QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə33/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

 
70 
V FƏSİL 
EKOLOJİ SİSTEMLƏR 
 
«Ekosistem» terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki Artur Corc Tensli daxil etmişdir. Termin mü-
əyyən  sahədə  (biotopda)  bütün  orqanizmlər  (yəni  biosenoz)  daxil  olmaqla  istənilən  vahidi  (olduqca  mütəlif 
həcmdə) və onun sistem daxilində  fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji axınının müəyyən dəqiq 
trofiq strukturunu, növ müxtəlifliyini və maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında mübadilə-
ni) ifadə edir. Sadə desək,  biosferdə maddələr mübadiləsi gedən üzvi və qeyri üzvi komponentlərin istənilən 
məcmusu ekosisem   adlanır. Tenslinin fikrincə ekosistem yer səthində əsas təbiət vahididir. O, ekosistemə bi-
otop və biosenozun tam vahidi kimi baxır. (şəkil 5.1.) 
 
 
 
Şəkil 5.1. Ekosistemin sxemi (Məmmədov, Suravegina, 2000) 
 
«Ekosistem» anlayışı «biotop» anlayışından ayrılmaz surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif 
ölçülü və ya həcmli coğrafi rayondur. Biotop və ya ekotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə 
malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Aşağıdakı biotoplar ayrı-
lır: polipedop, yəni torpaq sudibi məskəni; klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop 
– su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikro-
toplar da ayırırlar. Biotop bəzən üzvi təbiətli  (parazitlərdə) ola bilər. 
 


 
71 
 
 
Şəkil 5.2. Biogeosenozun komponentlərinin tərkibi və qarşılıqlı əlaqəsi 
 
 
Şibyə  yastığında  ekosistemin  bütün  komponentlərini  tapmaq  olar:  simbiotik  yosunlar  –  produsent  rolunu 
oynayıb fotosintez prosesini yerinə yetirir. Konsument kimi bəzi xırda buğumayaqlılar çıxış edir, onlar şibyələ-
rin canlı toxumaları ilə qidalanır, göbələk hifləri isə yosunların hüceyrələrində parazitlik edir.  Göbələklərin hif-
ləri və şibyələrin yastıqlarında yaşayan mikroskopik  heyvanların  (gənələr,  nematodlar,  ibtidailər,  rotatoritlər) 
çoxu redusentlər rolunda çıxış edir. Göbələk hifləri yosunların yalnıız canlı hüceyrələrin deyil, həmçinin ölü hü-
ceyrələrin hesabına yaşayır, xırda heyvanlar – saprofaqlar ibtidailərin ölü kök və yarpaqlarını emal edir. Bu iş-
də onlara bir çox mikroorqanizmlər köməyə gəlir. Belə sistemdə dövranın qapalılıq dərəcəsi olduqca kiçikdir: 
parçalanan məhsulların çox hissəsi yağış suları vasitəsilə yuyularaq şibyələrdən kənara aparılır, ağacın gövdəsi 
boyu aşağı tökülür. Bununla yanaşı, heyvanların bir hissəsi digər yaşayış yerinə köçür. 
 
Şəkil 5.3. Biogeosenozun sxemi (Q.A.Novikova görə) 
 
 


 
72 
Bəzi ekosistem tiplərində maddələrin onların sərhədindən kənara aparılması o qədər yüksək olur ki, onların 
sabitliyi aparılan maddələrin miqdarı kənardan daxil olur. Bura axar su hövzələri, çaylar, dik dağ yamaclarında 
yerləşən sahələr aiddir. 
Digər ekosistemlər daha çox tam maddələr dövranına malikdir. (az meylli yamaclardakı meşələr, çəmənlər, 
bozqırlar, göllər və s.) Lakin heç bir ekosistem, hətta yerin ən böyük ekosistemləri tamamilə qapalı dövrana 
malik deyil. Qitələr okeanlarla intensiv maddələr mübadiləsi aparır, bununla belə bu proseslərdə atmosfer bö-
yük  rol  oynayır,  planetimizin  hamısı  materiyanın  bir  hissəsini  kosmik  fəzadan  alır,  bir  hissəsini  isə  kosmosa 
qaytarır. 
Beləliklə, həyatın ekosistem təşkili onun mövcudluğu üçün mühüm şərtlərdən biri sayılır. 
 
5.1. Ekosistemin enerjisi 
Yer  üzərində  həyat  günəş  enerjisi  hesabına  mövcuddur.  İşıq  yer  üzərində  yeganə  qida  resursu  olub, 
enerjisi  karbon  qazı  və  su  ilə  birləşərək  fotosintez  prosesini  yaradır.  Fotosintezdən  bitkilər  üzvi  maddələr 
yaradır, onunla otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni 
günəş enerjisi bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır.  
Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə 
birlikdə alır. Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər. 
Hər  bir  qruplaşmada  qida  əlaqələri  bir  orqanizmdən  digərinə  enerji  ötürücüsü  mexanizmidir.  Beləliklə, 
biosenozların  trofik  zənciri  olduqca  mürəkkəbdir,  onlara  daxil  olan  enerji  bir  orqanizmdən  digərinə  uzun 
müddət  miqrasiya  edə  bilər:  avtotroflardan,  produsentlərdən  heterotroflara,  konsumentlərə  və  beləliklə,  bir 
trofik səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir.  
Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi 
kütlənin  yaradıcıları,  qalanları  isə  konsumentlərdir.  İkinci  trofik  səviyyə  bitkiyeyən  konsumentlər;  üçüncü 
trofik  səviyyə  –  bitkiyeyən  formalarla  qidalanan  ətyeyən  konsumentlər;  dördüncü  trofik  səviyyə  digər 
ətyeyənlərlə  qidalanan  konsumentlər  və  s.  Beləliklə,  konsumentləri  də  səviyyəyə  görə  ayırmaq  olar:  birinci, 
ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas 
rol  oynayır.  Geniş  qida  spektrinə  aid  olan  növlər  (konsumentlər)  müxtəlif  trofik  səviyyələrdə  qida  zəncirinə 
daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların əti daxil olduğu 
üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.  
Yalnız  bitki  qidasına  ixtisaslaşan  növlər  (dovşan,  dırnaqlılar,  mənənə)  həmişə  qida  zəncirində  ikinci 
həlqədə olur.  
Konsumentlərin  enerji  balansı  aşağıdakı  kimi  formalaşır.  Qəbul  olunmuş  qida  adətən  tam  mənimsənilmir. 
Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə 
cəlb  olunur.  Mənimsənilmə  faizi  qidanın  tərkibindən  və  orqanizmin  qida  həzmedən  fermentlərinin  yığımından 
asılıdır.  Konsumentlərin  qəbul  etdikləri  qida  tam  mənimsənilmir.  Bitkiyeyən  heyvanlarda  mənimsənilən  qida 
12...20%,  ətyeyənlərdə  isə  75%-ə  qədər  təşkil  edir.  Enerji  sərfi  hər  şeydən  əvvəl  metabolistik  prosesləri 
saxlamaqla  əlaqədardır,  buna  tənəffüs  sərfi  deyilir,  o,  orqanizmin  ayırdığı  CO
2
-nin  ümumi  miqdarı  ilə 
qiymətləndirilir. Enerjinin xeyli az hissəsi toxumaların əmələ gəlməsinə, bir qədəri qida maddələrinin ehtiyatına, 
yəni  böyüməyə  sərf  olunur.  Qidanın  qalan  hissəsi  ifrazat,  nəcis  halında  ayrılır.  Bununla  yanaşı,  enerjinin  xeyli 
hissəsi  orqanizmdə  kimyəvi  reaksiyalar  zamanı  istilik  şəklində,  xüsusilə  aktiv  əzələ  işi  vaxtı  dağılır  (səpələnir). 
Nəticədə metabolizmə istifadə olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə yayılır. 
Beləliklə,  enerjinin  böyük  hissəsi  bir  trofik  səviyyədən  digərinə  keçərkən  yüksək  olur  və  itir.  Bir  trofik 
səviyyədən  digərinə  keçidikdə  enerji  itkisi  təxminən  90%-ə  qədər  təşkil  edir;  hər  sonrakı  səviyyəyə  əvvəlki 
səviyyədən  10%-dən  artıq  olmayaraq  enerji  keçirilir.  Belə  ki,  əgər  produsentin  (bitki  orqanizminin)  kaloriliyi 
1000  couldursa,  otyeyən  heyvan  (fitofaq)  tərəfindən  tam  yeyildikdə  onun  (fitofaqın)  bədənində  100  coul, 
yırtıcının  bədənində  isə  10  coul  qalır.  Əgər  bu  yırtıcı  başqa  yırtıcı  tərəfindən  yeyilərsə,  onun  payına  bitki 
qidasının kaloriliyindən cəmi 1 coul, yəni 0,1% düşür.  
Lakin enerjinin səviyyədən səviyyəyə belə ciddi şəkildə keçməsi o qədər də real deyildir, çünki ekosistemin 
trofik zəncirləri mürəkkəb surətdə qarışaraq trofik şəbəkələr əmələ gətirir. Ancaq nəticədə həyatın mövcudluğu 
üçün enerjinin dağılması və itirilməsi yenidən bərpa olunmalıdır.  
  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə