QəRİb məMMƏdov, mahmud xəLİlov


 Su mühitinin əsas xassələri



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

 
32 
2.3.3. Su mühitinin əsas xassələri  
Suyun  sıxlığı  –  bu  faktor  su  orqanizmlərinin  yerdəyişmə  şəraitini  və  müxtəlif  dərinliklərdə  dərinlik 
müəyyən edir. Distilə edilmiş suyun +4
0
C-də sıxlığı 1q/sm
3
-a bərabərdir. Tərkibində suda həll olan duzlar olan 
təbii suların sıxlığı çox olub 1,35 q/sm
3
-a çatır. Dərinliyə getdikcə hər 10 m-də təzyiq təxminən orta hesabla 
1·10
5
 Pa (1 atm) artır. Bəzi növlər müxtəlif dərinliklərdə yayılaraq bir neçə atmosferdən 100 atmosferə qədər 
dözür.  
Lakin  dənizlərin  bir  çox  sakinləri  nisbətən  stenobat  olub  müəyyən  dərinliklərdə  yaşamağa 
uyğunlaşmışlar. Stenobatlıq dayaz və dərinliklərdə yaşayan növlərə xasdır. Litoralda həlqəli qurd (Arenicola), 
bəzi molyusklar (məs. Patella) məskunlaşır. Balıqların əksəriyyəti, xərçəkgkimilər, başıayaqlı molyusklar, dəniz 
ulduzları və b. yalnız dərinliklərdə, təzyiqi 4·10
7
 Pa (400-500 atm) olan sahələrdə məskunlaşırlar.  
Suyun sıxlığı ona söykənməyə imkan yaradır, bu hal skeletsiz formalar üçün vacib sayılır. Mühitin dayaqlığı 
hidrobiontları  üzməyə  (süzməyə)  uyğunlaşmağı  təmin  edir.  Asılı  vəziyyətdə  olan,  suda  üzən  orqanizmləri 
hidrobiontun xüsusi ekoloji qrupunda birləşdirilərək «plankton» adlandırırlar. Su qatının günəş enerjisi olan 
hissəsində  (dünya  okeanında  orta  hesabla  200  m  dərinliyə  qədər)  yayılan  planktonun  bitki  hissəsi  (evtofik 
zona)  fitoplankton  adlanır.  Fitoplankton  su  hövzələrində  üzvi  maddələrin  əsas  ilk  produsenti  olub,  onun 
hesabına su heterotrof orqanizmləri mövcuddur. Fitoplanktonun biokütləsinin cəmi zooplanktonun biokütləsinə 
nisbətən kiçikdir (uyğun olaraq 1,5 və 21,5 mlrd ton), lakin tez parçalandığından onun məhsulu 550 mlrd ton 
təşkil edir (okeanın bütün heyvanat məhsullarından 10 dəfə artıq).  
Zooplankton  plaktonun  heyvanat  aləmi  komponenti  olub  bura  ibtidailər,  meduzalar,  evufauzidlər,  bəzi 
molyusklar, müxtəlif kiçik xərçəngciklər, dib heyvanlarının sürfələri, balıqların kürüsü, sifonoforlar və s. daxildir.  
Birhüceyrəli yosunlar (fitoplankton) suda passiv süzür, plankton heyvanların əksəriyyəti kiçik məsafələrdə 
aktiv üzmə qabiliyyətinə malikdir və onlar suyun dibinə çökmür. Plankton orqanizmləri axını dəf edə bilmir və 
onunla uzaq məsafələrə aparılır. Lakin zooplanktonların bir çox növləri su qatında 10 və 100 metrlərlə şaquli 
miqrasiya  qabiliyyətinə  malikdir.  Suyun  səth  pərdəsinin  hava  mühiti  sərhədindəki  planktonun  xüsusi 
növmüxtəlifliyinin ekoloji qrupu - neyston adlanır.  
Oksigen  rejimi.  Oksigenlə  doymuş  suda  onun  miqdarı  1  litrdə  10  ml  təşkil  edir.  Bu  atmosferdə  olan 
oksigendən 21 dəfə azdır. Odur ki, hidrobiontların tənəffüsü çətinləşir. İlk suda yaşayanlar və suyun altında 
olan bitkilər tənəffüs üçün suda həll olmuş oksigeni ya bütün bədənlərinin səthi ilə, yaxud da xüsusi tənəffüs 
orqanları vasitəsilə alır. Oksigenin suda həll olmasına temperatur da təsir göstərir (cədvəl 2.1.).  
 
Cədvəl 2.1.  
Müxtəlif temperaturlarda suda həll olan oksigenin miqdarı, ml/l 
(A.Krogh, 1941) 
 
Temperatur, dərəcə 
Şirin su 
Dəniz suyu 

10,29 
7,97 
10 
8,02 
6,35 
15 
7,22 
5,79 
20 
6,57 
5,31 
30 
5,57 
4,46 
 
Suda oksigenin miqdarına ekoloji faktorlar da təsir göstərir. Belə ki, suyun qarışması (fırtına, dalğa, tez 
axın, şəlalə və s.) səthinin hava ilə təmasda olmasını artıraraq suda oksigenin artmasına səbəb olur. Tam sakit 
havada  qapalı  axmaz  su  hövzələrində  suda  oksigenin  həll  olması  yavaşıyır.  Yaşıl  bitkilər  suda  oksigenin 
çoxalmasına  səbəb  olur,  ölü  bitki  qalıqlarının,  lilin  toplanması  isə  üzvi  maddələrin  parçalanması  ilə  əlaqədar 
suyu  oksigenlə  kasatlaşdırır.  Bu,  xüsusilə  yüksək  temperaturda  daha  çox  təzahür  olunur.  Belə  şəraitdə 
parçalanma  (çürümə)  prosesləri  tezləşir,  oksigenin  həll  olması  isə  zəifləyir.  Qışda  su  hövzəsi  buz  ilə 
örtüldükdə,  xüsusilə  ona  çoxlu  miqdarda  detrit  qarışarsa,  suda  oksigenin  miqdarı  kəskin  azalır  və  oksigenin 
çatışmazlığından balıqların kütləvi məhv olması baş verir.  


 
33 
Oksigenin  çatışmazlığı  ilə  yanaşı,  suda  orqanizmlərin  (xüsusən  balıqların)  məhv  olmasına  suda  toksik 
qazların (metan, kükürd oksidi, CO
2
 və b.) konsentrasiyasının yüksəlməsi ilə əlaqədar olaraq su hövzələrinin 
dibində maddələrin parçalanması səbəb olur. 
Qeyd edildiyi kimi, suya oksigen, yosunların fotosintetik fəaliyyəti hesabına və havadan diffuziya olmaqla 
daxil olur. Odur ki, suyun yuxarı qatları bir qayda olaraq, aşağı qatlara nisbətən oksigenlə zəngindir. Heyvan 
və bakteriyalar çox yayılan su qatlarında oksigendən çox istifadə olunduğundan onun kəskin defisitliyi yarana 
bilər.  Məsələn,  Dünya  okeanında  həyatla  zəngin  olan  50  m-dən  1000  m-ə  qədər  dərinlikdə  aerasiya  kəskin 
pisləşərək fitoplankton yayılan suyun üst qatlarına nisbətən 7-10 dəfə aşağıdır. Su hövzəsinin dibində şərait 
anaerob vəziyyətinə yaxın ola bilər.  
Su sakinləri arasında suda oksigenin geniş dəyişməsinə, hətta onun olmamasına tab gətirə bilən bir çox 
növlər  mövcuddur  (evrioksibiontlar),  buna  şirinsulu  oliqoxetlər  (Tubifex  tubifex),  bəzi  molyusklar  (məs. 
Viviparus  viviparus)  aiddir.  Balıqlar  arasında  suda  oksigenin  çox  azlığına  dözən  növlərdən  dabanbalığı, 
tinqabalığı, sazanı (çəkibalığını) göstərmək olar. Bununla belə, bəzi növlər stenoksibiontdur, onlar oksigenlə 
kifayət  qədər  yüksək  doymuş  sularda  yaşaya  bilər  (məs.  alabalıq).  Bir  çox  növlər  oksigenin  çatışmazlığı 
şəraitində qeyri-aktiv vəziyyət (anosibioz) alır və beləliklə, əlverişsiz dövrü keçirə bilər.  
Hidrobiontların  tənəffüsü  ya  bədənin  səthi  ilə,  yaxud  da  xüsusi  orqanlarla  (ağciyər,  traxey,  qəlsəmə) 
həyata keçirilir.   
Duz  rejimi.  Su  sakinlərinin  əksəriyyəti  poykilosmotik  olub  onların  bədənində  osmos  təzyiqi  ətraf 
sudakı  duzluluq  dərəcəsindən  asılıdır.  Odur  ki,  hidrobiontların  duzluluq  balansını  saxlamaq  üçün  onlara 
duzluluq dərəcəsi münasib olmayan yerdən uzaqlaşmaq əsas üsul sayılır. Şirinsulu formalar dənizlərdə, dəniz 
formaları  isə  şirin  sularda  yaşaya  bilmir.  Suyun  duzluluq  dərəcəsi  dəyişməyə  məruz  qaldıqda  heyvanlar 
özlərinə əlverişli mühit axtarırlar. Məsələn, suyun səthi güclü yağışlardan sonra duzluluğu azaldığından dəniz 
kiçik  xərçəngləri  (Calanus  və  b.) 100 m-ə  qədər  dərinliyə  enirlər.  Suda  yaşayan  onurğalı  heyvanlar,  iri 
xərçənglər, həşəratlar və onların sürfələri homoyosmotik növlərə aid edilir, onlar suda duzların qatılığından 
asılı olmayaraq daima bədənlərində osmos təzyiqini saxlayırlar.  
Qeyd  edildiyi  kimi,  şirinsulu  növlərin  bədənlərindəki  şirələr  ətraf  mühitə  görə  hiportonikdirlər.  İzafi 
suyun qarşısının alınması üçün müqavimət göstərilməsə və ya bədəndən artıq su xaric edilməsə onları təhlükə 
gözləyir. İbtidailərdə izafi suyun kənarlaşdırılması ayırma vakuellərin fəaliyyəti ilə, çoxhüceyrəlilərdə isə artıq 
suyun  çıxarılması  ayırma  sistemləri  vasitəsilə  yerinə  yetirilir.  Bəzi  infuzorlar  hər  2-2,5  dəqiqədən  bir  öz 
bədəndəri çəkisində suyu xaric edir.  
Ümumiyyətlə,  su  sakinləri  arasında  həm  şirin,  həm  də  duzlu  suda  aktiv  vəziyyətdə  yaşayan  evriqalın 
növlər azdır. Onlar əsasən çayların estuarilərində, limanlarda və digər azduzlu su hövzələrində məskunlaşır. 
Su  hövzələrinin  temperatur  rejimi  quruya  nisbətən  xeyli  sabitdir.  Bu,  suyun  fiziki  xassələri  ilə, 
xüsusilə  yüksək  istilik  tutumu  ilə  bağlıdır.  Bunun  nəticəsində  istiliyin  alınıb-verilməsi  temperaturun  kəskin 
dəyişməsinə  səbəb  olmur.  Su  hövzələrinin  səthindən  suyun  buxarlanması  (buna  2263,8  c/q  sərf  olunur)  alt 
qatların qızmasının qarşısını alır, buzun əmələ gəlməsi isə (buna 333,48 C/q ərimə istiliyi sərf olunur) suyun 
soyumasının qarşısını alır. Okean sularının üst qatlarında temperaturun illik dəyişmə amplitudası 10-15
0
C-dən 
artıq olmur, kontinental su hövzələrində isə bu rəqəm 30-35
0
C-yə çatır.  Suyun dərin qatlarının temperaturu 
dəyişmir.  Ekvator  sularında  üst  qatlarda  suyun  temperaturu  +26…+27
0
C,  qütblərdə  isə  0
0
C  və  aşağı  təşkil 
edir. Qurunun isti qaynaqlarında suyun temperaturu 100
0
C, sualtı qeyzerlərdə isə okean dibinin yüksək təzyiqi 
şəraitində suyun temperaturu +306
0
C-yə çatır.  
Beləliklə,  suyun  temperaturunun  sabit  olması  hidrobiontlar  arasında  stenotermlik  qurudakı  canlılara 
nisbətən daha geniş yayılmışdır. Evriterm növlərə əsasən kiçik kontinental su hövzələrində, həmçinin sutkalıq 
və mövsümi temperaturun daha çox dəyişdiyi yüksək və orta enliklərin litorallarında rast gəlinir.  
Su hövzələrinin işıq rejimi. Suda işıq havaya nisbətən azdır. Su hövzələrinin səthinə düşən şüaların bir 
hissəsi hava mühitinə əks olunur. Günəşin vəziyyəti aşağı olduqca şüanın əks olunması güclənir, odur ki, sualtı 
günün uzunluğu quruya nisbətən qısa olur.  
Müxtəlif uzunluqlu dalğalar eyni udulmur: qırmızı dalğalar suyun səthinə yaxın artıq yox olur, halbuki göy-
yaşıl dalğalar daha dərinliyə keçir. Dərinliyə endikcə toranlıq okeanda əvvəlcə yaşıl, sonra mavi, göy və göy-
bənövşəyi rəng alır, sonra isə daim zülmət-qaranlıq olur. Buna uyğun olaraq okeanda əvvəlcə yaşıl, sonra isə 
qonur və qırmızı yosunlar bir-birini əvəz edir.  
Dünya okeanında yosunlar işıqlanma zonasında məskunlaşır. Qırmızı yosunlar daha dərinliklərə keçir, çox 
vaxt onlar 20-40 m, əgər su çox safdırsa, 100-200 m dərinliklərdə rast gəlinir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə