Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə204/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   197   198   199   200   201   202   203   204   205

ilqar Məmmədov 

İnsan  hüquqlarının  müdafiəsi  problemi  ayrı-ayrı  dövlətlərin 

səlahiyyətlərindən  kənara  çıxdığı  müasir  dövrdə  universal  bey- 

nəlxalq-hüquqi  standartların  yaradılması  zərurəti  də  meydana 

gəlmişdir. Bu isə o deməkdir ki, insan hüquq və azadlıqlarının təmin 

edilməsi  hər  bir  dövlətin  öz  daxili  işi  yox,  bütövlükdə  beynəlxalq 

ictimaiyyətin işidir. 

Hüquqi  dövlətin  digər  mühüm  əlaməti  onun  demokratikliyi  ilə 

bağlıdır.  Hüquqi  dövlətdə  hakimiyyətin  təşkili  və  həyata 

keçirilməsində  xalqın  iştirakı  təmin  edilir  və  ən  mühüm  dövlət 

orqanları 

nümayəndəlilik 

prinsipi 

əsasında 

təşkil 

olunur, 


qanunvericiliyin özü xalqın iradəsinə əsaslanır. Yəni ki, üzvləri xalq 

tərəfindən seçilən parlament qanunvericilik fəaliyyəti zamanı xalqın 

iradəsini  həyata  keçirir.  Beləliklə,  hakimiyyətlə  cəmiyyət  arasında 

üzvi əlaqə yaranır. Demokratiyanın özü insan və onun cəmiyyətdəki 

yeri  haqqında  fundamental  konsepsiya  olmaqla  vətəndaşların 

cəmiyyətin,  dövlətin  həyatında  aktiv  iştirakı  hesabına  reallaşır  və 

insanlarda  dərindən  vətəndaş  məsuliyyəti  hissi  və  düşüncəsini 

yaradır.  Bu  mənada,  A.Linkolnun  demokratiyanı  xalq  hakimiyyəti, 

xalqdan gələn hakimiyyət və xalq üçün hakimiyyət kimi izah etməsi 

heç  də  kütlə  qarşısında  deyilən  təmtəraqlı  sözlər  kimi  deyil, 

demokratiyanın  mahiyyətinin  sərrast  və  lakonik  şərhi  kimi  başa 

düşülür. 

Demokratiya, həm də müvafiq ictimai quruluş idealı ilə bağlıdır 

və  azadlıq,  bərabərlik,  insan  hüquqları,  xalqın  suverenliyi  və  s.  bu 

idealın ən mühüm dəyərləri hesab olunur. Odur ki, demokratiya özü 

ilə  insan  hüquqlarının  gözlənilməsinə  imkan  yarada  biləcək  mühiti 

ehtiva  edir.  Demokratiya  olmayan  yerdə  isə  kütləvi  şəkildə  insan 

hüquqlarının pozulmasına, azadlıqların tapda- lanmasına, insanların 

həmin sərvətlərdən məhrum edilməsinə şərait yaranır. Təsadüfi deyil 

ki, BMT-nin İnsan Hüquqları Komissiyası 30 aprel 1999-cu il tarixdə 

demokratiya  və  insan  hüquqları  arasında  fundamental  əlaqənin 

olmasına  dair  qətnamə  qəbul  etmişdir.  Həmin  qətnamə  ilə  təsdiq 

olunmuşdur ki, demokratik idarəçilik hüququnun təsis edilməsi insan 

hüquqları uğrunda mübarizənin aparıcı mənası, istiqamətidir. Bu isə 

hüquqi dövlətin 

612 



Dövlət və hüquq nəzəriyyəsi 

özünün demokratiya ilə iç-içə olmasının təsdiq olunması deməkdir. 

Hüquqi dövlətin başqa bir prinsipi olan xalqın suverenliyi ideyası 

da  hüquqi  dövlətin  demokratikliyindən  irəli  gəlir.  Bu  prinsip  hüquqi 

dövlət nəzəriyyəsinin məzmununda özünə çox mühüm yer tutur. Belə 

ki,  xalqın  suverenliyi  anlayışı  xalqın  dövlət  hakimiyyətinin  yeganə 

mənbəyi  olması  ideyası  ilə  bağlıdır.  Bu  ideya  isə,  dövlət 

hakimiyyətinin  təşkilində  xalq  hakimiyyəti  prinsipinin  reallaşması 

mexanizminin  və  formasının  yaradılması  yolu  ilə  həyata  keçirilir. 

Referendum  və  seçkilərin  keçirilməsi  yolu  ilə  xalq  bilavasitə  öz 

iradəsini 

ifadə 


etməklə 

özü 


üçün 

idarəetmə 

formasını 

müəyyənləşdirir,  dövlətin  konstitusiyasını  qəbul  edir,  dövlət 

hakimiyyəti  orqanlarını  formalaşdırır,  öz  müqəddəratını  həll  edir. 

Xalqın suverenliyi, həm də dövlətin suverenliyinin əsasını təşkil edir. 

Hüquqi  dövlətin  vacib  bir  əlaməti  də  qanunçuluq  və  qanunun 

aliliyi  prinsiplərinin  həyata  keçirilməsidir.  Qanunçuluq  və  qanunun 

aliliyi  mahiyyətcə  bir-birini  tamamlayan  hadisələrdir.  İctimai 

münasibətlərin iştirakçılarının, hüquq münasibətlərinin subyektlərinin 

dönmədən, ciddi qaydada hüquq normalarına riayət etmələri ilə bağlı 

olan  qanunçuluq,  həm  də  ictimai  münasibətlərin  bütün  iştirakçıları 

tərəfindən hüquq normalarına riayət olunma rejimi kimi başa düşülür. 

Bu  rejim  istisnasız  olaraq  ictimai  münasibətlərin  bütün 

iştirakçılarının-dövlətin,  onun  orqan  və  müəssisələrinin,  vəzifəli 

şəxslərin  və  dövlət  qulluqçularının,  ictimai  birliklərin,  təşkilatların, 

bütün  hüquqi  və  fiziki  şəxslərin  qanuna  tabeçiliyi  deməkdir. 

Qanunçuluğun  effektivliyi  və  əhəmiyyəti,  ilk  növbədə,  cəmiyyətdə 

çox  böyük  güc  olan  inzibati  aparat  təmsilçilərinin  özbaşınalığının 

qarşısının  alınması  ilə  bağlıdır.  Bununla  da,  dövlət  maşınının  gücü 

qanuna tabe edilir və dövlətlə cəmiyyət arasında sabit əsasda geniş 

əlaqələrin  qurulmasına  imkan  yaranır,  hakimiyyətin  hüdudları 

müəyyənləşir,  insanlar  hakimiyyəti  ayrı-ayrı  məmurların  hakimiyyəti 

kimi yox, özünə inam yaratmış dövlət hakimiyyəti kimi qəbul edirlər. 

Bu  baxımdan,  bəzi  alimlər  qanunçuluq  anlayışının  dövlətin,  onun 

orqanlarının fəaliy 



613 


ilqar Məmmədov 

yəti  ilə  bağlanmasını  vacib  hesab  edirlər.  Lakin  bu  cür  yanaşma 

qanunçuluq  anlayışının  məzmununu  darlaşdırır  və  hüquq 

münasibətlərində  iştirak  edən  digər  subyektlərin  fəaliyyəti  nəzərə 

alınmır. 

Qanunçuluğun  təmin  olunma  səviyyəsi  demokratiyanın 

reallaşmasına,  insan  azadlığının  təmin  edilməsinə  birbaşa  təsir 

göstərir.  Qanunçuluq,  həm  də  cəmiyyətdə  sabitliyin,  nizamlılığın, 

dayanıqlı İnkişafın mühüm faktoru kimi çıxış etməklə vacib bir dəyərə 

və  beləliklə  də,  hüquqi  mədəniyyətin,  həmçinin  də  bütövlükdə 

mədəniyyətin  əhəmiyyətli  bir  hissəsinə  çevrilir.  Ümumiyyətlə,  real 

qanunçuluq  hüquqi  dövlət  quruculuğunun  vacib  şərti  və  mühüm 

vasitəsidir. 

Qanunçuluq hüquq münasibətlərinin subyektlərinin davranışları, 

fəaliyyəti  ilə  bərabər,  həm  də  normativ  hüquqi  aktların  və  digər 

hüquqi  aktların,  hüquq  tətblqetmə  aktlarının  hüquqa  uyğunluğunu 

ehtiva  edir.  Yəni  hüquqi  dövlətdə  qanunçuluq  qanunların  və  digər 

normativ  aktların  hüquqi  olması  zərurətini  yaradır.  Əks  təqdirdə 

«dövlət  özbaşınalığı»  istənilən  qanunun  dövlət  tərəfindən  qəbul 

edilməsi  yolu  ilə  hüquq 

bərabərsizliyinə,  leqallaşdırılmış 

diskriminasiyalara, İnsan azadlığının boğulmasına, hüquqsuzluğa yol 

açır.  Belə  şəraitdə  həmin  qanunlara  tabeçiliyin  özu  də  formaca 

«qanunçuluq»  olacaqdır.  Qdur  ki,  hüquqi  dövlətdə  qanunçuluq 

istənilən  qanuna  yox,  hüquqi  qanuna  və  digər  hüquqi  aktlara 

əsaslanır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  qanunçuluğun  təmin  edilməsi 

qanunun aliliyi prinsipinin həyata keçirilməsi şəraitində mümkündür. 

Qanunun  aliliyi  isə,  qanunverici  orqan  tərəfindən  qəbul  edilmiş 

qanunların bütün digər  normativ  hüquqi  aktlara  münasibətdə  üstün 

hüquqi  qüvvəyə  malik  olması  kimi  başa  düşülür.  A.F.Çerdantsevin 

yazdığı  kimi,  bu  prinsip  öz  növbəsində  konstitusiyanın  bütün  digər 

qanunlara münasibətdə aliliyini ehtiva edir. Qnu da qeyd etməliyik ki, 

qanunun  aliliyindən  danışarkən  qanun  hüquqla  eyniləşdirilmir.  Bu 

halda  birbaşa  öz  mənasına  uyğun,  yəni  dövlət  hakimiyyətinin  ali 

orqanı tərəfindən qəbul edilən və ali hüquqi qüvvəyə malik olan akt 

kimi başa düşülür. Beləliklə, 

614 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə