36
Hava mühitinin sakinləri havada olan oksigenin miqdarına limitlənməmişdir (20,95%). Buna uyğun onun
parsial təzyiqi də böyükdür. Dəniz səviyyəsində quru hava şəraitində parsial təzyiq 159,2 mm c.st. (21,2 kPa)
təşkil edir. Praktiki olaraq O
2
-nin parsial təzyiqi aşağıdır, belə ki, havanın tərkibində həmişə su buxarı olur, o
tənəffüs orqanlarının səthində effektiv qaz mübadiləsi üçün kifayətdir.
Hava mühitində qaz mübadiləsinin limitləşdirici faktoru havanın quruluq dərəcəsidir. Yerüstü heyvanlarda
qazların qanla və ətraf mühitlə bilavasitə mübadilə prosesi prinsipcə su tiplərindən fərqlənmir: oksigen qana
qabaqcadan nəfəs epiteliyinin səthini örtən nazik su pərdəsinə həll olmuş halda daxil olur. Su
orqanizmlərindəki kimi qanda və su pərdəsində diffuziya O
2
və CO
2
-nin konsentrasiya qradiyenti üzrə gedir.
Odur ki, hava mühitində davamlı (sabit) qaz mübadiləsinin mühüm bioloji şəraitinin yaranması tənəffus yolları
səthinin nəm (rütubətli) vəziyyətdə saxlanmasından ibarətdir. Məhz bu, hava tənəffüs orqanlarının
təkamülünün prinsipial yollarını müəyyənləşdirir, bu hal onurğalı heyvanlarda və həşəratlarda daha aydın
təzahür olunur.
Hava mühitində qaz mübadiləsinin morfoloji prinsipləri qaz mübadiləsi səthi bədənin daxilində yerləşir və
bilavasitə ətraf hava ilə təmasda olmur (sərhədlənmir). Tənəffüs boşluqlarında çoxlu miqdarda selikli
hüceyrələrin olması yüksək nəmişliyin (rütubətliyin) saxlanmasını təmin edir. Tənəffüs orqanlarını ətraf mühitlə
əlaqələndirən yollar da selikli epiteli ilə təchiz olunmuşdur və bu, həmin orqanlara daxil olan havanın
nəmlənməsinə səbəb olur. Onurğalılarda bu sistem ağciyərlərin döş boşluğunda yerləşib, xarici mühitlə
havaötürən yollarla (traxeya, bronxlar) bağlıdır. Bu yolların daxili səthi selikli epiteli ilə örtülüdür.
Onurğasızlarda hava tənəffüs orqanlarının konkret strukturu olduqca müxtəlifdir. Lakin bütün hallarda qaz
mübadiləsi səthinin xarici mühitlə və qaz mübadiləsi yerinə daxil olan nəmli hava ilə təmasda olmasından
ayrılma prinsipinə riayət olunur.
Hipoksiyaya (oksigen çatışmazlığı) uyğunlaşma. Atmosfer havasının qaz tərkibinin yüksək sabitliyi
sayəsində yersəthi sakinləri oksigenin miqdarı üçün limitləşdirici deyildir. Lakin bəzi spesifik şəraitlərdə qaz
mübadiləsi oksigenin çatışmazlığı və bu qazın parsial təzyiqinin aşağı olması ilə məhdudlaşa bilər. Məsələn,
yuva tipli qapalı yuvalarda, ağac koğuşu və s. yerlərdə çoxlu miqdarda CO
2
-nin toplanması oksigenin parsional
təzyiqinin aşağı düşməsinə və qaz mübadiləsinin çətinləşməsinə səbəb olur. İ.A.Şilovun (2001) çöl tədqiqatları
göstərdi ki, köstəbəyin yeraltı yollarında CO
2
-nin miqdarı orta hesabla 0,3...3,8% (maksimum 5,5), oksigeninki
isə 15-20% arasında dəyişir. Kaliforniya sünbülqıranın dərin yuvalarında CO
2
və O
2
-nin miqdarı uyğun olaraq
2,4-2,9 və 17-19%, dovşanların yuvalarında isə 6-8 və 13-14% olmuşdur.
Analoji vəziyyət ağacların koğuşlarında müşahidə olunur. Müşahidələr göstərmişdir ki, ağac koğuşlarında
məskən salan sitta quşu, yaşıl ağacdələnin yumurta qoyan dövrdə O
2
-nin miqdarı 20%-dən aşağı, CO
2
isə
0,7% olmuşdur. Quş balaları yumurtadan çıxdıqdan sonra havanın tərkibi daha çox dəyişikliyə məruz
qalmışdır; yuva dövrünün sonunda sitta quşunun yuvasında oksigenin miqdarı 17-19%-ə enmiş, CO
2
-nin
konsentrasiyası isə 2-4%-ə qədər qalxmışdır.
Qışda qar örtüyü altında da qaz rejimi əlverişsiz olur. 45-80 sm qalınlığında qarın altındakı torpaq səthində
CO
2
-nin miqdarı 2,8-4,0% təşkil edir.
Oksigenin çatışmazlığı və onun parsional təzyiqinin aşağı olan şəraitdə yaşayan heyvanlar müəyyən
adaptasiyaya malik olur. Yeraltı sığınacaqlarda yaşayan məməlilər təbiətdə belə şəraitlə üzləşməyən
heyvanlara nisbətən CO
2
-nin bir qədər izafiliyinə (hiperkapniya) və O
2
-nin çatışmazlığına dözür. Adaptiv
mexanizm ilk növbədə qanın tənəffüs xassələrinin yaxşılaşması, qismən isə hemoqlobinin oksigenə yaxınlığının
(oxşarlığının) artması ilə bağlıdır.
Bənzər adaptasiya tipi yeraltı həyat tərzi keçirən suda-quruda yaşayan soxulcanda da aşkar edilmişdir.
Bununla yanaşı, yuvada yaşayan və yereşənlərin əksəriyyəti metobolizmin bir qədər aşağı səviyyədə olması ilə
səciyyələnir, bu isə oksigenə tələbatı azaldır. Onlar üçün tənəffüs mərkəzin qanda CO
2
-ni toplamaqda yüksək
tolerantlığın olması da xasdır. Belə xassə qış-yay yuxusu dövründə daha çox təzahür olunur. Maraqlıdır,
kirpilərdə analoji reaksiya qısamüddətli «mühafizəolunmada» bədənin sarınması zamanı müşahidə edilir.
Qaz mübadiləsi effektivliyinə təsir təbii şəraitdə – yüksək dağlıq zonada geniş yayılmışdır – burada ümumi
atmosfer təzyiqinin aşağı düşməsi ilə əlaqədar oksigenin parsial təzyiqinin də aşağı düşməsi müşahidə
olunmuşdur. Məməlilərdə yüksəklik adaptasiyası bir neçə tipdə aşkar edilmişdir.
2.6. Edafik faktorlar və onların bitkinin və torpağın flora-faunasının həyatında rolu
Torpaq örtüyü, onu əmələgətirən faktorlar və funksiyaları haqqında «Litosfer» fəslində geniş məlumat
verilir. İndi isə ondan edafik faktor kimi bitkilərin həyatında rolundan danışılacaq. Edafik faktorlar bitkilərin
37
böyümə və inkişafı şəraiti sayılır. Onlar kimyəvi və fiziki faktorlara bölünür. Kimyəvi faktorlara – torpağın
reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş kationların tərkibi; fiziki
faktorlara torpağın su və hava rejimləri, torpağın sıxlığı və qalınlığı, qranulometrik tərkibi, strukturu və s. aid-
dir; bioloji faktorlar da ayırırlar (Xrustalyev, Matişev, 1996), bura torpaqda məskunlaşan bitki və heyvan
orqanizmləri daxildir.
Yuxarıda göstərilənlərdən torpağın nəmliyi, temperaturu, strukturu, məsaməliyi, torpaq mühitinin
reaksiyası, torpağın duzluluğu ən mühüm ekoloji faktorlar hesab edilir.
Torpaq litosferin əksər süxurları kimi adi bərk cisim olmayıb bərk hissəcikləri hava və su ilə əhatələnən
mürəkkəb üçfazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və su məhsulları ilə dolduğu üçün orada bir çox
mikro və makroorqanizmlərin həyatı üçün əlverişli olan olduqca müxtəlif şərait yaranmışdır.
Yerüstü havaya nisbətən torpaqda temperatur dəyişkənliyi hamarlanmış (mülayimləşdirilmiş), qrunt
suyunun mövcudluğu və yağıntıların hopması su ehtiyatı yaradaraq, su və yerüstü mühit arasında rütubətlilik
rejimini təmin edir. Torpaqda bitki qalıqlarının və ölmüş heyvanların üzvi və mineral maddələri toplanır. Bütün
bunlar torpaqda həyatın dolğunluğunu təyin edir.
Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, külli miqdarda göy-yaşıl, yaşıl,
sarı-yaşıl yosunlar (2000 növdən artıq) məskunlaşır. Onlar həm torpağın səthində, həm də üst qatlarında
yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə
havadan azotu fiksə edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər inkişaf edir. Bir qram qara
torpaqda 10 milyarda (bəzən artıq), yaxud 10t//ha-dək canlı orqanizmlər olur, sporlu-sporsuz bakteriyalar,
ibtidailər, aktinomisetlərə təsadüf edilir. Bütün bu canlı orqanizmlər torpaq üçün onun cansız komponentləri
kimi xarakterikdir. B.İ.Vernadski torpağı təbiətin biokos cisminə aid edir və orada həyatın dolğunluğunu canlı
orqanizmlərin olması ilə izah edir.
Torpaq litosferin süxurlarından bitkilərə həyat, heyvanlara və insana qida verən münbitliyi ilə fərqlənir.
Torpağın münbitliyi – onun bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubətlik və s. ilə təminetmə və
məhsulvermə qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur: təbii (potensial) və süni (effektiv). Təbii münbitlik
təbii ekoloji faktorlar və torpaqəmələgətirən proseslərin kombinasiyasından və qarşılıqlı təsirindən asılı olur.
Süni münbitlik insanların torpağa aqronomik təsirindən yaradılır. Təbii münbitlik sabit xassə deyil, dinamik
xassədir və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta bilər.
Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli komponentlərdən ibarət olub özündə canlı makro və
mikroorqanizmləri cəmləşdirir (bitki və heyvan).
Bərk komponentlər torpaqda üstünlük təşkil edib mineral və üzvi hissələrdən ibarətdir. Torpağın üzvi
hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fiziki-
biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları
(torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə
bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın
məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Torpaqda humusun miqdarı faizin onda bir hissəsindən
20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur.
Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər: 1) azad(qravitasiya) su –
torpağın daha iri məsamələrini tutaraq öz ağırlıq qüvvəsi ilə tədricən aşağı sızır; 2) əlaqəli (hiqroskopik və
pərdə suyu) su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə əmələ
gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu
– torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və
kapilyar, çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab olunur, buxar halında olan su isə böyük rol
oynamır. Torpaqda olan bütün su kütləsinin, torpağın bərk komponentlərinin kütləsinə olan nisbəti (faizlə)
torpağın nəmliyi (rütubətliyi) adlanır.
Müxtəlif torpaq tiplərində və müxtəlif vaxtlarda suyun miqdarı eyni olmur. Qravitasiya suyu çox olduqda
torpağın rejimi su hövzəsinin rejiminə yaxın olur. Quru torpaqda yalnız bağlı su qalır. Lakin hətta ən quru
torpaqda havanın nəmliyi torpaq səthindəki havanın nəmliyindən çox olur. Odur ki, torpaq orqanizmləri torpaq
səthindəki orqanizmlərə nisbətən qurumağa az məruz qalır.
Torpağın bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun tərkibində nitratlar, bikarbonatlar,
fosfatlar, sulfatlar və digər duzlar, həmçinin suda həll olan üzvi turşular, onların duzları, əsasən azad və
kapilyar suda olan şəkər olur. Əlaqəli suda maddələr çətin həll olur. Məhlulun konsentrasiyası torpağın
rütubətliyindən asılıdr.
Dostları ilə paylaş: |