QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə29/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

 
62 
 
 
Şəkil  4.2.  1  –  Ağacın  (cökə)  kökündə  mikoriza;  2  –  böcəyin  sürfəsi;  3  –  qabıqyeyən 
böcək; 4 – yarpaqla qidalanan ipəkqurdunun tırtılı; 5  – yarpaqyeyən böcək; 6 – çiçəyi 
tozlandıran  arı;  7  –  ağacın  budağında  qaratoyuğun  yuvası;  8  –  yarpaqla qidalanan 
maral; 9 –  ağacın  toxumu  il
ə  qidalanan  siçan  (P.Dyunvinyo  və  M.Tanqa,  1968, 
Q.Voronovun dəyişikliyi ilə, 1987) 
 
 Hər bir yarus müəyyən kompleks şəraitə uyğunlaşır və fitoiqlimin yaranmasında özünəməxsus iştirak edir. 
Beləliklə,  ağac-kol  və  ot  yarusları  müxtəlif  ekoloji  vəziyyətlərdə  yerləşir,  bu  isə  bitkilərin  fəaliyyətinə  və 
yaruslarda yaşayan (məskunlaşan) heyvanların həyatına təsir göstərir.  
Fitosenozların  torpaqaltı  yarusu  bitki  köklərinin  işlədiyi  dərinlikdən,  kök  sisteminin  aktiv  hissəsinin 
yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə (altıya qədər) torpaqaltı yarus muşahidə etmək olar.  
Heyvanlar əksəriyyət etibarilə bu və ya digər bitki örtüyü yarusunda yerləşir. Onlardan bəziləri ona uyğun 
yarusdan  kənara  çıxmır.  Məsələn,  həşəratlar  arasında  aşağıdakı  qruplar  ayrılır:  torpaqda  məskunlaşanlar  – 
geobiy,  yerüstü  səth  qatında  –  herpetobiy,  mamır  yarusundakı  –  briobiy,  ot  örtüyündəki  –fillobiy,  bir 
qədər  yüksəkdə  yerləşən,  həşəratlar  isə  aerobiy  adlanır.  Quşlar  arasında  yalnız  yerdə  yuva  quranlar 
(toyuqkimilər, tetra quşu,  tənək quşu və b.),  kol yarusunda yuva quranlar (oxuyan qaratoyuqlar,  qar quşu, 
silviya quşu) və ya ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü, iri yırtıcılar və b.) ayrılır.     
Su  ekosistemlərində  irimiqyaslı  şaquli  strukturu  ilk  növbədə  xarici  faktorlar  əmələ  gətirir.  Pelaqialda 
təyinedici  faktorlara  işıqlanma  və  temperatur  qradiyetləri  və  biogenlərin  konsentrasiyası  aiddir.  Dərinliklərdə 
hidrostatik  təzyiq  faktoru,  dib  biosenozlarında  isə  faktora  qruntun  müxtəlifliyi,  dib  qatlarında  suyun 
hidrodinamikası  əlavə  olunur.  Şaquli  strukturun  xüsusiyyətləri  növ  tərkibi,  dominantlıq  edən  növün  əvəz 
olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.  
Mozaiklik  və  yarusluq  dinamikası  –  bir  mikroqrup  digəri  ilə  əvəz  olunur,  onların  ölçüləri  qısalıb,  yaxud 
böyüyə bilər.  
Üfüqi  istiqamətdə  parçalanma  -  mozaiklik  praktiki  olaraq  bütün  fitosenozlar  üçün  xasdır.  Ona  görə 
onların  daxilində  struktur  vahidləri  ayırırlar.  Bu  vahidlərə  müxtəlif  adlar  verilir,  məs.  mikroqruplar, 


 
63 
mikrosenozlar, mikrofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, 
sıxlığına, məhsuldarlığına və başqa xassələrinə görə fərqlənirlər.  
Mozaiklik  müxtəlif  səbəblərdən  –  biotopun  xüsusiyyətlərindən,  mikrorelyefin,  torpağın  müxtəlifliyindən, 
mikroiqlimin  təsirindən,  bitkilərin  mühitəmələgətirmə  təsirindən  və  onların  bioloji  xüsusiyyətlərindən  yaranır. 
O, heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə örtülməsi, qarışqa yuvalarının əmələ 
gəlməsi,  dırnaqlılar  tərəfindən  səthin  topalanması  və  bitkilərin  yeyilməsi  (zədələnməsi)  və  s.)  və  ya  insanın 
təsiri  (meşənin  qırılması  nəticəsində  yeni  ağaclığın  əmələ  gəlməsi,  mal-qara otarılması,  ocaq  qalama  və s.), 
güclü küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.  
 
4.2. Biosenozda orqanizmlərin əlaqələri 
Biosenozların  yaranması  və  mövcudluğunun  əsası  orqanimzlərin  eyni  biotopda  yerləşərək  bir-birilə 
əlaqəsindən ibarətdir. Bu əlaqələr növlərin qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni 
ərazilər zəbt etməsini müəyyənləşdirir.  
V.N.Beklemişevin təsnifatına əsasən növün biosenozda müəyyən ekoloji sığınacaq tapması əhəmiyyətinə 
görə bilavasitə və dolayı vasitəli əlaqələr  dörd tipə bölünür: trofik, topik, forik və fabrikasiya əlaqələri.  
Trofik əlaqələr. Bir növün digər növun fərdinin hesabına (ya diri halda, ya ölü qalıqları, yaxud da həyat 
fəaliyyəti  məhsulu  ilə)  qidalanması  zamanı  baş  verir.  İynəcənin  digər  həşəratı  uçan  halda  tutması,  peyin 
qurdu böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara qida olan növlə 
bilavasitə trofik əlaqəyə girməsi deməkdir.  
Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin istənilən fiziki və 
ya kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr  olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün 
mühit  yaratması  (məsələn,  daxili  parazitizmi  və  ya  yuva  kommensalizmi),  substratın  formalaşdırması  ilə 
əlaqədar  digər  növün  nümayəndələri  ya  bura  köçür,  yaxud  da  əksinə  suyun,  havanın  hərəkətinin  təsiri, 
temperaturun,  ətraf sahənin işıqlanmasının dəyişməsi,  ayrılma (ifrazat) məhsulları ilə mühitin doyması və s. 
səbəbdən  köçməkdən  çəkinir  (imtina  edir).  Milçək  sürfələrinin  inək  peyinində  məskunlaşması,  ağacın 
gövdəsindəki şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə 
olurlar. Digər orqanizmlər üçün mühit yaratmaq və ya mühiti dəyişməkdə bitkilər xüsusən böyük rola malikdir. 
Bitki  örtüyü  enerji  mübadiləsi  xüsusiyyətinə  görə  yer  səthində  isitiliyin  paylanması,  mezo  və  mikroiqlimin 
yaranmasında  güclü  faktor  hesab  olunur.  Meşə  çətiri  altında  meşəaltı  kollar,  ot  örtüyü,  həmçinin  heyvanat 
aləmi, az dəyişən (sabit) temperatur və yüksək rütubətlik şəraitində olur.  
Ot örtüyü ətraf ərazinin rejimini az da olsa dəyişdirir. Bozqır şəraitində çim örtüyünün yanında ot olmayan 
yerə nisbətən torpağın səthində temperatur 8-12
0
 aşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və 
ya müsbət topik qarşılıqlı əlaqələr nəticəsində növun biri biosenozda digərlərinin yaşamasını təyin edir və ya 
kənarlaşdırır.  
Topik  və  tropik  əlaqələr  biosenozda  olduqca  böyük  əhəmiyyət  daşıyaraq  onun  mövcudluğunun  əsasını 
təşkil  edir.  Məhz  bu  əlaqə  tipləri  müxtəlif  növdən  olan  orqanizmləri  bir-birinin  yanında  saxlayır  və  onları 
müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir.  
Forik  əlaqələr.  Bir  növün  digər  növün  yayılmasında  iştirakı  deməkdir.  Nəqletmə  (daşıma)  rolunda 
heyvanlar  çıxış  edir.  Heyvanların  bitki  toxumlarını,  sporlarını,  tozcuqları  bir  yerdən  başqa  yerə  aparması 
zooxoriy,  digər  daha  xırda  heyvanları  daşıması  foreziya  adlanır.  Daşıma  (nəqletmə)  adətən  xüsusi  və 
müxtəlif uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla tutub 
saxlaya  bilər.  Passiv  tutmaq  (ilişib  qalmaq)  heyvanın  bədəninin  təsadüfən  bitkiyə  toxunması  ilə  baş  verir. 
Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə 
(tükünə)  ilişərək  aparılır.  Toxumların  belə  yayılması  ən  çox  məməli  heyvanlarda  (məs.  qoyun)  müşahidə 
olunaraq  kifayət  qədər  uzaq  məsafələrə  aparılır.  Aktiv  ilişmək  üsulu  –  heyvanların  (ən  çox  məməlilər  və 
quşlar)  bitkilərin  meyvə  və  giləmeyvəsini  yeməklə  baş  verir.  Həzm  olunmayan  toxumları  heyvanlar  peyinlə 
birlikdə  ayırır.  Göbələk  sporlarının  aparılmasında  həşəratların  rolu  böyükdür.  Görünür  göbələklərin  meyvə 
gövdəsi yayıcı həşəratlar üçün cəzbedicidir.  
Fabrikasiya  əlaqələri.  Biosenotik  əlaqənin  belə  tipində  növ  iştirak  edərək  öz  tikintisində  (fabrikasiya) 
ayrılma məhsulları, yaxud ölü qalıqlar, yaxud da hətta digər növün canlı fərdlərindən istifadə edir. Məs., quşlar 
yuvasını qurmaq üçün ağacların budaqlarından, məməlilərin tükündən, ot, yarpaq, başqa quş növünün tükü və 
lələyindən istifadə edirlər.  
Fizioloji optimum – növ üçün bütün abiotik faktorlar birliyi əlverişli olub, böyümə və çoxalmanın daha 
sürətlə getməsi mümkündür.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə