QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə26/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

 
55 
faktoru kimi çıxış edir. V.N.Sukaçov (1941) göstərmişdir ki, sıxlıq inkişafın intensivliyinə və ona uyğun olaraq 
ömrün uzunluğuna təsir göstərir. Birillik bitkilərdə sıxlıq inkişafı tezləşdirir, çoxilliklərdə isə onu yavaşıdır.  
Sıxlığın böyük nizamlayıcı əhəmiyyəti onun məhvolma (ölüm) səviyyəsinə təsirində təzahür olunur: sıxlıq 
artdıqda məhv olma çoxalır. Sıxlıqdan asılı olan məhv olma (ölüm) dərəcəsi həyat şəraiti yaxşılaşdıqda daha da 
yüksəlir (Sukaçov, 1928).  
Geniş daipazonlu sıxlıqda onun məhvolmağa (ölümə) təsiri parabolik əyrisi üzrə gedir: aşağı sıxlıqda xarici 
faktorların  birbaşa  təsir  göstərməsi  nəticəsində  ölüm  çoxalır,  sıxlıq  artdıqda  «qrup  effektliyi»  formalaşır,  bu 
öldürücü təsiri yumşaldır, sıxlıq müəyyən həddi keçdikdə fərdlər bir-birinə məhvedici təsir göstərdiyindən ölüm 
yenidən artır.  
Sıxlıqdan  asılı  olan  ölüm  (məhvolma)  bitkilərdə  populyasiya  tsikllərini  nizamlayıcı  yeganə  mexanizm 
deyildir. Bir sıra hallarda nizamlanma sıxlıqdan asılı olan reproduksiya və ya hər iki mexanizmin birliyi (əlaqəsi) 
vasitəsilə  yerinə  yetirilir.  Biokütlənin  səviyyəsi  sıxlıqdan  asılı  olan  böyümə  və  inkişafla  nizama  salınır.  Son 
nəticədə  nizamlayıcı  mexanizmlərin  ümumi  cəmi  müəyyən  növün  senopopulyasiyasında  yerini  və  rolunu 
çoxnövlü bioloji sistemin – biogeosenozun strukturunda və funksiyasında müəyyənləşdirir.  
 
3.9.4. Populyasiyanın homeostazı 
Populyasiyanın  sabitliyi  və  nisbi  sərbəstliyi  onun  struktur  və  daxili  xassələrinin  dəyişən  yaşayış  şəraiti 
fonunda uyğunlaşma xüsusiyyətlərini saxlanmasından asılıdır. Məhz mühitlə dinamik tarazlığın saxlanması bütöv 
bioloji sistem kimi populyasiyanın homeostazı prinsipindən ibarətdir.  
Populyasiya  funksiyalarının  təzahürünün  bütün  aspektlərində  onların  sabitliyinin  saxlanması  çox  böyük 
əhəmiyyət kəsb edir; populyasiya homeostazının çoxtərəfli mexanizmləri əsasında onları üç mühüm fəaliyyət 
kateqoriyasına  bölmək  olar: 1) ərazi  strukturunun  adaptasiya  xarakterini  saxlaması; 2) genetik  strukturun 
saxlanması; 3) orqanizmlərin sıxlığınn nizamlanması. 
Homeostatik funksiyalar canlı orqanizmlərin bütün qruplarına xasdır, lakin o, heyvanlar üçün kifayət qədər 
yaxşı öyrənilmişdir. Ali heyvanlar bu funksiyaların yerinə yetirilməsində yalnız fizioloji proseslər deyil, həmçinin 
mürəkkəb sinir fəaliyyəti də iştirak edir. Odur ki, populyasiya homeostazı problemini müzakirə edərkən əsasən 
onurğalı heyvanlar haqqında danıışılacaq.  
Populyasiyaların  ətraf  mühitlə  qarşılıqlı  təsir  formaları  və  ümumi  populyasiya  funksiyalarının  yerinə 
yetirilməsi ayrı-ayrı fərdlərin fizioloji reaksiyaları vasitəsilə ifadə olunur.  
 
Ərazi strukturunun saxlanması 
Qidanın  növ  xüsusiyyətləri,  çoxalmanın  biologiyası,  abiotik  faktorlara  münasibət  hər  bir  növə  xas  olan 
ərazidən  istifadənin  ümumi  xarakteri  və  sosial  münasibətləri  tipini  formalaşdırır.  Bu,  son  nəticədə 
populyasiyanın  ərazi  (ərazi-etoloji)  strukturunun  növ  tipini  təyin  edir,  bunun  ən  səciyyəvi  (tipik)  meyarları 
(kriteri)  növə  uyğun  məskunlaşma  yeri,  əraziyə  bağlılıq  dərəcəsi,  fərdlərdə  aqreqasiyanın  mövcudluğu  və 
xarakteri  və  məkanda  (ərazidə)  onların  dispersliyi  sayılır.  Ərazi  strukturunun  növ  tipinə  həm  də  göstərilən 
parametrlərin qanunauyğun, dövri təkrar olunan (məs. mövsümi) dəyişməsi daxildir.  
Yuxarıda qeyd edildiyi kimi, hətta bir növ daxilində populyasiyada fərdlərin ərazidə yerləşməsinin konkret 
forması qida obyektlərinin (qida elementlərinin) miqdar və paylanması dinamikasından, mikroiqlimin mövsümi 
və dövri olmayan dyişməsindən və s. nəzərə çarpacaq dərəcədə dəyişə bilər. Göstərilən faktorlar tərəfindən 
yaradılan fərdlər və onların qruplaşmaları arasındakı məsafə fərdi, qruplaşmaların ölçüsü (böyüklüyü), ərazidə 
yerdəyişmə (yayılma) xarakteri populyasiyanın ərazi strukturunun növ tipinin biologiyasının daha çox ümumi 
xüsusiyyətləri ilə müəyyən olunur.  
Ərazinin  «fərdiləşdirilməsi»  mexanizmləri.  Daimi  bir  sahədə  məskunlaşmanın  bioloji  üstünlüyü 
yalnız ərazinin «fərdiləşdirilməsi» şəraitində, oranın ancaq daim yaşayan fərdlər və ya qruplaşmaların istifadəsi 
şəraitində  reallaşa  (həyata  keçə)  bilər.  Qeyd  edildiyi  kimi,  rezident  fərdlər  ərazinin  sahəsinə  tanış  oriyentir 
(istiqamət) sistemi ilə bağlıdır, oriyentir sistemindən kənara çıxdıqda isə oriyentir reaksiyası baş verir, bu isə 
sahəyə  geri dönməyə stimul  yaradır.  Lakin  davranışın  belə  stereotipi  rezidentə  həmin  növdən  olan  fərdlərin 
onun ərazisinə daxil olmasına zəmanət vermir. Belə zəmanət resurslardan intensiv istifadə edən oturaq növlər 
üçün xas olan ərazi davranışı kompleksi ilə müəyyən olunur.  
Ərazi  təcavüzkarlığı.  Ərazi  qarşılıqlı  əlaqəsinin  birbaşa  forması  genetik  təcavüz  davranışı  olub  öz 
növünün fərdlərinin sahəyə daxil olmasıdır. Bu və ya digər formada ərazi təcavüzü yaşama sahəsi olan bütün 
növlərə,  o  cümlədən  onurğasızlara  (bəzi  həşəratlar,  xərçəngkimilər  və  b.)  da  xasdır.  Ərazi  konfliktində 
əksəriyyət  hallarda  qarşılaşma  zamanı  fərd  rezidentin  –  həmin  sahənin  «sahibi»nin  qalib  çıxması  bioloji 


 
56 
baxımdan mühüm sayılır. Bu qanunauyğunluğun təsdiqi təbii populyasiyalarda müşahidə olunmuşdur. Belə ki, 
təbii şəraitdə uzun müddət fərdi nişanlanmış kiçik sünbülqıranlar üzərində aparılan müşahidələr göstərmişdir 
ki, öz sahəsində yemlənən sünbülqıran gözlə görünməyən, lakin ciddi mühafizə olunan sahədə sərhədi keçən 
digər  vəhşi  heyvanın  üzərinə  (hətta  tanıdığı  qonuşusu  olduqda  belə)  atılır.  Bu  zaman  bir  qayda  olaraq  yad 
(gəlmə) qaçmağa üz tutur, «sahib» onu sərhədinə kimi qovur. Bəzi halda «sahib»in qovmağa başı qarışaraq 
özü yad əraziyə keçir. Bu zaman vəziyyət dəyişir, qorxub qaçan heyvan öz sahəsinə çatdıqda hücuma keçərək 
onu təqib edəni qovmağa başlayır (Soldatova, 1967).  
Kompleks  ərazi  davranışı  birbaşa  hücum,  döyüş,  təqiblə  bitmir.  Halbuki  belə  sərt  mühafizə  formalarına 
nisbətən  az  rast  gəlinir.  Praktiki  olaraq  birbaşa  təcavüz  çox  vaxt  davranışın  ritual  formaları  ilə  (hədə-qorxu 
pozaları  (vəziyyəti)),  spesifik  səs  siqnalları,  fiziki  kontakta  (toqquşmağa)  çatdırılmayan  hücum  nümayiş 
etdirmək və s. müşayiət olunur.  
 
Ərazinin nişanlanması 
Sahənin  fərdləşdirilməsinin  ən  «yumşaq»  üsulu  olub  təcavüzlə  əlaqəsi  yoxdur.  Nişanlama  üsulları 
müxtəlifdir. Görmə qabiliyyəti yaxşı inkişaf etmiş növlərdə ərazinin vizual nişanlanması müşahidə olunur. Məs., 
yaxşı görünmə şəraitini tutan mərcan balıqlarının nəzəri cəlb edən cizgiləri ilə parlaq rəngi ərazinin tutulmuş 
olduğunu göstərən kifayət qədər gözə çarpan siqnaldır. 
Quşlarda  sahənin  nəğmə  oxuma  və  başqa  səs  siqnalları  şəklində  akustik  nişanlanması  aydın  təzahür 
olunur. Quşların səsində həmişə fərdilik çalarlar müşahidə olunur. Nəğmənin mürəkkəb cizgisində ərazi siqnalı 
daşıyan konkret hissəni seçmək olar. Bütün bunlar qonşulara qonşu sahənin nişanlanmış sərhədini müəyyən 
etməyə imkan yaradır.  
Ərazinin  səslə  nişanlanması  başqa  heyvanlara  da  xasdır.  Məs.,  suitinin  yaşlı  erkəkləri  öz  sığınacağının 
ərtaf sualtı sahəsini tez-tez çıxardığı trelin (cəh-cəhin) köməyi ilə nişanlayır. Cənubi Amerika meymunu revun 
Aluatta və bəzi digər primatlar sahəni səsləri ilə nişanlayır. Amerika burundik dələləri Tamiasciurus və digər 
məməlilər də ərazinin tutulmuş olduğunu səs siqnalları ilə bildirirlər; amfibiya və bir sıra onurğasız heyvanlarda 
da səs nişanlanmasına rast gəlinir.  
Əksəriyyət  məməlilərdə  ərazinin  nişanlanmasında  iy  (qoxu)  nişanlanması,  mühüm  əhəmiyyətə  malikdir, 
bu həmin heyvanların həyatında iybilməni mənimsəmək kimi aparıcı rola uyğun gəlir. İy «daşıyıcı» kimi sidik, 
ekskrement  və  bir  çox  ərazi  növlərinə  xas  olaraq  müstəsna  əhəmiyyət  daşıyan  xüsusi  vəzilərin  sekretləri 
(şirələri) hesab olunur. Öz sahələrini sidik və peyinlə nişanlamaq praktiki olaraq bütün məməlilərə xasdır. Bir 
çox  növlərdə  spesifik  dəri  vəziləri  olur,  bu  vəzilər  dayanıqlı  iyli  sekret  (şirə)  ayırır.  Belə  vəzilər  bir  sıra  çöl 
sicanları,  qum  siçanları  və  digər  siçanabənzər  gəmiricilərə  xasdır,  onlar  həmçinin  kisəli  uçar  mişovullarda, 
panqolinlərdə,  dırnaqlılarda  və  başqa  növlərdə  təsvir  edilmişdir.  Bu  vəzilərin  ayrılmasından  iy  siqnalının 
məlumatlığını  artıraraq  nişanlamada  istifadə  olunur.  Spesifik  vəzilərdən  istifadə  iy  nişanlarını  təmiz  ərazi 
siqnalından mürəkkəb populyasiyadaxili kommunikasiyaya (ünsiyyət vasitəsinə) çevirir.  
 
Genetik strukturun saxlanması 
Populyasiyanın genetik strukturu hər şeydən əvvəl populyasiyanın genefondunun zənginliyi ilə təyin edilir, 
bura  həm  ümumi  növ  xassələri,  həm  də  populyasiyanın  məskunlaşdığı  konkret  şəraitə  uyğunlaşması  ilə 
əlaqədar baş verən xüsusiyyətlər daxildir. Genetik strukturun bu aspektinə, həmçinin kompleks əlamətlərinə 
görə fərdilik dəyişkənliyi (genetik polimorfizm) aid edilir. Digər tərəfdən genetik strukturun mühüm xüsusiyyəti 
hər  bir  fərdin  genofondun  (orqanizmin  birqat  xromosom  yığımında  toplanmış  genlərin  məcmusu)  mürəkkəb 
olmasıdır.  
Dəyişkənliyin təkamül və ekoloji aspektləri. Populyasiya təkamül prosesinin elementar vahididir; bu 
aspektdə orqanizmin xassələrinin spesifik növ xüsusiyyətləri, seçmənin təzyiqi altında populyasiyanın genetik 
fondunun  və  bəzi  spesifik  genetik  mexanizmlərinin  (bunların  bəziləri  bilavasitə  populyasiyanın  ekoloji 
xüsusiyyətlərindən – onların sərbəstlik dərəcəsi, say dalğasının mövcudluğu və xarakteri, yayılmanın spesifikası 
ilə əlaqədardır) dəyişkənliyi böyük maraq doğurur.  
Lakin genefondun spesifik xüsusiyyətləri və mürəkkəblik dərəcəsi yalnız mikrotəkamül proseslərini deyil, 
həmçinin  populyasiyanın  mühitin  müxtəliflik  və  dinamiklik  şəraitində  müvəffəqiyyətli  mövcudluğunu 
müəyyənləşdirir.  Fərdi  dəyişkənliyin  geniş  diapazonu  şəraitin  orta,  tipik  xarakteristikasından  kənara  çıxması 
(sapması)  zamanı  populyasiyanın  davamlığı  (sabitliyi)  əsasında  yaranır,  populyasiya  genetik  cəhətdən  çox 
müxtəlif olarsa və genoadaptasiyaya az ixtisaslaşarsa, populyasiyanın ekoloji plastikliyi yüksək olar, bu, həm 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə