QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə32/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

 
68 
«Ekoloji  sığınacaq  biliyi  (məlumatı)  növün  nə  ilə  qidalanması,  onun  kimin  şikarı  olduğu,  nə  tərzdə  və 
harada istirahət etməsi və çoxalması suallarına cavab tapmağa imkan verir» (Dajo, 1975).  
Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini, eyni zamanda həm ərazidə vəziyyətini, 
həm də qruplaşmada fəaliyyət rolunu, abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, Matişov, 1996). «Ekoloji 
sığınacaq»  anlayışını  məskunlaşma  (yaşama)  yerindən)  ayırmaq  lazımdır.  Məskunlaşma  yeri  dedikdə  növün 
yayıldığı və onun mövcudluğu üçün vacib olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji 
sığınacağı  yalnız  mühitin  abiotik  şəriatindən  deyil,  həm  də  onun  biosenotik  ətraf  şəraitindən  asılıdır.  Ekoloji 
sığınacağın  xarakteri  həm  növün  ekoloji  imkanları,  həm  də  həmin  imkanların  konkret  biosenozlarda  nə  qədər 
həyata keçməsi ilə müəyyən edilir. 
Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə görə ixtisaslaşması, həm ekoloji 
sığınacağın daralması, həm də əks proseslər – onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada ekoloji 
sığınacağın daralması və ya genişlənməsinə rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən yaxın olan növlər 
üçün  Q.F.Qauzenin  formalaşdırdığı  rəqibliyin  istisnası  qaydası  belə  ifadə  oluna  bilər:  iki  növ  bir  ekoloji 
sığınacaqda  keçinmir.  Rəqabətdən  çıxmaq  mühitin  tələblərinin  ayrılması,  yaşayış  tərzinin  dəyişməsi,  başqa 
sözlə  növün  ekoloji  sığınacağının  məhdudlaşdırılası  ilə  həyata  keçirilə  bilər.  Bu  halda  onlar  (növlər)  bir 
biosenozda yaşamaq qabiliyyəti əldə edir. Bir yerdə yaşayan yaxın qohum növlərdə adətən ekoloji sığınacağın 
çox incə məhdudlaşması müşahidə olunur.  Belə ki, Afrika savannalarında otlayan dırnaqlılar otlaq yemindən 
müxtəlif cür istifadə edir: zebrlər əsasən otların üst hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək 
zebrdən sonra qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə digər otyeyən 
heyvanlardan sonra qalan hündür boylu quru gövdələr ilə kifayətlənir.  
Təbii  şəraitdə  qarışqaların  çoxnövlü  assosiasiyaları  mövcuddur,  onların  üzvləri  həyat  tərzinə  görə 
fərqlənirlər.  Moskvaətrafı  meşələrində  tez-tez  aşağıdakı  növlər  aşkar  edilir:  Dominant  növ  (Formica  rufa, 
F.aquillonia və ya Lasius fuliginosus) bir neçə yarusu tutur, torpaqda L.Flavus, meşə döşənəyində – Myrmica 
rubra, torpaqüstü yarusu L.Niger və F.Fusca mənimsəyir, ağaclarda isə Camponotus herculeanus məskunlaşır. 
Qarışqalar ərazidə ayrılması ilə (paylanması ilə), həm də qida əldə etmək və sutkalıq vaxt aktivliyinə görə də 
fərqlənirlər (Çernova, Bılova, 1988). 
Səhralarda ən çox torpaq səthindən qida toplayan qarışqalar kompleksi inkişaf etmişdir (herpetobiontlar). 
Onların  arasında  üç  tropik  qrupun  nümayəndələri  ayrılır: 1) gündüz  zoonekrofaqlar  –  ən  isti  vaxtlarda  aktiv 
olurlar, həşəratların cəsədləri və gündüz aktiv olan xırda həşəratlarla qidalanırlar; 2) gecə zoofaqları – torpaq 
səthinə yalnız gecə çıxan yumşaq  örtüklü yavaş hərəkətedən həşəratları və tüklərini dəyişən buğumayaqlıları 
ovlayır; 3) karpofaqlar (gündüz və gecə) – bitki toxumlarını yeyirlər.  
Bir  trofik  qrupdan  bir  neçə  növ  birgə  yaşaya  bilər.  Belə  vəziyyətdə  rəqabətdən  çıxmaq  və  ekoloji 
sığınacağı məhdudlaşdırmaq mexanizmi aşağıdakı kimidir:  
Ölçü diferensasiyası. Məsələn, Qızılqum qumlarında üç adi gündüz zoonekrofaqların işçi fərdlərinin orta 
çəkilərinin nisbəti 1:8:120 təşkil edir. Böyük olmayan pişik, vaşaq və pələngin nisbətləri də təxminən belədir.  
Davranış müxtəlifliyi – yem tədarük etmənin müxtəlif mövqeyindən ibarətdir. Qarışqalar yol çəkərək 
əldə etdikdəri qidanı yuvaya daşımaq üçün yükdaşıyanları səfərbər etməklə əksəriyyət hallarda topa halında 
bitən  bitkilərin  toxumlarından  istifadə  edirlər.  Qarışqalar,  yem  daşıyanlar  tək-tək  toplayıcı  kimi  işlədikdə  isə 
əsasən seyrək yayılan bitkilərin toxumlarını toplayır.  
Ərazi  diferensasiyası.  Bir  yarus  daxilində  müxtəlif  növlər  tərəfindən  qidanın  toplanması  müxtəlif 
sahələrdə aparıla bilər, məsələn, açıq sahədə və ya yovşan kolunun altında, qum və ya gil sahələrində və s.  
Vaxta görə aktivlik müxtəlifliyi əsasən sutka vaxtına aiddir, lakin bəzən bəzi növlərdə ilin mövsümləri 
üzrə (əsasən yaz və payız aktivliyi) aktivliyin bir vaxta düşməməsi qeydə alınmışdır. 
Növarası rəqabətin zəifləməsi növün ekoloji sığınacağının genişlənməsinə səbəb olur. Kasıb faunaya malik 
olan okean adalarında bir sıra quşlar özlərinin qohum fərdlərinə nisbətən, materikdə olduqca müxtəlif yaşayış 
yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, onlar bu zaman rəqib növlərlə də toqquşmurlar.  
Əgər növarası rəqabət növün ekoloji sığınacağını daraldırsa, hövzədaxili rəqabət, əksinə ekoloji sığınacağı 
genişləndirir. Növün sayı artdıqca əlavə yemdən istifadə olunmağa başlanır, yeni məskənlər mənimsənilir, yeni 
biosenotik əlaqələr peyda olur.  
Ekoloji sığınacaq konsepsiyası bir sıra praktiki məsələlərin bilavasitə həlli ilə bağlıdır.  
Gözlənilməz  nəticələrlə  qurtaran  ən  sərt  rəqabət  baş  verə  biləcək  əlaqələri  nəzərə  almadan  qruplaşmaya 
yeni heyvan və bitki növləri daxil etməkdir. Əksinə, əgər introduksiya olunan növ rəqibə rast gəlmirsə, o asan və 
müvəffəqiyyətlə uyğunlaşır (alışır).  


 
69 
Ayrı-ayrı  portnyorların  qarşılıqlı  kontaktının  (əlaqəsinin)  faydalı  və  ziyanlı  olmasına  görə  yuxarıda 
göstərilən biosenotik əlaqə tipləri yalnız növarası deyil, həm də növdaxili əlaqələr üçün də səciyyəvidir. Lakin 
növ  daxilində  ayrı-ayrı  növlər  arasındakı  əlaqəyə  görə  ya  başqa  dərəcədə  baş  verir,  yaxud  da  bir  qədər 
spesifikliyi  ilə  seçilir.  Məsələn,  may  böcəyinin  sürfələrini  quru  torpaqda  yerləşdirdikdə  bir-birini  yeyə  bilər. 
Oturaq bonnelilərdə karlik erkək müstəqil qidalanan iri dişinin üzərində parazitlik edir. Buna bənzər əlaqələr 
bəzi dərinlik balıqlarına da xasdır. Dişilər üzərində özündən xeyli kiçik olan erkəkləri daşıyır, onlar ağızları ilə 
dişinin bədəninə yapışır və parazit kimi qidalanır. 
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə