£
1
/3
б
MƏHƏBBƏT PAŞAYEVA
AZƏRBAYCANIN
QƏDİM DİYARI
XINALİQ
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı-2006
Azərbaycan Respublikası Prezidentinin
işiər İdarəsi
P R E Z İD E N T K İT A B X A N A S I
6 b .r fW *
P u
Elmi redaktor:
Vəli Əliyev
AMEA müxbir üzvü,
tarix elmləri doktoru,professor
Nəşriyyat redaktoru:
İslam Sadıq
Rəyçilər:
Nərgiz Quliyeva
tarix elmləri doktoru
Nəcəf Müseyibli
tarix elmləri namizədi
P 26 Paşayeva Məhəbbət. Azərbaycanın qədim diyarı
Xınalıq.
Azəməşr, Bakı, 2006, 60 səh.
Əsərdə Azərbaycanın Quba rayonu Xınalıq kəndində
məskunlaşan və tarixi-etnoqrafık ədəbiyyatda Şahdağ etnik
qruplarına aid edilən xınalıqların mənşəyi, etnik tarixi, mənəvi
mədəniyyəti tarixi-etnoqrafık baxımdan təhlil olunmuşdur.
Geniş və zəngin çöl materialları, mövcud mənbələr əsasında
müəllif xınalıqların mənəvi mədəniyyətinin bir şox sahələrini:
ailə-məişət ənənləri, qohumluq münasibətləri, toy mərasimləri,
qədim inanclar sistemini ilk dəfə etnoqafık və illüstrativ
materiallar əsasında tədqiqata cəlb etmişdir.
0505000000
qrıflı nəşr
t
© Paşayeva M., 2006
:
M - 6 5 1 ( 0 7 ) - 2 0 0 6
ÖN SÖZ
Azərbaycanda türkdilli azərbaycanlılarla yanaşı öz
etnik adları olan, lakin Azərbaycan ərazisində məskun
olduqlarına görə azərbaycanlı adlanan bir çox azsaylı
xalqlar və etnik qruplar (avarlar, saxurlar, rutullar, udilər,
xınalıqlar, buduqlar, qrızlar və b.) yaşayırlar və onlar
Azərbaycan dövlətinin bərabər hüquqlu vətəndaşıdırlar.
Azərbaycanın maddi və mənəvi mədəniyyətinin təşək
külündə, mənəvi simasının formalaşmasında bütün tarixi
dövrlərdə aparıcı rola malik olaraq Azərbaycanın türkdilli
əhalisi ilə bərabər bu azsaylı xalqların və etnik qrupların
da özünəməxsus yeri var.
Dünyanın etnik xəritəsində yalnız Azərbaycanın bir
neçə kəndində məskun olan qrız, haput, xınalıq kimi etnik
qruplar da Azərbaycanın canlı tarixini yaşadır. Bu baxım
dan Azərbaycan əhalisinin böyük əksəriyyətini təşkil edən
türkdilli azərbaycanlılarla yanaşı əsrlər boyu Azərbaycan
da yaşayan bu etnik qruplarından da tarixi etnoqrafiyasının
qarşılıqlı-müqayisəli şəkildə araşdırılması bütövlükdə
Azərbaycan mənəvi mədəniyyətinin həqiqi zənginliyinin
ümummilli xüsusiyyətlərinin və dərin tarixi köklərinin üzə
çıxarılması işində mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, bu gün Azərbaycan xalqının
xarici düşmənləri, xüsusilə də hər zaman xarici havadar
larına arxalanan erməni şovinistləri respublikamızda qarşı
durma yaratmaq siyasətini yeritməyə çalışırlar. Ona görə
də tarix, o cümlədən etnoqrafiya elmimiz Azərbaycanın
parçalanması istiqamətində ideoloji mübarizə aparan,
azsaylı xalqlar arasında nifaq salmağa səy göstərən
qüvvələrə qarşı həqiqi elmi mübarizə aparmalı, onlara
3
tutarlı elmi dəlillərlə cavab verməli , vahid Azərbaycan
xalqının tərkib hissəsi olan bu azsaylı xalqlarla türkdilli
azərbaycanlıların mənəvi mədəniyyətinin qarşılıqlı halda
larixi-etnoqrafik səpgidə tədqiq olunmasını təmin edərək
tarixi gerçəkliyi ortaya qoymalıdır.
Bu baxımdan Məhəbbət Paşayevanın “Azərbaycanın
qədim diyarı Xınalıq" adlı kitabı öz orijinal təhlili, həm də
kitaba verilmiş illüstrasiyalar baxımından çox maraqlıdır.
İnanıram ki, bu əsər elmi ictimaiyyətin və mütəxəssislərin
diqqətini çəkəcəkdir.
Bu gün cəmi bir kənddə yaşayan və Azərbaycan
tarixində qədim izləri olan xınalıqların etnik tarixinə, ailə
məişətinə və qədim inanclar sisteminə həsr olunmuş tədqi
qat işi azərbaycançılıq ideologiyasını əsas götürərək tarixi-
etnoqrafik baxımdan azsaylı xalqlar və etnik qruplarla
bağlı Azərbaycan Respublikasının milli siyasətinə xidmət
göstərir.
Milli liderimiz Heydər Əliyevin fəaliyyətini davam
etdirərək onun siyasi kursunu daha da genişləndirən
Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham
Əliyev xalqın həyatının bütün sahələrində olduğu kimi,
tarixi-etnoqrafik qoruqların yaradılması məsələlərinə də
həssaslıqla yanaşır. Bu günlərdə Xınalıq kəndinin dövlət
səviyyəsində tarixi-etnoqrafik qoruq elan edilməsi buna
əyani sübutdur.
Məhərrəm Qasımlı
filologiya elmləri doktoru , professor
t
4
Respublikanın ап başlıca sarvətlarindən biri,
balka da an başlıca sarvati qadimlardaıı bu
torpaqda yaşayan, öz taleyini, öz bayatını bu
torpağa, bağlayan nıiixtalif millatlərdan olan,
müxtalif dinlara etiqad edan adamlardır.
Heydər ƏLİYEV
Müəllifdən
Azərbaycan tarixinin bütün dövrlərində olduğu kimi
bu gün də respublikamızın milli dəyərlərindən, sərvət
lərindən sayilan azsaylı xalqların, milli azlıqların və etnik
qrupların öyrənilməsi həm elmi, həm də siyasi əhəmiyyət
kəsb edir. Xalqımızın görkəmli oğlu, müstəqil Azərbaycan
dövlətinin qurucusu, milli lider Heydər Əliyev bütün
sahələrdə olduğu kimi Azərbaycan elminin yüksəlişində
də yeni bir mərhələnin əsasını qoydu.
Azərbaycanın çoxminillik tarixinin ən parlaq simala
rından olan, böyük tarixi şəxsiyyət Heydər Əliyev tarixi
mizin hərtərəfli işıqlandırılmasına xüsusi qayğı göstər
məklə yanaşı, Azərbaycanda yaşayan azsaylı xalqların və
etnik qrupların maddi və mənəvi mədəniyyətlərinin , adət
və ənənələrinin öyrənilməsi və qorunub saxlanması üçün
də hərtərəfli imkan yaratmışdır. 1992-ci il 16 sentyabr
tarixli “Azərbaycan Respublikasında yaşayan milli azlıq,
azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının
qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət
yardımı haqqında “Prezident fərmanı, Azərbaycanın müs
təqilliyinin ilk dövründən etibarən Respublika Prezidenti
İcra Aparatı nəzdində milli ideologiyamızın aktual
problemləri ilə məşğul olan xüsusi Milli Siyasət şöbəsinin
fəaliyyət göstərməsi Azərbaycanda milli məsələlərə xüsusi
5
Dostları ilə paylaş: |