QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə44/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

 
100 
Cədvəl 6.3.  
Yer kürəsi ekosistemlərinin ilkin bioloji məhsuldarlığı 
(R.X.Uittekerə görə, 1980) 
 
 
Yerin coğrafi (landşaft) təbəqəsinin sərhədləri biosferin sərhədləri ilə uyğun gəlir. Lakin coğrafi təbəqəyə həyat 
olmayan sahə də daxil olduğu üçün şərti olaraq biosferi coğrafi təbəqənin tərkibində olmasını qəbul etmək olar. 
Faktiki olaraq bu əlaqəli birlikdir. Təbii ekosistem tiplərinin landşaft yanaşma baxımından ayrılması bunu təsdiq edir. 
R.X.Uittekerə  görə  Yer  kürəsindəki  ekosistemlərin  məhsuldarlığının  qiymətləndirilməsində  istifadə  olunan  təsnifat 
buna misal ola bilər (cədvəl 6.3.). 
Landşaft təbəqəsi, həmçinin biosferin əsas (baş) enerji mənbəyi – Günəş radiasiyasıdır.  
6.3. saylı cədvəldən göründüyü kimi biosferin məhsuldarlığı müxtəlif təbii ekosistemlərin (eyni zamanda 
landşaftların enerjisi) məhsuldarlığının cəmindən ibarətdir.  
Lakin günəş enerjisi bu məhsuldarlığı təmin edərək Yer səthinə çatan bütün enerjinin yalnız 2-3%-ni təşkil 
edir.  Enerjinin  qalanı  onun  fiziki-kimyəvi  parçalanmasında  (töküntü  və  b.)  aktiv  iştirakını  nəzərə  almasaq, 
abiotik mühitə sərf olunur. Ancaq abiotik faktorlar biotik faktorlarla birlikdə orqanizmlərin təkamül inkişafını və 
ekosistemin  homeostazını  təyin  edir.  Bitki  örtüyü  və  heyvanat  aləmi  də  öz  növbəsində  güclü  təbii 
komponentlər kimi ətraf mühitə təsir göstərə bilir və müəyyən mikromühit (mikroiqlim) yaradır. Bütün bunlar 


 
101 
canlı təbiətin, bütövlüklə landşaftın vahid enerji sahəsində mövcudluğunu təsdiq edir (cədvəl 6.3.). Cədvəldən 
göründüyü kimi müxtəlfi ekosistem tiplərinin məhsuldarlığı eyni olmayıb planetdə tutduğu ərazinin ölçüsü də 
müxtəlifdir. Məhsuldarlığın müxtəlifliyi iqlim zonallığı, mühitin xarakterindən (quru, su), ekoloji faktorların lokal 
qaydada təsiri və s. ilə bağlıdır. Y.Odum biosferin təbii ekosistemlərinin aşağıdakı təsnifatını təklif etmişdir.  
1. Yerüstü biomlar (ekosistemlər) 
- Arktika və alp tundrası 
- Boreal iynəyarpaqlı meşələr 
- Mülayim qurşağın bozqırları (çölləri, stepləri) 
- Tropik bozqırlar və savannalar  
- Çaparral – qışı yağışlı, yayı quraqlıq keçən rayonlar 
- Səhralar: otlu və kollu  
-Yarımhəmişəyaşıl tropik meşə (yağışlı və quraq mövsümləri aydın təzahür olunan) 
- Həmişəyaşıl tropik yağışlı meşələr 
2. Şirinsulu ekosistem tipləri  
- Lentik (durğun sular) ekosistemlər: göllər, nohurlar və s.  
- Bataqlaşmış sahələr: bataqlıqlar, bataqlıq meşələri 
 
3. Dəniz ekosistem tipləri  
- Açıq okean (pelagik) ekosistemi 
- Kontinental şelfin suları (sahilyanı sular) 
- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar) 
- Estuarı ekosistemi (sahilyanı buxtalar-kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.) 
Biomların yayılma sərhədləri materiklərin  landşaft komponentləri ilə təyin olunur,  adı isə üstünlük təşkil 
edən bitki ilə (meşə, kol və b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki, 
mühitin fiziki əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür.  
Yuxarıda  deyilənlər  göstərir  ki,  biom  sərhədləri  regional  səviyyədə  landşaftın  sərhədlərinə  uyğun  gələn 
ekosistemdir. Onun komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota 
sayılır, burada üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir.  
 
7.1. Yerüstü biomlar (ekosistemlər) 
Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. Belə 
sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır.  
Məlum olduğu kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterik-
dir.  
Bütün Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik 
qurşaqlığı  müşahidə  olunur.  Dağ  sisteminin  ətəyində  iqlim  ümumi  coğrafi  zonallığa  uyğun  gəlir,  yuxarıya 
qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir.  
 
7.1.1. Tundra 
Əsasən  şimal  yarımkürəsində,  Arktika  və  Subarktika  qurşaqlarında  yayılmışdır.  Cənub  yarımkürəsində 
Antarktida yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə 
(şm-da), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın və 
Şimali Amerikanın şimal sahilləri boyu uzanır.  
Tundra zonalarının yerləşdiyi enliklərdə illik radiasiya balansı aşağıdır (8-20 kkal/sm
2
), oktyabrdan aprelədək 
mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -40
0
C-yə 
qədər,  iyulda  5-10
0
C-dir.  İllik  yağıntı  200-500  mm,  bəzən  750  mm-ə  çatır.  Yay  havanın  nisbi  rütubətliyinin 
yüksəkliyi, tez-tez duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və 
bataqlıq var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar və 
kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar. 
Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq yoxsulluğu, 
bəzən  müstəqil  cinslərə  məxsus  olan  endemlərin  olması, həmçinin  yekcinslik  və  bir  çox  heyvanların  dənizlərlə 
əlaqədar  olması  (quş  «bazarlarında»  yaşayan  quşlar,  ağ  ayı  və  b.)  və  s.-dir.  Onurğalı  heyvanların  əksəriyyəti 
qışda  tundranı  tərk  edir;  yalnız  bir  qismi,  məsələn,  lemminqlər  qar  altında  yaşayaraq  sağ  qalırlar.  Tundra 
faunasının  tərkibinə  adi  və  dırnaqlı  lemminqlərin  endem  növləri,  əsasən,  tundranın  cənub  hissəsində  yaşayan 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə