Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə195/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   191   192   193   194   195   196   197   198   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

insanların  yaratdığı  qanun  ədələtli,  yəni  təyinatına  uyğun  olduğu 

dərəcədə məcburidir». 1 

Foma  Akvinski  dövlətin  özünün  də  həmin  qanunla 

məhdudlaşmasını  zəruri  hesab  edir.  Buna  əsasən  də  o,  mütləq 

monarxiya  ilə  siyasi  monarxiyanı  bir-birindən  fərqləndirir.  Məşhur 

xristian teoloqunun fikrincə, mütləq monarxiyada deyil, məhz siyasi 

monarxiyada ümumi rifahın təmin edilməsi, insan şəxsiyyətinə, onun 

şərəf  və  ləyaqətinə  hörmət  göstərilməsi,  hakimiyyətin  özünün  də 

qanunlara uyğun şəkildə həyata keçirilməsi ilə bağlı tələblər monarx 

üçün  də  keçərlidir.  Antik  müəlliflər  kimi,  o  da  siyasi  monarxiyanı 

tiraniyaya (mütləq monarxiyaya) qarşı qoyur və xalqın kilsənin razılığı 

ilə tiraniyanı devirmək hüququna malik olduğunu qəbul edir. Müasir 

müəlliflər əsaslı olaraq belə bir nəticəyə gəlirlər ki, F.Akvinskinin bu 

fikri  özündə  müəyyən  dərəcədə  xalqın  suverenliyi  ideyasını  əks 

etdirir. 

Roma hüququ ilə yaxından təmasda olan Orta əsrlər dövrünün 

hüquqşünasları  da  dövlətin  təbii  hüquq  ideyası  əsasında  şərh 

edilməsinə  öz  töhfələrini  vermişlər.  Bu  məsələdə  Qərbi  Avropa 

ölkələrində  hüquqi  hadisəyə  çevrilmiş  Roma  hüququnun 

resepsiyasının, postqlossatorların yaradıcılığının rolu az olmamışdır. 

Məsələn, Raymund Lulliy (1234-1315) postqlossatorlar məktəbi üçün 

mühüm  hesab  etdiyi  bir  prinsipi  belə  ifadə  edir:  «təbii  hüququ 

sillogizmə reduksiya etmək», «pozitiv hüququ təbii hüquqa reduksiya 

etmək və onunla uyğunlaşdırmaq». Onun fikrincə, hüquqşünas yazılı 

qanunun  ədalətli  olub-olmadığını  müəyyənləşdirməlidir.  Əgər 

ədalətlidirsə,  ondan  düzgün  nəticə  çıxarmalıdır,  yox  əgər  onda 

yalnışlıq  varsa,  yəni  ədalətli  deyilsə,  həmin  qanundan  istifadə 

etməməlidir. Başqa bir hüquqşünas, Baldus isə deyirdi ki, təbii hüquq 

prinsipiatdan, hökmdarın hakimiyyətindən güciüdür.2 

' Жильсон Этьен. 

Избранное: Том l.Томизм. Введение в философию 

СВ. 

Фомы Аквинского. Москва-Санкт-Петербург, 2000, 



S.333-334.

 

2  Проблемы  обшей  теории  права  и  государства. 



Под  общей 

редащией проф. Нерсесянца В.С.

 S. 

665-661. 



585 


ilqar Məmmədov 

Avropada  XV  əsrdən  başlayan  İntibah  dövrünün  doğurduğu 

humanizm  ideyası  hüquq  düşüncəsinin  gələcək  inkişafında 

əhəmiyyətli rol oynamışdır. Lyuterin başladığı reformasiyanın özü də, 

son  nəticədə,  dini  ehkamların  inkar  edilməsinə  və  hadisələrin  dərk 

edilməsində elmi yanaşmanın əsas götürülməsinə gətirib çıxarmışdır. 

Əgər  əvvəllər  təbii  hüquq  Tanrı  tərəfindən  müəyyənləşmiş  qayda 

kimi  qəbul  edilirdisə,  artıq  İntibah  dövründən  başlayaraq  təbii 

hüququn rasional xarakterinə xüsusi əhəmiyyət verilirdi. 

XVII əsrdə təbii hüquq nəzəriyyəsinin ən ardıcıl tərəfdarlarından 

biri  olan  H.  Qrotsi  (1583-1645)  bildirirdi  ki,  təbii  hüquq  Tanrının 

iradəsi ilə yaradılıb-yaradılmamasından asılı olmayaraq, həyatda öz 

tətbiqini  tapan  müstəqil  bir  hadisədir;  elə  bir  hadisə  ki,  şüurla  dərk 

edilir  və  özü  ilə  şüurlu  bir  qayda  yaradır.  Qrotsiyə  görə, 

hüquqşünaslığın predmeti hüquq və ədalətdir. Hüquq deyərkən də o, 

təbii 


hüququ 

nəzərdə 


tuturdu. 

O, 


sxolastik 

fəlsəfənin 

nümayəndələrindən  fərqli  olaraq,  hesab  edirdi  ki,  şüurla  şərtlənən 

dəyişilməz təbii hüquq yarandıqdan sonra, hətta. Tanrının özündən 

asılı  olmayan  bir  hadisəyə  çevrilmişdir.  Həm  dövlətdaxili  (dövlətin 

müəyyənləşdirdiyi)  hüquq,  həm  də  beynəlxalq  hüquq  son  nəticədə 

təbii  hüquqa  əsaslanır.  Dövlətin  özünün  mövcudluğu  da  bu  əsasa 

bağlıdır.  Qrotsinin  fikrincə,  dövlət  hüququn  həyata  keçirilməsi  və 

ümumi  mənafeyin  təmin  olunması  üçün  azad  insanlar  arasında 

bağlanan ən təkmil müqavilədir. 

Həmin  dövrdə  tədricən  belə  bir  ideya  da  geniş  yayılmağa 

başlamışdır  ki,  insan  təbii  vəziyyətdə  (ibtidai  dövrdə)  müəyyən 

hüquqlara malik olmuş və dövlət (vətəndaş cəmiyyəti) yarandıqdan 

sonra  vətəndaşlıq  statusunu  həmin  hüquqlar  müəyyənləşdirmişdir. 

Özü  də  ki,  həmin  hüquqlar  təbii  hüquqdan  irəli  gələn  və  onun 

müdafiəsi  altında  olan  hüquqlardır.  Bu  ideyanın  inkişafında  İngilis 

filosofu C.Lokkun böyük rolu olmuşdur. 

C.Lokkun  fikrincə,  dövlət  öz  əsas  məqsədinə  nail  olmaq  üçün 

onu  təşkil  edən  insanlardan  özü  üçün  zəruri  olan  hakimiyyət 

səlahiyyətini  alır.  Dövlətin  ali  məqsədi  isə,  hər  kəsin  vətəndaşlıq 

maraqlarını-həyatını, mülkiyyətini, sağlamlığını və azadlı- 

586 



Dövlət və hüquq nəzəriyyəsi 

ğını  müdafiə  etməkdən  ibarətdir.  C.Lokk  yazır:  «Bütün  insanlar 

təbiətləri etibarilə azad, barabər və müstəqil olduğu üçün heç kəs öz 

şəxsi  razılığı  olmadan  bu  vəziyyətdən  çıxardılıb  başqasının  siyasi 

hakimiyyətinə  tabe  etdirilə  bilməz.  İnsanın  öz  təbii  vəziyyətindən 

imtina edərək vətəndaş cəmiyyətinin buxovlarını geyməsinin yeganə 

yolu,  sakitcə  öz  mülkiyyətindən  istifadə  edib  sülh  və  əmin-amanlıq 

içində  yaşaya  bilməsi  üçün  təhlükəsiz  şəraitdə  başqaları  ilə  bir 

cəmiyyətdə  birləşmək  müqaviləsidir.  Bu,  cəmiyyətin  üzvü  olmayan 

istənilən  şəxsin  vəziyyətindən  daha  yaxşıdır.  (...)  Müəyyən  sayda 

insan  bu  yolla  birlik  və  dövlət  yaratmaq  üçün,  razılıq  əldə  etməklə 

vahid siyasi orqanizm təşkil edirlər...»"' İnsanın təbii vəziyyətdə malik 

olduğu  mütləq  azadlıqdan  imtina  etməsi,  belə  vəziyyətdə  hamının 

bir-biri  üçün  təhlükəyə  çevrilməsi  və  mütləq  azadlıq  şəraitinin 

etibarsız  olması  ilə  bağlıdır.  İnsanların  müqavilə  əsasında  dövlət 

yaratması, onların öz həyatlarını, azadlıqlarını və mülkiyyətlərini birgə 

müdafiə etmək üçündür. Təbii vəziyyətdə bunu təmin edə biləcək bir 

çox şey çatışmır: 

Onlardan  birincisi,  hamının  razılığı  ilə  ədalət  norması  hesab 

edilən  və  insanlar  arasında  baş  verən  mübahisələri  həll  edən 

qanunun olmamasıdır. 

İkincisi,  müəyyənləşmiş  qanunlar  əsasında  cəmiyyətdə 

yaranmış  çətinlikləri,  münaqişələri  həll  etmək  hüququna  malik  olan 

qərəzsiz hakimin olmamasıdır. 

Üçüncüsü  isə,  ədalətli  qərarı  dəstəkləyən  və  onu  icra  edən 

gücün olmamasıdır. 

Con  Lokk  hesab  edir  ki,  bütün  bunlara  görə,  insanlar  təbii 

vəziyyətdən  çıxaraq  vətəndaş  cəmiyyəti  formalaşdırmağa  meylli 

olmuşlar.  Bu  prosesin  özü  isə  təbii  şəkildə,  yəni  hadisələrin  təbii 

axarında baş vermişdir. Həmin prosesin gedişində formalaşan siyasi 

orqanizmin  «və  ya  insanların  yaratdığı  qanunverici  orqanın 

hakimiyyəti ümumi rifahın təmin edilməsi üçün zəruri olandan kənara 

çıxa bilməz.(...) İstənilən dövlətdə qanunverici və ya 

'Локк Джон. 

Сочинения в трех томах. Том 3. М., 1988, s.317. 

587 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə