QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

 
28 
yaradaraq xüsusi orqanlar əmələ gətirir, bunların işığından qəniməti (ovu) aldatmaq, qarşılıqlı tanımaq, cinsi 
seçməkdə və s. istifadə edilir.  
Fotosintez  prosesində  işıq  enerji  mənbəyi  kimi  çıxış  edərək  ondan  piqment  sistemində  (xlorofil)  istifadə 
olunur. Lakin fotositezdə spektrin bir hissəsindən (380 nm-dən 760 nm-ə qədər) istifadə edilir, buna fizioloji 
aktiv  radiasiya  (FAR) deyilir.  Bunların  daxilində  fotosintez  üçün  qırmızı-çəhrayı  (600-700 nm) və  bənövşəyi-
mavi (400-500 nm) şüalar daha böyük əhəmiyyətə malikdir, sarı-yaşıl şüalar (500-600) az əhəmiyyət daşıyaraq 
xlorofildaşıyan bitkilərə yaşıl rəng verir.  
Piqment  sistemindən  istifadə  nəticəsində  su  molekullarında  parçalanma  baş  verərək  qazşəkilli  oksigen 
ayrılır, fotokimyəvi sistemdən alınan enerjidən isə karbohidratın əmələ gəlməsində istifadə olunur: 
 
xlorofil
2
2
6
12
6
2816kC
2
2
0
6H
6O
O
H
C
O
12H
6CO
+
+

 →

+
 
Xlorfilin şüa enerjisindən və heyvanların görmə piqmentindən istifadə etmək qabiliyyəti olduqca yaxındır. 
Odur  ki,  günəş  şüalanmasının  spektrində  fotosintetik  aktiv  radiasiya  (FAR)  praktiki  olaraq  spektrin 
görünən hissəsində 400-700 nm uzunluqda dalğanın diapazonuna uyğun gəlir. Bakterioxlorofilə malik olan bəzi 
bakteriyalar  spektrin  uzundalğalı  hissəsində  işığı  udma  qabiliyyətinə  malikdir  (maksimum  800-1000  nm-lik 
sahədə).  
Yaşıl yarpaq onun üzərinə düşən şüa enerjisinin orta hesabla 75%-ni udur. Lakin onun fotosintezə istifadə 
əmsalı yüksək olmayıb aşağı işıqlanma şəraitində 10%-ə qədər, yüksək ilıqlanmada isə cəmi 1-2% təşkil edir. 
Qalan enerji istilik enerjisinə keçərək transpirasiyaya və başqa proseslərə sərf edilir.  
Fotosintezin  səviyyəsinə  təsir  göstərən  mühüm  xarici  faktorlar  –  temperatur,  işıq,  karbon  qazı  və 
oksigen hesab olunur. Bitkinin özünün səviyyəsində bu prosesə xlorofilin və suyun miqdarı xüsusilə yarpağın 
anatomiyası,  fermentlərin  konsentrasiyası  təsir  göstərir.  Mezofit  bitkilərin  yarpaqları  kserofitlərə  nisbətən  az 
şüaəksetdirmə  qabiliyyətinə  malikdir:  kserofitlərin  qalın  yarpaqları  praktiki  olaraq  işıq  keçirmir,  bununla  belə 
nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. İşıq rejimi şəraitinə tələbatına 
görə bitkilər aşağıdakı ekoloji qruplara bölünür:  
1.  İşıqsevən  bitkilər  və  ya  heliofitlər  –  bura  açıq  sahələrin,  daim  işıqlanan  yerlərin  (savanna,  səhra) 
bitkiləri  daxildir.  İşıqsevən  bitkilərin  normal  böyüməsi  üçün  intensiv  günəş  radiasiyası,  yaxud  süni  radiasiya 
tələb  olunur.  Meşə  zonasında  bu  bitkilərə  az  təsadüf  olunur.  İşıqsevən  bitkilərə  bağayarpağı,  suzanbağı, 
kəklikotu,  günəbaxan,  pambıq,  qarğıdalı,  kalış,  şam  ağacı,  safora,  akasiya,  palıd,  saqqızağac,  dağdağan, 
badam, məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə 
malikdir:  nisbətən  qalın  yarpağının  sütunlu  və  süngər  parenximinin  hüceyrələrində  50-300  xırda  xloroplast 
olur.  Fotosintezin  və  tənəffüs  intensivliyinin  yüksək  olması  işıqsevən  bitkilərin  xarakterik  fizioloji 
xüsusiyyətləridir.  
2. Kölgəsevər bitkilər və ya ssiofitlərə – kölgəli meşələrin alt yarusunun, mağara və dərin suların bitkiləri 
aiddir;  bu  bitkilər  düz  günəş  şüalarının  güclü  işıqlanmasına  pis  tab  gətirir.  Şimal  enliyarpaqlı  və  tünd 
iynəyarpaqlı  meşələrin  sıx  çətri  cəmi  1-2%  FAR  keçirə  bilərək  onun  spektral  tərkibini  dəyişir.  Bu  meşələrin 
ssiofitlərindən yaşıl mamırları, adi dovşan kələmi, armudgülü və plaunu göstərmək olar. Ssiofitlər heliofitlərə 
nisbətən yarpaqlarında az quru maddə saxlayır, hüceyrə şirəsinin qatılığı da aşağıdır, bunlarda xlorofil də az 
olur.  
Kölgəsevən ağaclara küknar, ürəkyarpaq cökə, fıstıq, qaraçöhrə və b. göstərmək olar. 
3. Kölgəyə davamlı bitkilər və ya fakultativ heliofitlər, bu və ya digər dərəcədə kölgələnməyə dözür, 
işıqda  da  yaxşı  bitir:  bu  bitkilər  işıqlanma  şəraitinin  dəyişməsilə  özünü  dəyişdirə  bilir.  Bu  qrupa  bəzi  çəmən 
bitkiləri,  meşəaltı  otlar  və  kollar,  meşə  talalarında,  kənarlarında,  qırıntı  sahələrində  bitən  bitkiləri  aid  etmək 
olar.  
İşıq böyük siqnal əhəmiyyəti də daşıyaraq orqanizmlərin nizamlanma adaptasiyasına səbəb olur. Vaxta görə 
orqanizmlərin aktiviliyini tənzimləyən ən etibarlı siqnallardan biri günün uzunluğu - fotodövr hesab olunur.  
Fotodövrlük  –  günün  uzunluğunun  mövsümi  dəyişməsinə  orqanizmlərin  reaksiyası  haidisəsidir.  Hər 
hansı  bir  məkanda  ilin  eyni  vaxtında  günün  uzunluğu  həmişə  eyni  olur.  Bu,  bitkiyə  və  heyvana  həmin  en 
dairəsində  ilin  fəsilləri  üzrə  müəyyənləşməyə  imkan  yaradır,  yəni  çiçəklənmənin  başlanğıcı,  yetişkənlik  və  s. 
Başqa sözlə – fotodövrlük canlı orqanizmdə fizioloji proseslərin ardıcıllığıdır.  


 
29 
Fotodövrlüyü  sadəcə  gündüzün  gecə  ilə  əvəz  olunmasından  asılı  olan  adi  xarici  sutkalıq  ritmlərlə 
eyniləşdirmək  olmaz.  Lakin  heyvanlarda  və  insanda  həyat  fəaliyyətinin  sutkalıq  tsiklliyi  növün  anadangəlmə 
xassəsinə keçir, yəni daxili (endogen) ritmlər təşəkkül tapır.  
Bu ritmlər orqanizmə vaxtı hiss etməyə kömək edir, orqanizmin bu qabiliyyəti «bioloji saat» adlandırılır. 
Bu başqa yerlərə köçdükdə quşların günəşə görə hərəkətində köməklik göstərir və ümumiyyətlə, təbiətin daha 
mürəkkəb ritmlərində orqanizmlərə istiqamət verir.  
Fotodövrlük  ünsiyyətcə  möhkəmlənsə  də,  yalnız  digər  faktorlarla  birlikdə  (əlaqəli)  təzahür  edir  (məs. 
temperaturla). Əgər «X» günü soyuq keçirsə, bitkinin çiçəklənməsi gecikir və ya yetişməkdə olan dövr soyuq 
keçdikdə kartofun məhsuldarlığı aşağı düşür. Subtropik və tropik zonalarda, mövsüm üzrə günün uzunluğu az 
dəyişdiyindən  fotodövrlük  mühüm  ekoloji  faktor  sayıla  bilməz  –  onu  quraqlıq  və  yağışlı  mövsümlərin 
növbələşməsi əvəz edir. Yüksək dağlıq zonada isə temperatur əsas siqnal faktoru hesab olunur.  
Bitkilərdə  olduğu  kimi,  hava  şəraiti  poykiloterm  heyvanlarda  da  əks  olunur,  homoyoferm  heyvanlar  isə 
buna öz davranışlarının dəyişməsi ilə cavab verir: yuvasalma, miqrasiya və s.-nin vaxtı dəyişdirilir.  
İnsan  yuxarıda  göstərilən  hadislərdən  istifadə  etməyi  öyrənmişdir.  İşıqlı  günün  uzunluğunu  süni  olaraq 
dəyişərək  bununla  da  bitkinin  çiçəkləmə  və  meyvəvermə  vaxtını  dəyişmək  (qış  dövründə  istixanalarda  şitil, 
hətta meyvə yetişdirmək), toyuqların yumurtalama qabiliyyətini artırmaq və s. olar.  
Canlı  təbiət  ilin  mövsümləri  üzrə  Xopkinskinin  bioiqlim  qanununa  uyğun  olaraq  inkişaf  edir:  müxtəlif 
mövsüm  hadisələri  (fenotarix)  yerin  en  və  uzunluq  dairəsindən,  onun  dəniz  səviyyəsindən  yüksəkliyindən 
asılıdır. Deməli, ərazi şimal, şərq və daha yuxarı ərazilərdə yaz gec, payız tez gəlir. Avropada en dairəsinin hər 
dərəcəsində mövsümi hadisələrin vaxtı üç gündən bir, Şimali Amerikada isə orta hesabla hər bir en dairəsi, hər 
bir uzunluq dairəsi və dəniz səviyyəsindən hər 120 m-də dörd gündən bir başlayır.  
Fenotarix  müxtəlif  kənd  təsərrüfatı  və  digər  təsərrüfat  işlərinin  planlaşdırılmasında  böyük  əhəmiyyət 
daşıyır.  
 
 
2.3. Orqanizmlərin həyatında suyun rolu 
Suyun  miqdarı  kəskin  dəyişməyə  məruz  qalarsa  (qabarma,  çəkilmə),  çox  duzlu  sularda  osmotik  yolla 
orqanizmlər  tərəfindən  itirilirsə,  ekoloji  baxımdan,  həm  yerüstü,  həm  də  su  ərazilərində  limitləşdirici  faktor 
hesab olunur.  
Su  canlı  orqanizmlərin  fəaliyyətində  mühüm  əhəmiyyətə  malikdir.  O,  biokimyəvi  reaksiyalar  üçün  əsas 
mühit,  protoplazmanın  vacib  tərkib  hissəsidir.  Qida  maddələri  orqanizmdə  əsasən  su  məhlulu  şəklində  dövr 
edir,  bu  şəkildə  də  orqanizmdən  dissimlyasiya  məhsulu  yüksək  dərəcədə  xaric  edilir.  Su  bitki  və  heyvan 
orqanizmlərinin  əsas  kütləsini  təşkil  edir;  toxumalarda  onun  nisbi  miqdarı  50-80%,  bəzi  növlərdə  isə  daha 
yüksək olur. Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında isə 92%-ə qədər su 
vardır.  Hüceyrədaxili  və  hüceyrələrarası  mübadilə,  hidrobiontlarda  isə  xarici  mühitlə  osmotik  qarşılıqlı  əlaqə 
suyun  və  onun  tərkibində  həll  olan  duzların  miqdarından  çox  asılıdır.  Heyvanlarda  qaz  mübadiləsi  yalnız 
rütubətli  səthin  mövcudluğu  şəraitində  mümkündür.  Yerüstü  orqanizmlərdən  buxarlanma  mühitlə  istilik 
balansının formalaşmasında iştirak edir.  
Orqanizmin  mühitlə  su  mübadiləsi  bir-birinə  əks  olan  iki  prosesdən  ibarətdir:  orqanizmə  suyun  daxil 
olması  və  onun  ətraf  mühitə  verilməsi.  Ali  bitkilərdə  bu  proses  kök  sistemi  vasitəsilə  torpaqdan  suyun 
sorulması,  onun  həll  olan  maddələrlə  birlikdə  ayrı-ayrı  orqanlara  və  hüceyrələrə  aparılması  və  transpirasiya 
prosesi  vasitəsilə  xaric  edilməsindən  ibarətdir.  Su  mübadiləsində  suyun  yalnız  5%-ə  qədəri  fotosintezə
qalanı isə buxarlanmanın kompensasiyasına və turqorun saxlanmasına sərf olunur.  
Heyvanlar suyu içməklə qəbul edir, bu yolla suyun qəbul edilməsi hətta su heyvanlarına da xasdır. Suyun 
xaric  edilməsi  sidik,  ifrazat  (nəcis),  həmçinin  buxarlanma  yolu  ilə  gedir.  Bir  çox  orqanizmlər,  xüsusən  suda 
yaşayanlar suyu örtüyü ilə və ya sukeçirən toxumasının xüsusi hissəsi ilə alıb-qaytarmaq qabiliyyətinə malidkir. 
Bu  yerüstü  mühitin  sakinlərinə  də  aiddir:  rütubəti  şeh,  duman  və  yağış  kimi  mənbələrdən  almaq  bir  çox 
bitkilər, onurğasız heyvanlar və amfibiya üçün xarakterikdir.  
Heyvanlar  üçün  mühüm  su  mənbəyi  qida  sayılır.  Müxtəlif  mühitlərdə,  coğrafi  regionlarda  su  ilə  təmin 
olunma  şəraitinin  geniş  dəyişməsi  nəticəsində  orqanizmlərdə  geniş  xüsusi  adaptasiya  evolyusiyası  baş 
vermişdir.  Suyun  ekoloji  əhəmiyyəti  müxtəlif  tipli  su  hövzələrində  suyun  toplanması  ilə  məhdudlaşmır.  Yer 
səthində  yağıntılar  böyük  əhəmiyyət  daşıyaraq  su  hövzəsinin  su  rejimini,  torpağın  rütubətliliyini  və  havanın 
rütubətliliyini müəyyənləşdirir. Yağıntılar olduqca qeyri-bərabər paylanmışdır. Tropik meşələrdə yağıntıların illik 
miqdarı  1000  mm-dən  artıq  (1mm  yağıntı=1m
2
-da  1  litr  suya  uyğundur),  tropik  qurşağın  səhralarında  200 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə