Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə200/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   197   198   199   200   201   202   203   204   205

ilqar Məmmədov 

məhdudlaşdırıcı  təsiri  hüquqi  dövlətin  mövcud  ola  bilməsi  üçün 

mühüm şərtdir. 

Hüquqi dövlət ideyasının inkişaf etməsində mühüm rolu olmuş 

fəlsəfi-hüquqi təlimlərin bir çox müddəaları müasir dövrdə də öz elmi 

və  praktiki  əhəmiyyətini  qoruyub  saxlamaqdadır.  Sosial  ədalətin 

bərqərar  edilməsi,  insanın  qorxudan  və  ehtiyacdan  azad  şəkildə 

yaşaya  bilməsini  təmin  edən  sosial  şəraitin  yaradılması,  insanın 

ayrılmaz  hüquq  və  azadlıqlarının  dövlət  tərəfindən  tanınaraq  təmin 

edilməsi kimi tələblər həmin təlimlərin demək olar ki, məğzini təşkil 

edir.  Bu  cür  tələblər  indi də  bütün  bəşəriyyət  üçün  aktualdır.  Onlar 

həm də insanın dövlətə olan inamını ifadə edir. O mənada ki, sosial 

ədalətin,  azadlığın,  sosial-iqtisadi  yüksəlişin  təmin  edilməsi  yalnız 

dövlətin  hüquqa  əsaslanan  məqsədyönlü  fəaliyyətinin  nəticəsi  kimi 

qəbul edilir. Bu məsələlərdə dövlətin rolu inkar edilmir, əksinə əsas 

diqqət  onun  üzərində  cəmləşir.  Beləliklə,  xalqa  xidmət  edə  bilən 

dövlətin özü yüksək dəyərə çevrilir. 

Hüquqi dövlət konsepsiyasının XX əsrdə inkişafı hüquqi dövlət 

prinsiplərinin getdikcə daha çox dövlətin konstitusiyasında öz əksini 

tapması  ilə  xarakterizə  olunur.  XX  əsrin  ikinci  yarısından  etibarən, 

hüquqi  dövlət  nəzəriyyəsi  ədalətli  dövlət  quruculuğunun  mücərrəd 

konsepsiyasından  demokratik  dövlətlərin  konstitusiyasında  öz 

tətbiqini  tapan  nəzəri  sistemə  çevrilmişdir.  Həmin  proses  ilk  əvvəl 

Avropa  ölkələrində  özünü  göstərmişdir.  Sosializm  düşərgəsinin  və 

SSRİ-nin dağılmasından sonra bu proses həmin məkanda yaranan 

yeni dövlətlərdə də başlamışdır. 

§ 2. MÜASİR HÜQUQİ DÖVLƏTİN ƏSAS ƏLAMƏTLƏRİ 

Despotizmə, 

tiraniyaya, 

avtokratiyaya, 

hakimiyyət 

nümayəndələrinin özbaşınalığına qarşı mübarizədə təşəkkül tapmış 

hüquqi  dövlət  ideyası  mahiyyətcə  bir-birinə  yaxın  olan  müxtəlif 

konsepsiyalar  vasitəsilə  inkişaf  etdirilərək  insanın cəmiyyətdə  azad 

yaşaya  bilməsi  və  dövlətin  insana  xidmət  etməsi  ideyasının 

gerçəkləşməsi istiqamətində böyük nailiyyətlərin əldə olunma 



600 


Dövlət və hüquq nəzəriyyəsi 

sına  gətirib  çıxarmışdır.  Çətin  mübarizə  şəraitində  formalaşan  və 

ictimai həyatın ədalətli siyasi formasına çevrilən hüquqi dövlətin özü 

isə demokratiya və insan hüquqları ilə bərabər, müasir dövrün ən ali 

dəyərlərindən birinə çevrilmişdir. Hüquqi dövlət ideyası bir neçə əsrlik 

inkişaf tarixi ərzində daha rasional şəkilə düşməklə bərabər, həm də 

real  olan  həyati  tələblərə  uyğunlaşmışdır.  Hüquqi  dövlət  İdeyasının 

İnkişafı prosesində meydana gələn ayrı-ayrı nəzəriyyələrin, təlimlərin 

real  həyatın  sınağından  keçməsi,  bu  ideyanın  faktiki  münasibətlər 

müstəvisində realist- cəsinə qiymətləndirilməsinə təkan vermişdir. Bir 

neçə  əsrlik  təcrübənin  ümumiləşdirilməsi,  həmçinin  bu  təcrübənin 

elmi  təhlili  isə  hüquqi  dövlətin  əsas  prinsiplərin,  vacib  əlamətlərin, 

dəyişilən  və  dəyişilməyən  tərəflərinin  dərindən  öyrənilməsi  üçün 

əlavə imkanlar yaratmışdır. 

Ümumiyyətlə, hüquqi dövlətin mövcud ola bilməsi üçün dövlət, 

insanın  ayrılmaz  hüquqlarını  tanımalı  və  onlara  təminat  verməli 

(humanitar-hüquqi komponent), hüququn və hüquqi qanunların alillyi 

təmin  edilməli  (normativ-hüquqi  komponent),  dövlət  hakimiyyəti 

sisteminin hüquqi təşkili hakimiyyətlərin bölünməsi prinsipi əsasında 

həyata  keçirilməlidir.  Bunlar  hüquqi  dövlətin  institusional-hüquqi 

komponentləri  hesab  olunur.  Bir-biri  ilə  sıx  əlaqəsi  olan  bu 

komponentlərin  faktiki  münasibətlərdə  gerçəkləşməsi  üçün  dövlət 

rejimi  demokratik  olmalıdır.  Buna  görədir  kl,  hüquqi  dövlət  ideyası 

dövlət  və  hüququn  dualizmi  üzərində  qurulur  və  hüququn  prioritet 

hesab edilməsi ilə tamamlanır. Hüquqi dövlət ideyasının hüququ ali 

dəyər kimi qəbul edən ümumfəlsəfi təsəvvürlərlə əsaslandırılmasının 

hüququn  prioritet  hesab  edilməsinə  böyük  təsiri  var  və  bu  cür 

əsaslandırma həmişə olduğu kimi, indi də yüksək qiymətləndirilir. 

V.İ.Vlasovun  yazdığı  kimi,  hüququn  prioritetliyi  aşağıdakı 

amillərlə bağlıdır: a) ictimai həyata və dövlət həyatına aid məsələlərin, 

ilk növbədə, konstitusiya səviyyəsində həll edilməsi; b) ümumbəşəri, 

mənəvi-hüquqi  dəyərlərin  (humanizm,  ədalət  və  s.),  hüququn 

formal-tənzimləyici  dəyərlərinin  (normativlik,  hamının  qanun 

qarşısında bərabər olması, qanunun ümumməcburiliyi 

601 



ilqar Məmmədov 

və  s.)  və  hakimiyyətin  legitimiiyinin  bir-biriiə  uyğuniaşdırılması;  v) 

döviət orqanları tərəfindən verilən qərarların ideoloji-hüquqi cəhətdən 

əsasiandırıimasının zəruriliyi; q) hüququn həyata keçməsi üçün forma 

və proseduraların (konstitusiya və qanunların, maddi və prosessual 

təminat sisteminin və s.) olması.'' 

Belə  olan  halda,  hüququn  təməlində  duran  insan  hüquqları 

hüquqi dövlətin kvintessensiyasına çevrilir və fərdin dövlət tərəfindən 

müdaxiləsinə  yol  verilməyən  azadlıq  sahəsini  yaradır.  Beləliklə, 

hüquqi  qanunlar  həm  sosial  planda  insan  azadlığının  dərəcəsini 

müəyyənləşdirir,  həm  də  dövlətin  özünüməhdudlaş-  dırma 

mexanizmini yaradır. Hər bir cəmiyyətdə bu azadlığın (yəni hüquqda 

ifadə olunan azadlığın) məzmunu və xarakteri, həcmi, subyektləri və 

tətbiq  olunma  sahələri  cəmiyyətin  özünün  inkişaf  səviyyəsi  ilə 

müəyyənləşir.  Bu  baxımdan,  azadlıq  nisbi  hadisədir.  O  mənada  ki, 

azadlıq  hər  bir  konkret  ictimai-tarixi  şərait  çərçivəsində  natamam 

olduğundan  insan  cəmiyyəti  tərixən  inkişaf  etdikcə  məzmunca 

dəyişilmələrə  məruz  qalır,  inkişaf  edir,  həcmcə  genişlənir  və  daha 

əhatəli olur. Ancaq azadlıq nisbi olmaqla bərabər, həm də mütləqdir. 

Yəni  azadlıq  ali  dəyər  və  prinsip  kimi  çıxış  etməklə  mütləq  dəyərə, 

son  nəticədə  cəmiyyətin,  dövlətin  təkamül  kriteriyasına  çevrilir. 

Çünki, insan azadlığı həyatın əzəli və əbədi ruhi-mənəvi başlanğıcı 

olmaqla 

fərdin 


şəxsiyyətə 

çevrilməsinin 

əsasında 

durur. 


N.Berdyayevlə  razılaşa  bilərik  ki,  individium  naturalist  və  sosioloji 

kateqoriya  olmaqla  «növ  prosesində  doğulur  və  təbiət  dünyasına 

mənsub olur. Şəxsiyyət isə ruhi-mənəvi və etik kateqoriyadır, atadan 

və  anadan  yox,  ruhən  doğulur.  Şəxsiyyət  təbiət  deyil,  azadlıqdır,  o 

ruhdur.(...)  Onu  hansısa  bir  bütövlüyün,  tamın  tərkib  hissəsi  kimi 

qəbul  etmək  olmaz,  o  təbii  və  sosial  nizama  özündəməqsəd  və  ali 

dəyər olmaq iddiası ilə daxil olur».2 

Hüquqi dövlətdə hüquq və azadlıqlarla bərabər, insan şəxsiyyəti 

də əsas dəyər kimi götürülür. Hüquq və azadlıqların təmin 

' Власов В.И. Теория государства и права. 8. 207. ^Бердяев 

Николай. Дух и реалъност. М., 2003, з. 482. 

602 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə