QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə17/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   13   14   15   16   17   18   19   20   ...   94

 
36 
Hava mühitinin sakinləri havada olan oksigenin miqdarına limitlənməmişdir (20,95%). Buna uyğun onun 
parsial təzyiqi də böyükdür. Dəniz səviyyəsində quru hava şəraitində parsial təzyiq 159,2 mm c.st. (21,2 kPa) 
təşkil edir. Praktiki olaraq O
2
-nin parsial təzyiqi aşağıdır, belə ki, havanın tərkibində həmişə su buxarı olur, o 
tənəffüs orqanlarının səthində effektiv qaz mübadiləsi üçün kifayətdir.  
Hava mühitində qaz mübadiləsinin limitləşdirici faktoru havanın quruluq dərəcəsidir. Yerüstü heyvanlarda 
qazların qanla və ətraf mühitlə bilavasitə mübadilə prosesi prinsipcə su tiplərindən fərqlənmir: oksigen qana 
qabaqcadan  nəfəs  epiteliyinin  səthini  örtən  nazik  su  pərdəsinə  həll  olmuş  halda  daxil  olur.  Su 
orqanizmlərindəki kimi qanda və su pərdəsində diffuziya O
2
 və CO
2
-nin konsentrasiya qradiyenti üzrə gedir. 
Odur ki, hava mühitində davamlı (sabit) qaz mübadiləsinin mühüm bioloji şəraitinin yaranması tənəffus yolları 
səthinin  nəm  (rütubətli)  vəziyyətdə  saxlanmasından  ibarətdir.  Məhz  bu,  hava  tənəffüs  orqanlarının 
təkamülünün  prinsipial  yollarını  müəyyənləşdirir,  bu  hal  onurğalı  heyvanlarda  və  həşəratlarda  daha  aydın 
təzahür olunur.  
Hava mühitində qaz mübadiləsinin morfoloji prinsipləri qaz mübadiləsi səthi bədənin daxilində yerləşir və 
bilavasitə  ətraf  hava  ilə  təmasda  olmur  (sərhədlənmir).  Tənəffüs  boşluqlarında  çoxlu  miqdarda  selikli 
hüceyrələrin olması yüksək nəmişliyin (rütubətliyin) saxlanmasını təmin edir. Tənəffüs orqanlarını ətraf mühitlə 
əlaqələndirən  yollar  da  selikli  epiteli  ilə  təchiz  olunmuşdur  və  bu,  həmin  orqanlara  daxil  olan  havanın 
nəmlənməsinə  səbəb  olur.  Onurğalılarda  bu  sistem  ağciyərlərin  döş  boşluğunda  yerləşib,  xarici  mühitlə 
havaötürən  yollarla  (traxeya,  bronxlar)  bağlıdır.  Bu  yolların  daxili  səthi  selikli  epiteli  ilə  örtülüdür. 
Onurğasızlarda  hava  tənəffüs  orqanlarının  konkret  strukturu  olduqca  müxtəlifdir.  Lakin  bütün  hallarda  qaz 
mübadiləsi  səthinin  xarici  mühitlə  və  qaz  mübadiləsi  yerinə  daxil  olan  nəmli  hava  ilə  təmasda  olmasından 
ayrılma prinsipinə riayət olunur.  
 
Hipoksiyaya (oksigen çatışmazlığı) uyğunlaşma. Atmosfer havasının qaz tərkibinin yüksək sabitliyi 
sayəsində  yersəthi  sakinləri  oksigenin  miqdarı  üçün  limitləşdirici  deyildir.  Lakin  bəzi  spesifik  şəraitlərdə  qaz 
mübadiləsi  oksigenin  çatışmazlığı  və  bu  qazın  parsial  təzyiqinin  aşağı  olması  ilə  məhdudlaşa  bilər.  Məsələn, 
yuva tipli qapalı yuvalarda, ağac koğuşu və s. yerlərdə çoxlu miqdarda CO
2
-nin toplanması oksigenin parsional 
təzyiqinin aşağı düşməsinə və qaz mübadiləsinin çətinləşməsinə səbəb olur. İ.A.Şilovun (2001) çöl tədqiqatları 
göstərdi ki, köstəbəyin yeraltı yollarında CO
2
-nin miqdarı orta hesabla 0,3...3,8% (maksimum 5,5), oksigeninki 
isə 15-20% arasında dəyişir. Kaliforniya sünbülqıranın dərin yuvalarında CO
2
 və O
2
-nin miqdarı uyğun olaraq 
2,4-2,9 və 17-19%, dovşanların yuvalarında isə 6-8 və 13-14% olmuşdur.  
Analoji vəziyyət ağacların koğuşlarında müşahidə olunur. Müşahidələr göstərmişdir ki, ağac koğuşlarında 
məskən  salan  sitta  quşu,  yaşıl  ağacdələnin  yumurta  qoyan  dövrdə  O
2
-nin  miqdarı  20%-dən  aşağı,  CO
2
  isə 
0,7%  olmuşdur.  Quş  balaları  yumurtadan  çıxdıqdan  sonra  havanın  tərkibi  daha  çox  dəyişikliyə  məruz 
qalmışdır;  yuva  dövrünün  sonunda  sitta  quşunun  yuvasında  oksigenin  miqdarı  17-19%-ə  enmiş,  CO
2
-nin 
konsentrasiyası isə 2-4%-ə qədər qalxmışdır.  
Qışda qar örtüyü altında da qaz rejimi əlverişsiz olur. 45-80 sm qalınlığında qarın altındakı torpaq səthində 
CO
2
-nin miqdarı 2,8-4,0% təşkil edir.  
Oksigenin  çatışmazlığı  və  onun  parsional  təzyiqinin  aşağı  olan  şəraitdə  yaşayan  heyvanlar  müəyyən 
adaptasiyaya  malik  olur.  Yeraltı  sığınacaqlarda  yaşayan  məməlilər  təbiətdə  belə  şəraitlə  üzləşməyən 
heyvanlara  nisbətən  CO
2
-nin  bir  qədər  izafiliyinə  (hiperkapniya)  və  O
2
-nin  çatışmazlığına  dözür.  Adaptiv 
mexanizm ilk növbədə qanın tənəffüs xassələrinin yaxşılaşması, qismən isə hemoqlobinin oksigenə yaxınlığının 
(oxşarlığının) artması ilə bağlıdır.  
Bənzər  adaptasiya  tipi  yeraltı  həyat  tərzi  keçirən  suda-quruda  yaşayan  soxulcanda  da  aşkar  edilmişdir. 
Bununla yanaşı, yuvada yaşayan və yereşənlərin əksəriyyəti metobolizmin bir qədər aşağı səviyyədə olması ilə 
səciyyələnir, bu isə oksigenə tələbatı azaldır. Onlar üçün tənəffüs mərkəzin qanda CO
2
-ni toplamaqda yüksək 
tolerantlığın  olması  da  xasdır.  Belə  xassə  qış-yay  yuxusu  dövründə  daha  çox  təzahür  olunur.  Maraqlıdır, 
kirpilərdə analoji reaksiya qısamüddətli «mühafizəolunmada» bədənin sarınması zamanı müşahidə edilir.  
Qaz mübadiləsi effektivliyinə təsir təbii şəraitdə – yüksək dağlıq zonada geniş yayılmışdır – burada ümumi 
atmosfer  təzyiqinin  aşağı  düşməsi  ilə  əlaqədar  oksigenin  parsial  təzyiqinin  də  aşağı  düşməsi  müşahidə 
olunmuşdur. Məməlilərdə yüksəklik adaptasiyası bir neçə tipdə aşkar edilmişdir.  
 
2.6. Edafik faktorlar və onların bitkinin və torpağın flora-faunasının həyatında rolu  
Torpaq  örtüyü,  onu  əmələgətirən  faktorlar  və  funksiyaları  haqqında  «Litosfer»  fəslində  geniş  məlumat 
verilir.  İndi  isə  ondan  edafik  faktor  kimi  bitkilərin  həyatında  rolundan  danışılacaq.  Edafik  faktorlar  bitkilərin 


 
37 
böyümə  və  inkişafı  şəraiti  sayılır.  Onlar  kimyəvi  və  fiziki  faktorlara  bölünür.  Kimyəvi  faktorlara  –  torpağın 
reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş kationların tərkibi; fiziki 
faktorlara torpağın su və hava rejimləri, torpağın sıxlığı və qalınlığı, qranulometrik tərkibi, strukturu və s. aid-
dir;  bioloji  faktorlar  da  ayırırlar  (Xrustalyev,  Matişev, 1996), bura  torpaqda  məskunlaşan  bitki  və  heyvan 
orqanizmləri daxildir.  
Yuxarıda  göstərilənlərdən  torpağın  nəmliyi,  temperaturu,  strukturu,  məsaməliyi,  torpaq  mühitinin 
reaksiyası, torpağın duzluluğu ən mühüm ekoloji faktorlar hesab edilir.  
Torpaq litosferin əksər süxurları kimi adi bərk cisim olmayıb bərk hissəcikləri hava və su ilə əhatələnən 
mürəkkəb üçfazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və su məhsulları ilə dolduğu üçün orada bir çox 
mikro və makroorqanizmlərin  həyatı üçün əlverişli olan olduqca müxtəlif şərait yaranmışdır.  
Yerüstü  havaya  nisbətən  torpaqda  temperatur  dəyişkənliyi  hamarlanmış  (mülayimləşdirilmiş),  qrunt 
suyunun mövcudluğu və yağıntıların hopması su ehtiyatı yaradaraq, su və yerüstü mühit arasında rütubətlilik 
rejimini təmin edir. Torpaqda bitki qalıqlarının və ölmüş heyvanların üzvi və mineral maddələri toplanır. Bütün 
bunlar torpaqda həyatın dolğunluğunu təyin edir.  
Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, 
sarı-yaşıl  yosunlar  (2000  növdən  artıq)  məskunlaşır.  Onlar  həm  torpağın  səthində,  həm  də  üst  qatlarında 
yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə 
havadan  azotu  fiksə  edir.  Burada  həm  də  çoxlu  miqdarda  saprofit  göbələklər  inkişaf  edir.  Bir  qram  qara 
torpaqda  10  milyarda  (bəzən  artıq),  yaxud  10t//ha-dək  canlı  orqanizmlər  olur,  sporlu-sporsuz  bakteriyalar, 
ibtidailər, aktinomisetlərə təsadüf edilir. Bütün bu canlı orqanizmlər  torpaq üçün onun cansız komponentləri 
kimi xarakterikdir. B.İ.Vernadski torpağı təbiətin biokos cisminə aid edir və orada həyatın dolğunluğunu canlı 
orqanizmlərin olması ilə izah edir.  
Torpaq  litosferin  süxurlarından  bitkilərə  həyat,  heyvanlara  və  insana  qida  verən  münbitliyi  ilə  fərqlənir. 
Torpağın münbitliyi – onun bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubətlik və s. ilə təminetmə və 
məhsulvermə qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur: təbii (potensial) və süni (effektiv). Təbii münbitlik 
təbii  ekoloji  faktorlar  və  torpaqəmələgətirən  proseslərin  kombinasiyasından  və  qarşılıqlı  təsirindən  asılı  olur. 
Süni  münbitlik  insanların  torpağa  aqronomik  təsirindən  yaradılır.  Təbii  münbitlik  sabit  xassə  deyil,  dinamik 
xassədir və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta bilər.  
Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli komponentlərdən ibarət olub özündə canlı makro və 
mikroorqanizmləri cəmləşdirir (bitki və heyvan). 
Bərk  komponentlər  torpaqda  üstünlük  təşkil  edib  mineral  və  üzvi  hissələrdən  ibarətdir.  Torpağın  üzvi 
hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fiziki-
biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları 
(torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə 
bitkilərin  ala  bildiyi  əsas  qida  elementləri  (azot,  fosfor,  kükürd,  karbon  və  s.)  vardır.  Humus  torpağın 
məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Torpaqda humusun miqdarı faizin onda bir hissəsindən 
20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur.  
Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər:                        1) azad(qravitasiya) su – 
torpağın  daha  iri  məsamələrini  tutaraq  öz  ağırlıq  qüvvəsi  ilə  tədricən  aşağı sızır; 2) əlaqəli  (hiqroskopik  və 
pərdə suyu) su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə əmələ 
gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu 
– torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və 
kapilyar, çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab olunur, buxar halında olan su isə böyük rol 
oynamır.  Torpaqda  olan  bütün  su  kütləsinin,  torpağın  bərk  komponentlərinin  kütləsinə  olan  nisbəti  (faizlə) 
torpağın nəmliyi (rütubətliyi) adlanır.  
Müxtəlif torpaq tiplərində və müxtəlif vaxtlarda suyun miqdarı eyni olmur. Qravitasiya suyu çox olduqda 
torpağın  rejimi  su  hövzəsinin  rejiminə  yaxın  olur.  Quru  torpaqda  yalnız  bağlı  su  qalır.  Lakin  hətta  ən  quru 
torpaqda havanın nəmliyi torpaq səthindəki havanın nəmliyindən çox olur. Odur ki, torpaq orqanizmləri torpaq 
səthindəki orqanizmlərə nisbətən qurumağa az məruz qalır.  
Torpağın bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun tərkibində nitratlar, bikarbonatlar, 
fosfatlar,  sulfatlar  və  digər  duzlar,  həmçinin  suda  həll  olan  üzvi  turşular,  onların  duzları,  əsasən  azad  və 
kapilyar  suda  olan  şəkər  olur.  Əlaqəli  suda  maddələr  çətin  həll  olur.  Məhlulun  konsentrasiyası  torpağın 
rütubətliyindən asılıdr.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə