QəRİb məMMƏdov, mahmud xəLİlov


əkil  5.4.  Təbii  ekosistemlərdə  maddələrin  (bütöv  xətt)  və  enerjinin



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

 
73 
 
Şəkil  5.4.  Təbii  ekosistemlərdə  maddələrin  (bütöv  xətt)  və  enerjinin 
(qırıq xətt) ğtürülməsi sxemi 
 
 
Fotosintezedən orqanizmlərdən başlanan zəncir yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi 
zənciri),  bitkilərin  ölmüş  (çürümüş)  qalıqlarından,  heyvan  cəsədlərindən  və  peyinlərindən  (ifrazat,  nəcis) 
başlanan zəncir isə parçalanmanın detrit zənciri adlanır.  
Müxtəlif  ekosistem  tiplərində  yeyilmə  və  detrit  zəncirlərindən  keçən  enerji  axınının  gücü  müxtəlifdir:  su 
qruplaşmalarında enerjinin çox hissəsi birhüceyrəli yosunlarla fiksasiya olunaraq fitoplanktonla qidalanan heyvanla-
ra, daha  sonra  yırtıcılara  daxil  olur, enerjinin  olduqca  az  hissəsi  parçalanma  (detrit) zəncirinə  qoşulur. Qurunun 
ekosistemlərinin əksəriyyətində isə bu nisbət əksinə olur, yəni məsələn, meşədə bitki kütləsinin illik artımının 90%-
dən çoxu töküntü halında detrit zəncirinə daxil olur.  
Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək iki trofik şəbəkə növünə yayılır, 
lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır.  
 
5.2. Bioloji toplantı prinsipləri 
Ekosistemin maddələr mübadiləsinə tez-tez kənardan da maddələr qarışır. Bu maddələr trofik zəncirlərdə 
yığılaraq  orada  toplanır,  yəni  bioloji  toplanma  baş  verir.  Bu  hadisəni  radionuklidlərin  və  pestisidlərin  trofik 
zəncirlərdə toplanması misalında aydın görmək olar.  
Əvvəllər zərərverici həşəratlarla mübarizə məqsədilə geniş istifadə edilən, hazırda isə istifadəsi qadağan olunan 
DDT (dust) maddəsinin bioloji toplanma qabiliyyəti məlumdur. Y.Odum (1975) misallar çəkərək göstərir ki, ekoloji 
proseslərdə  bioloji  toplanma  qanunauyğunluğunu  nəzərə  almadan  DDT-dən  istifadə  olunması  və  onun  bioloji 
toplanması hidrobiontlarla qidalanan quşların ölümünə səbəb olmuşdur. O, qeyd edir ki, zəhərli çöküntülər detritdə 
adsorbsiya  olunur, rediusentlərin  (detritlə  qidalananların), xırda  balıqların, sonra  isə  yırtıcıların  (balıqla  qidalanan 
quşların)  toxumalarında  toplanır.  Detrit  zəncirində  dəfələrlə  qidalanma  nəticəsində  zəhər  balıq  və  quşların  piy 
ehtiyatında toplanır. Əgər DDT-in dozası ölüm dozasından aşağı olsa da, quşlar ölməsə də yumurtalarının qabığının 
inkişafına  maneçilik  törədir  və  çox  nazik  olan  qabıq  cücə  çıxmamışdan əvvəl  partlayır  (qırılır). Belə  hadisə  yırtıcı 
quşların (məs. su qaranquşu) populyasiyalarının məhvinə səbəb ola bilər.  
Beləliklə, mühitin istənilən çirklənməsində bioloji toplanma prinsipləri nəzərə alınmalıdır.  
 


 
74 
5.3. Ekosistemin bioloji məhsuldarlığı 
İki  məhsulvermə  səviyyəsi  ayrılır:  birinci  (ilkin)  və  ikinci  məhsul.  Vahid  zaman  ərzində  bitkilər 
(produsentlər)  tərəfindən  yaradılan  üzvi  kütlə  qruplaşmanın  ilkin  (birinci)  məhsulu  adlanır.  Məhsul 
kəmiyyətcə  bitkinin  quru  və  ya  yaş  halında  kütləsi,  yaxud  enerji  vahidi  olub  ekvivalent  coul  ədədi  ilə  ifadə 
olunur.  
İlkin məhsul sanki iki səviyyəyə – ümumi və təmiz məhsula bölünür. Ümumi ilkin (birinci) məhsul vahid 
zaman  ərzində  fotosintezin  müəyyən  sürətində  bitkilər  tərəfindən  yaranan  üzvi  maddələrin  ümumi  kütləsi 
hesab  olunur  (tənəffüs  sərfi  də  bura  daxildir).  Bitkilərin  özlərinin  həyat  fəaliyyətini  saxlamaq  üçün,  yəni 
tənəffüsə sərf olunan məhsul kifayət qədər çox olur. Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40...70%-ni sərf 
edir.  Plankton  yosunları  istifadə  etdiyi  ümumi  enerjinin  (yəni  metabolizmə)  yalnız  40%-ə  qədərini  sərf  edir. 
Yaranan üzvi maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci 
(ilkin) məhsul adlanır, bu bitkinin artım ölçüsüdür və ondan konsument və redusentlər istifadə edir. Deməli, 
ilkin  təmiz  məhsul  konsument  və  redusentlər  üçün  enerji  ehtiyatıdır.  Qida  zəncirlərində  dəyişilərək  (həzm 
olunaraq) heterotrof orqanizmlərin kütləsinin bərpasına sərf olunur.  
Vahid  zaman  ərzində  konsument  kütləsinin  artımı  qruplaşmanın  ikinci  məhsulu  adlanır.  Lakin  ikinci 
məhsul  ümumi  və  təmiz  məhsula  bölünmür,  belə  ki,  konsumentlər  və  redusentlər,  yəni  heterotroflar  öz 
kütləsini  birinci  məhsulun  hesabına  artırır,  yəni  əvvəlcədən  yaradılan  məhsuldan  istifadə  edir.  İkinci  məhsul 
hər trofik səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən əvvəlki səviyyədən daxil olan enerjinin hesabına 
formalaşır.  
Ekosistemin  bütün  canlı  komponentləri  –  produsentlər,  konsumentlər  və  redusentlər 
bütövlüklə qruplaşmanın və ya onun ayrı-ayrı hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji 
kütlə adətən onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul və b.) ifadə oluna 
bilər. Bu, daxil olan enerji gücü və orta biokütlə arasında əlaqəni aşkar etməyə imkan verir.  
Bioloji  kütlənin  əmələ  gəlməsinə  enerjinin  hamısı  sərf  olunmur,  istifadə  olunan  enerji  birinci  məhsulu 
yaradır  və  müxtəlif  ekosistemlərdə  müxtəlif  cür  sərf  oluna  bilər.  Əgər  konsument  tərəfindən  enerjinin  sərfi 
sürəti bitkinin artım sürətindən geri qalırsa, bu produsentlərin biokütləsinin tədricən çoxalması baş verir və ölü 
üzvi maddənin artığı (bolluğu) yaranır. Bu hal bataqlıqların torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə 
örtülməsinə, meşədə (məs., tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur.  
Stabil (sabit) qruplaşmalarda bütün məhsul praktiki olaraq trofik şəbəkələrdə sərf olunur və bioloji kütlə 
dəyişməz qalır.  
 
5.4. Ekoloji piramidalar 
Ekosistemdə  canlı  orqanizmlər  arasında  qarşılıqlı  münasibəti  öyrənmək  üçün  təkcə  qidalanma  zənciri 
sxemindən deyil,  ekoloji piramidalardan da istifadə edilir.  Funksional qarşılıqlı əlaqələri, yəni trofik  strukturu 
qrafik  şəkildə,  ekoloji  piramida  adlı  qrafiklərdə  göstərmək  olar.  Piramidanın  əsasını  produsentlər  səviyyəsi 
təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji 
piramida  tipi  məlumdur: 1) say  (kəmiyyət)  piramidası  (Elton  piramidası)  –  hər  səviyyədə  orqanizmlərin 
sayı  ifadə  olunur; 2) biokütlə  piramidası  –  canlı  maddənin  kütləsini  (ümumi  quru  çəki,  kalorilik  və  s.) 
səciyyələndirir; 3) Məhsul  (və  ya  enerji)  piramidası  universal  xarakter  daşıyıb  ardıcıl  trofik  səviyyələrdə 
birinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir.  
Enerji əsasən yırtıcı – şikar əlaqəsi ilə ötürülən trofik zəncirlərdə çox vaxt say piramidası qaydasına, yəni 
qida  zəncirlərində  iştirak  edən  fərdlərin  ümumi  say  zəncirinin  hər  sonrakı  həlqəsində  produsentdən 
konsumentlərə doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil  5.5.). Bu hal bir qayda olaraq yırtıcıların 
qida  obyektindən  (şikardan)  iri  olması  və  yırtıcının  birinin  biokütləsini  saxlamaq  üçün  bir  neçə  və  daha  artıq 
şikarın  tələb  olunmasıdır.  Digər  tərəfdən  aşağı  trofik  səviyyədən  yuxarı  səviyyəyə  doğru  enerjinin  miqdarının 
itməsi (hər səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin 
olmasıdır – orqanizm kiçik olduqca maddələr mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti 
yüksəlir.  
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə