜQUQ ELMLƏRİ SİSTEMİNDƏ YERİ..................................................... 17 

§ 3. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ ELMİNİN 

İNKİŞAF TARİXİ ........................................................................................ 30 

MÖVZU:


 

DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN OBYEKTİ, 

PREDMETİ VƏ METODOLOGİYASI 

§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN QBYEKTİ 

VƏ PREDMETİ .......................................................................................... 45 

§ 2. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN 

METQDQLQGİYASI  ................................................................................. 56 

§ 3. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN METODLARININ TƏSNİFATI 

 ........................................................................................................ 67 

MÖVZU:


 

DÖVLƏT VƏ HÜQUQUN ƏMƏLƏ GƏLMƏSİ 

§ 1. DÖVLƏTƏQƏDƏRKİ CƏMİYYƏTDƏ HAKİMİYYƏT VƏ 

SOSİAL NORMALAR  ................................................................................ 81 

§ 2. DÖVLƏTİN MEYDANA GƏLMƏSİ ................................................................ 93 

§ 3. HÜQUQUN MEYDANA GƏLMƏSİ .............................................................. 108 

§ 4. DÖVLƏTİN VƏ HÜQUQUN ƏMƏLƏ GƏLMƏSİ 

HAQQINDA NƏZƏRİYYƏLƏR  ............................................................... 129 

621 



MÖVZU:

 DÖVLƏT ANLAYIŞI, ƏLAMƏTLƏRİ VƏ TİPLƏRİ 

§ 1. DÖVLƏT ANLAYIŞI ................................................................................... 150 

§ 2. DÖVLƏTİN ƏLAMƏTLƏRİ ........................................................................ 168 

§3. DÖVLƏTİN TİPLƏRİ ................................................................................... 191 

§ 3. DÖVLƏTİN MAHİYYƏTİ  ........................................................................... 207 



MÖVZU:

 DÖVLƏTİN FORMALARI 

§ 1. DÖVLƏTİN FÖRMASI ANLAYIŞI ............................................................. 224 

§ 2. İDARƏETMƏ FÖRMALARI  ..................................................................... 236 

§ 3. DÖVLƏT OURULUŞU FÖRMALARI  ....................................................... 267 

§ 4. SİYASİ REJİM (DÖVLƏT REJİMİ)  .......................................................... 291 



MÖVZU:

 DÖVLƏTİN FUNKSİYALARI 

§ 1.  DÖVLƏTİN FUNKSİYALARININ 

ÜMUMİ 


XARAKTERİSTİKASI  ............................................................................. 314 

§ 2.  DÖVLƏTİN FUNKSİYALARININ 

TƏSNİFATI  ............................... 327 

§ 3.  DÖVLƏTİN FUNKSİYALARININ 

HƏYATA KEÇİRİLMƏSİNİN 

FÖRMA VƏ METÖDLARI  ...................................................................... 372 



MÖVZU:

 DÖVLƏT MEXANİZMİ 

§ 1. DÖVLƏT MEXANİZMİNİN ANLAYIŞI, ƏLAMƏTLƏRİ 

VƏ ELEMENTLƏRİ  ................................................................................ 382 

§ 2. DÖVLƏT MEXANİZMİNİN STRUKTURU  .................................................. 402 

§ 3. DÖVLƏT MEXANİZMİNİN TƏŞKİLİNİN 

VƏ FƏALİYYƏTİNİN PRİNSİPLƏRİ  ................................................................ 452 

MÖVZU:

 CƏMİYYƏT VƏ HAKİMİYYƏT 

§ 1. CƏMİYYƏT: ANLAYIŞI VƏ STRUKTURU  .............................................. 472 

§ 2. HAKİMİYYƏT ........................................................................................... 488 

§ 3. DÖVLƏT HAKİMİYYƏTİ VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ  _____________ 508 

622 



MÖVZU:

 CƏMİYYƏTİN SİYASİ SİSTEMİ 

§ 1. SİYASİ SİSTEMİN ANLAYIŞI, STRUKTURU 

VƏ FUNKSİYALARI  ................................................................................ 528 

§ 2. SİYASİ SİSTEMİN TİPLƏRİ (NÖVLƏRİ)  ................................................... 542 

§ 3. CƏMİYYƏTİN SİYASİ SİSTEMİNDƏ DÖVLƏTİN YERİ . . . .557 



MÖVZU:

 HÜQUQİ DÖVLƏT 

§ 1.HÜQUQİ DÖVLƏT İDEYASININ YARANMASI 

VƏ İNKİŞAFI  ........................................................................................... 575 

§ 2. MÜASİR HÜQUQİ DÖVLƏTİN ƏSAS ƏLAMƏTLƏRİ ................................ 600 

623 



 

M

ə

mm

ədov İlqar Aydın oğlu

 

DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ 



(d ər s  və sa iti)  

BaKi, «Çıraq», 2005 

Nəşriyyatın direKtoru: 



Hacı Əliağa Cəfərli 

TexnİKİ redaKtoru; 



Pərvanə İmran qızı

 

Yığılmağa verilib 03.05.2005. Çapa imzalanıb 26.07.2005. 



Formatı 60x90l/l6. Həcmi 39 ç.v. Tirajı 500. 

Qiyməti müqavilə ilə. 

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə