QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə28/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

 
60 
mikroiqlim  şəraiti  yaranar  və  o,  özündə  daha  çox  növü  cəmləşdirər.  Başqa  sözlə  desək,  biosenozda  ekoloji 
sığınacaq  çox  olduqca,  onun  növ  tərkibi  zəngin  olar.  Öz  növbəsində  qruplaşmanın  növ  müxtəlifliyi  artdıqca 
ekoloji sığınacaq da çoxalır.  
Bir  biosenozun  tərkibində  eyni  ölçülü  qrupa  aid  olan  növlər  sayına  görə  kəskin  seçilir.  Onlardan  birinə 
seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan 
yarımsəhrasında  yovşan,  çətiryarpaqlı  fıstıq  meşəsində  çətiryarpaq  ot  növü.  Hər  bir  qruplaşmada  müəyyən 
ölçü qrupuna aid olan növlər üstünlük təşkil edir, məhz onlar arasında olan əlaqələr bütövlükdə biosenozun 
fəaliyyətini müəyyənləşdirir.  
Sayına görə üstünlük təşkil edən dominant növ, yaxud sadəcə olaraq həmin qruplaşmanın (biosenozun) 
dominantı  adlanır.  Məsələn,  iberiya  palıdı  meşəsində  iberiya  palıdı,  onun  ot  örtüyündə  qırtıc,  yaxud  cil 
dominantlıq  edir.  Biosenozun  heyvanat  aləmində  də  dominantlıq  edən  növlər  vardır.  Dominant  növlər 
qruplaşmanın «növ nüvəsini» təşkil edir. Lakin onların hamısı biosenoza təsir göstərmir. Onların arasında elə 
növlər vardır ki, onlar öz həyat fəaliyyəti  ilə biosenoz üçün yüksək dərəcədə mühit yaradır və onlarsız digər 
növlərin  mövcudluğu  mümkün  deyildir.  Bu  növlər  qruplaşmanın  bütövlüklə  mikromühitini  (mikroiqlimini) 
müəyyənləşdirir, ona görə onların aradan götürülməsi biosenozun tam parçalanması (məhv olması) təhlükəsini 
yaradır.  Bu  növlər  edifikatorlar  (latınca-qurucu)  adlanır.  Bizim  meşələrimizin  edifikatorlarından  şərq  fıstığı, 
şərq  palıdı,  iberiya  palıdı,  şabalıdyarpaq  palıd,  ağyarpaq  qovaq  növlərini,  subalp  və  alp  çəmənlərində  qırtıc, 
topalotu, şehduranı, yarımsəhralarda yovşanı, dəvətikanını göstərmək olar. Lakin bəzi hallarda heyvanlar da 
edifikator  ola  bilər.  Məsələn,  marmotlar  koloniyası  məskunlaşan  ərazi,  onun  eşici  fəaliyyəti  landşaftın 
xarakterini, mikroiqlimini və bitki örtüyünün bitmə şəraitini müəyyənləşdirir.  
Biosenozun tərkibinə az miqdarda dominantlarla yanaşı, adətən çoxlu miqdarda azsaylı və nadir növlər, 
formalar  daxil  olur.  Azsaylı  növlər  ikinci  dərəcəli  növlər  də  adlanır.  Biosenozun  həyatında  nadir  və  azsaylı 
növlər  olduqca  vacib  sayıdır.  Onlar  növ  zənginliyi  yaradır,  biosenotik  əlaqələrdə  müxtəlifliyi  yüksəldir  və 
dominantların yerini doldurmaq, yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür, yəni bisenozun davamlığını 
və müxtəlif şəraitdə onun fəaliyyətinin etibarlığını artırır. Biosenozda belə «ikinci dərəcəli» növlərin ehtiyatı çox 
olduqca mühitin istənilən dəyişkənliyində onların dominantlıq etmək ehtimalı da artar.  
Dominantlıq  edən  növlərin  sayı  ilə  biosenozun  ümumi  növ  zənginliyi  arasında  müəyyən  əlaqə  mövcuddur. 
Növlərin sayı azadlıqda ayrı-ayrı formaların bolluğu artır. Belə kasıb qruplaşmalarda biosenotik əlaqələr zəifləyir və 
rəqabətetmə qabiliyyəti güclü olan növlər maneəsiz çoxalma imkanı qazanır.  
Mühit  şəraiti  spesifik  olduqca  qruplaşmanın  növ  tərkibi  kasatlaşır  və  ayrı-ayrı  növlərin  sayı  çoxalır. 
Tundrada  lemminqlər  və  ya  aqrosenozda  ziyanverici  həşəratların  kütləvi  çoxalma  «partlayışını»  buna  misal 
gətirmək olar.  
Daha zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı) az olur. Növ tərkibinin zənginliyi 
ilə  fərqlənən  tropik  meşələrdə  eyni  cinsdən  olan  ağacların  bir  neçəsinin  yan-yana  bitdiyinə  nadir  halda  rast 
gəlmək  olar.  Belə  qruplaşmalarda  ayrı-ayrı  növlərin  kütləvi  çoxalması  partlayışı  baş  vermir  və  biosenozlar 
yüksək  sabitliyi  (davamlılığı)  ilə  seçilir.  Biosenozun  müxtəlifliyi  onun  sabitliyi  ilə  sıx  bağlıdır:  növmüxtəlifliyi 
yüksəldikcə biosenoz bir o qədər sabit olur. İnsan fəaliyyəti təbii qruplaşmalarda növmüxtəlifliyini xeyli azaldır. 
Təbii sistemlərin sabitliyini saxlamaq üçün insan fəaliyyətinin neqativ nəticələrini qabaqcadan bilməli və ona 
qarşı mübarizə aparmalıdır.  
Biosenozun  növ  strukturunda  ayrı-ayrı  növlərin  rolunu  qiymətləndirmək  üçün  kəmiyyət  uçotuna  əsaslanan 
müxtəlif  göstəricilərdən  istifadə  edilir.  Növün  bolluğu  –  vahid  sahədə  müəyyən  növün  fərdlərinin  sayı  və  ya 
tutduğu sahədə həcmidir. Məs., su hövzəsində 1 dm
3
 suda xırda xərçəngkimilərin sayı və ya 1 km
2
 bozqır sahəsində 
yuvaquran  quşların  sayı,  yaxud  1  ha  sahədə  müxtəlif  yaş  siniflərində  növlərin  sayı  və  s.  Rast  gəlinmənin 
(qarşılaşma) təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri-bərabər yayılmasını səciyyələndirir. O, 
həmin növün rast gəlindiyi nümunə və ya təcrübə sahələrinin ümumi nümunə və ya təcrübə sahələrinə nisbəti ilə 
hesablanır.  Növün  sayı  və  rast  gəlinməsi  bilavasitə  əlaqəli  deyildir. Belə  ki,  növün  sayı  çox,  rastlaşma  az  və  ya 
əksinə, növün sayı az, rastlaşma isə kifayət qədər ola bilər.  
Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar – bakteriyalar və digər mikroorqanizmlər üstünlük təşkil 
edir.  Odur  ki,  müxtəlif  ölçülü  növləri  müqayisə  etdikdə  saya  görə  dominantlıq  etmək  qruplaşmanın 
xüsusiyyətlərini  əks  etdirə  bilməz.  Müxtəlif  ölçülü  formalar  və  növlər  müxtəlif  əlamətlərinə  görə  də  ayrılır: 
sistematik  (quşlar,  həşəratlar,  taxılkimilər,  mürəkkəbçiçəklilər)  ekoloji-morfoloji  (ağaclar,  kollar,  otlar), 
yaxud da bilavasitə ölçüyə görə (torpağın mikrofauna, mezofauna və makrofaunası bütünlükdə və s.).  


 
61 
Daha  kütləvi yayılan  növlərin  müxtəlif  ölçülü  qrupları  daxilində  müxtəlifliyi,  say  nisbəti,  nadir  formaların 
bolluğu  və  digər  göstəricilərin  ümumi  xarakteristikasını  müqayisə  edərək  biosenozların  növ  strukturunun 
spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar.  
Topik  əlaqələr  əsasında  biosenoz  daxilində  xüsusi  struktur  birliyi  –konsorsiumlar  mövcuddur. 
Konsorsium  müxtəlifcinsli  orqanizmlər  qrupu  olub  hər  hansı  bir  növün  fərdinin  (konsorsiumun)  mərkəzi 
üzvünün  xaricində  və  daxilində  yerləşir.  Əksəriyyət  hallarda  bir  konsorsiumun  üzvü  də  müxtləif  tropik 
əlaqələrlə bağlıdır. Konsorsiumlar faktiki olaraq digərinə mühitəmələgəlmə təsirinə malik olan istənilən növün 
nümayəndəsinin ətrafında formalaşır. 
Ayrı-ayrı  konsorsiumlar  müxtəlif  mürəkkəblik  dərəcəsində  ola  bilər.  Biosenozun  daxili  mühitinin 
yaranmasında  əsas  rol  oynayan  bitkilər  çoxçaylı  konsorovtiv  əlaqələri  ilə  seçilirlər  (şəkil   ).  Konsorsiumun 
digər üzvləri də öz növbəsində daha kiçik konsorsiumlar, yəni birinci, ikinci, üçüncü və s. konsorsium sıraları 
yarada bilər. Ümumiyyətlə, konsorsiumların mərkəzi üzvləri çox vaxt bitkilər olur. 
Beləliklə,  biosenoz  növlər  arasındakı  sıx  topik  və  tropik  əlaqələr  əsasında  yaranan  bir-birilə  bağlı 
konsorsiumlar sistemindən ibarətdir.  
 
4.1.2. Biosenozun ərazi (məkan) strukturu 
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda bitkinin 
yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur. 
Müxtəlif  boya  malik  olan  bitkilər  bir  yerdə  olduqda  fitosenoz  çox  vaxt  aydın  yarusluq  (mərtəbəlik) 
quruluşunu  alır:  assimlyasiya  edən  bitkinin  yerüstü  orqanları  və  yeraltı  hissələri  bir  neçə  qatda  yerləşərək 
mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. 
Məsələn,  Lənkəran  ovalığında  və  dağətəyi  hissədə  dəmirağac  üçyaruslu  (üçmərtəbəli)  mürəkkəb  qarışıq 
meşəlik yaradır. Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi 
(xurması) də qarışır. Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt 
mərtəbəni isə samşit, bigəvər və başqa kollar tutur (3-7 metr). 
Meşədə  həmişə  yaruslararası  (yarusdan  kənar)  bitkilər  də  mövcuddur,  bunlara  ağacların  gövdə  və 
budaqlarında mamır və şibyələr, ali sporlu və çiçəkli epifitlər və lianlar aiddir.  
Yarusluq  bitkilərə  işıq  axınından  tam  istifadə  etməyə  şərait  yaradır  –  yüksək  gövdəli  bitkilərin  çətirləri 
altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər.  
Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa da, o qədər aydın görünmür. 
Burada  həm  də  meşəyə  nisbətən  az  yarus  ayrılır,  meşədə  də  bəzən  yalnız  iki  aydın  görünən  yarus  olur. 
Məsələn,  yüksək  doluluqlu  fıstıq  meşəsində  bəzən  bir  yarus-ağac yarusu,  bəzən  isə  çətiryarpaq  və  ya  cil  ot 
örtüyü olan ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas 
kütləsi  üzrə  ayrılır.  Bitki  örtüyünün  yarusları  müxtəlif  uzunluqda  ola  bilər,  məsələn,  ağac  yarusunun 
hündürlüyü 30-50 metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə cəmi bir neçə santimetr təşkil edir. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə