Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə191/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   187   188   189   190   191   192   193   194   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Yerli 


özünüidarəetmə 

orqanları 

hakimiyyətdən, 

dövlət 


orqanlarından  asılı  deyil.  Onlar  yerli  əhali  tərəfindən  demokratik 

qaydalara  uyğun  təşkil  olunur  və  fəaliyyət  göstərir.  Onların 

fəaliyyətinə nəzarət də yerli əhali tərəfindən həyata keçirilir. Lakin bu, 

o  demək  deyil  ki,  yerli  özünüidarəetmə  orqanları  tamamilə  dövlətin 

nəzarətindən  kənardadır.  Dövlət  yerli  özünüidarəetmə  orqanları 

üzərində  nəzarəti  yalnız  konstitusiyada  və  müvafiq  qanunvericilik 

aktlarında  nəzərdə  tutulan  hallarda  həyata  keçirə  bilər.  Bu  nazərət 

qanunçuluğun  təmin  edilməsi,  hüquq  pozuntularının  qarşısının 

alınması ilə bağlıdır. 

Dövlətlə yerli özünüidarəetmə orqanları arasındakı əlaqələrin ən 

mühüm  tərəfi  yerli  hakimiyyət  orqanları  ilə  yerli  özünüidarəetmə 

orqanlarının əlaqəsidir. Yerli hakimiyyət orqanları dövlət hakimiyyətini 

yerlərdə  həyata  keçirən  və  mərkəzə  tabe  olan  orqanlardır.  Həmin 

orqanlar  mərkəzdən  təşkil  olunur.  Onların  fəaliyyəti  də  mərkəzdən 

tənzimlənir.  Bəzi  ölkələrdə  ərazi  bölgüsünün  hər  bir  pilləsində  yerli 

özünüidarəetmə  orqanları  təşkil  olunur  və  onlara  geniş  müstəqillik 

verilir. Bir qism ölkələrdə isə yerli özünüidarəetmə ilə yerlərdə dövlət 

idarəetməsi  çuğlaşır,  onların  hər  ikisinə  yer  ayrılır  və  yerli 

özünüidarəetmə  orqanlarının  müstəqilliyi,  səlahiyyətləri  dövlət 

idarəetmə 

orqanlarına 

verilən 


səlahiyyətlər 

hesabına 

məhdudlaşdırılır. 

Dövlət  və  dini  institutlar  (kilsə,  məscid  və  s.).  Dövlətlə  mühüm 

dini  institutların,  yəni  kilsənin,  məscidin  və  s.  əlaqəsi  də  siyasi 

sistemdə dövlətin yeri və rolu üçün mühüm əhəmiyyət kəsb edir. Bu 

institutların  dövlətlə  əlaqəsinin  xarakterindən  asılı  olaraq  tarixdə 

teokratik, klerikal və dünyəvi siyasi sistemlər formalaşmışdır. 

Uzun  müddət  dini  institutlar  və  təşkilatlar  (məbədlər,  kilsə, 

məscid)  siyasi  sistemin 

əsas 

subyektlərindən 



olmuşdur. 

A.B.Vengerov  yazır  ki,  miladdan  əvvəl  mövcud  olan  şəhər- 

dövlətlərdə idarəetmə üç mərkəzdən-şəhər icmasından, saraydan və 

məbəddən  ibarət  idi.  Ənənəvi  dövlətlərdə  (ifadə  A.B.Vengerova 

məxsusdur)  isə  dini  təşkilatlar  mövcud  rejimin  əsas  dayaqlarından 

biri  olmaqla  həyatın  bütün  sahələrinə,  o  cümlədən,  siyasi 

münasibətlərə mühüm təsir göstərirdi. 

573 



ilqar Məmmədov 

Tarixdən  bizə  məlumdur  ki,  orta  əsrlərdə  Qərb  və  Şərq 

ölkələrində  dini  institutlar  və  təşkilatlar  siyasi  sistemin  əsas 

elementlərindən  biri  kimi  çıxış  etmiş  və  dövlət  siyasətinin 

müəyyənləşməsinə yaxından təsir göstərmişdir. 

Müasir dövlətlərin çoxu dünyəvi dövlətlərdir. Bu, o deməkdir ki, 

dini təşkilatlar dövlətin, dövlət isə onların fəaliyyətinə qarışmır. Lakin 

bu halda dini təşkilatlar tam şəkildə müstəqil deyil, onların fəaliyyəti 

dövlətin müəyyənləşdirdiyi hüquq normalarına uyğun tənzimlənir və 

məhdudlaşdırılır.  Lakin  bütün  bunlara  baxmayaraq,  dünyəvi 

dövlətlərdə  də  dini  təşkilatlar  müəyyən  dərəcədə  cəmiyyətin  siyasi 

həyatında  iştirak  etmək  imkanına  malikdir.  Məsələn,  AFR-də  kilsə 

dövlət  tədbirlərində  iştirak  edir,  müəyyən  səviyyədə  onlar  birgə 

aksiyalar da keçirir. 

Dünyəvi dövlətin tam əksi teokratik dövlətdir. Teokratik dövlətdə 

dünyəvi və dini hakimiyyət bir mərkəzdə birləşir və dini başçı (rəhbər) 

həm  də  dövlət  başçısı  olur.  Hal-hazırda  teokratik  dövlət  nadir 

hadisədir. Məsələn, Vatikan teokratik dövlətdir. 

Teokratik dövlətlə dünyəvi dövlət arasında klerikal dövlət durur. 

Klerikal dövlətlərdə dini təşkilatlar dövlətlə tam şəkildə birləşməsələr 

də,  bu  təşkilatlar  qanunvericiliklə  müəyyən  edilmiş  institutlar 

vasitəsilə  mütəmadi  şəkildə  dövlət  siyasətinə  təsir  göstərir. 

Hal-hazırda Böyük Britaniya, İsrail, İran İslam Respublikası, bir sıra 

başqa islam dövlətləri klerikal dövlətlərdir. 

Beləliklə,  biz  müəyyənləşdirdik  ki,  cəmiyyətin  siyasi  sistemi 

dövlətin və digər sosial elementlərin üzvi birliyini təşkil edir. Həmin 

elementlər  müəyyən  siyasi  funksiyalar  həyata  keçirir  və  öz 

maraqlarının  hakimiyyət  səviyyəsində  ödənilməsinə,  təmin 

edilməsinə  can  atırlar.  Bununla  bərabər,  siyasi  sistem  həmin 

elementləri  cəmiyyətdə  hakim  olan  ideyalar,  dəyərlər  və  ideallar 

ətrafında birləşdirir. Siyasi sistemin əsas elementi olan dövlət isə öz 

funksiyalarını  digər  elementlərlə,  institutlarla  əlaqəli  şəkildə  həyata 

keçirir.  Bu  əlaqələrin  xarakterindən  asılı  olaraq  da  müxtəlif  rejimlər 

meydana gəlir. 



574 


Dövlət və hüquq nəzəriyyəsi 

MÖVZU:

 HUQUQI DÖVLƏT 

§ 1.HÜQUQİ DÖVLƏT İDEYASININ YARANMASI 

VƏ İNKİŞAFI 

Cəmiyyətdə  ədalətin  bərqərar  edilməsi,  insanların  rifah  içində 

yaşaması  üçün  dövlət  tərəfindən  müvafiq  şəraitin  yaradılması, 

hakimiyyətin  özbaşınalığa  deyil,  ədalətli  qanunlara  əsaslanması 

problemi hələ qədim dövrlərdən insanları maraqlandıran ən mühüm 

məsələlərdən  biri  olmuşdur.  Dövlətin  yaranmasından  sonra  bu 

məsələ  ilə  bağlı  hər  bir  cəmiyyətin  özünün  sosio-mə-  dəni  inkişaf 

xüsusiyyətlərinə uyğun fəlsəfi və siyasi-hüquqi ideyalar formalaşmış, 

hakimiyyət  və  fərd,  dövlət  və  cəmiyyət  arasındakı  münasibətlərin 

necə  olması  barədə  müxtəlif  təlimlər  meydana  gəlmişdir.  Bu 

təlimlərin  əksəriyyəti  birgəyaşayışın  ədalətli  əsaslar  üzərində 

qurulması  üçün  aparılan  gərgin  axtarışlardan,  ruhi-mənəvi, 

ictimai-siyasi planda baş verən yaradıcı mübarizədən irəli gəlirdi. 

Həmin  məsələyə  həsr  edilən  bütün  təlimləri  hüquqi  dövlət 

ideyası ilə bağlamaq təbii ki, yanlışlıq olardı. Onlardan yalnız bir qismi 

hüquqi dövlətlə bağlı olan müəyyən ideyaları özündə əks etdirmişdir. 

Bunun bir neçə səbəbi var. Həmin səbəblərdən ən başlıcası müvafiq 

sosio-mədəni  mühitin,  siyasi-hüquqi  təsəvvürlərin  və  ideyaların 

mövcud olması ilə bağlıdır. Odur ki, hüquqi dövlət ideyasını doğura 

biləcək düşüncə tərzi istənilən cəmiyyətdə, sivilizasiyada deyil, yalnız 

hüquq, dövlət və insan azadlığı barədə rasional təsəvvürlərin inkişaf 

etməsi  üçün  müvafiq  şərait  yaradan,  hüququn,  dövlətin  inkişafını 

insanın  əqli  keyfiyyətlərinə  bağlayan  və  bu  hadisələrin  insanın  öz 

təbiətindən  çıxış  etməklə  izah  edilməsinin  intellektual  əsasını 

formalaşdıran bir cəmiy 

575 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə