QəRİb məMMƏdov, mahmud xəLİlov


 Say dinamikası faktorları



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

 
53 
3.9.2. Say dinamikası faktorları.  
Müasir  ekologiyada  heyvanların  sayının  müntəzəm  dəyişməsinə  məsul  faktorların  iki  qrupa  bölünməsi 
qəbul edilmişdir: orqanizmlərin sıxlığından asılı olmayan faktorlar və sıxlıqdan asılı olan faktorlar.  
Orqanizmlərin  sıxlıq  dərəcəsindən  asılı  olmayan  faktorlara  kompleks  abiotik  faktorlar  daxildir, 
onların  heyvanlara  təsiri  iqlim  və  hava  vasitəsilə  həyata  keçirilir.  Bu  faktorların  bioloji  təsiri  orqanizm 
səviyyəsində  təsir  göstərməsi  ilə  səciyyələnir,  məhz  buna  görə  də  onların  təsir  effekti  orqanizmlərin  say  və 
sıxlığı kimi spesifik populyasiyası parametrləri ilə əlaqədar deyildir. Bu faktorların təsiri birtərəflidir: orqanizmlər 
onlara uyğunlaşa bilər, lakin onların əksinə təsir göstərmək vəziyyətində deyildir.  
İqlim  faktorlarının  populyasiyasının  say  səviyyəsinə  və  onun  dəyişməsi  istiqamətinə  təsir  effekti  ilk 
növbədə təsir edən faktorun gücünün optimal ölçüdən sapması (kənara çıxması) ilə əlaqədar ölüm dərəcəsinin 
artması  ilə  həyata  keçir.  Bu  zaman  ölüm  və  yaşayıb  qalma  dərəcəsi  orqanizmin  adaptasiya  olunma 
mümkünlüyü  və  mühitin  bəzi  xarakteristikasını  nəzərə  alaraq  yalnız  təsir  göstərən  faktorun  gücü  ilə  təyin 
olunur:  əlverişli  şəraiti  olan  sığınacağın  mövcüdluğu,  eyni  zamanda  faktorların  yumşaldıcı  təsiri  və  b. 
populyasiyanın sayının səviyyəsi (orqanizmlərin sıxlığı) onun dəyişməsinin ümumi istiqamətini müəyyən etmir. 
Belə ki, əgər qış şəraiti qeyri-adi aşağı temperatur və qar örtüyünün qalınlığının az olması ilə fərqlənərsə, hətta 
qışın  başlanğıc  dövründə  populyasiyanın  sayı  və  sıxlığı  yüksək  olduqda  belə,  xırda  gəmiricilərin  yazda  say 
səviyyəsi  olduqca  aşağı  olacaqdır.  Analoji  qanunauyğunluğu  qarın  altında  sərt  şaxtalardan  yuvalarda  xilas 
olunan toyuq fəsiləsindən olan meşə quşları üçün də səciyyəvidir.  
Bu  faktorlar  qrupu  bəzi  şəraitdə,  əsas  etibarilə  yem  şəraitinin  dəyişməsi  ilə,  dolayısı  ilə  nəsilvermənin 
dəyişməsi ilə də təsir göstərə bilər. Məs., bitkilərin vegetasiyası üçün əlverişli olan abiotik faktorların kompleksi 
fitofaq  heyvanların  yaxşı  artmasına  şərait  yaradır.  Əksinə,  ot  məhsulu  çox  aşağı  olduqda  və  ya  yemin 
əlçatmazlığı  sıxlıqdan  asılı  olmayaraq  ölüm  faizini  artırır.  Dırnaqlı  heyvanların  uzun  müddət  aclıqdan  kütləvi 
qırılması hadisəsi də məlumdur.  
Orqanizmlərin  sıxlığından  asılı  olmayaraq  say  dinamikası  tsiklinin  formalaşması  iqlimin  və  hava  tipinin 
çoxillik dəyişməsinin tsiklik (dövrlük) xarakteri ilə bağlıdır.  
Ümumiyyətlə,  bir  sıra ekoloqların  fikirləri  bu  nəticəyə  gəlməyə  imkan  verir  ki,  iqlim  faktorları,  şübhəsiz, 
say artımının nəzərə çarpacaq dərəcədə dəyişməsinə səbəb ola bilər. Lakin bu faktorlarla yanaşı, say artımının 
dəyişməsi  bir  sıra  digər  faktorlarla  da  müəyyən  olunur.  Bununla  yanaşı,  iqlim  faktorları  sabit  müvazinətin 
yaranmasına səbəb olmur: bu faktorlar sıxlığın dəyişməsinə cavab vermək (reaksiya vermək), yəni əks əlaqə 
prinsipi  ilə  təsir  etmək  qabiliyyətinə  malik  deyil.  Q.A.Viktorovun  (1967)  say  dinamikasının  xarakterinin 
formalaşmasında  faktorların  roluna  əsaslanan  təsnifatına  əsasən  meteoroloji  şərait  modifikasiyalaşma 
faktorları kateqoryiasına aid edir.  
Orqanizmlərin  sıxlığından  asılı  olan  faktorlara  (endogen  faktorlara)  həmin  növün  sayının 
səviyyəsinə  və  dinamikasına  təsir  göstərən  onun  qidası,  yırtıcıları,  xəstəlik  törədiciləri  və  b.  aiddir.  Sıxlıqdan 
asılı olan faktorların təsir xarakteri prinsip etibarilə yuxarıda göstərilən faktorlardan fərqlənir: populyasiyanın 
digər növlərinin say artımına təsir göstərdikdə özləri də o növlərin təsirini hiss edir (sınaqdan keçirir). Beləliklə, 
bu halda biosenozun tərkibindəki müxtəlif növlərin populyasiyalarının qarşılıqlı təsirindən söhbət gedir, onlar 
hər iki növün say artımının biosenotik tənzimləyicisi rolunu oynayır. Bu cür əlaqənin nizamlayıcı effekti qarşılıqlı 
təsir göstərən populyasiyada orqanizmlərin sıxlığından asılıdır.  
Say  dinamikası  faktorlarının  əsaslı  konsepsiyasının  yaradıcısı  Q.A.Viktorov  (1967)  populyasiyanın  həm 
fərdi  sıxlığına,  həm  də  digər  növlərin  populyasiyalarının  sıxlığına  (trofik  və  ya  digər  qarşılıqlı  əlaqə  ilə  bağlı  
olan) reaksiya etmək (cavab vermək) qabiliyyətinə əsaslanaraq biotik qarşılıqlı təsiri tənzimləyici (nizamlayıcı) 
faktorlar kateqoriyasına aid edir.  
Say  artımı  tsikllərinin  formalaşmasında  biotik  qarşılıqlı  əlaqələrin  mühüm  forması  –  «İstehlakçı» (sərf 
edici) və onun qidasının əlaqəsi hesab olunur.  
Qidanın induksiya tsiklinin faktoru kimi rolunun ən sadə variantı – qida ilə yüksək təmin olunma doğumun 
inkişafına  və  istehlakçı-populyasiyada  ölümün  azalmasına  səbəb  olmasıdır.  Bunun  nəticəsində  onların  sayı 
çoxalır,  bu  isə  qidanın  güclü  yeyilməsinə  və  bununla  əlaqədar  onun  sayının  (biokütlənin)  azalmasına  səbəb 
olur. Sonuncu isə istehlaçının həyat şəraitinin pisləşməsinə, doğumun aşağı düşməsinə, ölümün artmasına və 
sayın azalmasına səbəb olur.  
Trofik yaranan say tsiklləri daha aydın şəkildə növ cütlüyünün – «yırtıcı»- «şikar» tipinin qarşılıqlı əlaqəsi 
şəraitində əmələ gəlir.  
«Yırtıcı»-«şikar» əlaqəsinin ümumiləşmiş effektinin əsası ondan ibarətdir ki, hər iki qarşılıqlı təsir göstərən 
populyasiya bir-birinin say artımına və sıxlığına təsir göstərir. Belə qarşılıqlı təsirin ən yüksək nəticəsi hər iki 


 
54 
növün  sayının  təkrarən  qalxması  və  enməsinin  formalaşmasıdır,  həm  də  belə  tərəddüd  sistemində  yırtıcının 
sayının  dəyişməsi  fazaya  görə  «şikarın»  populyasiyasının  dinamikasından  geri  qalır.  Bu  ilk  növbədə 
ixtisaslaşmış yırtıcılara aiddir. Onlar əsas yem növünün miqdarı azaldıqda digər qida növünə keçə bilmir.      
 
3.9.3. Senopopulyasiyanın dinamikası  
Bitkilər üçün say dinamikası anlayışından praktiki olaraq istifadə olunmuş populyasiya tsiklinə hər şeydən 
əvvəl  müəyyən  növün  populyasiyasının  strukturunun  və  fotosenetik  funksiyasının  dəyişməsi  mövqeyindən 
baxılır. Heyvanlarda say artımının dinamikası anlayışı birbaşa populyasiyanın hesab vahidi – fərdlərin sayı ilə 
ifadə olunur. Bitki populyasiyalarında isə strukturun bu aspekti mürəkkəb şəkildə göstərilir; qeyd edildiyi kimi 
populyasiya  elementi  kimi  həm  fərdlər  (toxum  və  vegetativ  mənşəli  fərdlər  bioloji  baxımdan  eyni 
qiymətləndirilmir), həm də vegetativ mənşəli fərdlər (klonlar) birliyi və fərdlərin hissələri (fitoölçülər,yarpaq və 
s.) çıxış edə bilər.  
Senopopulyasiyanın  strukturuna  bir  neçə  aspektdə  baxıla  bilər:  populyasiyanın  tərkibi  (elementlərin 
kəmiyyətcə  nisbəti),  quruluşu  (sahədə  elementlərin  qarşılıqlı  yerləşməsi,  ərazi  quruluşu),  fəaliyyəti 
(elementlər  arasındakı  əlaqələrin  məcmusu).  Populyasiyanın  dinamikasına  strukturun  bütün  aspektlərinin 
vaxta  görə  dəyişməsi  daxildir.  Bu  zaman  populyasiya  parametrlərinin  dəyişən  sırasına  miqdar  (elementlərin 
sayı),  biokütlə,  toxum  məhsuldarlığı,  yaş  spektri  və  fərdlərin  yaş  tərkibi  (təqvim  yaşı  üzrə)  daxildir. 
Senopopulyasiya elementlərinin sayı və sıxlığı doğum və məhv olmanın nisbətindən asılıdır; bu göstəricilərin 
dəyişməsində  emiqrasiya  və  immiqrasiya  böyük  rol  oynaya  bilər.  Məhvolma  ilk  növbədə  ekoloji  faktorların 
kompleksi ilə müəyyənləşdirilir.  
Çiçəkli bitkilərdə məhsuldarlıq (çoxalma qabiliyyəti) anlayışı potensial toxum məhsuldarlığına uyğun gəlir, 
bu fərdlərin toxum başlanğıcının, yaxud da zoğun sayına görə təyin olunur. Faktiki toxum məhsuldarlığı (zoğ  
və  fərdə  görə  tam  yetişmiş  toxumun  sayı)  populyasiyanın  təkrar  artması  səviyyəsini  əks  etdirir.  Məhz  bu 
göstəricinin  tərəddüdü  (potensial  toxum  məhsuldarlığının  80%-dən  0,5%-ə  kimi)  populyasiyanın  özünü 
saxlama  (özünü  qoruma)  ekoloji  proseslərini  əks  etdirir.  Toxum  məhsuldarlığını  məhdudlaşdıran  və  onun 
faktiki  səviyyəsini  təyin  edən  əsas  faktorlar  tozlanmanın  kifayət  qədər  olmaması,  resursların  çatışmazlığı, 
fitofaqların və xəstəliklərin təsiri hesab edilir.  
Bitki populyasiyalarının təkrar artması (təzələnməsi) və özünü qoruması (saxlaması) prosesində vegetativ 
çoxalma böyük əhəmiyyət kəsb edir. Bu proses kifayət qədər mürəkkəb yolla senopopulyasiyanın yaş spektri 
ilə  əladədardır:  vegetativ  çoxalma  bir  tərəfdən  yaşdan  asılıdır,  digər  tərəfdən  isə  cavanlaşmaya  səbəb  olur. 
Aşağıda vegetativ çoxalmanın dörd tipini nəzərdən keçirək.  
1.  Senil  partikulyasiyası  (lat.  senilis  –  qoca,  partis  –  hissə,  qismən),  yəni  qoca  yaşında  partikulun 
(vegetativ mənşəli fərdlərin) ayrılması. Partikulyasiyanın bu tipi bir çox milköklü çoxilliklərə xasdır. Uzunömürlü 
olmadığından  və  partikulun  aşağı  həyatiliyinin  olması  ilə  əlaqədar  populyasiyanın  vegetativ  özünü  saxlama 
baxımından  bu  tip  effektli  sayılmır.  Belə  tipdə  çoxalma  enerjisi  böyük  deyil:  vegetativ  gələcək  nəsil  ümumi 
sayın 0,4-4,0%-i qədərdir.  
2.  Cavanlaşmayan  və  ya  az  cavanlaşan  yetişmiş  partikulyasiya  –  zəif  vegetativ  çoxalma 
səciyyəvidir.  Çimli  taxılotları,  cillər,  xırda  kökümsov  otlara,  geoksil  kollara  xasdır.  Partikulun  aşağı  həyat 
qabiliyyəti olması (ömrü bir qədər uzun olsa da) ilə əlaqədar populyasiyanın özünü saxlaması üçün bu üsul da 
az effektlidir. Belə partikulyasiya tipində enerji az, yəni ümumi miqdara görə vegetativ gələcək nəslin 10-80%-
ə qədəri ola bilər. 
3. Səthi (dərin olmayan) cavanlaşan və aktiv böyüyən yetişmiş partikulyasiya – uzun kökümsovlu 
otlar və kollar üçün səciyyəvidir.  
4.  Dərin  cavanlaşma  gedən  generativ  partikulyasiya  intensiv  böyümə  ilə  səciyyələnir.  Kökdən 
pöhrəverən çoxillik bitkilər üçün xarakterikdir.  
Axırıncı iki partikulyasiya tipi özünü saxlamanın (qorumanın) yüksək effektivliyi ilə səciyyələnir. Bu çoxlu 
pöhrələrin  (cücərtilərin,  ildə  bir  ana  ağacdan  20-100  pöhrə)  əmələ  gəlməsi  ilə  (cavanlaşması)  əlaqədardır. 
Bunun hesabına populyasiya yüksək sıxlığa çata bilər.  
Nəsilvermə  və  məhvolmanın  səviyyəsinin  dəyişməsi  müvəqqəti  struktur  dinamikasını,  biokütləni  və 
bütövlükdə senopopulyasiyanın fəaliyyətini formalaşdırır. Bu dəyişmələrin effektivliyinin həyata keçirilməsində 
populyasiyanın  sıxlığı  əhəmiyyətli  rol  oynayır.  Sıxlıq  qanunauyğun  olaraq  bitkinin  böyümə  intensivliyinə, 
toxumun məhsuldarlığının və vegetativ böyümənin vəziyyətinə təsir göstərir: bununla yanaşı, sıxlığın artması 
çarpaz  tozlanmanın  ehtimalını  yüksəldir.  Bunun  nəticəsində  sıxlıq  yenidən  bərpa  prosesinin  nizamlanması 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə