Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə196/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   192   193   194   195   196   197   198   199   ...   205

ilqar Məmmədov 

ali  hakimiyyətə  kimin  sahib  olmasından  asılı  olmayaraq,  o, 

hakimiyyəti  improvizə  olunmuş  qərarlar  vasitəsilə  deyil,  xalq 

tərəfindən elan edilən və xalqın özünə məlum olan sabit qanunlara 

uyğun, mübahisələri həmin qanunlar vasitəsilə həll edən qərəzsiz və 

ədalətli hakimlərin köməyi ilə həyata keçirməli və ölkə daxilində gücü 

yalnız  həmin  qanunları  həyata  keçirərkən,  xaricdə  isə  ölkəyə  dəyə 

biləcək zərərin qarşısını almaq, vurulmuş zərərin ödənilməsini təmin 

etmək və onu işğallardan qorumaq üçün tətbiq etməlidir».'' 

C.Lokkun «yaratdığı» dövlətdə qanunlar insanların ayrılmaz təbii 

hüquqlarını və azadlıqlarını tanıyır, dövlət hakimiyyəti isə qanunverici, 

məhkəmə  və  federativ  hakimiyyətlərə  bölünür.  O,  bu  cür  dövlət 

hakimiyyətini despotik hakimiyyətin antipodu hesab edir. Hakimiyyət 

qeyri-qanuni olduqda isə xalqın onu devirmək hüququ yaranır. 

Klassik liberalizmin bir çox müddəaları, məhz C.Lokk tərəfindən 

inkişaf  etdirilmişdir.  Onun  fikrincə,  qanunun  yüksək  nüfuza  malik 

olmasının səbəbi insan azadlığının təmin edilməsinin, fərdin müxtəlif 

özbaşınalıqlardan qorunmasının həlledici vasitəsi olması ilə bağlıdır. 

Şəxsiyyət azadlığı qanunun qadağan etmədiyi bütün hallarda fərdin 

öz  hüquqlarına  uyğun  qaydada  fəaliyyət  göstərməsi  və  başqasının 

iradəsindən  asılı  olmamasından  ibarətdir.  Fərdin  öz  istəyinə  və 

iradəsinə uyğun fəaliyyət göstərə bilmək azadlığı başqalarının maraq 

və  mənafelərinin  nəzərə  alınması  qaydasında  reallaşmalı  və 

bütövlükdə  siyasi  orqanizmin  ayrılmaz  dəyərlərindən  biri  kimi  çıxış 

etməlidir. Azadlığın təmin edilməsi isə məhz dövlət tərəfindən təmin 

edilən  və  hakimiyyətin  özünün  fəaliyyətini  idarə  edən  qanunlar 

vasitəsi ilə mümkündür. Qanun olmayan yerdə azadlıq da ola bilməz. 

Fransız filosofu və hüquqşünası Ş.L.Monteskye hakimiyyətdən 

sui-istifadə  hallarının  və  onun  qəsb  edilmə  imkanının  aradan 

qaldırılması  üçün  dövlət  hakimiyyətinin  müxtəlif  qollara  ayrılmasını 

zəruri hesab edirdi. O, C.Lokkdan fərqli olaraq, hakimiyyətin 

' Локк Джон. 

Сочинения в трех томах. Том 3. S. 337. 

588 



Dövlət və hüquq nəzəriyyəsi 

iki  yox,  üç  müstəqil  qolunun  fəaliyyətinə  ehtiyac  görürdü.  Mon- 

teskyeyə  görə,  hakimiyyətlərin  bölünməsi  və  hakimiyyətin  müxtəlif 

qollarının  qarşılıqlı  olaraq  bir-birini  qanunsuzluqlardan  çəkindirməsi 

siyasi  azadlığın  əsas  şərtidir.  Bunun  üçün,  həm  də  elə  bir  dövlət 

quruluşu  gərəkdir  ki,  burada  heç  kim  başqasını  qanunun  icazə 

vermədiyi  hərəkətləri  etməyə  məcbur  edə  bilməsin,  eyni  zamanda, 

qanunun icazə verdiyini etməkdən də çəkindirməsin.'' 

Monteskye  hesab  edirdi  ki,  insan  azadlığı  qanunlardan  və 

hakimiyyətin  müvafiq  qaydada  təşkilindən  asılıdır.  Hakimiyyətin  üç 

qola ayrılaraq təşkil olunması insanlarda öz təhlükəsizliklərinə inam 

yaradır  və  beləliklə,  İnsan  hakimiyyətdən  qorxmadan  yaşaya  bilir. 

Belə şəraitdə insanlar qanunların icazə verdiyi hər bir hərəkəti edə 

bilmək  hüququ  əldə  edir  ki,  bu  da  insanın  azad  olması  deməkdir. 

Cəmiyyətdə  insanın  azadlığını  təmin  edən  qanunların  əsasında  isə 

insanın ayrılmaz, təbii hüquqları durur. 

Müasir  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  Monteskye  liberal 

görüşlərin,  dəyərlərin  hakimiyyətlərin  bölünməsi  mexanizmi  ilə 

əlaqəsinin konstitusion qaydada möhkəmləndirilməsi ideyasını daha 

əsaslı şəkildə şərh edə bilmişdir. 

XVII-XVIII  əsrlərdə  siyasi-hüquqi  fikrin  inkişafı  ictimai-siyasi 

proseslərə  təsir  göstərərək  ictimai  şüurda  təbii  hüququn 

hökmdarların  hakimiyyətini,  dövlət  hakimiyyətini  məhdudlaşdıran 

demokratik  hüquqların  mənbəyi  kimi  qəbul  edilməsinə  səbəb 

olmuşdur.  Konstitusionalizminin  İnkişafında  da  həmin  tendensiya 

mühüm rol oynamışdır. Məsələn, Amerikada Cənubi Karolina ştatının 

birinci  konstitusiyasını  C.Lokkun  özü  hazırlamışdır.  Lakin  sonradan 

ABŞ-ın  konstitusiyası  hazırlanarkən  hakimiyyətlərin  bölünməsi 

məsələsində  Monteskyenin  daha  mükəmməl  olan  nəzəriyyəsinə 

üstünlük verilmişdir. Fransada 1791 və 1795-ci illərdə qəbul edilən 

konstitusiyalarda da təbii hüqüq nəzəriyyəsinin əsas müddəaları əks 

olunmuşdur. 



MoKTecKte III.JI. H36paıınbie npoH3BeaeHH5i. M., 1955, s.289. 

589 


ilqar Məmmədov 

Hüquq  fəlsəfəsi  üzrə  tanınmış  mütəxəssis,  Böyük  Britaniya 

Parlamentində Lordlar Palatasının üzvü Dennis Lloyd yazır ki, ABŞ 

konstitusiyası  əhəmiyyətli  dərəcədə  təbii  hüquqa  əsaslanan 

sənəddir.  Həmin  konstitusiya  müasir  dünya  üçün  miras  qoyulmuş 

təbii  hüququn  mühüm  bir  hissəsini  özündə  əks  etdirmişdir.  «ABŞ 

konstitusiyası qanunu qırılmaz şəkildə hüquq və azadlıqlar anlayışı ilə 

bağlamaqdan əlavə, dünyəvi hüquq tərəfindən müəyyənləşən digər 

hüqüq  və  vəzifələr  kimi,  təbii  hüququn  qanunla  təmin  edilərək 

məhkəmə  müdafiəsinin  predmeti  ola  bilməsi  ideyasını  da 

möhkəmlətdi.  Bundan  əlavə,  həmin  hüquqlar  Konstitusiyada 

yazıldığına  görə,  onlara  xüsusi  üstünlük  verildi  və  bu  da 

məhkəmələrə  imkan  verdi  ki,  həmin  hüquqlarla  istənilən  digər 

qanunlar  və  hüquqi  aktlar  arasında  konflikt  baş  verdikdə  onları  ali 

qüvvəyə malik olan normalar kimi qiymətləndirsin. Beləliklə, tarixdə 

ilk  dəfə  olaraq  elə  bir  mexanizm  yaradıldı  ki,  onun  vasitəsilə  təbii 

hüquqlar  hüquq  sisteminə  daxil  edilərək  qanuni  və  riayət  olunması 

vacib olan hüquqlar kimi tanındı».'' 

Humanist  ideyaların,  təbii  hüquq  nəzəriyyəsinin,  liberalizm 

konsepsiyasının  təsiri  altında  XVIII-XIX  əsrlərdə  sürətlə  dəyişən 

ictimai-siyasi  şəraitdə  şəxsiyyət  azadlığı,  formal  hüquqi  bərabərlik, 

mülkiyyətin  toxunulmazlığı  və  s.  məsələlər  ön  plana  çəkilmiş  və 

«hüquqi dövlət» nəzəri və praktiki problem kimi alman filosoflarının, 

hüquqşünaslarının 

tədqiqat 

obyektinə 

çevrilmişdir. 

Müasir 


tədqiqatçıların  fikrincə,  hüquqi  dövlətin  fəlsəfi  əsasları  müfəssəl 

şəkildə ilk dəfə məhz alman filosofu İ.Kant tərəfindən açıqlanmışdır. 

İ.Kantın  verdiyi  layihəyə  görə,  dövlət  idarəetməsi  elə  təşkil 

olunmalıdır  ki,  xalqın  tabeçiliyinin  təmin  edilməsinə  yönələn  həmin 

idarəetmənin  bütün  empirik  formalarını  azadlığı  əsas  prinsip  kimi 

ehtiva  edən  rasional  bir  forma  əvəz  edə  bilsin.  Belə  bir  forma, 

qanunun  heç  nədən  asılı  olmadan  cəmiyyətin  bütün  üzvlərini,  o 

cümlədən  dövləti  özünə  tabe  etməsinə  imkan  verən 

hüquqi  dövlət 

quruluşunun

 əsası kimi çıxış edir. Kant «hüququn 

Ллойд Деннис. Идея права. S.96. 



590 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə