Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə201/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   197   198   199   200   201   202   203   204   205

Dövlət və hüquq nəzəriyyəsi 

edilməsi  isə  dövlətin  hüquqa  bağlı  olmasını  ehtiva  edir.  Bu  isə  öz 

növbəsində  hüquqi  qanunun  aliliyini,  demokratizmi,  xalqın 

suverenliyini,  hakimiyyətlərin  bölünməsini,  dövlətin  və  şəxsiyyətin 

qarşılıqlı  məsuliyyətini,  dövlət  orqanlarının  fəaliyyətində  aşkarlıq, 

siyasi  və  ideoloji  plyuralizm  prinsiplərinin  həyata  keçirilməsini, 

demokratik  qaydada  təşkil  olunan  ədalət  mühakiməsini  həyata 

keçirən məhkəmə orqanlarının müstəqil fəaliyyətini və vətəndaşların 

hüquq  və azadlıqlarının məhkəmə  qaydasında  müdafiə  formalarının 

olmasını  zəruri  edir.  Alman  alimi  A.Albrext  hüquqi  dövlət 

nəzəriyyəsini aşağıda göstərilən əsas məsələlərlə bağlayır: dövlətin 

fəaliyyətinin konstitusiyada təsbit olunan hüquqi qanunlar vasitəsilə 

tənzimlənməsini  tələb  edən  konstitusionalizm;  bir-biri  ilə  konfliktdə 

olan və bir-birinə qarşılıqlı təsir göstərən müxtəlif qüvvələrin dövlətə 

çəkindirici  təsir  göstərməsini  təmin  edə  biləcək  plyuralizmin  siyasi 

sistemin  strukturunda  özünə  yer  alması;  dövlətin  siyasi  sistem 

daxilində  ali  hakimiyyəti  inhisara  alması;  cəmiyyətin  dövlət  aparatı 

üzərində nəzarətinə imkan yarada bilən ictimai rəylə dövlət arasında 

institutlaşdırılmış  əks  əlaqələrin  mövcudluğu;  hüquq  və  qanunlara 

riayət olunmasını dövlət tərəfindən təmin etməyə yönələn maddi və 

formal  rasio-  nallaşma;  maraqların  dövlət  hakimiyyəti  qarşısında 

müdafiəsi və dövlət idarəçiliyinə məhkəmə nəzarəti. 

A.Albrext  kimi,  bütün  digər  tədqiqatçılar  da  hüquqi  dövləti 

konstitusion  quruluşla  əlaqələndirirlər.  Təbii  ki,  bu  halda  hüquqi 

dövlət  heç  də  konstitusion  dövlətlə  eyniləşdirilmir.  Konstitusiyanın 

mövcudluğu hələ dövlətin hüquqi dövlət olması demək deyil. Totalitar 

dövlətin də konstitusiyası var, lakin onu hüquqi dövlət hesab etmək 

gülünc  olardı.  Odur  ki,  konstitusion  quruluş  deyərkən,  dövlətin 

hüquqla və xüsusi institutlar vasitəsi ilə məhdudlaşdırılması prinsipinə 

söykənən  demokratik  konstitusiyanın  olması,  o  cümlədən,  həmin 

konstitusiyanın  tələblərinin  dövlət  orqanları,  müəssisələri  və  ictimai 

münasibətlərin  digər  subyektləri  tərəfindən  müvafiq  şəkildə  həyata 

keçirilməsi  başa  düşülür.  Hüquqi  dövlətin  konstitusiyası  vasitəsi  ilə 

dövlətin  fəaliyyət  formaları  və  mexanizmi,  həmçinin  vətəndaşların 

hüquqla təmin 

603 



ilqar Məmmədov 

olunan 


azadlıqlarının 

hüdudları 

dəqiq 

müəyyənləşdirilir, 



konstitusiyanın  özü  isə,  birinci  növbədə,  dövlət  tərəfindən  təmin 

edilir, real həyatda və münasibətlərdə onun canlı olması hiss olunur. 

Yəni hər yerdə hiss olunur ki, dövlətin nəhəng gücü, məhz hüququn 

istifadəsinə verilmişdir. 

XX  əsrin  ikinci  yarısından  etibarən  hüquqi  dövlətlə  sosial 

dövlətin eyniləşdirilməsinə meyl güclənmişdir. İfrat individualizm və 

klassik  liberalizm  ideyalarının  böhrana  uğraması  nəticəsində  sosial 

dövlət  ideyasının  inkişaf  etməsi  ikinci  nəsil  insan  hüquqlarının 

yaranmasına  gətirib  çıxarmışdır.  Bu  nəsildən  olan  sosial-  iqtisadi 

hüquqlar  fərdin  sosial-iqtisadi  rifahının  dövlət  tərəfindən  təmin 

edilməsinə,  dövlətin  vətəndaş  cəmiyyətinə  daha  aktiv  təsir 

göstərməsi  yolu  ilə  sosial  bərabərsizliyin  neqativ  təzahürlərinin 

neytrallaşdırılmasına,  sosial  ədalətin  bərqərar  edilməsinə  xidmət 

edir.  İkinci  nəsil  insan  hüquqlarının  tələbinə  görə,  dövlətin  öz 

vətəndaşları qarşısında bir sıra sosial xarakterli vəzifələri var. Həmin 

vəzifələrə  zəiflərə  və  kasıblara  yardım  göstərilməsi,  işsizlərin  işlə 

təmin  edilməsi,  vətəndaş  işləmədiyi  müddətdə  isə  onun  müvafiq 

yaşayış səviyyəsinə təminat verilməsi, ailənin və analığın qayğısına 

qalınması,  hər  kəsin  sağlamlığının  qorunması  və  tibbi  yardım  ala 

bilməsi və s. aiddir. 

Beləliklə,  insanın  ehtiyacdan  qurtulması  istiqamətində  dövlətin 

aktiv  şəkildə  fəaliyyət  göstərməsi  azad  insan  şəxsiyyətinin 

formalaşmasının  yeni  bir  mərhələsini  və  dövlətlə  fərd  arasında 

münasibətlərin  yeni  pozitiv  parametrlərini  doğurmuş,  ikinci  nəsil 

insan  hüquqlarının  dövlət  tərəfindən  təmin  edilməsi  beynəlxalq 

ictimaiyyətin  və  beynəlxalq  hüququn  vacib  tələblərindən  birinə 

çevrilmişdir.  XX  əsrin  60-cı  illərində  artıq  bir  sıra  inkişaf  etmiş 

demokratik  dövlətlər  təkmil  sosial  dövlətə  çevrilmişdir.  Almaniyada 

hüquqi 

dövlət 


quruculuğu 

təcrübəsini 

və 

İkinci  Dünya 



müharibəsindən sonrakı dövrdə bu ölkədə baş verən siyasi- hüquqi 

islahatları 

buna 

misal 


göstərə 

bilərik. 

AFR-in 

müasir 


konstitusiyasında  birbaşa  göstərilir  ki,  bu  dövlət  sosial  hüquqi 

dövlətdir  və  sosial  dövlətçilik,  hətta  qanunverici  tərəfindən  də 

toxunulmazdır. AFR-in dövlət nəzəriyyəsinə görə, sosial dövlət 

604 



Dövlət və hüquq nəzəriyyəsi 

çilik  dövlətin  məqsədinin  müəyyənləşdirici  əsaslarındandır.  Alman 

hüquqşünaslarının əksəriyyəti  belə  hesab  edir  ki,  ictimai  və  iqtisadi 

münasibətlər 

sahəsində 

yaranan 


ziddiyətləri 

yumşaltmaq, 

hamarlamaq  və  insanlar  üçün  layiqli  həyat  şəraiti  yaratmaq  sosial 

hüquqi dövlətin mühüm vəzifəsidir. Hüquqşünaslar və dövlətşünaslar 

sosial  dövlət  kimi  AFR-in  məqsədlərinin  üç  əsas  istiqamətini 

müəyyənləşdirirlər: 

-

 

maddi təhlükəsizlik (təhlükəsizlik); 



-

 

fərdi təhlükəsizlik (azadlıq); 



-

 

ictimai həmrəylik (ictimai bağlılıq). 



Həmin təsəvvürə görə, siyasi qərarlar qəbul edən hər bir dövlət 

orqanının  başlıca  vəzifəsi  sosial  dövləti  konkretləşdirməkdən 

ibarətdir. Bununla da, konstitusiya səviyyəsində qurulan sosial dövlət 

hakimiyyətin  həyata  keçirilməsi  müstəvisində  konkretləşir  və 

dəqiqləşir. 

Sosial dövlət özünün prinsiplərini, məqsəd və vəzifələrini hüquqi 

dövlətçilik formasında həyata keçirməklə insan hüquqlarını daha da 

genişləndirir  və  hüquq  normalarına  daha  ədalətli  məzmun 

qazandırmış  olur  ki,  nəticədə  də,  cəmiyyətin  özü  daha  çox 

humanistləşir.  E.A.Lukaşevanın  sözləri  ilə  desək,  hüquqi  dövlətlə 

sosial  dövlət  antltezalar  olmayıb,  insan  hüquqlarının  prioritetliyini 

tanıyan  dövlətin  inkişaf  dialektikasını  ifadə  edir.  Onu  da  qeyd 

etməliyik  ki,  dövlətin  cəmiyyətdəki  sosial  rolu  məsələsi  siyasi  və 

hüquqi  məsələ  olduğu  kimi,  bir  o  dərəcədə  də  mənəvi  məsələdir. 

Hüquqi  dövlət  sosial  dövlət  olmaqla  insanları  həm  dövlətdən, 

hakimiyyət  nümayəndələrindən,  məmurlardan,  həm  də  bir-birindən 

azad edir. O mənada ki, insan ehtiyac içində yaşamaqdan, acından 

ölməkdən, qocaldıqda, kimsəsiz və əlil olduqda baxımsız qalmaqdan, 

yaşayış  üçün  minimum  tələbatları  güclə  ödəməkdən  ötrü  çeşidli 

formalarda özünü göstərən istismara razı olmaq məcburiyyətindən və 

s. bu kimi təhlükələrdən, həmçinin həmin neqativ amillər səbəbindən 

bu  və  ya  digər  məsələdə  şəxsiyyətinə  və  ləyaqətinə  mənfi  təsir 

edəcək dərəcədə başqasından asılı olmaqdan qurtulmuş olur. Bunun 

nəticəsində  isə  dövlət,  həm  də  sosial  ədalət  prinsipini  yeni 

keyfiyyətdə həyata keçirmək səviyyəsinə yüksəlir. 

605 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə