QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə36/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   32   33   34   35   36   37   38   39   ...   94

 
79 
fıstıq yeniyetmələrinin böyüməsinə şərait yaxşılaşır. İlk vaxtları müxtəlif yaşlı ağaclıq yaranır. Bütün yaşı ötmüş 
(qocalmış) ağaclar yıxıldıqdan sonra cavan ağaclar birinci yarusa çıxır və yenidən praktiki olaraq birmərtəbəli 
(yaruslu) fıstıqlıq bərpa olunur. Bütün tsikl iki-üç əsr davam edir.             
    
5.5.4. Ekoloji suksessiyalar  
Suksessiya  probleminin  işlənməsi  botanikadan  başlanıb  və  bu  günə  kimi  də  bu  konsepsiyanın  əsas 
müddəaları fitosenozların öyrənilməsinə əsaslanır. Qruplaşmaların dinamikasını ilk dəfə Yarminq (Y.Warming, 
1896)  təsvir  etmiş,  lakin  suksessiya  konsepsiyasının  işlənməsində  əhəmiyyətli  fikirlər  Amerika  botanikləri 
Koules  (H.Coules, 1899) və  xüsusilə  Klementesə  (F.Clements, 1904, 1916) məxsusdur.  F.Klementsin  əsas 
mövqeyində  vaxta  görə  dəyişmə  ekoloji  qruplaşmaların  təbii  xassəsi  kimi  irəli  sürülür.  O,  fitosenozların 
dəyişməsinin ilkin səbəbini ayrı-ayrı və ya kompleks iqlim faktorlarının dəyişməsi hesab edirdi, qruplaşmaların 
ardıcıl sıra dəyişməsi şəklində ekosistemin reaksiyası isə ekosistem səviyyəsində adaptasiya cavabı kimi təsvir 
olunur.  F.Klementsə  görə  suksessiya  kompleks  iqlim  şəraitinə  daha  çox  adaptasiya  olunan  qruplaşmaların 
formalaşması ilə başa çatır (tamamlanır). Belə qruplaşmanı o, «klimaks-formasiya» və ya sadəcə klimaks 
adlandırdı. Beləliklə, klimaks konsepsiyası dedikdə müəyyən dərəcədə eyni iqlim şəraiti ilə xarakterizə olunan 
region  daxilində  fitosenozlar  suksessiya  prosesini  başa  vuraraq  klimaks  qruplaşma  əmələ  gətirir.  Müxtəlif 
qruplaşmalardan başlayaraq klimaksla başa çatan bitki örtüyünün dəyişməsi suksessiya seriyası (silsiləsi və 
ya sırası) adlanır. Rütubətlənmə şəraitindən asılı olaraq suksessiya sıraları hidroseriya (ilkin qruplaşmalardan 
başlayır)  və  kseroseriyada  (quru  qruplaşmalardan  başlayır)  bölünür.  Suksessiya  prosesi  onları  bitmə 
şəraitinin  rütubətliyinə  görə  aralıq  assosiasiyalara  dəyişir  (mezoseriya),  onlar  regional  iqlimlə  dinamik 
tarazlıqda olur.  F.Klements bütün suksessiya dəyişmələri  sıraları qruplaşmalarının  yalnız proqressiv (tədricən 
artan) olduğunu qeyd edirdi.  
Ekoloji  suksessiyaların  müasir  konsepsiyası  F.Klementsin  konsepsiyasından  yalnız  bəzi  ikinci  dərəcəli 
maddələri  ilə  fərqlənir.  Onlardan  ən  prinsipialı  –  klimaks  başa  çatmış  formasiya  kimi  yalnız  müvəqqəti 
vəziyyətdədir;  iqlimin  və  mühitin  digər  xassələrinin  əsrlik  dəyişməsi  prosesində  ekosistemdə  irimiqyaslı 
dəyişkənlik gedə bilər. Bununla yanaşı, sərt «monoklimaks» traktovkası (şərhi) inkar edilir. F.Klementsə görə 
bir  (eyni)  bioiqlim  zonasında  klimaks  qruplaşmasının  yalnız  bir  variantı  mümkündür;  müasir  tədqiqatlar  isə 
göstərir  ki,  suksessiya  gedişinə  müxtəlif  təsirlər  müəyyən  coğrafi  şəraitdə  biosenozun  bir  neçə  sabit  tipini 
(poliklimaks),  hətta  belə  qruplaşmaların  mozaikasını  törədə  bilər.  Nəhayət,  müəyyən  şəraitdə  suksessiyanın 
reqressiv olub qruplaşmanın kasıblaşmasına və sadələşməsinə istiqamətlənməsi təsdiq edilmişdir. Çox vaxt bu 
cür suksessiyalar (diqressiv) biosenoza antropogen təsirlərlə əlaqədar bu və ya digər növün optimal yaşama 
(bitmə) şəraitinin pozulması nəticəsində əmələ gəlir.  
Qruplaşmaların dəyişməsi (əvəz olunması), həm də başqa faktorların təsirilə – relyefin, torpağın, hidroloji 
rejimin  və  s.  dəyişməsi  ilə  baş  verə  bilər.  Müasir  ekologiyada  suksessiyanın  biosenotik  faktorlarına  mühüm 
əhəmiyyət verilir: suksessiya qruplaşmalarında iştirak edən bitki növləri (həmçinin heyvan növləri) digər növ 
üçün bitmə (yaşama) şəraitini dəiyşdirir, beləliklə də sonrakı suksessiya mərhələsi üçün «zəmin yaradır».  
Buna  uyğun  olaraq  müasir  ekologiyada  ekzoekogenetik  (və  ya  allogen)  və  endoekogenetik  (avtogen) 
suksessiyalar  ayırırlar.  Birinci  halda  xarici,  abiotik  səbəblərlə  əlaqədar  yaranan  suksessiyalar  başa  düşülür. 
Ekzoekogenetik  suksessiyalara  misalları  insanın  biosenozlara  müxtəlif  təsirlərində  tapmaq  olar:  bataqlıqların 
meliorativ  qurudulması,  su  hövzələrinin  çirklənməsi,  hədsiz  mal-qara  otarma  və  b.  Endoekogenetik 
suksessiyalar isə ilk növbədə mövcud qruplaşmalarda strukturun və əlaqə sistemlərinin dəyişməsi ilə baş verir. 
Bununla belə bu iki suksessiya kateqoriyası qarşılıqlı bağlanır və biri digərinə keçə bilər: bu məsələ haqqında 
biogeosenologiya nəzəriyyəsinin yaradıcısı V.N.Sukaçov (1938, 1942) da qeyd etmişdir.  
Suksessiyanın ilk mərhələsini V.N.Sukaçov singenez mərhələsi adlandırmışdır. O, bu anlayışı «bitkilərin 
müəyyən əraziyə köçməsi (miqrasiyası) ilə əlaqədar bitki örtüyünün ilkin formalaşması prosesi, onların həmin 
ərazidə  uyğunlaşması  prosesində  seçilməsi,  sonra  isə  həyat  vasitəsi  üçün  bir-birilə  rəqabəti»  kimi  təyin  edir 
(Sukaçov, 1939).  
F.Klementsə görə  suksessiya  ümumi şəkildə  aşağıdakı  fazaları  keçirir: 1) «çılpaq»  faza  –  canlılarla  zəbt 
olunmayan  ərazinin  peyda  olması; 2) ilk  dəfə  əraziyə  müxtəlif  orqanizmlərin  köçməsi  (miqrasiyası); 3) 
orqanizmlərin həmin yerdə uyğunlaşıb qalması; 4) onların bir-birilə rəqabəti və bəzi növlərin sıxışdırılıb sıradan 
çıxarılması; 5) canlı  orqanizmlərin  (qruplaşmaların)  biotopa  və  bitmə  şəraitinə  təsiri  və  nəhayət  6)  tədricən 
şəraitin və əlaqələrin sabitləşməsi, klimaks biosenozun formalaşması. Beləliklə, suksessiya seriyaları bir qayda 
olaraq ekzoekogenezdən başlayır və yaranan fitosenozun daxili əlaqələrinin formalaşması ilə endoekogenezə 
keçir.  


 
80 
V.N.Sukaçov  rəqabət  əlaqələrini  stabilləşmənin  mühüm  mexanizmi  hesab  edirdi,  bu  prosesdə  fitosenoz 
tarazlıq vəziyyətinə çataraq tamamlanmış (başa çatmış) qruplaşma kimi səciyyələnir. Suksessiya mexanizminin 
daha  geniş  təsnifatında  suksessiya  seriyalarında  orqanizmlər  arasında  üç  qrup  əlaqə  nəzərdə  tutulur. 
Yüngülləşmə  və  ya  stimullaşma  modeli  endoekogenetik  suksessiya  fazasına  uyğun  gəlir,  bu  fazada  ilk 
köçərilər  öz  fəaliyyətilə  mühiti  dəyişdirərək  sonrakı  orqanizmlər  üçün  əlverişli  edir.  Tolerantlıq  modeli  – 
rəqabət əlaqələri şəklində təzahür olunur, bunun nəticəsində daha tolerant və rəqabətə davamlı növlər seçilir. 
Növlərin  dəyişməsi  onların  resurslardan  istifadə  mövqeyinin  müxtəlifliyinə  əsaslanır:  sonrakı  mərhələlərdəki 
növlər daha davamlı olur.  
 
- İlkin (birinci) və ikinci (törəmə) suksessiyalar    
Ümumi xarakterinə görə suksessiyalar ilkin (birinci) və ikinci suksessiyalara bölünür. İlkin suksessiyalar 
canlı orqanizmlərin fəaliyyətilə dəyişməmiş substratda başlayır. Belə ki, aralıq qruplaşmaları seriyasından sonra 
qayalıqda,  qumluqda,  uçqunda,  sürüşmədə,  çay  gətirmələrində  davamlı  biosenozlar  formalaşır.  Bu  cür 
suksessiyalar kseroseriya kateqoriyasına aid edilir və kserik suksessiyalar adlanır. Belə suksessiyanın əsas 
funksiyası ilkin kalonistlər (orqanizmlər, bitkilər) tərəfindən torpaq yaratmaqdır.  
Ekosistem  yaradan  suksessiyalar  canlı  orqanizmsiz  substratda  formalaşırsa  ekogenetik  suksessiyalar 
adlanır.  Qayalıqda  formalaşan  biosenoz  buna  klassik  misal  ola  bilər.  Bu  proses  qayalıqda  şibyələrin  məskən 
salması  ilə  başlayır.  Bu  mərhələdə  artıq  mikroskopik  yosunların,  ibtidailərin,  nematodların,  bəzi  həşərat  və 
gənələrin  kompleksi  formalaşaraq  ilkin  torpağın  yaranmasına  səbəb  olur.  Sonralar  şibyələrin  başqa  növləri, 
mamır  növləri,  daha  sonra  isə  əmələ  gələn  torpağın  bazasında  borulu  bitkilər  peyda  olur.  Paralel  olaraq 
heyvanat aləminin zənginləşməsi gedir.  
Başqa bir misal: Murovdağın bir qanadı sayılan Kəpəzdə şam meşələrinin yaranmasını tarixi bir hadisə 
kimi göstərmək olar.  Burada şam meşələrinin  əmələ gəlməsi, şübhəsiz, XII əsrdə baş vermiş,  qədim Gəncə 
şəhərini alt-üst edən dəhşətli zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması hadisəsi ilə bağlıdır. Elə 
həmin  dövrdə  uçmuş  Kəpəz  dağı  Ağsu  çayının  qabağını  kəsərək  Göygölün,  Maralgölün  və  Zəligölün 
yaranmasına səbəb olmuşdur.  
Hazırda Göygöl və Maralgöl ətrafı yamaclarda şam meşələrinin yayılması prosesi davam edir, bu olduqca 
maraqlı hadisədir. Burada zəlzələ nəticəsində yaranmış daş yığınları üzərində ilk dəfə şibyələr inkişaf etməyə 
başlayır. Onlar dağ süxurlarında öz təsirini göstərərək orada mamırların inkişafına yol açır. Belə ibtidai bitkilər 
arasında ilk dəfə tək-tək əyri gövdəli tozağacı, quşarmudu, keçi söyüdü və şam ağacları bitir. Bu ağaclar çılpaq 
yamacları ilk dəfə tutduğu üçün «pioner» cinslər adlanır.  
Şam ağacları burada əvvəlcə tək-tək və qrup şəklində bitir,  sonra isə sıx meşəlik  yaradır. Belə şəraitdə 
şam  ağaclarının  boyu  bitdiyi  yerdən  asılı  olur.  Məsələn,  daşlar  arasında,  az-çox  xırda  torpaq  hissəcikləri 
toplanan  və  nəmlik  olan  yerdə  10-15  yaşı  olan  şamların  boyu  1,0-1,5  metrə  çatır,  onların  böyüməsi  ilbəil 
sürətlənir, qaya üzərində isə həmin yaşda ağacın boyu 0,5-0,7 metr olub, böyüməsi də çox ləng gedir və çətri 
kütləşir. Qayalıqlar arasında bitən şamlar arasında moruğa, daş böyürtkənə, kəkotuna, cilə və yağı otuna rast 
gəlinir. Tədqiqat zamanı Kəpəz dağında axırıncı şam ağacını dəniz səthindən 2280 metr yüksəklikdə müşahidə 
etdik. Qrup şəklində və tək-tək yeni əmələ gələn şam ağaclarının əsasən 10-30 yaşı vardır. Burada bir neçə 
ədəd də 80-100 yaşı olan şama təsadüf etdik. Bu ağaclar düz gövdəli olub boyları 14-15 metr, diametri isə 30-
40 santimetr təşkil edir. Cavan şam ağacları və yeniyetmələri ən çox «ana» ağacların ətrafında özünə məskən 
salır  və  Kəpəz  dağının  zirvəsinə  doğru  öz  arealını  genişləndirir.  Lakin  Azərbaycanın  müasir  iqliminin  təsiri 
nəticəsində (rütubətli mülayim iqlim) şam meşələri buranın daimi, köklü «sakini» olaraq qalmır və tədricən öz 
yerini  enliyarpaq  ağac  cinslərinə  verir.  Bu  proses  necə  gedir?  Apardığımız  tədqiqatlar  göstərir  ki,  Göygöl 
ətrafında az meyilli yamaclarda şam meşələri altında qalın mamır örtüyü və meşə döşənəyi yaranır. Sonralar 
onlar çürüyərək münbit torpaq qatı əmələ gətirir. Torpaq örtüyü yarandıqca və qalınlaşdıqca şam ağaclarının 
altında torpağa tələbkar enliyarpaq ağac cinsləri müşahidə olunur. Beləliklə də, şam meşələri öz çətri altında 
torpağı münbitləşdirməklə özünə ciddi rəqib qazanmış olur. Torpağın münbitliyi artdıqca şam ağacları altında 
fıstıq, vələs və palıdın inkişafı üçün əlverişli şərait yaranır. Müəyyən dövrdən sonra ikimərtəbəli meşəlik əmələ 
gəlir. Birinci mərtəbəni boyları 20-26 metrə çatan şam ağacları tutur, ikinci mərtəbədə isə fıstıq üstünlük təşkil 
edir. Ona çoxlu miqdarda vələs, az miqdarda palıd, cökə, göyrüş və ağcaqayın qarışır. İkinci mərtəbəni tutan 
ağaclar alçaq boylu (4-5 metr), əyri gövdəli olur. Meşə altında quşarmudu, doqquzdon, böyürtkən, moruq və 
tək-tək ardıca rast gəlinir.  
Ayrı-ayrı sahələrdə bitmə şəraitindən, meşəliyin tipindən asılı olaraq şam ağaclarının hündürlüyü 18-26 m, 
orta diametri 26-36 sm, bir hektarda oduncaq ehtiyatı 200-500 kubmetr təşkil edir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə