QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə45/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

 
102 
bəzi tarla siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf 
olunur,  şimal  maralı  xarakterikdir.  Quşlardan  ağ  kəklik,  tundra  kəkliyi,  ağ  qaz,  ağ  bayquş,  şimal  sərçəsi, 
laplandiya yol torağayı endem sayılır. Sürünənlər azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur.  
 
 
 
Øÿêil 6.12. Òÿáèè åêîñèñòåìëÿðèí òÿñíèôàòû 
 
7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr – mülayim iqlim zonasının şimal hissəsində yayılmışdır. 
Bu iynəyarpaqlı meşələr tayqa adlanır (türk dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar 
örtüyü  uzunmüddətli,  çox  şaxtasız  dövr  nisbətən  qısa  (orta  temperatur  iyulda  10-18
0
C),  yağıntı 
buxarlanmadan çox olur. Tayqa meşələri Şimali Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa 
meşə qruplaşmaları tündiynəyarpaqlı ağac cinslərindən (küknar, ağşam) Sibir sidr şamı (Sibir sidr ağacı) 
və açıqiynəli ağac cinslərindən (qaraşam və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli 
meşələrin quruluşu sadə olub bir-iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət 
olur. Çox gövdəli olur. Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən 
temperatur yüksək qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır.  


 
103 
Tökülən iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda 
orqanizmlərin  populyasiyaları  yaşayır,  yarpağı  tökülən  meşələrə,  çəmən  və  bozqırlara  nisbətən  bir  qədər  iri 
torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını göstərmək 
olar.  Bu  meşələrin  faunası  üçün  toxum  fondunun  və  iynələrin  böyük  əhəmiyyəti  var:  toxumlarla  quşlar, 
dələlər, burunduq və digər gəmiricilər, iynələrlə isə həşəratlar qidalanır. Quşlardan Sibir xoruzu, bonazi tetrası, 
sidr quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti nəticəsində (meşələrin qırılması, 
yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış, digəri azalmış, yeni növlər peyda olmuşdur.    
 
7.1.3.  Mülayim  zonanın  yarpağı  tökülən  meşələri  (enliyarpaq  meşələr).  Tayqa  meşələrindən 
cənubda yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir, illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər 
təşkil edir. Mülayim temperatura və aydın seçilən mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr şimali 
Amerika,  bütün  Avropa,  Yaponiyanın  bir  hissəsi,  Avstraliya  və  Cənubi  Amerikanın  cənub  hissəsində  geniş 
ərazilər tuturdu. Beləliklə, bu meşəlik bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya 
nisbətən  zəngindir.  ABŞ-ın  mərkəzi  rayonlarının  şimal  hissəsində  fıstıq-ağcaqayın  meşələri,  Viskonsin  və 
Minnosetdə  ağcaqayın-cökə  meşələri,  ABŞ-ın  qərb  və  cənub  ştatlarında  palıd  və  gikori  meşələri,  Appalaç 
dağlarında  palıd-şabalıd  meşələri  yayılmışdır.  Avropa,  Asiya,  o  cümlədən  Cənubi  Qafqaz  regionlarında  bu 
meşələrdə fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir.  
Enliyarpaq meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac 
yarusu,  kol  və  ot  yaruslarından  təşkil  olunmuşdur.  Şimali  Amerikanın  ilkin  meşələrində  məskunlaşan 
heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna müxtəlif 
və zəngindir.  
Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan şam meşələrinə də rast gəlinir. İnsan sivilizasiyasının olduqca 
inkişaf etməsilə əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış sahələrinə təsadüf etmək çətindir. Onların əksər 
hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz olunmuşdur.  
 
7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr 
Yüksək  rütubətlik  və  yay-qış  temperaturlarında  az  fərq  olan  ərazilərdə  yarpağını  tökən  meşələr  yerini 
enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və Cənubi Yaponiyada, Floridada, Meksika körfəzi 
boyu,  Atlantikanın  cənub  sahillərində  bitir.  Bu  meşələrdə  palıd  növləri,  maqnoliya,  dəfnə,  əncir 
dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi, 
ananas növləri bitir.  
 
7.1.5. Mülayim zonanın bozqırları (çölləri) 
Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750 
mm-ə  qədər  təşkil  edir.  Bozqırlar  Avropa,  Şimali  Amerika  (prerilər),  Cənubi  Amerikanın  cənubunda 
(pampaslar),  Avstraliya,  Yeni  Zenlandiya  (tussoklar)  geniş  əraziləri  tutur.  Bozqır  bitki  örtüyü  əsasən  kserofil 
xarakter  daşıyır.  Çəmənəmələgətirən  taxıl  otları  üstünlük  təşkil  edir.  Bozqırlarda  efemerlər  çoxdur.  Nəhayət 
bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.  
Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran, 
çöl  siçanı)  çoxluq  təşkil  edir.  Cüt  yaşamayan  heyvanlar  sürü  əmələ  gətirir.  Bozqır  biosenozunda  dırnaqlılar 
(sayqaklar,  əvvəllər  vəhşi  at  -  tarpan)  əsas  rol  oynayır.  Bozqırlarda  hədsiz  mal-qara  otarılması  nəticəsində 
bozqır  bitki  örtüyü  deqradasiyaya  uğrayır,  praktiki  olaraq  bütün  çoxillik  bitkilər  sıradan  çıxır,  səhralaşma 
prosesi baş verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.  
Bozqır  ekosistemlərin  torpağı  meşə  torpağından,  əsasən  yüksək  humusluğu  ilə  kəskin  seçilir.  Ot  (taxıl) 
bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur 
və humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə 
yaranır.  
Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil 
qruplaşmaların  məhsuldarlığı  100-200  sent//ha,  aridlik  çoxaldıqda  isə  50-100  sent//ha-ya  enir  (Voronov, 
1988).  
Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.  
Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın orta 
və  aşağı  dağ  zonasında  rast  gəlinir.  Burada  yarımsəhra  bozqır  bitkiləri  yayılmışdır.  Ağac  və  kol  növlərindən 
qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə