QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə42/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

 
94 
qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksa-
siya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsin-
də tənəffüs zamanı onu karbon qazı şəklində ayırır. Hidrosferdə karbonun dövranı kontinentə (quruya) nisbətən 
xeyli mürəkkəbdir, belə ki, karbon qaz formasında bu elementin yaşı həm atmosferdən, həm də alt qatlardın suyun 
üst qatına daxil olan oksigendən asılıdır, quru və Dünya okeanı arasında karbonun daim miqrasiyası gedir. Bu ele-
mentin karbonat və üzvi birləşmələr formasında qurudan dənizə gətirilməsi üstünlük təşkil edir. Dünya okeanından 
karbonun quruya daxil olması olduqca az miqdarda, yalnız karbon qazı şəklində atmosferə diffuziya olunaraq hava 
axınları vasitəsilə gedir. 
 
Azotun dövranı 
Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu element bütün zülal birləşmələrin vacib komponentidir. 
Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində at-
mosferin 79% -ni təşkil edir. Biosfer və hidrosferdə azotun yerüstü biokütlədə və torpaqda kütləsinin orta nisbəti 
C:N=160:15 təşkil edir. 
Azotun ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına baxmayaraq, bu aktiv element geosferlər ara-
sında tez mübadilə edir. Azot tsiklinin kimyəvi şəkli olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və tor-
pağa müxtəlif kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir. 
 
 
Şəkil 6.8. Təbiətdə azotun dövranı: azot molekulunun kimyəvi çevril-
mələri 
 
Azot  birləşmələrinin  dövranında  azot  toplayan,  nitrifikatorlar,  denitrifikatorlar  mikroorqanizmləri  olduqca 
böyük rol oynayır. Yerdə qalan orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu assimilyasi-
ya etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot 
toplayır. 
 
Biosferdə havadan il ərzində orta hesabla 140-700  mq/m
3
 azot fiksasiya olunur (toplanır). Bunu əsasən bi-
oloji fiksasiya təşkil edir, yalnız azotun az miqdarı (35mq/m
3
) elektrik boşalmaları və fotokimyəvi proseslər nə-
ticəsində toplanır. 
Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan çirklənmiş göllərdə baş verir. 
Atmosferdə və biosferin çöküntü qabığında olan külli miqdarda azot ehtiyatının dövranında yalnız quru və okea-
nın canlı orqanizmləri tərəfindən mənimsənilərək toplanan (fiksasiya olunan) azot iştirak edir. Azotun mübadilə fon-
du kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, 
yuvenil (vulkanogen) azot, atmosfer (şimşək zamanı toplanan) azotu  və texnogen azot. 
İnsan fəaliyyəti olmayan geniş massivlərdə bitkilər ona lazım olan azotu kənardan torpağa gətirilən (yağışla-
nitratlar,  havadan-amonyak),  torpağa  qaytarılan  (heyvan,  bitki  qalıqları,  heyvan  eks  krementləri)  azotdan,  
həmçinin  müxtəlif  azot  toplayan orqanizmlərdən alır. 


 
95 
Biosferdə azot və kül elementlərinin ən çox miqdarı meşə bitkisində olur. Bütün bitki tiplərində kül ele-
mentlərinin miqdarı azot kütləsindən 2-3 dəfə artıq təşkil edir. Tundra bitkiliyi bu baxımdan müstəsnalıq təşkil 
edir, burada azot və kül elementlərinin miqdarı təxminən eyni olur. İl ərzində ən çox dövriyyədə olan element-
lərin miqdarı (yaxud bioloji dövranın həcmi) – rütubətli tropik meşələrdə, sonra qaratorpaq bozqırlarında və 
mülayim qurşağın enliyarpaqlı meşələrində (palıdlıqlarda) olur. Azot dövranının mühüm antropogen axını azot 
gübrələrinin istifadəsi ilə əlaqədardır. Aqrosistemlərə verilən azotun təxminən 50%-i kənd təsərrüfatı bitkiləri-
nin tərkibinə daxil olur, onun da yarısı tarladan məhsulla birlikdə yığılır, digər yarısı isə torpağın üzvi maddələ-
rində qalır. Beləliklə, müasir əkinçilik azot axınının ümumi istiqamətini dəyişmişdir, bu axın, yəni atmosferdən 
torpağa deyil, əksinə gedir. Əhalinin artması və bununla əlaqəli zülal qidasına olan tələbatın yüksəlməsi azot 
gübrəsindən istifadəni və azotun dövranını intensivləşdirmişdir. 
Bu isə ətraf mühitin çirklənməsinə, o cümlədən su hövzələrində evtrofikasiya prosesinin güclənməsinə sə-
bəb olmuşdur. Azot axınının antropogen intensivləşməsinin digər amili energetika hesab olunur, belə ki, daş 
kömür, neft və onun məhsullarının, şistlərin, torpağın və s. yandırılması atmosferə amonyakı və azot oksid-
lərinin emissiyasını artırmışdır. Azot oksidləri və amonyak öz növbəsində ətraf mühitin asidifikasiya prosesin-
də həlledici rol oynayır. Azot axınının antropogen intensivləşməsinin ətraf mühitə neqativ nəticələri müvafiq 
fəsillərdə (atmosfer, su, torpaq) geniş izah olunur. 
 
Kükürdün dövranı 
Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal 
dövranı müxtəlifliyi ilə fərqlənərək  biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif kom-
ponentlərin iştirakı ilə gedir.  
Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli in-
san fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı 
kükürd oksidinin  (SO
2
)
 
atmosferə antropogen təsirinin nəticəsidir.  
Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas 
rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun də-
rinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. 
Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çö-
küntü  əmələgəlmə,  yuyulma,  yağış,  adsorbsiya,  desorbsiya  və  s.),  bioloji  proseslər  (biokütlənin  məhsulu  və 
onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir. 
Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin asidifikasiyası, stratosfer və troposferdə 
ozonun vəziyyəti, iqlimin dəyişməsi kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir. 
 
Fosforun dövranı 
Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sa-
yılır.  
Fosforun  əsas  rezervuarları  (ehtiyatları)  quru  ekosistemləri,  okeanlar  və su  hövzələrində  gətirmələrin  çö-
küntüləridir. Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. 
Litosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur. (95%) İlk dəfə olaraq quruda 
fosforun demək olar ki, hamısı apatitlərin aşınması nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xa-
rakter daşıyıb-fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i qədərdir. Torpaq və bitki ör-
tüyündə karbon və fosforun konsentrasiyasının orta nisbəti: C:P-750:1-ə bərabərdir.fosforun biokimyası digər 
biogen elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz formasında olmamasilə əlaqədar-
dır. Bu, fosforun yamac boyu ağırlıq qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. Beləliklə, bu ele-
mentin çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını 
olmur, bu isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əla-
qədar onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 
 
 
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə