QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə27/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

 
57 
mikrotəkamül planında, həm də mühitin cari şəraitinə gündəlik uyğunlaşmasında (Ç.Çauze, 1947, S.S.Şvars, 
1972) sərfəlidir.  
Populyasiyanın  heteroziqotluq  dərəcəsini  yüksək  səviyyədə  saxlamaq  mühüm  ekoloji  məsələ  (vəzifə) 
hesab olunur. Bu, mühitin tərəddüd etdiyi şəraitdə populyasiya sistemini təmin edən ekoloji prosesdir.  
 


 
58 
IV FƏSİL 
BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR) 
 
Biotop daxilində yayılmış, bütün canlılar - müxtəlif növlər və hər bir növü təşkil edən fərdlərin təbii qrupları 
biosenozları əmələ gətirir. Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsi-
ni  tutan  (orada  yaşayan),  bir-birilə  və  abiotik  amillərlə  müəyyən  əlaqəsi  ilə  səciyyələnən  bitki, 
heyvan və mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqa-
nizmlər qrupu ayırırlar: 1) Avtotrof orqanizmlər (produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gə-
tirir. 2) Heterotrof orqanizmlər (konsumentlər) hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan 
və  heyvanlar,  həmçinin  bəzi  bitkilər  (göbələklər,  bir  çox  parazit  və  saprofit  örtülü  toumlular)  və  mikroorqa-
nizmlər aid edilir. 3) redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqa-
nizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə bir-
ləşmələrə (So

 , N
2  
, O

 , N
3
 , və s.) çevirir. (minerallaşdırır) 
Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub ekosistem adlanan bu və ya 
digər dərəcədə dayanıqlı sistem əmələ gətirir. 
ekosistem=biotop+biosenoz 
   Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə (böyüklükdə) ola bilər. Bu baxımdan ay-
rılır; 
-
 
mikroekosistemlər, məs. meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı; 
-
 
mezoekosistemlər, məs. meşə, çəmən, səhra; 
-
 
makroekosistemlər, məs. okean. 
Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna adətən üç planda baxılır: 1) kompo-
nent (populyasiya və ya növ) tərkibi və müxtəlif növ populyasiyalarının, həyati formaların (biomorf) və başqa 
struktur elementlərin nisbəti; 2) ayrı-ayrı elementlərin ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk növbədə qida 
zənciri və tsikllərin, trofik, forik və digər əlaqələrin məcmusu. 
Bəzi  tədqiqatçılar  (Y.Odum  1975)  ekosistemə  və  biogeosenoza  eyni  kateqoriya  kimi  baxır.  Digərlərinə 
(məs. V.N. Sukaçev 1942) görə onlar arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. V.N. Sukaçeva  ( 
1940, 1942) görə biogeosenoz yer səthinin oxşar canlı (bitki örtüyü, heyvanat aləmi, mikroorqanizmlər) kom-
ponentlərinin və təbii şərait, geoloji quruluş  və s. onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksidir. Demə-
li, biogeosenozun bağlılıq faktorları - substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçe-
va görə xoroloji (fiziki-coğrafi) xarakter daşıyır. Ekosistemə, əsasən ərazicə deyil, trofik mövqeyindən baxılır. 
Beləliklə, biogeosenoz və ekosistemin nisbətini belə təsəvvür etmək olar: biogeosenoz fitosenozun sərhədi da-
xilində  ekosistemdir.  Daha  dürüstü,  ekosistem  və  biogeosenoz  kateqoriyaları  bitki  qruplaşması  səviyyəsində 
bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. 
 
 
 
Şəkil 4.1. Ekosistemdə maddələrin bioloji dövranı (sadə sxem) 


 
59 
 
Ekosistemlərin əksəriyyəti uzun təkamül gedişində (inkişafında) təşəkkül tapmışlar və növlərin ətraf mühütə 
uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsi-
nin və populyasiyanın sıxlığının kəsgin tərəddüdünün qarşısını almaq qabiliyyətinə malikdir. 
 
4.1. Biosenozun strukturu  
Biosenozun strukturu çoxplanlı olub onun öyrənilməsində müxtləif aspektlər ayrılır.  
 
4.1.1. Biosenozun növ strukturu 
Biosenozun növ strukturu bir sıra faktorlardan asılı olaraq növlərin müxtəlifliyi və kəmiyyətcə nisbəti ilə 
xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrinin çatışmazlığı hesab 
olunur.  Kasıb  və  zəngin  növlü  biosenozlar  ayırırlar.  Qütb  arktik  səhralarında  və  şimal  tundrada  istiliyin  son 
dərəcə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində, bir və ya bir neçə 
mühit  faktorunun  həyat  səviyyəsi  üçün  orta  optimal  səviyyədən  kənara  çıxması  (sapması)  ilə  əlaqədar 
qruplaşmalar olduqca kasatlaşır, belə ki, çox az növlər belə olduqca əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Tez-
tez  fəlakətli  təsirlərə  (məsələn,  çay  daşqınları  zamanı  subasar  yerlər,  bitki  örtüyü  müntəzəm  olaraq  məhv 
edilən  sahələr,  herbisidlərdən  istifadə  və  digər  antropogen  təsirlər)  məruz  qalan  biosenozlarda  növ  spektri 
böyük olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqda olduqca zəngin növlərə malik 
olan  qruplaşmalar  (biosenozlar)  əmələ  gəlir.  Buna  tropik  meşələri,  çoxmüxtəlif  orqanizmlərlə  zəngin  olan 
mərcan  rifləri,  arid  zonada  çay  vadilərini  misal  göstərmək  olar.  Tropik  meşələrin  biosenozları  çox  müxtəlif 
heyvanat aləmi və bitki növlərinə malik olub, hətta yan-yana eyni növdən olan ağaclara rast gəlinmir.  
Biosenozların növ tərkibi, həmçinin məskunlaşdığı yerdə yaşama müddətindən, hər biosenozun tarixindən 
də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşan, yetişmiş qruplaşmalara nisbətən az növə 
malik  olur.  İnsan  tərəfindən  yaradılan  biosenozlar  (tarla,  bağ,  bostan)  da  analoji  şəraitdəki  təbii  sistemlərə 
(meşə,  bozqır,  çəmən)  nisbətən  növlərlə  kasat  olur.  Aqrosenozların  kasıb  növ  tərkibini  xüsusi  mürəkkəb 
aqrotexniki tədbirlər sistemini (məs. alaqlarla və bitki zərərvericiləri ilə mübarizə) həyata keçirməklə insan özü 
nizamlayır.  
Lakin,  hətta  ən  kasat  biosenozlarda  da  müxtəlif  sistematik  və  ekoloji  qruplara  aid  olan  onlarla 
orqanizmlərə rast gəlmək olar. Məs., taxıl zəmisində və ya üzüm bağında taxıl və üzümdən başqa az da olsa, 
alaq  otlarına,  həşəratlara,  zərərvericilərə,  yırtıcılara,  siçanabənzər  gəmiricilərə,  onurğasızlara-torpaq  qatı  və 
torpaqüstü orqanizmlərə, rizosferin mikroskopik orqanizmlərinə, patogen göbələklərə və s. rast gəlinir.  
Demək olar ki, bütün yerüstü və əksəriyyət su biosenozlarının tərkibinə həm mikroorqanizmlər, həm bitki, 
həm də heyvan növləri daxil olur. Lakin bəzi şəraitlərdə formalaşan biosenozların tərkibində bitki olmur (məs. 
mağaralarda  və  su  hövzələrinin  fotik  zonasından  aşağıda),  istisna  hallarda  isə  biosenoz  yalnız 
mikroorqanizmlərdən  ibarət  olur  (məs.  su  hövzəsinin  dibində  anaerob  mühitdə,  çürüyən  lillərdə,  hidrogen-
sulfid qaynaqlarında və s.). 
Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. Növlərin 
ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və faunaya malik olan biosenozlar 
formalaşır.  Növlərin  çoxluğunun  məskunlaşmaq  şəraiti  əlverişli  sayılan  yer,  qruplaşmalar  arasındakı 
(sərhədindəki) «ekoton» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə «sərhəd effekti» 
adlanır. Ekoton növlərlə zəngin olur, çünki bura hər iki sərhədyanı qruplaşmalardan növlər daxil olur. Bundan 
başqa ekoton sərhədyanı biosenozlarda rast gəlinməyən özünəməxsus xarakter növlərə də məxsusdur. Məs., 
Böyük  Qafqazın  cənub  yamacında  meşənin  yuxarı  sərhədinin  subalp  çəməninə  keçid  zonası  orta  dağ-meşə 
fıstıq  qurşağına  nisbətən  flora  və  fauna  ilə  daha  zəngindir.  İki  qonşu  biotoplar  bir-birindən  nə  qədər  çox 
fərqlənərsə, onların sərhədlərində şərait bir o qədər müxtəlif və «sərhəd effekti» bir o qədər güclü olar. Meşə 
və ot bitkilərinin, həmçinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. «Sərhəd effekti» 
bir-birindən kəskin ayrılan təbii zonaların (meşətundra; meşə-bozqır; yüksək dağlıq meşəsi – subalp zonası) 
flora və faunası üçün daha səciyyəvidir. 
Mühitin müxtəlifliyi həm abiotik faktorlarla, həm də canlı orqanizmlərin özləri ilə yaradılır. Hər növ onunla 
trofik və topik cəhətdən əlaqəli digər növlərə biosenozda möhkəmlənmək üçün şərait yaradır. Məsələn, yeni 
məskən  mənimsəyən  sünbülqıran  ora  özünün  yırtıcılarını  cəlb  edə  bilər,  həmçinin  50  növə  qədər  özünün 
parazitlərini və 100 növə qədər yuvada birgə yaşayan orqanizmləri gətirə bilər. Heyvanlar üçün mühitin əlavə 
müxtəlifliyini bitki örtüyü yaradır. Bitki örtüyü nə qədər güclü inkişaf edərsə, biosenozda bir o qədər çoxşaxəli 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə