QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə31/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

 
66 
Sibir  sidr  şamı  ilə,  sidr  ağaclarında  yuva  quran  quşlar  (sidrquşu,  sitta  quşu  və  kukşa)  arasındakı 
mutualistik  əlaqələr  mütləq  olmasa  da,  olduqca  zəruridir.  Bu  quşlar  Sibir  sidrinin  toxumları  ilə  qidalanaraq, 
yem  toplamaq  instinktinə  də  malikdir.  Onlar  xırda  toxumları  (qozaları)  hissə-hissə  mamır  qatının  və  meşə 
töküntüsünün altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, 
bu quşların fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın 
meşə  döşənəyinin  səthində  cücərə  bilmir.  Qarğaların  qoz  ağacının  toxumlarını  gizlətməsi  də  buna  uyğun 
misaldır. 
Şirəli  meyvəsi  olan  bitkilərlə  quşlar  arasında  da  qarşılıqlı  faydalı  əlaqələr  vardır,  onlar  bu  bitkilərin 
meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar.  
Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq 
və digər quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ ərazisində bu toxumların 
yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m
2
 sahəyə quşlar orta hesabla 12-15 ədəd 
ardıc  toxumu  yayır.  Cücərtilərin  əmələ  gəlməsində  də  quşların  digər  müsbət  rolu  vardır.  Onlar  onurğasız 
heyvanları axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın üzərinə çatdırır.  
Qaraçöhrə  ağacının  bütün  orqanları  (iynələri,  gövdəsinin  qabığı  və  s.)  zəhərli  olsa  da,  toxumları  həm 
dadlı,  şirin,  həm  də  parlaq  qırmızı  rəngə  malik  olub  quşların  diqqətini  özünə  cəlb  edir,  onun  yayılmasında 
böyük rol oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifikasiya» edir, «səpinə» 
hazırlayır və ərazilərdə yayırlar.  
Bir çox qarışqaların da bitkilərlə mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları 
özünə cəlb etmək qabiliyyəti vardır.  
 
4.6. Neytralizm – biotik əlaqələrin bir forması olub iki növ bir ərazidə məskunlaşaraq (yaşayaraq) bir-
birlərinə  nə  müsbət,  nə  də  mənfi  təsirləri  olmur.  Neytralizmdə  növlərin  bir-birilə  bilavasitə  əlaqələri  olmur, 
lakin  hər  ikisi  qruplaşmanın  vəziyyətindən  asılıdır.  Məsələn,  dələ  ilə  sığın,  yaxud  fil  ilə  meymun  bir  meşədə 
yaşasalar  da,  praktiki  olaraq  bir-biri  ilə  əlaqəsi  olmur.  Lakin  uzunsürən  quraqlığın  təsirindən  meşənin  məhv 
olması, yaxud zərərvericilərin kütləvi çoxalaraq ağacları «çılpaqlaşdırması» (yarpaqsızlaşdırması) eyni dərəcədə 
olmasa da hər iki növə təsirini göstərir. Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil 
olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.  
 
4.7.  Amensalizm.  Bu  biotik  əlaqə  formasında  iki  qarşılıqlı  təsir  göstərən  növlərdən  birinə  birgə  (bir 
yerdə) yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır, nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə 
təsirinə  əsasən  bitkilərdə  rast  gəlinir.  Məsələn,  işıqsevər  ot  növləri  fıstıq  və  ya  küknar  meşəsində  ağac 
çətirlərinin  güclü  kölgəsi altında  sıxışdırılır,  lakin ağaclara  belə  «qonşuluq»  heç  bir  fərq  göstərmir.  Bitkilərdə 
bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid 
edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə 
qarşı  mübarizə  məqsədilə  müxtəlif  zəhərli  maddələrdən  (herbisid)  istifadə  olunur.  Bu  hadisə  allelopatiya 
adlanır.  
Amensalizm  su  mühitində  də  yayılmışdır.  Məsələn,  göy-yaşıl  yosunlar  suyun  çiçəkləməsinə  səbəb  olur, 
bununla  da  su  faunası,  bəzən  suvata  (su  içməyə)  gələn  heyvanları  (mal-qaranı)  da  zəhərləyir.  Digər  yosun 
növləri  də  bu  xassəyə  malikdir,  onların  ayırdığı  peptid,  xinon,  antibiotiklər  və  digər  maddələr  hətta  kiçik 
dozada da zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanır.  
 
4.8.  Rəqabət  (konkurensiya).  Oxşar  ekoloji  tələbatı  olan  növlər  arasında  baş  verən  qarşılıqlı  əlaqə 
rəqabət adlanır. Y.Oduma (1975) görə rəqabət-eyni məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı təsiridir. 
Belə növlər bir yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət 
–  ekoloji  əlaqələrin  qarşılıqlı  təsir  göstərdiyi  hər  iki  partnyora  mənfi  təsir  göstərir.  Rəqabət  qarşılıqlı  təsir 
forması  olduqca  müxtəlif  –  birbaşa  fiziki  mübarizədən  sülh  vəziyyətində  yaşamağa  qədər  ola  bilər.  Bununla 
belə,  eyni  ekoloji  tələbata  malik  olan  iki  növ  bir  qruplaşmada  məskunlaşırsa,  əvvəl-axırı  rəqiblərdən  biri 
digərini sıxışdırıb çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ Ç.Darvin 
tərəfindən  qeyd  olunmuşdur.  O,  rəqabəti  növlərin  təkamülündə  böyük  rol  oynayan,  yaşamaq  uğrunda 
mübarizənin mühüm tərkib hissəsi hesab etmişdir.  
Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə digərinə nisbətən üstünlüyə malik olan, 
yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır.  


 
67 
Qruplaşmanın  daxilində  müxtəlif  növlər  arasında  ən  çox  qida  (yem)  uğrunda  rəqabət  gedir.  Güclü  qida 
rəqabəti  bütövlükdə  biosenoz  üçün  sərfəli  deyil,  ekosistemin  təkamülündə  növlərin  bir  hissəsi  qruplaşanın 
tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü zəiflətmişdir.  
Qida  rəqabətinin  zəifləməsi  mümkünlüyü  daha  çox  rəqabətin  həcm  və  gərginlik  göstəriciləri  ilə  təyin 
olunur  (Şorıqin, 1952). Rəqabətin  həcmi  rəqiblər  üçün  ümumi  qida  növünün  sayı  ilə  müəyyən  olunur.  Bu 
aspektdə  rəqabətin  zəifləməsi  bir  və  ya  bir  neçə  rəqib  növün  qida  spektrini  genişləndirməklə  –  yem 
obyektlərinin yığınını çoxaltmaqla rəqabəti nisbətən azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun 
həcmini azaltmaqla – qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir.  
Rəqabətin  gərginliyi  –  rəqib  növlər  üçün  müəyyən  yem  növünə  olan  tələbatın  onun  təbiətdəki 
bolluğuna nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su kənarında yaşayan gəmiricilər (qunduz, ondatra, su siçanı) 
üçün  ən  mühüm  qida  yeri  qamış  və  cilotu  sayılır.  Bu  bitkilər  isə  təbiətdə  başdan-başa  cəngəllik  yaradaraq 
yüksək bioloji kütləyə və məhsuldarlığa malikdir. Odur ki, belə şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı 
praktiki olaraq ödənilir, onların rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır.  
Rəqabətin  həcmi  və  gərginliyi  onun  ümumi  gücünü  təyin  edir:  bu  parametr  rəqabət  aparan  növlər 
arasında müxtəlif qarşılıqlı əlaqə formalarının konkret baş verməsinin əsasını təşkil edir. 
Bitkilərdə  rəqibin  boğulması  kök  sisteminin  mineral  qida  maddələrini,  torpaq  nəmliyini  və  yarpaqlarla 
günəş şüasını tutub saxlaması, həmçinin toksik birləşmələri ayırması nəticəsində baş verir. Məsələn, iki yonca 
növünün qarışıq səpinində Trifolium repensin növünün yarpaq çətiri tez əmələ gəlir, lakin sonra onu daha iri 
saplağı olan T.Fragiferum kölgə altına alır.  
Bitkilərin maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi təsiri allelopatiya adlanır. Bir-birinə 
belə  üsulla  təsir  heyvanlara  da  xasdır.  Q.F.Qauze  və  Parkın  apardığı  təcrübələr  göstərir  ki,  rəqibəlrin 
sıxışdırılması əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş verir, növlərdən biri 
digərinə nisbətən toksik maddələrə daha həssasdır.  
Azota  az  tələbkarlıq  göstərən  bitkilər  dincə  qoyulmuş  torpaqları  ilk  növbədə  zəbt  edir,  kök  ayırmaları 
vasitəsilə paxlalılarda kök yumrularının əmələ gəlməsini  və sərbəst yaşayan azot fiksasiya edən bakteriyaları 
sıxışdırır.  Bununla  da  torpağın  azotla  zənginləşməsinin  qarşısını  alaraq  azota  çox  ehtiyacı  olan  bitkilərlə 
rəqabətdə  üstünlük  təşkil  edir.  Ciyən  otu  su  hövzəsində  digər  su  bitkilərinə  nisbətən  allelopatik  aktiv 
olduğundan rəqabətsiz təmiz su hövzələrini basır.  
Heyvanlarda  rəqabət  mübarizəsində  bir  növün  digərinə  bilavasitə  hücumu  hallarına  da  rast  gəlinir. 
Məsələn, yumurtayeyənlərin (Diachasoma tryoni və Opius humilis) sürfələri bir sahibin yumurtasında olduqda 
qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür.  
İri  çəmən  qarışqaları  Formica  pratensis  torpaq  təpəsi  yuvası  düzəldir  (tikir)  və  onun  ətrafındakı  ərazini 
mühafizə edir. Daha xırda qarışqanın (F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-
tez çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem sahələrində ova çıxırlar.  
 
4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji nişa). Ekoloji sığınacaq konsepsiyası növlərin birgə 
yaşamaq  qanunlarını  dərk  etmək  üçün  əlverişli  oldu.  Ekoloji  sığınacaq  haqqında  anlayışı  ilk  dəfə  Amerika 
zooloqu  C.Qrinnel  (J.Çrinnell, 1914) irəli  sürmüşdür.  O,  bu  anlayışa  əsasən  növ  populyasiyasının  ərazidə 
yerləşməsi və müəyyən dərəcədə növün bioloji tələbatı mövqeyindən yanaşmışdır.  
«Ekoloji nişa» anlayışının professğor Q.T.Mustafayev «ekoloji mövqe» kimi işlətməyi təklif edir. 
Ekoloji  sığınacaq  haqda  Ç.Eltonun  (Ch.Elton, 1927) konsepsiyası  daha  məhsuldardır.  O, «ekoloji 
sığınacaq» anlayışı dedikdə növün qidalanmasını, yəni onun trofik zəncirdə tutduğu yeri nəzərdə tutmuşdur. 
Trofik sığınacaq haqqında müasir təsəvvür (anlayış) məhz Ç.Eltonun şərhi ilə bağlıdır.  
Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson (Ç.Hatchinson, 1957) tərəfindən işlənmişdir. O, 
«ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq müəyyən növün orqanizmlərinin  mühitin abiotik  şəraiti və canlı 
orqanizmlərin digər növləri ilə əlaqələrinin məcmusu kimi formalaşmasını gəstərmişdir.  
Ekoloji sığınacaq konsepsiyası haqqında Y.Odumun (1975) mövqeyi xüsusi yer tutur.  
Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: növ populyasiyasının fiziki ərazisi, xarici 
faktorlar qradiyenti sistemində növün yeri və onun ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi orqanizmin 
ekoloji sığınacağı onun yalnız harada məskunlaşmasından (yaşamasından) deyil, həmçinin onun nə etməsindən – 
fəaliyyətindən  (o  enerjini  necə  dəyişir,  onun  davranışı  necədir,  o,  fiziki  və  bioloji  mühitə  necə  münasibət 
göstərir), asılıdır və o, digər növlərlə necə məhdudlanır. Y.Odum ekoloji sığınacağı növün qruplaşmada «sahibi» 
kimi  canlı  surətdə  təyin  etmişdir. Belə  mövqe  ekoloji  sığınacaqda  anlayışı  növün  biosenozda  yerini  inteqrasiya 
ifadəsi kimi daha dəqiq təyin edir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə