QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə37/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

 
81 
Hazırda Göygöl ətrafında ikimərtəbəli meşəliyin əmələ gəlməsi prosesi davam edir. Dağın 1800-1900 metr 
yüksəkliyində  bu  proses  daha  şiddətli  gedir,  bunu  şam  meşələrini  əhatəyə  alan  fıstıq  meşələri  bir  qədər  də 
sürətləndirir.  Bu  yüksəklikdən  yuxarı  isə  Kəpəzin  daş  qalıqları  subalp  çəməndəri  ilə  həmsərhəd  olur.  Belə 
şəraitdə meşənin sıxlaşması zəif gedir və şam meşələri daha uzun dövr hökm sürə bilir.  
İkimərtəbəli  şam-fıstıq  meşələri  altında  torpağın  çimləşməsi  və  güclü  kölgəlik  şəraitində  cavan  şam 
ağacları yaxşı inkişaf edə bilmir. Əgər tək-tək cavan şam pöhrələri müşahidə olunursa da belə şəraitdə normal 
böyüyə bilmir, nazik, əyri, kövrək gövdə əmələ gətirir, ancaq on yaşa kimi ömür sürə bilir və quruyaraq məhv 
olur.  Odur  ki,  enliyarpaq  ağac  cinslərinin  çətri  altında  əmələ  gələn,  olduqca  işıqsevər  şam  yeniyetmələri 
böyüyüb cavan ağaclıq həddinə belə çata bilmir. Digər tərəfdən birinci mərtəbəni tutan irigövdəli şam ağacları 
qocalaraq tədricən sıradan çıxır, onu əvəz edə biləcək cavan şam ağacı nəsli kəsildiyindən öz yerini fıstıq və 
vələsə təhvil verməyə məcbur olur. Hazırda Göygöl ətrafında fıstıq meşələri içərisində tək-tək qalmış 200-300 
yaşlı,  boyu  30-36  metrə,  diametri  100-110  santimetrə  çatan  qocaman  «mayak»  şam  ağacları  bunun  canlı 
şahidləridir. Bu qoca ağaclar da vaxt keçdikcə aradan çıxır və təmiz fıstıq meşəliyi yaranır.  
Şübhəsiz,  zəlzələ  baş  verməmişdən  əvvəl  Kəpəzin  hər  yerində  fıstıq  meşələri  yayılıbmış,  buna  dağın 
zəlzələdən uçmayan hissəsindəki fıstıq meşələri şahiddir. Zəlzələ zamanı əmələ gəlmiş dağ uçqunları üzərində 
münbit torpaq şəraitində alışan fıstıq ağacı inkişaf etməyə qadir olmadığından orada şam «pioner» ağac cinsi 
kimi inkişaf etməyə başlamışdır.     
Qruplaşmanın  buna  oxşar  dəyişilməsi  buzlaq  çöküntülərində  də  olduqca  yuxa,  kasıb  biogenli  torpaq 
şəklində  gedir.  Burada  fitosenozun  formalaşması  mamır  və  cillərdən  başlayır;  onlardan  sonra  qruplaşmaya 
sürünən  və  kol  şəklində  söyüd  qarışır.  Daha  sonra  (20-30  ildən  sonra)  qızılağaclıq  yaranır,  onun  ardınca 
küknar peyda olur və o, başa çatmış qruplaşmanın əsasını təşkil edir, bu proses təxminən 100 il davam edir.  
Hidrik  suksessiyalar  xırda  göllərin  açıq  sularında  üst  bataqlıqlarda  başlayır.  Açıq  su  hövzəsinin 
kənarlarını su bitkiləri basaraq tədricən ortaya doğru irəliləyir. Bu su hövzəsinin dibində detritin toplanmasına, 
torf  qatının  əmələ  gəlməsinə  və  nəhayət  su  hövzəsinin  dayazlaşmasına  səbəb  olur.  Bəzi  su  hövzələrinin 
sahillərində üzən sfaqnum mamırı və borulu bataqlıq bitkiləri inkişaf edir. Bitki kütləsinin toplanması torpağın 
əmələ gəlməsinə səbəb olur.  
Suyun dayazlaşması üzən bitki örtüyü qatının qalınlaşması ilə birgə su hövzəsini bataqlığa çevirir. Sonralar 
bataqlıqda  kol  və  ağac  bitkiləri  peyda  olur,  bataqlığın  quruması  prosesi  gedir  və  meşə  örtüyü  inkişaf  edir. 
Qruplaşmada  bitki  örtüyünün  dəyişməsi  faunanın  da  dəyişməsində  özünü  göstərir:  su  hövzəsi  məskunları 
tədricən sukənarı, sonra isə bataqlıq və meşə heyvanları ilə əvəz olunur.  
İkinci  (törəmə)  suksessiyalar  əvvəlcədən  canlı  orqanizmlər  kompleksinin  fəaliyyəti  ilə  dəyişilmiş 
substratda inkişaf edir. Belə suksessiyalar çox vaxt bərpaolunma (demutasiya) xarakteri daşıyır.  
İkinci  (törəmə)  suksessiyalara  yanğın  yerində  və  başdan-başa  meşə-qırıntı  sahəsində  küknar  meşəsinin 
klimaks  vəziyyətə  qədər  bərpa  olunması  misal  ola  bilər.  Avropanın  tayqa  zonasında  yanğın  və  başdan-başa 
qırıntı  sahəsində  (küknar)  işıqlanma  şəraiti,  temperatur,  rütubətlik  və  digər  faktorlar  kökündən  dəyişir.  Belə 
sahələri  ilk  dəfə  işıqsevər  otlar  (yağıotu,  yumşaq  süpürgə)  tutur.  Sonra  sahədə  işıqsevər  ağac  cinslərinin 
(titrək  qovaq,  tozağac,  söyüd  və  b.)  cücərtiləri  (yeniyetmələri)  və  kollar  peyda  olur.  Çəmən-kol  bitkilərinin 
formalaşması ilə yanaşı, kompleks heyvanat aləmi də (həşəratlar və digər onurğasızlar, gəmiricilər) formalaşır. 
Giləmeyvəli  kollar  özünə  çoxlu  quş  cəlb  edir.  Bu  stadiya  2-3  il  çəkir.  Sonra  işıqsevər  xırda  yarpaq  ağac 
cinslərinin (tozağac, titrək qovaq) intensiv inkişafı başlayır. Formalaşmış sıx çətirli cavanyaşlı meşəlik işıqsevər 
ot  bitkilərini  və  kolları  sıradan  çıxarır.  Bu  isə  heyvanat  aləmini  də  dəyişdirir.  Ağac  çətiri  altında  kölgəlik  və 
yüksək  nəmlik  şəraitində  küknar  cücərtiləri  intensiv  inkişaf  etməyə  başlayır.  İkinci  yarusda  yerləşən  cavan 
iynəyarpaq meşəlik (küknarlıq) çəmən ot bitkisini tamamilə sıxışdırıb sıradan çıxarır, onları mamır örtüyü və 
meşə  otları  əvəz  edir.  Küknar  üçün  şəraitin  yaxşılaşması  tozağac  və  qovağın  bərpasına  maneçilik  göstərir. 
Küknar ağacları birinci yarusa çıxdıqda çox yaşlı tozağac və qovaq ağaclarını çətirləri altında sıxışdırıb tədricən 
məhv  edir.  Son  nəticədə  yarpaqlı  ağac  cinslərinin  yerində  ilkin  küknar  meşəliyi  formalaşır.  Qırıntıdan 
(yanğından) sonra sabit tayqa biosenozunun (küknarlığın) formalaşması prosesi 100-150 il davam edir.  
Buna oxşar proses fıstıq meşəsində də müşahidə olunur. Hamamçayın sol sahilində (Kürmükçayın qolu, 
Qax rayonu) dəniz səthindən 1760 m yüksəklikdə («Yezdidağ»da) sırf tozağac meşəsini  tədqiq etdik, 35-40 
yaşlı  bu  ağaclığın  orta  hündürlüyü  15  m,  orta  diametri  12  sm  (maks. 20 sm)  təşkil  edir.  Doluluğu  06  olub 
yüksək  bonitetə  (II  bonitet)  malikdir.  Göründüyü  kimi  subalp  zonasından  fərqli  olaraq  burada  Rusiyanın 
tozağac  meşəliyini  xatırladan  meşəlik  formalaşmışdır.  Qeyd  edək  ki,  təsvir  etdiyimiz  tozağaclıq  fıstıq  meşəsi 
yox  edilən  sahədə  əmələ  gəlmişdir.  Hazırda  ikinci  yarusda  rast  gəlinən  fıstıq  və  vələs  ağacları,  fıstığın 
yeniyetmələri və canlı örtükdə fıstıq meşəsinin indikatorları (çətiryarpaq, ayıdöşəyi) bunu bir daha təsdiq edir. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə