QəRİb məMMƏdov, mahmud xəLİlov


əkil 6.1. Canlı orqanizmlərin biosferin komponentləri ilə qarşılıqlı



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə39/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

 
84 
 
Şəkil 6.1. Canlı orqanizmlərin biosferin komponentləri ilə qarşılıqlı 
əlaqəsi 
 
 
Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. O, yerdə olan canlı orqa-
nimzlərin rolu haqqında yazmışdır:  
Şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin zahiri qabığının kimyəvi vəziyyəti bütövlükdə həya-
tın təsiri altındadır, canlı orqanizmlərlə təyin olunur, şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə 
daşıyır. 
O, Günəşdən  şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şü-
asının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və həyatımızın  sonsuz müxtəlifliyini yaradır. 
Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parça-
lanması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini də-
yişməsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar ha-
disələrdən birini törədir. 
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, atmos-
fer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, mad-
dələrin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur. 
Biosenozun(biotanın)  ətraf mühitin formalaşmasında və sabitləşməsində rolunu onun qlobal funksiyaları 
(energetik, destruktiv, konsentrasiya, mühit yaratma, nəqletmə) ilə göstərmək olar. 
Canlı maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə nəticəsi hesab olunur: energetik funk-
siya  bioloji  dövranın  bütün  həlqələrini  enerji  ilə  təmin  edir;  destruktiv  və  konsentrasiya  funksiyaları  dağınıq 
(seyrək), lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və toplanmasına  şərait yaradır. 


 
85 
 
Şəkil 6.2. Yerin biosferini təşkil edən maddələrin əsas 
tipləri 


 
86 
Cədvəl 6.1. 
Biosferin və onun əsas təşkilinin təkamülü (F.Romada görə, 1981) 
 
Vaxt, 
illərin 
sayı 
Geoloji dövr 
Biosfer 
Litosfer 
Hidrosfer 
Atmosfer 






5 x 10

4,5 x 10

İlk arxey 
 
Günəş 
sisteminin 
formalaşması, 
ən qədim 
süxurlar 
Okeanın 
kondensasiyası 
Sərbəst 
oksigen 
yoxdur 
3 x 10

Dokembri 
İlk bakteriyalar 
 
Dəmir oksidindən 
oksigenin əmələ 
gəlməsi 
 
2 x 10

 
Fotosintez 
qabiliyyətli ilk 
orqanizmlər 
Vulkanizm 
 
Müasir 
zamana görə 
oksigenin 
miqdarı 1% 
təşkil edir 
 
 
Fitoplanktonun 
sürətlə artması 
Dokembri 
buzları 
 
Azon qatının 
əmələ gəlməsi 
5 x 10

Kaynozoy 
erası 
Eosen 
 
 
 
 
 
Oliqosen 
Taxılotların peyda 
olması 
Qonur 
kömürün 
əmələ gəlməsi 
 
 
 
 
 
Vulkanizm 
Oksigenin miqdarının 
faizi müasir 
dövrdəkinə yaxındır 
 
2 x 10

Miosen 
Məməlilərin növ 
müxtəlifliyinin 
artması 
 
 
 
10

 
Atropoid xətti üzrə 
ilk primat 
 
 
 
 
Piosen 
İlk insanabənzər 
 
 
 






10

Dördüncü 
dövr 
Buzlaqlaşma 
 
Dənizin səviyyəsi 
indikindən 120 m 
aşağı 
Oksigen 
miqdarı 
indikinə 
uyğun gəlir 
7 x 10

Poleozoy erası 
Çoxhüceyrəlilərin 
peyda olması 
 
 
Müasir 
zamana 
nisbətən 
oksigenin 
miqdarı 3-
10% təşkil 
edir 
5 x 10
8
 − 
2,25 x 10

 
Qorulu bitkilərin və 
həşəratların peyda 
olması 
Saxaranın 
buzlaqlaşması 
Daş kömür 
yığınlarının 
Okeanın həcminin 
artması 
 


 
87 
əmələ gəlməsi 
10
8
 − 
Mezozoy erası  Məməlilərin peyda 
olması 
Vulkanizm 
 
Oksigenin 
miqdarı 
çoxalır 
7 x 10
7
 − 
 
Örtülü toxumların 
peyda olması 
Çökmə 
süxurlarda 
təbaşir və 
gipsin 
toplanması 
 
 
 
 
 
 
 
Cədvəl 6.2. 
Biosferdə canlı maddənin əsas funksiyaları 
 
Funksiya-
lar 
Baş verən proseslərin qısa səciyyəsi 
Energetik 
Fitosenoz zamanı Günəş enerjisinin, enerji ilə zəngin maddələrin parçalanması yolu ilə isə 
kimyəvi enerjinin udulması 
Konsentra-
siya 
Müəyyən  növ  maddələrin  fəaliyyəti  gedişində  seçmə  toplanması: 1) orqanizm  gövdəsini 
qurmaq üçün istifadəsi; 2) Metabolizm zamanı orqanizmdən kənar edilməsi 
Destruktiv 
1)Qeyri biogen üzvi maddələrin minerallaşması; 
2)Cansız qeyri üzvi  maddələrin parçalanması; 
3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil) edilməsi; 
Mühityarat-
ma 
Mühitin  fiziki-kimyəvi  parametrlərinin  dəyişməsi  (başlıca  olaraq  qeyri  biogen  maddələrin 
hesabına) 
Nəqletmə 
Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi  istiqamətində aparılması 
 Canlı  maddələrin  mühityaratma  funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı mühüm hadisə-
lər baş vermişdir: 
a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, biosenoz əsasən yerin oksigen atmosferini 
formalaşdırır və karbon qazının konsentrasiyasına təsir göstərir; 
b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir. 
Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.  
ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit,  boksid, karbonat və silisium sü-
xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-
ki qraniti keçmiş biosferin izləri adlandırır.  
ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir. 
d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxar-
landırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud 
Yerin quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yarat-
mağa imkan vermiş və ona 70-75% nəzarət edir.  
e) Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının par-
çalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir); 
ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası 
biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın 
dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmos-
ferdə  olan  konsentrasiya  ilə  müvazinət  (tarazlıq)  vəziyyətində  olur.  Okeanın  üst  qatında  həyat  dayandıqda 
karbon  qazının  konsentrasiyası  okeanın  səthində  və  dərinliyində  bərabərləşir.  Bunun  nəticəsində  atmosferə 
CO
2
-nin atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası atmosferdə 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə