Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə192/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   188   189   190   191   192   193   194   195   ...   205

ilqar Məmmədov 

yətdə,  sivilizasiyada  meydana  gələ  bilərdi.  Həmin  sosio-mədəni, 

intellektual  mühit  qədim  yunanlar  və  romalılar  tərəfindən 

yaradılmışdır. Məhz buna görə də, müasir tədqiqatçılar, o cümlədən, 

dövlət və hüquq nəzəriyyəçiləri hüquqi dövlət ideyasının mənbəyini 

qədim  yunanların  və  romalıların  siyasi-hüquqi  görüşləri  və  həmin 

xalqların  siyasi-hüquqi  təcrübəsi  ilə  bağlayırlar.  Hüquqi  dövlətin 

müasir  tədqiqatçılarından  biri  kimi  tanınan  A.N.Sokolov  yazır: 

«Dövləti 

konstitusiya 

və 

hüquqi 


qanunlar 

çərçivəsində 

məhdudlaşdıran hüquqi dövlət anlayışı, bir proqram kimi XVIII əsrlə 

XIX  əsr  arasında  yaranmışdır,  ideya  və  institutların  yaranması  isə 

Avropa və german hüququnun inkişafının dərin qatlarına gedib çıxır. 

Həmin  ideya  və  institutlar  dövlətin,  hüququn  köməyindən  istifadə 

etməklə təminat verdiyi asayişin yaradılmasına yönəlmişdir. Hüquqi 

dövlətin  mənbəyini  tapmaq  üçün  Sokratın,  Platonun,  Aristotelin, 

Siseronun fikirlərindən başlamaq olar».'' 

Qeyd  etdiyimiz  kimi,  hakimiyyət  tərəfindən  həyata  keçirilən 

fəaliyyətin  ədalətli  olmasının  zəruriliyi  barədə  ideyalar  qədim 

dövrlərdən meydana gəlmişdir. Sonradan hüquq və dövlət haqqında 

təsəvvürlərin  inkişaf  etməsi,  dərinləşməsi  nəticəsində  öz 

fəaliyyətində ümumi maraqlara əsaslanan, hüquqla məhdudlaşan və 

özü  də  qanunlara  tabe  ola  bilən  dövlət  ideyası  inkişaf  etmişdir. 

Dövlətin  işlərində  qanunların  ağalıq  etməsinin  zəruriliyini  Qədim 

Yunanıstanın «yeddi müdrik» adlandırılan filosofları, dövlət xadimləri, 

o  cümlədən,  başqa  filosoflar  dönə-dönə  vurğu-  layırdılar.  Biantın, 

Pittakın,  Xilonun,  Solonun  və  digər  müdriklərin  fikrincə,  qanunlara 

riayət  etmək  düzgün  qurulmuş  dövlətin  (polisin)  səciyyəvi 

xüsusiyyətlərindəndir. Məsələn, Biant hesab edirdi ki, ən yaxşı dövlət 

quruluşu  insanların  qanunlardan,  tiranlardan  qorxduğu  kimi 

qorxmasını  təmin  edən  hakimiyyət  formasının  mövcud  olmasından 

irəli gəlir. Spartalı Xilona görə, ən yaxşı dövlət o dövlətdir ki, orada 

insanlar natiqlərdən və dema- 

' Соколов А.Н. Правовое государство: от идеи до ее материализации. 

Калининград, 2002, з. 9. 

576 



Dövlət və hüquq nəzəriyyəsi 

qoqlardan  çox  qanunlara  qulaq  asırlar.  O,  öz  həmvətənlərinə 

müraciət  edərək  deyirdi:  «Qanunlara  tabe  olun!».  Filosof  Herak-  lit 

hesab  edirdi  ki,  xalq  öz  doğma  divarları  uğrunda  döyüşdüyü  kimi, 

qanun  uğrunda  da  döyüşməlidir.  Pifaqor  isə  öyrədirdi  ki,  tanrıdan 

sonra valideynlərə və qanunlara qulaq asmaq, onlara inanaraq tabe 

olmaq lazımdır. 

Onlardan  bəziləri,  yəni  qanunvericilik  işində  və  dövlət 

hakimiyyətinin  həyata  keçirilməsində  iştirak  edən  müdriklər  öz 

siyasi-hüquqi  ideallarının  reallaşması  üçün  böyük  işlər  görmüşdür. 

Afinada  demokratiyanın  möhkəm  əsaslarını  qoymuş  məşhur  dövlət 

xadimi  və  qanunverici  Solon  cəmiyyətin  qanunlar  vasitəsilə  inkişaf 

etdirilməsinin,  sosial  ədalətin  və  kompromisin  bərqərar  edilməsinin 

əyani  praktikasını  yaratmışdır.  O,  özü  də  bildirirdi  ki,  islahatlan 

«qanunların hakimiyyəti» vasitəsilə, gücü hüquqla birləşdirmək yolu 

ilə  həyata  keçirə  bilmişdir.  Solon  İslahatlarının,  onun  fəaliyyəti 

nəticəsində  məqsədyönlü  şəkildə  qəbul  edilən  qanunların  Afinanın 

sonrakı inkişafında nə qədər mühüm rol oynadığını nəzərə çatdırmaq 

üçün  Aristotel  yazırdı  ki,  Afinada  demokratiya  məhz  Solon 

islahatlarından başlamışdır. 

Qədim  Yunanıstanda  qanunvericilik  qaydasında  siyasi-hüquqi 

islahatların  aparılması  təcrübəsinin  inkişaf  etdirilməsi,  hüquq 

barəsində sekulyar, yəni dünyəvi təsəvvürlərin təkmilləşməsi və onun 

inkişafının  insanın  intellektual  imkanları  ilə  əlaqələndirilməsi 

hüquqyaradıcılığını məqsədyönlü şəkildə həyata keçirməklə dövlətin 

qanunlara  tabe  edilməsi  düşüncəsini  yaratmışdır.  İctimai-siyasi 

qaydanın,  hüquq  qaydasının  fəlsəfi  görüşlərdən  çıxış  edərək 

dəyişdirilməsi,  inkişaf  etdirilməsi  qədim  yunan  filosoflarının  əsas 

tələblərindən  biri  idi.  Filosoflar  ədalətli  qanunların  yaradılmasında 

əsas  yeri  dövlətə  ayırırdılar.  Müasir  ingilis  filosofu  Bertran  Rassel 

yazır  ki,  yunanlara  xas  olan  xüsusi  bir  keyfiyyət  onların  qanuna 

bəslədikləri  münasibətdə  özünü  göstərir.  «Bu  baxımdan,  onlar  öz 

fərdiliyi  İlə  seçilir  və  Asiyada  yaşayan  müasirlərindən  çox 

fərqlənirdilər. Orada belə hesab olunurdu ki, hökmdarın hakimiyyəti 

tanrı tərəfindən verilən qanunlara əsaslanır, yunanlar İsə belə hesab 

edirdilər ki, qanunlar insanlar 



577 


ilqar Məmmədov 

tərəfindən  onların  özü  üçün  yaradılır.  Əgər  qanun  dövrün  ruhuna 

uyğun gəlmirdisə, ümumi razılığa əsasən o dəyişdirilə bilərdi. Lakin 

nə  qədər  ki,  onun  üzərində  ümumi  sanksiya  var,  hamı  ona  tabe 

olmalı  idi.  Sokratın  Afina  məhkəməsi  tərəfindən  onun  barəsində 

çıxarılan  ölüm  hökmünün  icrasından  yayınmaqdan  imtina  etməsi 

qanuna  bəslənən  belə  bir  hörmətin  klassik  nümunəsidir».'' 

Qanunlara bəslənən bu cür münasibətin bir nümunəsi də Afinanın 18 

yaşına  çatmış  gənclərinin  vətəndaş  andıdır.  Bu  andda  belə  deyilir: 

«Mən  hakimiyyətin  göstərişlərinə  qulaq  asacaq,  mövcud  olan 

qanunlara,  həmçinin  də  xalqın  müəyyənləşdirdiyi  yeni  qanunlara 

tabe  olacağam.  Əgər  kimsə  bu  qanunları  dəyişmək  istəsə,  yaxud 

onlara tabe olmasa, mən buna imkan verməyəcəm, qanunları tək və 

həm də hamı ilə birlikdə müdafiə edəcəyəm».2 

Qədim  Yunanıstanda  dövlət  və  hüquq  haqqında  nəzəri  fikirlər 

dövlətin  və  qanunların  obyektiv  əsaslarının  müəyyənləşməsi 

istiqamətində inkişaf etmiş və bu prosesin gedişində də təbii hüquq 

ideyası  meydana  gəlmişdir.  Təbii  hüquq  ideyası  qanunlarda  şüurlu 

və təbii başlanğıcın olmasını ehtiva edən bir ideya idi. 

Heraklit  polisi  (şəhər  dövləti)  və  onun  qanunlarını  kosmik 

qaydanın bir təzahürü hesab edirdi. Qnun fikrincə, ədalət, qanunlar 

və  s.  haqqında  biliklər  ümumilikdə  dünya,  kosmos  barəsində  olan 

biliyin tərkib hissəsidir. 

Dövlətin və hüququn hansısa təbii başlanğıcla şərtlənməsi fikri, 

hətta  Demokritin  nəzəri  görüşlərində  də  özünə  yer  almışdı.  Qnun 

fikrincə,  dövlət  və  hüquq  (pozitiv  hüquq)  sonradan  yaradılan  süni 

hadisələrdir,  lakin  onların  özünün  təbii  əsası  var.  Demokrit  hesab 

edirdi  ki,  hadisələrin  təbiətə,  təbii  əsasa  uyğun  olması  siyasətdə, 

qanunvericilikdə, etika sahəsində ədalətin kri- teriyası kimi çıxış edir. 

Q yazırdı: «...ədalətsizlik, ədalətli olmayan şey təbiətə ziddir». 

' Рассел Бертран. 

Мудрость Запада. M., I998, s. 64. 2 

Аристотель. 

Афинская полития. М., 1996, s. 42. 

578 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə