Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə202/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   197   198   199   200   201   202   203   204   205

ilqar Məmmddov 

Beləliklə,  sosial  dövlət  haqqında  formalaşnnış  bilik  və 

təsəvvürlərə, həmçinin bu sahədə qazanılmış təcrübəyə əsaslanaraq 

deyə  bilərik  ki,  insan  ləyaqəti,  ədalət,  məsuliyyət,  insanların 

qeyri-bərabər  maddi  statusa  malik  olmaları  ilə  əlaqədar  yaranmış 

faktiki  bərabərsizliyin  aradan  qaldırılması  sosial  dövlətin  əsas 

prinsiplərinə aiddir. 

Sosial dövlətlərin inkişaf təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı 

şəraitində  iqtisadi  azadlıqla  dövlətin  iqtisadiyyata  təsiri  arasında 

balansın  yaradılması  heç  də  asan  məsələ  deyil.  Sosial  dövlət 

quruculuğu  klassik  liberal  yönümlü  hüquqi  dövlətin  doğurduğu 

şəraitlə  müqayisədə  dövlətin  iqtisadi  münasibətlərə  daha  aktiv 

müdaxiləsini  tələb  edir.  Bəzi  mütəfəkkirlər  və  siyasi  qüvvələr  bunu 

insanların  azadlığına  müdaxilə  kimi  qiymətləndirirlər.  Misal  üçün, 

F.Hayek  və  M.Fridmenin  fikrincə,  dövlətin  ədalət  və  bərabərlik 

naminə  bazar  münasibətlərinə  istənilən  cür  müdaxiləsi  azad  bazar 

iqtisadiyyatının prinsiplərinə və strukturuna ziddir. Bu mövqedən çıxış 

edən mütəfəkkirlər belə hesab edirlər ki, dövlətin sosial funksiyalara 

xüsusi  diqqət  verməsi,  dövlətin  yardımına  ümid  bəsləyən  və  azad 

bazar  şəraitində  rəqabətə  qoşulmaq  istəməyən  passiv  insanlar 

təbəqəsinin  yaranmasına  səbəb  olur.  Azad  bazarın  özü  insanların 

azadlığını  və  muxtarlığını  təmin  edə  bildiyindən,  dövlətin  sosial 

yönümlü olması onun azadlığa müdaxilə etməsi ilə nəticələnir. Orta 

mövqedə  olanların  fikrincə,  dövlətin  sosial  funksiyası  inkişaf 

etdirilərkən  vətəndaşların  sosial  müdafiəsinin  yüksək  səviyyədə 

təmin edilməsi ilə bərabər, həm də dövlətin iqtisadiyyata müdaxiləsi 

iqtisadiyyatın inkişafına maneçilik törətməməsi üçün müvafiq hüquqi 

tədbirlər  görülməli  və  buna  uyğun  siyasi  kurs  həyata  keçirilməlidir. 

'Bu  halda,  dövlətin  inzibati-amirlik  üsullarından  istifadə  etməsi 

yolverilməzdir.  Onun  vəzifəsi  çevik  və  yumşaq  iqtisadi  metodları 

tətbiq  edə  bilmək  və  effektiv  sosial  proqramlar  hazırlayıb  həyata 

keçirməkdən ibarətdir. 

Dövlətin  sosial  funksiyasının  inkişaf  etdirilməsi  iqtisadi 

münasibətlərin  səmərəli  təşkilindən  və  ölkə  iqtisadiyyatının  inkişaf 

səviyyəsindən asılıdır. Belə ki, dövlətin sosial funksiyasının yük 

606 



Dövlət və hüquq nəzəriyyəsi 

sək  səviyyədə  həyata  keçməsi  yüksək  iqtisadi  inkişaf  şəraitində 

mümkündür. Yəni dövlətin çox böyük həcmdə sosial xərcləri ödəmək 

imkanına malik olması vergi ödəyicilərinin imkanlarının və insanların 

yaşayış səviyyəsinin yüksək olması ilə bağlıdır. Bu baxımdan, inkişaf 

etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial dövlətçiliyin formalaşması, 

inkişaf  etməsi  daim  yeni  yaranan  iqtisadi,  siyasi  şəraitə  müvafiq 

reaksiyanın olmasını tələb edən ziddiyyətli və mürəkkəb prosesdir. 

Tədqiqatçılardan  bəziləri  belə  hesab  edirlər  ki,  sosial  dövlət 

quruculuğu nə qədər çətin və müasir cəmiyyətdə onun rolu nə qədər 

mürəkkəb  olsa  da,  onsuz  nəinki  iqtisadi,  sosial  və  mədəni,  o 

cümlədən, siyasi və şəxsi hüquqların həyata keçirilməsi demək olar 

ki,  mümkün  deyil.  Yəni  ki,  insanların  sosial  təminatı  olmadan 

«bütövlükdə  insan  hüquq  və  azadlıqlarının  strukturu  deformasiya 

olunur;  siyasi  aktivlik  azalır,  dövlətə  inamsızlıq  artır,  hüquq  və 

azadlıqların yuridik təminatı hər zaman mümkün olmur (misal üçün, 

müdafiə  hüququ).  Maddi  təminat  problemləri  isə  nümayəndəli 

orqanlara  seçkilər  zamanı,  prezident  postu  uğrun-  da  seçkiqabağı 

mübarizə zamanı və s. hallarda az həlledici rol oynamır. Odur ki, əsas 

vəzifəsi «ikinci nəsil» insan hüquqlarının həyata keçirilməsi şəraitinin 

və  bununla  bağlı  məsuliyyətin  yaradılmasından  ibarət  olan  sosial 

dövlət,  insan  hüquq  və  azadlıqlarının  bütöv  kompleksinin  həyata 

keçirilməsinə xidmət edir. 

Hal-hazırda  sosial  yönümlü  bazar  iqtsadiyyatı  anlayışından 

geniş  istifadə  olunur.  Bu,  cəmiyyətin  humanistləşməsinin  qaçılmaz 

yolu,  cəmiyyətdə  qarşıdurmanın  azalması,  vətəndaşlar  arasında 

həmrəyliyin  formalaşması,  bütün  fərdlər  və  sosial  qruplar  arasında 

mənəviliyin yüksəlməsidir».^ 

Dövlətin hüquqiliyini, yəni hüquqi dövlət olmasını şərtləndirən bir 

sıra  mühüm  prinsiplər  mövcuddur.  Bu  prinsiplər  həm  də  hüquqi 

dövlətin  əlamətlərini  müəyyənləşdirir.  Alman  hüquqşünası  Ulrix 

Şoyner  AFR-in  timsalında  hüquqi  dövlətin  vacib  əlamətlərini 

aşağıdakı kimi açıqlayır: 

- icra hakimiyyətinin hüquqa və qanuna bağlı olması; 

' Права человека. M., 1999. s. 210-211. 

607 



ilqar Məmmədov 

-

 



dövlət adminstrasiyasının sərbəstliyinin məhdudlaşdırılması; 

-

 



qanunların geriyə qüvvəsinin qadağan edilməsi; 

-

 



hüquq bərabərliyi və hüquqdan bərabər istifadə edilməsi; 

-

 



vətəndaşın  qeyri-qanuni  inzibati  aktlardan  məhkəmə 

qaydasında müdafiəsi; 

-

 

inzibati prosesin dəqiq və demokratik olması; 



-

 

məhkəmə prosesi prinsiplərinin dəqiqliyi; 



-

 

cinayət  hüququ  sahəsində  islahat  prinsipləri  (ölüm  cəzasının 



ləğv edilməsi və s.); 

-

 



dövlətin öz orqanlarının fəaliyyətinə görə məsuliyyət daşıması; 

-

 



dövlətin müdaxiləsi zamanı şəxsə əhəmiyyətli dərəcədə ziyan 

vurulduqda kompensasiyanın ödənilməsi; 

-

 

konstitusion şikayət institutunun mövcud olması. 



Elmi  ədəbiyyatda  və  siyasi-hüquqi  təcrübədə  belə  bir  mövqe 

hakimdir ki, fərdin maraqlarının və hüquqlarının təmin edilməsi, hər 

cür 

qeyri-hüquqi 



qəsdlərdən 

müdafiəsi 

hüquqi 

dövlətin 



mahiyyətindən irəli gəlir və onun başlıca vəzifəsi kimi çıxış edir. Odur 

ki, hüquqi dövlətin əlamətlərindən danışarkən, birinci növbədə, insan 

hüquq  və  azadlıqlarının  üstünlüyü  məsələsinə  xüsusi  diqqət 

verilməlidir.  Bu  məsələ  azad  insan  şəxsiyyətinin  hərtərəfli  inkişaf 

etdirilməsi  və  hakimiyyətin  özü  tərəfindən  müvafiq  mühitin  və 

təminatın  yaradılması  ideyası  ilə  əlaqəli  olub  hüquqi  dövlət 

quruculuğunun əsasını təşkil edir. Biz də hüquqi dövlətin prinsiplərini 

və ya əlamətlərini sadalayarkən məhz bundan başlamalıyıq. 

Hüquqi dövlətdə insan şəxsiyyəti, onun şərəf və ləyaqəti, hüquq 

və  azadlıqları  ən  yüksək  dəyər  kimi  qəbul  edilir.  Odur  ki,  hüquqi 

dövlətin  başlanğıc  nöqtəsi  də,  son  məqsədi  də  insan  hüquq  və 

azadlıqlarının  təmin  edilməsidir.  Kantın  göstərdiyi  kimi,  hüquqi 

dövlətdə insanın hansısa məqsəd üçün vasitə kimi yox, hər bir halda 

məqsəd kimi qəbul edilməsi ideyası əsas götürülür və buna uyğun da 

insana münasibət formalaşır. Nəticədə də, sosial fəaliyyət sistemində 

insan hüquq və azadlıqları ilkin, təbii 



608 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə