QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

 
21 
 
 
 
 
 
 
 
I HİSSƏ 
 
ÜMUMİ EKOLOGİYA 
 
   
 
 


 
22 
II FƏSİL 
 
HƏYAT (YAŞAYIŞ) MÜHİTİ VƏ 
EKOLOJİ FAKTORLAR 
 
Yaşayış  mühiti  canlı  orqanizmləri  əhatə  edən  təbiətin  bir  hissəsi  olub  onlarla  bilavasitə  qarşılıqlı 
əlaqədədir. Mühitin tərkib hissələri və xassələri çox müxtəlif və dəyişkəndir. Hər bir canlı, daim mürəkkəb və 
dəyişkən həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır. 
Planetimizdə  canlı,  ona  xas  olan  şərait  ilə  bir-birindən  fərqlənən  orqanizmlər  4  əsas  yaşayış  mühitini 
mənimsəmişlər.  İlk dəfə həyat su mühitində baş vermiş və yaylmışdır.  Sonralar  canlı orqanizmlər  yer səthi-
hava mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar. Dördüncü spesifik həyat mühiti 
isə canlı orqanizmlərin  özü olmuşdur.  Onların hər biri özündə məskunlaşan parazit və simbiontlar üçün tam 
həyat mühiti hesab olunur.  
Orqanizmlərin  mühitə  uyğunlaşması  adaptasiya  adlanır.  Adaptasiya  qabiliyyəti  həyatın  əsas 
xassələrindən biridir, belə ki, həyatın mövcudluğunun mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin 
edir. Adaptasiya növlərin təkamülü gedişində baş verir və dəyişir.  
Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlar adlanır. Mühit 
faktorları  olduqca  müxtəlifdir.  Onlar  canlı  qruplaşmalar  üçün  vacib  və  ya  əksinə,  zərərli  ola  bilər,  onların 
yaşamasına  və  çoxalmasına  səbəb  və  ya  mane  ola  bilər.  Ekoloji  faktorlar  üç  əsas  qrupa  bölünür:  abiotik, 
biotik və antropogen. 
Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil edib bitki və heyvanların həyatına 
və yayılmasına təsir göstərir. Onlar fiziki, kimyəvi və edafik faktorlara bölünür.  
Fiziki  faktorların  mənbəyi  fiziki  vəziyyət  və  ya  hadisə  (mexaniki,  dalğalı  və  s.)  sayılır.  Məsələn, 
temperatur,  əgər  o,  çox  yüksəkdirsə,  yanma  (yanıq),  çox  aşağı  olduqda  isə  donma  (donuşluq)  baş  verir. 
Temperaturun təsirinə digər faktorlar da təsir göstərə bilər, məsələn, suda-axın, quruda isə külək, rütubətlilik 
və s.  
Kimyəvi  faktorlar  -  mühitin  kimyəvi  tərkibi  ilə  əlaqədar  təsir  göstərir.  Məsələn,  suyun  duzluluğu  çox 
olarsa, su hövzəsində həyat olmaya bilər (Ölü dəniz), bununla belə saf suda dəniz orqanizmlərinin əksəriyyəti 
yaşaya bilmir. Quruda və suda heyvanların həyatı kifayət qədər oksigenin miqdarından asılıdır.  
Edafik  və  ya  torpaq  faktorları  –  torpaqda  yaşayan  orqanizmlərə  təsir  göstərən  torpağın  və  dağ 
süxurlarının  kimyəvi,  fiziki  və  mexaniki  xassələrinin  məcmusu.  Torpaq  kimyəvi  komponentlərinin  (biogen 
elementlərin),  temperaturunun,  rütubətliliyinin,  strukturunun,  humusun  miqdarının  və  s.-in,  bitkinin  böyümə 
və inkişafına təsiri yaxşı məlumdur.  
Lakin orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər qruplaşmalar əmələ gətirir. Burada 
onlar  qida  resursları,  ərazi  uğrunda  mübarizə  edir,  yəni  bir-birlərilə  rəqabət  mübarizəsinə  girir.  Bu  zaman 
növdaxili,  həm  də  xüsusilə  növarası  səviyyələrdə  yırtıcılıq,  parazitlik  və  digər  mürrəkəb  qarşılıqlı  əlaqələr 
yaranır. Bu isə canlı aləmin faktorları və ya biotik faktorlar hesab olunur.  
Biotik  faktorlar  canlı  orqanizmlərin  bir-birinə  təsir  formasıdır.  Hər  bir  orqanizm  daim  bilavasitə  və 
dolayısı  ilə  (bilvasitə)  digər  canlının  təsirinə  məruz  qalır,  özünün  və  digər  növlərin  nümayəndələri  ilə  (bitki, 
heyvan,  mikroorqanizm)  əlaqəyə  girir,  onlardan  asılı  olur  və  onlara  təsir  göstərir.  Orqanizmlərin  qarşılıqlı 
əlaqələri biosenozların və populyasiyaların mövcudluğunun əsası hesab olunur.  
Y.P.Xrustalyev  və  Q.Q.Matişeva  (1996)  görə  biotik  faktorlar  bir  orqanizmlərin  həyat  fəaliyyətinin  digər 
orqanizmlərin  həyat  fəaliyyətinə  təsirlərinin  məcmusu  olmaqla  bərabər,  həm  də  cansız  mühit  məkanına 
təsiridir. Cansız mühitə təsir dedikdə, orqanizmlərin özlərinin müəyyən dərəcədə mövcud olduğu şəraitə təsir 
qabiliyyəti başa düşülür. Məsələn,  meşədə bitki örtüyünün təsiri altında xüsusi mikroiqlim və ya mikromühit 
yaranır,  bura  açıq  sahəyə  nisbətən  özünəməxsus  temperatur-  rütubətlilik  rejiminə  malikdir:  qışda  burada 
havanın  temperaturu  bir  neçə  dərəcə  isti,  yayda  isə  sərin  və  rütubətli  olur.  Ağacın  koğuşunda,  yuvalarda, 
mağaralarda da xüsusi mikromühit yaranır.  
Qarın altındakı mikromühiti xüsusi qeyd etmək lazımdır, buranın mühiti sırf abiotik təbiətə malikdir. 50-70 
sm  qalınlığından  az  olmayan  qarın  istiləşdirmə  təsiri  nəticəsində,  onun  əsasında  (dibində),  təxminən  5  sm 
qatda  qışda  xırda  heyvanlar  –  gəmiricilər  yaşayır,  belə  ki,  temperatur  şəraiti  (0…2
0
C)  onlar  üçün  əlverişli 
sayılır. Elə belə effektə görə də qarın altında payızlıq taxılların cücərtiləri qalır. Güclü şaxtalardan qarın altında 
iri heyvanlar (maral, sığın) da qorunur. 


 
23 
Eyni  növün  fərdləri  arasında  növdaxili  qarşılıqlı  əlaqələr  qrup  və  kütləvi  effektlə  və  növdaxili  rəqabətlə 
yaranır.  Qrup  və  kütləvi  effekt  dedikdə  eyni  növ  heyvanların  iki  və  ya  daha  çox  fərdlərinin  birləşməsi 
(toplanması) və mühitdə yerləşərək effekt yaratması başa düşülür. Hazırda belə effektlər demoqrafik faktor 
adlanır.  Onlar  populyasiya  səviyyəsində  orqanizm  qruplarının  say  dinamikasını  və  sıxlığını  səciyyələndirir, 
bunun əsasında növdaxili rəqabət durur və növarası rəqabətdən kökündən fərqlənir. Növarası əlaqələr olduqca 
müxtəlifdir.  İki  yanaşı  yaşayan  ayrı-ayrı  növlər  bir-birinə  heç  bir  təsir  göstərməyə  də  bilər,  yaxud  bir-birinə 
əlverişli  (müsbət)  və  ya  əlverişsiz  (mənfi)  təsir  göstərir.  Mümkün  kombinasiya  tipləri  qarşılıqlı  əlaqələrin 
müxtəlif növlərini əks etdirir: 
- neytralizm – hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir; 
- rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) təsir göstərir; 
-  mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya (mövcud ola) bilməz; 
- protokooperasiya (həmrəylik) – hər iki növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı 
olsa da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər; 
- kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı başqa növdən fayda alır, digər növ 
isə sahib olub, heç bir fayda götürmür (qarşılıqlı dözüm); 
- amensalizm – növün biri amensal olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir; 
- parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir və hətta onu məhv edə bilər; 
- yırtıcılıq – yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla qidalanır. 
  Növarası əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu əsasında yaranır.  
Antropogen faktorlar.  İnsan cəmiyyətinin fəaliyyət forması olub, orqanizmlərin həyatına birbaşa təsir 
göstərir  və  ya  dolayısı  ilə  yaşayış  mühitinə  bilavasitə  təsir  göstərməklə.  Bəşəriyyət  tarixi  gedişində  ilk  əvvəl 
ovçuluğun inkişafı, sonralar isə kənd təsərrüfatı, sənaye, nəqliyyat planetimizin təbiətini güclü dəyişmişdir.  
Canlı aləmə və bütvölükdə biosferə antropogen faktorların təsiri sürətlə artmaqda davam edir və hazırkı 
şəraitdə çox vaxt hakimlik edir. İndiki dövrdə Yerin canlı aləmi və orqanizmlərin bütün növlərinin taleyi praktiki 
olaraq insan cəmiyyətinin əlində olub antropogen amillərin təbiətə təsirindən asılıdır.  
Ekoloji  faktorların  əksəriyyəti  vaxta  görə  keyfiyyətcə  və  kəmiyyətcə  dəyişir.  Məsələn,  iqlim  faktorları 
(temperatur, işıqlandırma dərəcəsi və s.) sutka, mövsüm, il ərzində dəyişir.  
Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri faktorlar adlanır. Bura iqlim faktorlarından 
başqa bəzi  hidroloji faktorlar (qabarma və çəkilmələr,  bəzi  okean axınları) da aiddir.  Gözlənilməz baş verən 
faktorlar (vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri dövri faktorlar adlanır.  
Dövri  və  qeyri  dövri  faktorların  ayrılması  orqanizmlərin  həyat  şəraitinə  uyğunlaşmasının  öyrənilməsində 
mühüm əhəmiyyət kəsb edir.  
 
2.1. Limitləşdirici faktorlar, optimum qanunlar 
Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada) olur. Dəyişkən faktorun təsirinin 
nəticəsi  hər  şeydən  əvvəl  onun  təzahür  gücündən  asılıdır.  Faktorun  həm  çatışmayan  (az),  həm  də  artıq 
miqdarda təsiri fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü (dozası) müəyyən 
növün  orqanizmi  üçün  ekoloji  faktorun  optimum  zonası  və  ya  sadəcə  olaraq  optimumu  adlanır. 
Optimumdan  kənara  çıxma  (sapma)  güclü  olduqca  həmin  faktorun  orqainizmə  məhvedici  gücü  yüksək  olur 
(pessimum  zonası).  Ekoloji  faktorun  maksimum  və  minimum  dözümlülük  rolu  kritik  nöqtə  sayılır  və  bu 
nöqtədən kənarda artıq yaşayış (həyat) mümkün olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük 
həddi  hər  hansı  bir  konkret  faktora  görə  canlı  orqanizmin  ekoloji  valentliyi  adlanır.  Müxtəlif  növlərin 
nümayəndələri həm optimum vəziyyətinə, həm də ekoloji valentliyinə görə bir-birindən kəskin fərqlənir. 
Mühitin abiotik faktorlara münasibəti baxımından geniş ekoloji valentliyi göstərmək üçün faktorun adına 
«evri» önşəkilçisi əlavə edilir. Evriterm növlər – temperaturun böyük tərəddüdünə davam gətirən, evriqal 
orqanizmlər – mühitin duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən, evrioksibiontlar – suda 
oksigenin  çox  dəyişməsinə  davam  gətirən,  evrion  növlər  –  PH  mühitinin  çox  dəyişməsinə  davam  gətirən 
növlər,  əksinə,  faktorun  böyük  dəyişməsinə  davam  gətirə  bilməyən  və  ya  dar  ekoloji  valentlik  «steno» 
önşəkilçisi ilə qeyd edilir. Məs., stenoterm, stenoqal, stenotop, stenooksibiont orqanizmlər.  
Ekoloji  faktorlar  arasında  həmçinin  limitləşdirici  faktorlar  ayrılır.  Bu  faktorlar  müəyyən  növ  üçün 
ekstremal hesab olunan şəraitdə yaşamaq imkanını məhdudlaşdırır.  
Limitləşdirici  faktorların  əhəmiyyəti  haqqında  fikri  ilk  dəfə  XIX  əsrin  ortalarında  alman  aqrokimyaçısı 
Y.Libix  irəli  sürmüşdür.  O,  göstərmişdir  ki,  limitləşdirilmiş  faktorlar  (məsələn,  istilik,  işıq,  su)  yalnız  faktorun 
azlığı  (çatışmazlığı)  deyil,  həm  də  onun  bolluğu  (izafiliyi)  ola  bilər.  Y.Libix  «minimum»  qanununu  müəyyən 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə