Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə203/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   197   198   199   200   201   202   203   204   205

Dövlət və hüquq nəzəriyyəsi 

başlanğıc,  buna  münasibətdə  dövlətin  öz  funksiyalarını  həyata 

keçirməsi  ilə  bağlı  fəaliyyəti  isə  ikinci  dərəcəli,  törəmə  hadisə  kimi 

qiymətləndirilir. 

Əvvəlki  paraqrafda  qeyd  etdiyimiz  kimi,  insan  hüquqları 

ideyasının özü hələ qədim dövrdə yaranmış, ancaq mükəmməl fəlsəfi 

nəzəriyyə kimi yalnız maarifçilik dövründə təşəkkül tapmışdır. Daha 

sonralar  siyasi-hüquqi  konsepsiya  kimi  inkişaf  etmiş,  ikinci  Dünya 

müharibəsindən  sonra  isə  vacib  hüquqi  nizamasalma  sahəsinə 

çevrilərək  dövlət  hakimiyyətinin  müvafiq  əsasda  təşkil  olunması 

tələbini  yaratmışdır.  1948-ci  il  dekabr  ayının  10-  da  qəbul  olunan 

«Ümumdünya  insan  hüquqları  bəyannaməsi»  insanın  mülki,  siyasi, 

iqtisadi, sosial və mədəni hüquqları sistemini özündə əks etdirməklə 

bu hüquqların təmin edilməsini hər bir dövlətin başlıca vəzifəsi kimi 

təsbit  etmişdir.  1966-cı  ildə  Mülki  və  siyasi  hüquqlar  haqqında 

beynəlxalq  paktın,  İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında 

beynəlxalq paktın və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq 

pakta  əlavə  olunan  protokolun  qəbul  edilməsi  yolu  ilə  həmin 

hüquqların  kataloqu  genişlənmiş,  həmçinin  insan  dövlətdaxili 

hüquqla  bərabər  beynəlxalq  hüququn  da  subyekti  kimi  tanınmışdır. 

1975-ci  ildə  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq  Üzrə  Helsinki 

Müşavirəsinin  Yekun  Aktının  qəbul  olunması  nəticəsində  isə  insan 

hüquqları  beynəlxalq  davranışın  hamılıqla  etiraf  olunan  standartına 

çevrilmişdir. insan hüquqlarının qorunması BMT-nin də əsas vəzifəsi 

hesab  edilir.  1990-cı  ildə  qəbul  edilmiş  Yeni  Avropa  üçün  Paris 

Xartiyasında  və  1993-cü  ildə  Ümumdünya  Konfransında  qəbul 

olunmuş  tədbirlər  Proqramında  və  Vyana  bəyannaməsində  insan 

hüquqlarına  dair  öhdəliklər  bir  daha  təsdiq  olunmaqla,  insan 

hüquqlarına hörmət dövlətlərin başlıca vəzifəsi kimi müəyyənləşmiş, 

onların təmin edilməsi isə «azadlığın, ədalətin və sülhün» əsası kimi 

qəbul olunmuşdur. 

Özünü  hüquqi  dövlət  elan  edən  hər  bir  dövlət  beynəlxalq 

hüquqda tanınmış insan hüquq və azadlıqlarına öz konstitusiyasında 

təminat  verir.  Hüquqi  dövlətin  konstitusiyasında  təsbit  olunan  əsas 

hüquq və azadlıqlar fərdin hüquqi statusunun məğ- 

609 



ilqar Məmmədov 

ZİDİ 


təşkil etməklə bərabər, insanın öz imkanlarını reallaşdıra biləcək 

bir  mühitdə  yaşaya  bilməsini  təmin  edəcək  digər  hüquqların 

müəyyənləşməsi tələbini də özündə ehtiva edir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  fundamental  hüquqlar  və 

onlardan irəli gələn digər hüquq və azadlıqlar insana həyatın şəxsi, 

siyasi, iqtisadi, sosial, mədəni sahələri üzrə təminat yaradır. Həmin 

sahələr,  həm  də  hüquq  və  azadlıqların  strukturlaşdırılma-  sının 

əsasını təşkil edir. Lakin bu hüquq və azadlıqlar göstərilən sahələrlə 

bərabər,  yaranma  tarixinə  görə  də  fərqlənir.  «İnsan  hüququnun 

nəsilləri» anlayışı, məhz bu zəmində yaranmışdır. 

Birinci  nəsil  insan  hüquqları  burjua  inqilabları  dövründə 

meydana  gələn  ənənəvi  liberal  dəyərlər  əsasında  yaranmış  və 

sonradan demokratik dövlətlərin qanunvericiliyində konkretləşmiş və 

genişləndirilmişdir. Onlar, mülki və siyasi hüquqlardan ibarət olmaqla 

insanın  «neqativ»  azadlığını  ifadə  edir.  Yəni  bu  hüquqlar  vasitəsilə 

dövlətin  insanın  şəxsi  həyatına  müdaxiləsinin  qarşısı  alınmış, 

həmçinin  vətəndaşlara  siyasi  həyatda  iştirak  etmək  imkanları  və 

şəraiti  yaradılmışdır.  Beləliklə,  insan  hakimiyyət  nümayəndələrinin 

qorxunc  özbaşınalığından  azad  olmaqla  bərabər,  öz  iradəsindən 

çıxış  etməklə  hakimiyyətin  həyata  keçirilməsində  iştirak  etmək 

hüququ qazanmışdır. 

İkinci  nəsil  insan  hüquqları  insanların  öz  həyat  şəraitlərini 

yaxşılaşdırmaq 

uğrunda 


apardıqları 

mübarizə 

prosesində 

yaranmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində klassik liberalizmin 

və  individualizmin  təsiri  altında  olan  cəmiyyətlərdə  «eqoizmin  və 

özünəvurğunluğun»  (ifadə  F.Hayekə  məxsusdur)  artması  və  sosial 

bərabərsizliyin  güclənməsi  sosial  və  mənəvi  böhranın  və 

deformasiyanın  yaranmasına,  sosial  qruplar  arasında  ziddiyyətlərin 

artmasına,  insanlar  arasında  isə  həmrəylik hissinin itməsinə səbəb 

olmuşdur.  Belə  bir  vəziyyətdə  yeni  liberalizm  sosial  islahatların 

aparılması  və  dövlətin  sosial  funksiyasının  genişlənməsi  ideyasını 

irəli  sürmüşdür.  Bununla  da,  ikinci  nəsil  insan  hüquqları  kimi  də 

adlandırılan sosial hüquqların həyata keçirilməsi prosesi başlamışdır. 

Bu  hüquqlar  dövlət  tərəfindən  insanların  müdafiə  olunması,  onlara 

maddi  xarakterli  təminatların  verilməsi  ilə  bağlı  olmaqla  insanı 

dövlətdən azad etməyə yox. 



610 


Dövlət və hüquq nəzəriyyəsi 

dövlətin qayğısı hesabına müdafiə olunmasına yönəldiyindən onlarda 

«pozitiv» azadlıq ifadə olunur. 

Sosial-iqtisadi  hüquqların  beynəlxalq  vasitələrlə  reqlament- 

ləşməsi  isə  1948-ci  ildən  başlamışdır.  Onların  mühüm  bir  qismi 

Ümumdünya insan hüquqları bəyannaməsində öz əksini tapmışdır. 

Üçüncü nəsil insan hüquqları isə, İkinci Dünya müharibəsindən 

sonra  pozitivləşməyə  başlamışdır.  Tədqiqatçılar  onları  kollektiv 

hüquqlar  kimi  xarakterizə  edirlər.  Bu  hüquqların  həyata  keçirilməsi 

ayrı-ayrı  fərdlər  tərəfindən  deyil,  birlikdə  mümkün  olduğundan  və 

insanların  həmrəyliyinə  əsaslandığından  onlara  kollektiv  hüquqlar 

deyilir. Misal üçün, sağlam ətraf mühitdə yaşamaq hüqüqü kollektiv 

hüquqlara aid edilir. 

Hüquqi  dövlətdə  insan  hüquq  və  azadlıqlarının  prioritet  kimi 

qəbul  edilməsi  və  konstitusion  qaydada  onlara  təminat  verilməsi, 

qanunların  hüquqilik  kriteriyası  kimi  götürülməsi,  həmin  hüquq  və 

azadlıqların  insanların  ayrılmaz,  toxunulmaz  hüquqları  kimi  ölkə 

daxilində bilavasitə qüvvədə olması hüququn başa düşülməsinin iki 

komponentini:  aksioloji  (insan  hüquq  və  azadlıqlarının  ən  yüksək 

dəyər  kimi  başa  düşülməsi)  və  təbii  hüquqi  (əsas  hüquq  və 

azadlıqlarının insana doğulduğu andan məxsus olması və ayrılmazlığı 

prinsipi)  komponentlərini  ifadə  edir.  Bununla  da,  həmin  hüquqların 

insana  yuxarıdan-hakimiyyət  tərəfindən  verilməsi  fikri  inkar  edilir. 

Konstitusion qaydada təsdiqlənir ki, əsas hüquq və azadlıqların təbii 

əsası var, hər bir insan anadan olan andan bu hüquqlara malikdir və 

onlar dövlətin iradəsilə yaradılmır. Heç kim bu hüquqlardan məhrum 

oluna, yaxud da könüllü olaraq onlardan imtina edə bilməz. Beləliklə, 

hüquq  bütövlükdə  insan  hüquq  və  azadlıqlarına  bağlanır.  İnsan 

hüquqları  və  ümumiyyətlə,  hüquq  mahiyyət  etibarilə  ayrı-ayrı 

fenomenlər  kimi  yox,  eyni  tipli  və  eyni  qaydalı  hadisələr  kimi 

qiymətləndirilir. Və təsdiq olunur ki, onlar bir-birindən asılıdır, hüquq 

insan  hüquqları  olmadan,  insan  hüquqları  isə  hüquqdan  kənar 

mümkün deyil. Nəticədə də, qanunvericinin özü də insan hüquqlarına 

bağlı olur. 



611 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə