Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə199/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   195   196   197   198   199   200   201   202   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

lətdə  dövləti  məhdudlaşdıran  hüquq  elə  onun  özü  tərəfindən 

müəyyənləşən hüquqdur və dövlət iradəsinin fövqündə duran başqa 

heç  bir  hüquq  yoxdur.  Bu  baxımdan,  hüquqi  pozitivizm  təbii  hüquq 

nəzəriyyəsinin  əleyhinədir.  Belə  ki,  təbii  hüquq  nəzəriyyəsinə  görə, 

dövlət hakimiyyətini məhdudlaşdıran, onun iradəsini özünə tabe edən 

dəyişilməz,  əbədi  təbii  hüquq  və  yaxud  təbii  hüquqlar  mövcuddur. 

Hüquqi pozitivistlər isə bunu qeyri- mümkün və qeyri-real hesab edir 

və dövlətin iradəsini özünə tabe edən, dövlətin sanksiyası olmadan 

mövcud olan belə bir hüququ və ya hüquqları tanımırlar. 

XX  əsrdə  hüquqi  pozitivizmin  ən  görkəmli  nümayəndələrindən 

olmuş Hans Kelzenə görə, hüquq elə pozitiv hüquqdur, pozitiv hüquq 

isə  dövlətin  hüquq  qaydasında  ifadə  olunan  gerçəkliyidir.  Odur  ki, 

«gerçək»  dövlət  öz  varlığı  ilə  pozitiv  hüququ  ifadə  edir.  Beləliklə, 

Kelzen hüquqla dövlətin eyniləşdirilməsi mövqeyindən çıxış edir. O, 

bizim  başa  düşdüyümüz  mənada  «hüquqi  dövlət»  anlayışını  inkar 

edir.  Kelzenə  görə,  «hüquqi  dövlət»  anlayışının  ifadə  etdiyi  dövlət 

məcburiyyəti  qaydasını  təbii  hüquq  nəzəriyyəsindən  çıxış  edərək 

«əsl»  hüquq  qaydası  hesab  etmək  həqiqətə  uyğun  deyil.  Çünki 

hüquq qaydası (həm hüquq, həm də dövlət kimi), özündə nə qədər 

özbaşınalığa yer versə də, yalnız pozitiv hüquqla ehtiva olunur. 

Müasir  nəzəriyyəçilərin  bir  çoxu  belə  hesab  edirlər  ki,  pozi- 

tivistlərin  mövqeyi  «hüquqi  dövlət»in  «qanunlar  dövləti»  və  ya 

«qanunçuluq  dövləti»  ilə  əvəz  olunmasına  gətirib  çıxarır.  Belə  olan 

təqdirdə  qanunların  obyektivliyini,  hüquqiliyini  müəyyənləşdirən, 

onları  özbaşınalıqdan  fərqləndirən  kriteriya  mövcud  olmur.  Belə  ki, 

hüquqi  dövlətdə  hüquqilik  kriteriyası  kimi  insanın  ayrılmaz  təbii 

hüquqları  çıxış  edir.  Pozitivistlər  isə  həmin  təbii  hüquqları  inkar 

etdiklərindən bu kriteriyadan məhrumdurlar. Dövlət tərəfindən qəbul 

olunan  qanunların  hüquqiliyini  müəyyənləşdirən  başqa  bir  kriteriya 

isə  təklif  olunmur.  Onlar  dövlət  iradəsinin  özünü  ən  yuxarı 

«instansiya» hesab edirlər. 

XIX  əsrin  ikinci  yarısı,  XX  əsrin  əvvəllərində  hüquqi  dövlət 

ideyası Çar Rusiyasında sürətlə inkişaf edən hüquq məktəbləri 



597 


ilqar Məmmədov 

nin nümayəndələri tərəfindən də ən mühüm hüquqi-nəzəri və praktiki 

problemiərdən  biri  kimi  təhlil  olunmuşdur.  S.A.Kotlya-  revski, 

B.N.Çiçerin,  N.N.Alekseyev,  P.İ.Novqorodsev,  N.M.Kor-  kunov, 

V.M.Gessen, Q.F.Şerşeneviç kimi tanınmış alimiərin əsəriərində öz 

əksini  tapan  hüquqi  dövlət  quruculuğunun  nəzəri  və  praktiki 

məsəiələrinə  dair  mütərəqqi  fikiriər  indi  də  öz  əhəmiyyətini 

itirməmişdir. 

P.İ.Novqorodsevin  fikrincə,  hüquq  mümkün  olmayan  cənnətin 

yer  üzərində  qurulması  inancına  deyii,  insanın  şərəf  və  ləyaqətinin 

yüksəkiiyinə,  mənəvi  borcun  labüdlüyünə  olan  rasional  inama 

əsaslanır.  Azadlıq  və  bərabərlik  sosial  ədalətin  təməiində  duran 

amillər  olduğundan  dövlətin  borcu  oniarı  pozitiviəşdirmək-  dən 

ibarətdir.  Novoqorodsev  pozitiv  hüququn  tənqid  edilməsi, 

yeniiəşməsi və təkmilləşməsində təbii hüququ mənəvi kriteriya kimi 

qəbul  edirdi.  İdealist  mövqedən  çıxış  edən  Novqorodsev,  hüquqi 

dövlətin  inkişafını  təbii  hüquqla  əlaqələndirsə  də,  təbii  hüququn 

pozitiv  hüquqdan  təcrid  edilməsinin,  pozitiv  hüquqdan  fərqlənən 

müstəqil hadisə kimi qəbul edilməsinin əleyhinə çıxırdı. 

Novqorodsev  yazırdı  ki.  təbii  hüquq  doktrinası  yeni  hüquqi 

formaların  yaradılması  tələbatına  bağlıdır.  Bu  tələbat  özündə 

insanların ideallarını və ümidlərini ifadə edir. Hüququn təkmiiləş- məsi 

də  həmin  ümidlərdən  və  ideallardan  irəli  gəlir.  «İdeal  quruluşlar 

yarada  bilməyən  cəmiyyət  ölü  cəmiyyət  olardı.  İdeal  quruluş 

obrazının  yaradılması  hər  dəfə  onu  göstərir  ki,  cəmiyyətdəki  ruh 

canlıdır, ondakı mənəvi hisslər və şüur hərəkətdədir, inkişaf edir. Bu 

cür  quruluş  obrazının  həmişə  hüquqla  əlaqəsi  olur.Təbii  hüquq 

konsepsiyası da hüquqda dəyişiiməyən və təbii olaraq mövcud olan 

əsasları  müəyyənləşdirməklə  həm  hüququn  tək-  milləşdirilməsinin 

praktiki tələbi kimi çıxış edir, həm də hüquqda özünə yer alan təbii 

əsasların nəzəri müşahidəsinin zəruri olduğunu göstərir».'' 

' О свободе. Антология мировой либеральной мысли (II половина XX 

века). М., 2000, 5. 602-603. 

598 



Dövlət və hüquq nəzəriyyəsi 

Elmi yaradıcılığının böyük bir hissəsini hüquqi dövlət quruculuğu 

məsələlərinin  araşdırılmasına  həsr  etmiş  V.M.Gessen  belə  hesab 

edirdi  ki,  dövlət  qanunverici  kimi  qəbul  etdiyi  hüquq  normalarını 

hökumət kimi özü üçün məcburi bildikdə hüquqi dövlət ola bilər. Hər 

bir  vətəndaş  qanunlara  necə  tabedirsə,  dövlət  də  öz  hökumətinin 

(icra  hakimiyyətinin)  timsalında  qanunlara  o  cür  tabedir.  Onun 

fikrincə,  «hüquqi  dövlət  öz  fəaliyyətini,  hökumət  və  məhkəmə 

funksiyalarını  həyata  keçirərkən  hüquqa  bağlıdır,  hüquqla 

məhdudlaşır, hüquqdan kənarda qalmır və ya onun üzərində durmur, 

ona tabe olur».'i 

V.M.Gessen  hüquqi  dövlətdə  qanunverici  hakimiyyətin 

digərlərinə  münasibətdə  daha  üstün  olduğunu  yazır.  Onun  fikrincə, 

qanunverici  hakimiyyətin  üstünlüyü  hökumətin  qanunlara  tabe 

olmasının  zəruri  şərtidir.  V.M.Gessen  hüquqi  dövləti  konstitusion 

dövlət kimi xarakterizə edir və bildirir ki, belə dövlətdə fərd hüququn 

subyekti,  «mütləq  dövlət»də  isə  hüququn  obyektidir.  Sonuncuda 

təbəə,  birincidə  isə vətəndaşdır və  vətəndaş  kimi də  ümumi  hüquq 

sahəsinə aid hüquqların və vəzifələrin subyektidir. 

Gessen  fərdin  azadlıq  sahəsinin  dövlət  tərəfindən  tanınmasını 

və bu sahəyə dövlətin müdaxiləsinə yol verilməməsini, hakimiyyətin 

üç  qola  bölünməsini,  hökumətin  və  məhkəmə  qərarlarının  hüquqla 

bağlılığını, idarəetmənin nümayəndəli formaya malik olmasını hüquqi 

dövlətin mühüm əlamətləri hesab edirdi. 

Q.V.Şerşeneviç  isə  idealizmdən  uzaq  idi.  İ.A.İsayevin  yazdığı 

kimi, Şerşeneviç hüquq problemlərini şərh edərkən formal- doqmatik 

mövqedən  çıxış  etməyə  üstünlük  vermişdir.  O,  hüquqi  dövlət 

quruculuğunun sosial və hüquqi əhəmiyyətini hakimiyyət orqanlarının 

səlahiyyətlərinin  dəqiq  müəyyənləşdirilməsində,  obyektiv  hüquq 

normaları vasitəsilə dövlət hakimiyyətindən irəli gələn özbaşınalığın 

ləğv 

edilməsində, 



hər 

kəs 


üçün 

azadlıq 


hüdudunun 

müəyyənləşməsində  görürdü.  Şerşeneviç  belə  hesab  edirdi  ki, 

ictimai rəyin, ictimaiyyətin dövlət hakimiyyətinə 

’Антология мировой правовой мысли в пяти томах В том. М., 

1999, 8. 

289.


 

599 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə